Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

 

 

48 



zahiridir. Sənaye cəmiyyətin inkişaf dərəcəsinə uyğun olaraq bazar konyukturası son 

dərəcədə mürəkkəbləşir və yüksək dinamikliyi ilə  fərqlənir. Belə şəraitdə müntəzəm 

olaraq  mənfəət  əldə  etmək  o  qədər  də  asan  olmur.  Ona  görə  də  istehsalı  elə  təşkil 

etmək  lazımdır  ki,  məhsul  istehsalı  minimum  xərclər  çəkməklə  əldə  edilsin, 

keyfiyyəti yüksək və qiymətli rəqabət qabiliyyətli olsun.  

Bir  qayda  olaraq  daimi  xərclər  fəaliyyət  növləri  əsasında  bölüşdürülür,  daha 

sonra  hər  bir  fəaliyyət  daxilində  buraxılan  məhsullar  arasında  bölüşdürülür.  Sözü 

gedən  xərclərin  rasional  bölüşdürülməsindən  məhsul  növləri  üzrə  maya  dəyərinin 

müəyyənləşdirilməsində  dəqiqliyi  asılıdır.  Bu  öz  növbəsində  şirkətin  qiymətqoyma 

və struktur siyasəti üçün mühüm sayılır. 

Dəyişən  xərclərin  uçotu  metodu  (direkt-kostinq  sistemi)  -  bu  məhsulun  maya 

dəyərinin  formalaşmasına  ehtiyatların  qiymətləndirilməsi  və  məhsulun  maya 

dəyərinin müəyyənləşdirilməsi üçün yalnız dəyişən istehsalat xərclərini nəzərə alınan 

yanaşmadır.  Maya  dəyərinin  hesablanılmasında  birbaşa  material  xərcləri,  birbaşa 

ə

məktutumu  xərcləri  və  dəyişən  ümumistehsalat  xərcləri  iştirak  edir.  Daimi 



ümumtəsərrüfat xərclərinə dövrü olaraq baxılır. 

Tam  xərclərin  uçotunun  metodu  zamanı  məhsulun  istehsalat  maya  dəyərinin 

hesablanılmasında  bütün  istehsalat  xərcləri  iştirak  edir.  Sadəcə  kommersiyayla 

ümumtəsərrüfat xərclərinə dövrü olaraq baxılır.  

"Direct-costing" sisteminin tərəfdarlarlı hesab edir ki, müəssisə daimi, spesifik 

təsərrüfat  əməliyyatları  ilə  bağlı  olan  və  ya  olmayan  əməliyyat  xərcləri  daşıyır.  Bu 

xərclər istehsalatın həcmindən birbaşa asılı deyildir və onları məhsul vahidinin maya 

dəyərini  hesablayan  zaman  nəzərə  almırlar.  Daimi  istehsalat  xərcləri  istehsalat 

həcmindən deyil, daha çox vaxt amilindən asılıdır.  

"Direct-costing"  sisteminin  əleyhdarları  hesab  edir  ki,  daimi  istehsalat 

xərclərinin  olmamasından  istehsalat  dayana  bilər.  Bunun  üçün  də  bu  cür  xərclər 

məhsulun maya dəyərinin əsas hissəsindən birini təşkil edir. 




 

 

49 



"Direct-costing"  sisteminin  təhlili  zamanı  nəzərə  almaq  lazımdır  ki,  o 

müəssisədaxili  idarəetmə  qərarlarının  qəbul  olunmasında  çox  faydalıdır.  Lakin 

Mühasibat Uçotunun Beynəlxalq Standartlarında maliyyə hesabatlarının tərtibində və 

vergitutulan gəlirin hesablanılmasına bu sistemdən istifadəyə icazə verilmir. 

Xərclərin  uçotunun  bir  sıra  metodlarının  tətbiqi  məhsulun  maya  dəyərinin 

həcminə və onunla birlikdə maliyyə gəlirinin məbləğinə də təsir edir. 

Tam  xərclərin  uçotu  zamanı  məhsul  vahidinin  maya  dəyəri  "direct-costing" 

sisteminə nəzərən daha çox olacaq. Buna səbəb birinci halda bütün istehsalat xərcləri 

istər dəyişən, istərsə də daimi xərclər kimi istehsalatın maya dəyərinə aid edilirlər və 

məhsul vahidinin maha dəyərinin hesablanılması zamanı nəzərə alınırlar.  

"Direct-costing"  sisteminin  tətbiqində  məhsul  vahidinin  maya  dəyərinin 

hesablanılması  zamanı  istehsalat  xərclərinin  təkcə  dəyişən  hissəsini  nəzərə  alırlar. 

Bütün  daimi  xərclərə  isə  dövri  xərclər  kimi  baxırlar  və  bitməmiş  istehsalın 

qalıqlarına, anbarda qalmış hazır məhsul qalıqlarına və ya realizə olunmuş məhsulun 

maya dəyərinə  aid etmirlər və  bütövlüklə gəlirin azalmasına silirlər. 

Xərclərin  uçotu  metodlarının  öyrənilməsi  təkcə  məhsulun  maya  dəyərinin 

böyüklüyünə deyil, mənfəət və zərər haqqında hesabatın formasına da təsir göstərir. 

  Tam  xərclərin  uçotu  metodu  zamanı  brutto  gəliri  məhsulun  realizasiyası 

nəticəsində əldə olunmuş mənfəət və realizə olunmuş məhsulun istehsalat 

maya dəyəri arasındakı fərq kimi hesablanır. 

  Dəyişən  xərclərin  uçotu  zamanı  marjinal  gəliri  məhsulun  realizasiyası 

zamanı  əldə  olunmuş  mənfəət  və  bütün  dəyişən  xərclər,  həmçinin 

kommersiya, ümumtəsərrüfat xərclərinin fərqi kimi hesablanır.  

       Marjinal  gəlir  və  "direct  costing"  sistemi  əsasında  mənfəət  və  zərər  haqqında 

hesabatın yeni formasını hazırlamaq olar, bu zaman xərclər dəyişilməsi və gəlir əldə 

etmək üçün qoyulan investisiya aydın nəzərə çarpacaq.   

              



 

 

50 



               

2.5 Xərclərin uçotunun funksional metodu;

 

       Xərclərin  uçotu  aparılan  zaman  əsas  iki  metoda  diqqət  yetirilir.  Bunlar 



funksional və ənənəvi metodlar hesab olunur. 

       Ənənəvi  metod  əsasən  keçən  əsrin  metodu  hesab  olunur.  Çünki  keçən  əsrin 

istehsalat prosesində dominant faktorlar əmək və materiallar hesab olunurdu, məhsul 

buraxılışı  həmçinin  məhdud  səviyyədə  idi,  texnoloji  inkişaf  stabil  olaraq  qalırdı. 

Lakin buna baxmayaraq bu uçot metodu hələ də öz rolunu qoruyub saxlamaqdadır və 

aktual  hesab  olunur.  Çünki  bir  çox  istehsalat  müəssisələrində  yuxarıda  göstərilən 

amillər  hələ  də  mövcuddur.  Ənənəvi  metodda  həmçinin  qeyri-istehsal  sahələrinin 

(kommersiya,  idarəetmə  və  s.)  fəaliyyətinin  ümumi  gedişatına  birbaşa  təsirindən 

danışılır.  Bu  da  o  deməkdir  ki  bu  sahə  məhsullarını  spesifik  məhsul  növünə  və  ya 

xidmətə ayırmaq olmaz. 

       Ənənəvi metodun öyrəndiyi problemlər müasir şəraitdə bir çox şərtlər daxilində 

özünü  doğrultmadığından  yeni  metodun  meydana  çıxması  aktuallığı  yaranmışdır. 

Beləliklə  də  xərclərin  uçotunun  yeni  mərhələsi  funksional  metodla  uçot  meydana 

çıxmışdır. Sözü gedən bu metod 1980-ci illərdə ABŞ-da Robert S. Kaplan və Robin 

Kuper    tərəfindən  hazırlanmışdır.  Bu  metodun  əsas  məqsədinə  ənənəvi  metod 

tərəfindən aradan qaldırıla bilinməyən çatışmazlıqların aradan qaldırılması və əsasən 

idarəetmə  qərarlarının  qəbulu  üçün  daha  dəqiq  informasiyanın  əldə  olunmasıdır 

(əsasən  də  gecikmələr  sarıdan).  Funksional  metodla  uçotun  aparılması  şirkətlərdə 

ABC sistemi tərəfindən həyata keçirilir. Sözü gedən sistemin tətbiqini bir neçə şirkət 

həyata  keçirmişdir.  Bunlara  misal  olaraq  Caterpillar,  General  Dynamics,  General 

Motors, Hewlett - Packard, Martin Marietta və Siemans şirkətlərini sadalamaq olar. 

       Funksional  metodun  adı  azərbaycan  dilində  "proseslər  üzrə  xərclərin  uçotu"  və 

"xərclərin  proses-istinad  qaydasında  idarə  olunması"  şəklində  tərcümə  oluna  bilər. 

ngilis dilində olan activity kəliməsi dilimizdə proses, əməliyyat, fəaliyyət sahəsi və 

s. kimi yaxın mənalarda işlənilə bilər. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə