Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

 

 

38 



       Göründüyü  kimi  çirkli  suların  təmizlənməsi  köməkçi  proseslərə  aiddir  və 

ə

nənəvi  uçotda  dolayı  xərclərin  ümumi  miqdarında  bu  xərclər  itərdi.  Xərclərin 



təmizləmə prosesi üzrə hesablanılması zamanı onu detallaşdırmaq lazımdır. 

       Hazırki  metodun  effektiv  olduğunu  isbat  etmək  üçün  bir  neçə  hesablamalar 

aparılmışdır  və  bir  neçə  nəticələr  əldə  edilmişdir.  Aparılmış  tədqiqatlar  nəticəsində 

diqqət  yetirmək  lazımdır  ki,  proses  metodunun  tətbiqinə  misalda  göstərilmiş 

müəssisədə aşağıda verilmiş amillər şərait yaratmışdır: 

  Dolayı 

xərclərin  detallaşdırılması  və  onların  yaranması  mənbələrinin 

müəyyənləşdirilməsi; 

  Xərclərin detallaşdırılmasına əsasən adekvat idarəedici təsirlərin yaradılması; 

  Ayrıca 

proseslərin  dəyərinin  hesablanılması  və  onların  effektivliyinin 

qiymətləndirilməsi. 

 

2.3 

Kompleks 

xərclərin 

bölüşdürülməsinin 

mövcud 

metodları və onların təkmilləşdirilməsi istiqamətləri 

      Tərkibinə görə xərclər sadə və kompleks xərclərə bölünür. 

       Sadə  xərclər  bir  ünsürdən  ibarət  olur  və  onlar  istehsal  fəhlələrinin  əmək  haqqı, 

ə

sas material, yanacaq, elektrik enerjisi və.s məsrəflərə daxil edilir.  



        Kompleks xərclər öz məzmununa görə bir neçə ünsürdən ibarətdir. Belə xərclərə 

ümumistehsal və ümumtəsərrüfat xərcləri aid edilir. 

       Mühasibat  uçotu  obyektlərinin  elmi  cəhətdən  əsaslandırılmış  qaydada 

qiymətləndirilməsi və kolkulyasiya edilməsi təsərrüfat vəsaitlərinin və onların əmələ 

gəlmə mənbələrinin, uçot və hesabatda düzgün əks etdirilməsini təmin edir. 

      Hesablarda təsərrüfat  vəsaitinin və onların  əmələ  gəlmə  mənbələrinin dəyişməsi 

və  təsərrüfat  proseslərinin  nəticələrinin  haqqında  məlumat  toplanır.  Müəssisə  və 



 

 

39 



təşkilatda plan və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət etmək üçün mühasibat 

uçotunda kompleks istifadə olunan balans və hesabat bilavasitə mühasibat uçotunda 

kompleks  hesablardan  istifadə  edilir.  Bu  kompleks  hesabların  sistemləşdirilmiş 

hesabı siyahısı planı adlanır. 

       Hesablar planında yalnız sintetik hesablar deyil, eyni zamanda onların tərkibinə 

daxildən subhesablarda əks etdirilir. 

        Hesablar  planından  istifadəni  asanlaşdırmaq  məqsədilə  hər  bir  hesaba  şifrə 

verilir.  

       Mühasibat  yazılışları  zamanı  hesabın  adı  əvəzinə  onun  şifrəsi  göstərilir.  Bu  da 

həm  uçotu,  həm  də  onun  avtomatlaşdırılmasını  asanlaşdırır.  Hesablar  planının 

sonunda  balans  arxası,  həm  də  onun  avtomatlaşdırılmasını  asanlaşdırır.  Hesablar 

planının  sonunda  balans  arxası  hesabların  siyahısı  da  verilir.  Hesablar  planın  əlavə 

olaraq  onun  tətbiqinə  dair  təlimat  hazırlanmır.  Həmin  təlimatda  hər  bir  hesabın 

təyinatı,  məzmunu  xarakterizə  etməklə  onun  başqa  hesablarla  müxabirləşməsi  də 

göstərilir.  Hesablar  planı  və  ona  əlavə  olan  təlimat  mühasibatlıq  tərəfindən  hansı 

göstəricilərin alınmasını və bu göstəricilərin alınması qaydasını müəyyən edir. 

       Ehtiyatların  qiymətləndirilməsi  məqsədilə  və  alınan  məlumatların  maliyyə 

hesabatlarında əks etdirilməsi zamanı müəssisələr kompleks istehsal xərclərini doğru 

bölüşdürməlidir.  Bu  zaman  həmçinin  maliyyə  hesabatında  seçilmiş  bölüşdürmə 

metodlarının açıqlamasını göstərməlidir.  

       Lakin bu qaydada bölüşdürmə  maliyyə hesabatlarının təhlilin nəticələrinin səhv 

təfsir olunması ilə nəticələnə bilər. Əlbəttə ki, kompleks xərclərin bölüşdürülməsinin 

məqbul  üsulları  da  mövcuddur.  Buna  baxmayaraq  metod  seçimi  ilə  bağlı  qərarlar 

ehtiyatların  qiymətləndirilməsində  və  fərdi  məhsulların  gəlirlilik  səviyyəsinin 

müəyyən olunmasında əsaslı fərqliliklər yaradır.  

       Qarşıya 

qoyulan 

hədəflərdən 

asılı 

olmayaraq 



kompleks 

xərclərin  

bölüşdürülməsinin  bir  sıra  metodlarının  mövcudluğu  çoxsaylı  məhsulların  yaranmış 



 

 

40 



bölünmə  nöqtəsində  xərclərin  məbləğinin  müəyyənləşdirilməsinin  yetərincə  çətin 

proses olduğunu həqiqətyönümlü əks etdirir.   

       Müəssisə tərəfindən qəbul edilmiş fərdi məhsullara aid edilən  xərclərin istənilən 

metodları  hazırki  mövcud  problemi  tam  olaraq  həll  etmir.  Ona  görə  də  daha 

məqsədəuyğun məhsulun ümumi ədəd sayını nəzərə almaqla hesablanmış brutto gəlir 

hesab  olunur.  Bundan  savayı  əgər  müəssisə  öz  qərarlarını  kompleks  xərclərə 

ə

saslandıracaqsa, onda bu səhv nəticəyə gətirib çıxara bilər. 



       Kompleks xərclərin xüsusiyyətlərindən biri də odur ki, bir  məhsul buraxılışının 

artımı  əksər  hallarda  digər  bir  məhsulun da  buraxılışında  artıma  səbəb  olur.  Bu  cür 

hadisələr  "xərclər-həcm-gəlir"  münasibətlərininin  və  xərclərin  differensial  təhlilinin 

tətbiqini  zəruri  edir.  Məhsul  buraxılışının  qiymətləndirilməsinin  bir  çox  alternativ 

variantı uzunmüddətli və baha başa gələn kompüter texnologiyalarının tətbiqiylə olan 

hesablamalara gətirib çıxara bilər. 

       Sözsüz  ki,  bölüşdürülmə  anından  sonra  çəkilmiş  xərclər  idarəedənlərə  qərar 

qəbul  edilməsi  üçün  daha  lazımi  informasiyalar  təqdim  edir,  xüsusilə  də  məhsulun 

gələcək  dövr  üçün  təkmilləşdirilməsinin  məqsədəuyğunluğu  ilə  bağlı.  Xərclərin 

relevantılığı  (əlaqədarlığı),  məhsulla  müxtəlif  situasiyalarda  əlaqələndirilmiş, 

həmçinin  differensial  gəlir  və  xərc  anlayışlarına  aid  problemlə  bağlı  hazırki  suala 

daha da ətraflı  aşağıda nəzər yetirilmişdir.  

       Xüsusilə kompleks deyil, differensial xərclər yeganə relevant (əlaqədar) xərclər 

hesab  olunur.    Onlar  məhsulun  satışı  üçün  müvafiq  olan  daha  gəlirli  anı 

müəyyənləşdirir. Müəssisə məhsulun gələcək istehsalı barədə qərar qəbul edən zaman 

differensial  xərclər  istehsal  əməliyyatlarının  genişləndirilməsi  üçün  əlavə  xərclər 

hesab  olunur.  Bu  formada  qərar  qəbul  etmək  üçün  differensial  gəlir  və  differensial 

xərclərin uyğunluğunu müəyyən etmək yolu ilə əlavə (differensial) gəliri hesablamaq 

məqsədəuyğundur.  



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə