Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   2   3   4   5   6   7   8   9   ...   25

 

 



  Rəqabət  aparma  qabiliyyətinin  aşağı  səviyyədə  olması  və  ya  zəifliyi  və  s. 

səbəblər. 

        stehsal  prosesinin  başlanması  və  davam  etdirilməsi  məqsədilə  iqtisadi 

resursların  mövcudluğu  və  vəhdətinin  təmin  edilməsi  gəlirləri  və  iqtisadi  resurslar 

anlayışını meydana gətirir. 

       Gəlir  anlayışının  müasir  dövrdə  aktual  bir  sahə  kimi  öyrənilməsi  səbəblərindən 

biri  də  onun  qiymət  amilidir.  Gəlirin  qiymət  amili,  onun  sabit  maliyyə  və  yetgin 

gəlirin formalaşması sisteminin qiymət səviyyəsi ilə şərtlənməsidir. Qiymət sistemi, 

bu  amilin  səviyyəsindən  asılı  olaraq  gəlirlərin  məhdudlaşdırıcı  və  ya  artımı  amili 

rolunu  oynaya  bilir.  Bunun  əsas  səbəbi  ayrı-ayrı  məhsullara  olan  tələbatın,  onun 

qiymətindən asılı olmasıdır. Bu asılılıq tələbin funksiyası adlandırılır. Sözü gedən bu 

asılılıq  repressiya  metodu  ilə  "qiymət  satış  həcmi"  qaydasında  proqnozlaşdırılır. 

Beləliklə  də,  qiymət  və  müəssisələrin  gəlirləri,  mənfəəti  arasındakı  əlaqə  özünü 

ə

sasən aşağıdakı istiqamətdə əks etdirir: 



a)  Qiymətlə rentabellik arasındakı əlaqə; 

b)  Tələbi stimullaşdırma; 

c)  Qiymət, rəqabət strategiyası baxımından; 

d)  Xərclər, xərclərin geri qaytarılması, zərərli və zərərsiz istehsal baxımından; 

e)  Qiymət və istehsal həcmindən asılı olaraq. 

       Xərclərin  öyrənilməsinə  nəzər  yetirdikdə  isə  aparılmış  intensiv  araşdırmalardan 

savayı, müəssisələrin xərclərinin uçotu zamanı xüsusi olaraq xarakteristikaların qeyd 

olunmaması,  uçotun  analitik  xüsusiyyətləri  və  sözü  gedən  uçotun  operativliyinin 

yüksəldilməsi  istiqamətinin  zəif  araşdırılması  onun  müasir  dövrdə  inkişafı  yönündə 

öyrənilməsini  aktual edir. 

       Problemin öyrənilmə vəziyyəti. Müəssisədə gəlirlərin və xərclərin öyrənilməsi 

müəssisənin  inkişafını  təmin  edən  əsas  amillərdəndir.  Məhz  bu  problemin 

öyrənilməsi  onun  inkişafına  birbaşa  təkan  yaratmaqla  uzun  müddətli  fəaliyyətini 

təmin  edir.  Bu  zaman  bir  sıra  xüsusiyyətlərə  diqqət  yetirilməlidir.  Bu 

xüsusiyyətlərdən biri müəssisənin fəaliyyət sahəsidir. Bildiyimiz kimi, müəssisələrin 



 

 



fəaliyyət  sahələrindən  asılı  olaraq  onların  gəlirlərinin  və  xərclərinin  uçotu,  onların 

öyrənilməsi,  inkişaf  etdirilməsi  arasında  əsaslı  fərq  yaranır.  Müasir  dövrdə  bazar 

iqtisadiyyatında  bu  sahələrin  inkişafına  xüsusi  diqqət  yetirilməlidir.  Çünki 

müəssisələrin  istehsal  etdiyi  məhsullardan,  göstərdiyi  xidmətlərdən  asılı  olaraq 

onların  gəlirlilik  səviyyəsi  və  bu  məhsulların  istehsalına  və  xidmətlərin 

göstərilməsinə  çəkilən  xərclər  də  dəyişir.  Buna    səbəb  kimi  bazar  iqtisadiyyyatında 

tələb-təklif  əyrisi,  bazar  qiymətlərindən,  rəqabət  şəraitindən  asılılıq  və  s.-ni 

göstərmək olar. 

       Xərclərin  uçotu  mühasibat  uçotunda  ən  vacib  yerlərdən  birini  tutur.  Xərclərin 

uçotunun aparılmasında əsas məqsəd  bütün xərclərin ümumiləşdirilməsi, məhsul, iş 

və xidmətlərin maya dəyərinin hesablanılmasıdır. Sözü gedən və qarşıya qoylmuş bu 

problemin öyrənilməsi zamanı aşağıdakı vəzifələrin yerinə yetirilməsi əsas sayılır: 

  Müəssisədə  məhsul  istehsalı,  işlərin  yerinə  yetirilməsi  və  xidmətlərin 

göstərilməsi  ilə  əlaqədar  bütün  mövcud  faktiki  xərclərin,  qeyri-istehsal 

xərclərinin  ayrı-ayrı  sahələrində  baş  vermiş  itkilərinin  tam  və  etibarlı  şəkildə 

vaxtında uçot və hesabatda əks etdirilməsi; 

  Materialların  sərfiyyatı  və  əməyin  səmərililiyi  nəzərə  alınmaqla  əvvəlcədən 

təyin  olunmuş  normalar  əsasında  müəssisənin  istifadəsində  olan  material, 

ə

mək, maliyyə və s. resurslardan düzgün istifadə olunmasına nəzarətin olması; 



  Bitməmiş istehsal qalığı, hesabat dövrləri, görülən iş və xidmətlər üzrə istehsal 

xərclərinin  əsaslandırılmış  şəkildə  bölüşdürülərək  məshul,  iş  və  xidmətlərin 

maya dəyərinin dəqiq hesablanılması; 

  Gələcək  dövrdə  xərclərin  hansı  yöndə  hərəkət  edəcəyi  barədə  qiymətləndirmə 

aparıldığı  zaman  keçmiş  dövrdə  baş  verən  xərclərin  dəyişmə  tendensiyasının 

ortaya çıxarılması; 

  Hər  hansı  bir  məhsul  növünün  və  ya  kateqoriyasının  istehsaldan  çıxarılması, 

yaxud onun yeni növünün istehsalına başlanılması qərarlarının verilməsi, yeni 

texnologiyalardan  istifadə  olunmasının  səmərəliliyinin  hesablanılması  və  s., 

digər bir sözlə desək - planlaşdırma; 




 

 



  Faktiki və planlaşdırılmış xərclərin arasında fərqlərin meydana çıxarılması; 

  Xərclərin  hansı  yöndə  dəyişəcəyinin  öyrənilməsi,  maya  dəyərinin  həcminə 

təsir  edən  amillərin  müəyyən  olunması,  xərclərin  azaldılması  yönündə 

ehtiyatların üzə çıxarılması - təhlil; 

  Proseslərin  idarə  olunması  yönündə  qərar  qəbulu  prosesinin  asanlaşdırılması 

məqsədilə  fəliyyət  nəticələrinin  qiymətləndirilməsi,  digər  şəkildə  desək  - 

nəzarət və tənzimləmə; 

  Və təbii ki, məhsulun maya dəyərinin hesablanılması. 

       Məhsul,  iş  və  xidmətlərin  texniki  keyfiyyət  nəzarətinin  təşkili,  xərclərin  detallı 

formada analitik uçotunun aparılması şərtləri daxilində mümkün hesab olunur. 

       Əksər    hallarda  analitik  uçot  xərclərin  yaranması  yerlərinə  əsasən  konkret 

istehsalat, sex və sahələr üzrə reallaşdırılır. 

        Xərclərin uçotu zamanı aparılan bu formada istehsalat növləri sahələr, sexlər, və 

məhsul növləri xərclərin uçotunun obyektini təşkil edir. 

        Maya  dəyəri  kalkulyasiya  olunmuş  məhsullar  üzrə  xərcləri  uçota  alsaq, 

kalkulyasiya  obyektləri  və  xərclərin  uçot  obyektləri  üst-üstə  düşmüş  olar.  Bu  da 

ə

slində  məhsulun  maya  dəyərinin  hesablanması  zamanı  daha  dəqiq  olmağa  imkan 



yaradır.  Lakin  xərclər  kalyulyasiya  obyektləri  üzrə  deyil,  daha  geniş  spektrumda 

aparılırsa, onları məhsul növləri üzrə metodlara ayırmaq vacib sayılır. 

        Fəaliyyətə  başlamış  hər  bir  müəssisənin  ilkin  məqsədi  gəlir  əldə  etmək 

olduğundan, onun öyrənilməsi müəssisələrdə əsas amillərdən biri hesab olunur. 

       Gəlirlərə  nəzər  yetirdiyimizdə  onun  öyrənilməsi  də  bir  neçə  əsasa  ayrılır. 

Gəlirlərin  ümumilikdə  bir  çox  mənbələri,  amilləri  mövcuddur.  Bu  həm  gəlir 

ə

mələgətirən  mənbələrin  və amillərin öz təbiəti  ilə sıx bağlıdırsa,  digər bir tərəfdən 



isə gəlirlərin tipləri özlüyündə təbiətlə şərtləşir.  

       Firmanın ümumi gəliri ilə onun satılmış məhsulunun dəyəri üst-üstə düşür. Lakin 

burada  diqqət  yetirilməlidir  ki,  ümumi  gəlir  xalis  gəlir  mənasına  gəlmir.  Bu  zaman 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə