Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

 

 

32 



       Təhsil sektorundan savayı sifariş metodunun özünü doğrultduğu sferalardan biri 

də  tibb  sektorudur.  Bu  zaman  tibbi  təşkilatlarda  tibbi  xidmətlərin  maya  dəyərinin 

kalkulyasiyası zamanı sifariş metodunun tətbiqi daha yaxşı nəticələr verə bilər.

 

       Tibbi təşkilatın hesablama xidmətinin əməkdaşı tibb xidmətin göstərilməsi haqda 



müştərinin  sifarişi  daxil  olduğu  anda  “həmin  xidmətin  yerinə  yetirilməsinə  verilən 

sifarişə  xərclərin  qeydiyyatı  kartoçkası”  açmalıdır.  Bu  kartoçkada  bütün  faktiki 

xərclər öz əksini tapmalıdır. Həkim pasiyenti qəbul etdikdən sonra tibb müəssisəsinin 

xidmətlərin siyahısına əsasən göstərdiyi tibb xidmətin növlərini həmin blankda qeydə 

alır. 

        Bu metodun tətbiqi zamanı xərclərin uçot obyekti və kalkulyasiya obyekti kimi 



ayrıca  sifariş,  başqa  sözlə,  tibb  xidmətin  müəyyən  növlərini  yerinə  yetirmək  üçün 

pasiyentin sifarişi ( məs. həmin pasiyentin stasionar şöbədə müalicəsi , ambulatoriya 

–poliknika şöbəsi üçün göstərilən tibb xidmətin başa çatdığı hal) əsas götürülür. 

       Müstəqim  xərclərin  uçotunu  bilavasitə  202  “ stehsalat  məsrəfləri”  adlı  hesabda 

aparmaq lazımdır. Xərclərin uçotunun sifariş metodu tətbiq olunduqda 202-ci hesabın 

tərkibində  hər  bir  sifariş  üzrə  subhesablar  açmaq  məqsədə  uyğundur.  Sifarişçilərin 

tərkibində xərclərin aşağıdakı maddələrlə qruplaşdırılması tövsiyyə olunur. 

       Ümumiyyətlə faktiki maya dəyərinin  sifariş metodu ilə kalkulyasiyasının bir sıra 

çatışmayan  cəhətləri  mövcuddur.    Bunlara  sifarişin  yerinə  yetirilməsinin 

uzunmüddətli  olması  xərclərin  səviyyəsinə  cari  nəzarət  etməyə  imkan  verməməsini 

misal göstərmək olar.  

2.2 

Xərclərin 

proseslə

üzrə 

uçotu 

metodunun 

xüsusiyyətləri; 

     Xərclərin proseslər üzrə uçotu idarəetmə uçotunda, xərclərin uçotu və analizində 

ə

sas  yerlərdən  birini  tutur.  Bu  zaman  xərclərin  hesablanması  daha  obyektiv  şəkildə 



öyrənilir. 


 

 

33 



      Xərclərin  uçotu  metodu  istər  teoriyaçılar,  istərsə  də  praktikaçılar  arasında  hər 

zaman böyük fikir ayrılıqlarına səbəb olmuşdur.        

       Bazar  iqtisadiyyatı  şəraitində  bəzi  iqtisadçılar  bu  metoddan  imtinanın  tərəfdarı 

idilər. Onların fikrincə bazar şəraitində qiymətin sünii tənzimlənməsi doğru hal deyil 

və bazar şəraitində qiymət özü-özünü tənzimləmə bacarığına malik olmalıdır. 

       Lakin  buna  baxmayaraq  bir  sıra  təsərrüfat  müəssisələri  hələ  də  bu  üsuldan 

istifadə etməkdədirlər. Bunun təbii ki, bir sıra səbəbləri mövcuddur. 

      Müəssisə  və  təşkilatlarda  baş  verən  hesablaşmalar,  kredit  münasibətləri  pul 

ölçüsünün  köməyi  ilə  həyata  keçirilir.  Bu  zaman  istehsal  edilən  məhsulun  həcmi, 

məhsulun  maya  dəyəri,  mənfəət  və  rentabellilik  və  tədavül  xərcləri  hesablanıb 

müəyyən edilir. 

       Xərclərin  proses  dəyərinin  hesablanılması  zamanı  dolayı  xərclər  son  nəticə 

olaraq  daha  obyektiv  bölüşdürülmə  imkanına  malikdir.  Yenidən  hesablanılmanın 

səbəb-nəticə  əlaqəsi  müəssiələrin  şöbələrinin  tərkib  hissələrinin  xərclərinin 

bölüşdürülməsinə də kömək edir. 

       Müasir  zamanda  bir  çox  müəssisələr  funksional  bölmələrə  ayrılan  ənənəvi 

metoddan proseslər üzrə uçot metodlarına müraciət edirlər. Çünki proseslər üzrə uçot 

metodunun əsasında arasıkəsilməz hadisə və funksiyaların qarşılıqlı əlaqəsi qismində 

çıxış edən idarəetmə konsepsiyası durur. Sözü gedən metod ənənəvi metoddan daha 

fərqli uçot metodları və xərclərin idarəedilməsi prisniplərini cəmləşdirib.   

       Daha  geniş  yayılmış  metodlardan  biri  xərclərin  bütövlüklə  bölüşdürülməsi 

(absorption  costing)  və  xərclərin  hissələrlə  bölüşdürülməsi  (direct  costing)    hesab 

olunur. Birinci sözü gedən metod birbaşa və dolayı xərclərə ayrılır. Halbuki, dolayı 

xərclər məhsul dəyərinin həcmdən asılı mütənasib bölüşdürülmə bazalarına aid edilir. 

Buraya  əsas  işçilərin  qazandığı  əmək  haqqı,  birbaşa  xərclərin  məbləği  daxildir.  Bu 

bölüşdürülmə bazalarının sözü gedən xərclərin mənbəyinə heç bir aiddiyyatı yoxdur. 




 

 

34 



Direkt-kostinqdən istifadə zamanı məhsulların maya dəyərinə sadəcə dəyişən xərclər 

aid olunur. Daimi xərclər isə birbaşa olaraq maliyyə nəticələrində öz əksini tapır. 

       Hər iki  metod əhəmiyyətli çatışmazlıqlara malikdir: onlar dolayı xərcləri ətraflı 

şə

kildə  əks  etdirmir.  Bu  səbəbdən  də  onların  idarəolunmasında  maneələr  yaranır. 



Gələcək  perspektivdə  bu  problemlərin  daha  da  çox  artımı  gözlənilir,  çünki 

müəssisələrin    maya  dəyərinin  strukturunda  birbaşa  xərclərin  yeri  getdikcə  azalır. 

Prosesyönümlü  idarəetməyə  keçid  zamanı  baxılan  metodlar  müəssisə  və  ya 

təşkilatların  proseslərinin  dəyərinin  qiymətləndirilməsinə  imkan  vermir.  Fəaliyyət, 

digər  sözlə  desək  əməliyyat  əsaslı  xərclərin  proporsional  bölüşdürülməsi  metodu 

(Activity Based Costing), əksinə xərlcərin proseslər üzrə hesablanmasına daha yaxşı 

uyğun gəlir.  

       ABC metodunda müəssisə əməliyyatlar dəsti, məcmusu kimi nəzərdən keçirilir. 

Müəssisədə  görülən  işlər  onun  xüsusiyyətlərini  təyin  edir.  Baş  verən  əməliyyatlar 

zamanı resurslardan istifadə olunur və hər hansısa bir nəticə əldə edilir. Bu resurslara 

informasiya, material, avadanlıqlar aiddir.  

       ABC  metodunun  tətbiqi  zamanı  da,  təbii  ki,  ilk  növbədə  müəssisədə  görüləcək 

ə

məliyyatların  siyahısı  və  ardıcıllığının  müəyyənləşdirilir.  Bu  adətən  mürəkkəb  iş 



ə

məliyyatlarının çox sadə tərkib hissələrinə bölünməsiylə, həmçinin bununla bərabər 

onların  resurs  mənimsənilməsi  həcminə  əsasən  həyata  keçirilir.  Bununla  da  ABC 

metodunun  mahiyyəti  prosesin  dəyərinin  müəyyən  olunmasını  təmin  etməkdir.  Bu 

yanlış  hesablanılmış  bütün  hesab-faktura  xərclərinin  bölüşdürülməsi  və  onların  hər 

bir əməliyyata, funksiyaya və fəaliyyətə təsiri əsasında baş verir.  

       Metodun tətbiqi üçün səbəb aşağıda göstərilmişdir: 

 

Resurslara  aid  olan  xərclər  bölüşdürülür.  Birinci  resursların  strukturu 



əyyənləşdirilir. Burada həmçinin hər bir resursun istifadəsiylə bağlı fəaliyyəti 

təmin edən xərclər siyahısı da müəyyən edilir.  kinci isə resurslara olan xərclə

əyyənləşdirilir.  Bir  qayda  olaraq,  aşağıda  göstərilən  resurs  növlərini  bir-


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə