Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

 

 

29 



       Sifarişin  yerinə  yetirilməsi  ilə  bağlı  olan  xərclər  digər  xərc  hesabları  ilə 

müxabirləşdirilərək  202  "istehsalat  məsrəfləri"  hesabının  debetində  əks  etdirilir.  Bir 

sıra hallara nəzər yetirək: 

  Debet 202 " stehsal məsrəfləri" hesabı; 

  Kredit 201 "Material ehtiyatları"; 

  Kredit 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"; 

  Kredit 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"; 

  Kredit 521 "Vergi öhdəlikləri"; 

  Kredit 522 "Sosial sığorta və təminatlar üzrə öhdəliklər" 

       Yuxarıda göstərilmiş hesablarda birbaşa xərclər öz əksini tapmışdır. Bu xərclərə 

xammal  və  materiallar,  istehsalat  işçilərinin  əməyinin  ödənilməsi,  sifarişin  yerinə 

yetirilməsi  ilə  bağlı  kənar  təşkilatların  göstərdikləri  xidmətlər  sə  s.-ni  misal 

göstərmək olar. 

       701-5 "Satışın digər maya dəyəri xərcləri" hesabında əks etdirilmiş məsrəflər hər 

ay 701 saylı "Satışın maya dəyəri" adlı hesabın debetinə silinir. 721 " nzibati xərclər" 

hesabında  uçota  alınmış  xərclər  isə  öz  növbəsində  hər  ayın  sonu  təşkilatın  uçot 

siyasətinə  uyğun  olaraq  202  " stehsalat  məsrəfləri",  və  ya  601  "Satış"  hesabının 

debetinə, satılan məhsulun maya dəyəri adlı subhesabına silinir. 

       Mövcud xərclər hər bir sifariş üzrə  olan bölüşdürmə  bazalarına görə  mütənasib 

olaraq  bölünür.  Mühasibat  uçotu  məqsədlərinə  görə  bölüşdürmə  bazaları 

müəssisələrin uçot siyasətində öz əksini tapmalıdır. 

       Bölüşdürülmə aparılan zaman bir sıra metodlardan istifadə oluna bilər: 



Məhsul buraxılışının həcmi 

Kəmiyyət göstəriciləri ilə ifadə olunan, 

cari  ayda  buraxılmış  məhsul  və  eyni 

zamanda göstərilmiş xidmətin həcminə 

uyğun mütənasib bölünəsi 

Məhsul buraxılışının plan maya dəyəri  Cari 

ayda 


buraxılan 

məhsul 


və 

göstərilmiş  xidmətin  plan  maya  dəyərinə 

mütənasib olaraq bölüşdürülməsi 



 

 

30 



Gəlir 

Hər bir məhsuldan (iş və xidmətdən) əldə 

olunan 

gəlirə 


mütənasib 

olaraq 


bölüşdürülmə 

Birbaşa xərclə

Birbaşa xərclərə mütənasib olaraq iki cür 

xərci misal göstərmək olar: 

∗  Mühasibat 

uçotu  məqsədlərinə 

xidmət  edən  əsas  və  köməkçi 

istehsalat xərcləri; 

∗  Vergi  məqsədlərinə  görə  əsas  və 

köməkçi 

istehsalatın 

birbaşa 

xərcləri,  buraya  ümumistehsalatın 

birbaşa xərcləri də aid edilir. 

Birbaşa xərclərə aid ayrıca maddələ

Xərc maddələrinə əsasən birbaşa xərclərə 

mütənasib olaraq 

Ə

məyin ödəniş

ə

sas  istehsalatda işçilərin  əməyin  ödənişi 



xərclərinə mütənasib bölüşdürülmə 

Material xərcləri 

stehsalat  xərcləri  maddələrinə  istinad 

edən  və  material  məsrəfləri  kimi 

göstərilən xərclərə mütənasib olaraq 

 

       Ümumistehsalat  və  ümumtəsərrüfat  xərclərinə  görə  bölmə  və  xərc  maddələri 



üzrə  detallaşdırılmış  bölüşdürülmə  üsullarına  istinad  etmək  mümkündür.  Müxtəlif 

verilmiş  xərclər üçün  müxtəlif bölüşdürmə  əsasları  vacib  sayılan  zaman  göstərilmiş 

bu üsuldan geniş istifadə edilir. 

       Aşağıdakı  müxabirləşmədə  dolayı  xərclərin  məhsulun  maya  dəyəri  üzərinə 

köçürülməsi verilir: 

Debet 202 " stehsalat məsrəfləri" 

Kredit 701-5 "Satışın digər maya dəyəri xərcləri" 

Kredit 721 " nzibati xərclər" 




 

 

31 



       Xərclər anlayışı anlayışı müəssisələrin fəaliyyət sektorundan asılı olaraq bir sıra 

bölmələrə ayrılır. Bunlardan bir neçəsi aşağıda qeyd edilib: 

       Kommersiya  xərcləri  müəssisə  xərclərinin  böyük  bir  hissəsini  təşkil  etməklə 

onun  fəaliyyətinin  tənzimlənməsində  və  gələcək  gəlirlərinin  yaranmasında  mühüm 

ə

həmiyyətə malikdir. Buraya reklam, marketinq, bu fəaliyyət sektoru ilə məşğul olan 



işçi  heyəti  ilə  bağlı  xərclər,  satışla  əlaqəli  olmayan  xərclər  və  s.  aiddir.  711  N-li 

"Kommersiya  xərcləri"  hesabı    aktiv    olduğundan  kommersiya  xərcləri  bu  hesabın 

debetində uçota alınır. 

       Ümumilikdə  xərclərin  uçotunun  sifariş  metodundan  danışılan  zaman 

ə

məliyyatların  müəyyən  ardıcıllığına  diqqət  yetirilir.  Əsasən  sifariş  metodundan 



xidmət sferasında, daha dəqiq desək, təhsildə geniş istifadə olunur.   Sifariş metodu 

zamanı əməliyyatlar aşağıdakı ardıcıllıqla verilmişdir: 

 

Müstəqil 



xərclərin 

uçotu 


              

Dolayı  xərc  maddələri 

üzrə uçot və qruplaşma 

 

 



                           

        Təhsil 

proqramları 

üzrə 


müstıqim 

xərclərin 

qruplaşması 

        Dolayı  xərclərin 

təhsil  proqramları  üzrə 

bölüşdürülməsi 

Hər  bir  təhsil  proqramı  üzrə  xərclərin  ümumi 

kəmiyyətinin müəyyənləşdirilməsi

 

Sifarişin  yerinə  yetirilməsi  başa  çatdıqdan  sonra  faktiki 



maya dəyərinin müəyyənləşdirilməsi

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə