Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə16/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   12   13   14   15   16   17   18   19   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
42
3.  Xəzər gəmiçiliyi idarəsi gömrük nəzarətinin iştirakı ilə  gəmi və 
vaqonlardan gömrük baxışından keçiriləcək malların çəkisini təkrar 
yoxlamaqla düzgünlüyünə zəmanət verir. 
4. Xəzər gəmiçiliyi öz vəsaiti hesabına gömrük baxışı, malların növ-
lərə ayrılması, yenidən çəkilməsi və s. əməliyyatlarda yükboşaltma işləri 
həmin mal növünə tətbiq edilən gömrük qaydalarına riayət etməklə  həyata 
keçirir. Faktın düzgünlüyünə  şübhə yarandıqda, malların 1/10 hissəsi 
yenidən çəkilir. 
5. Xəzər gəmiçiliyi idarəsi gömrük nəzarəti altında olan bütün 
malların mühafizəsini, təyin edilən rüsumlar və digər yığımlar ödənilməyənə 
qədər malların daşınmamasını öhdəsinə götürür. İtən mallara görə  də 
gömrük baxışı  əsasında təyin edilən rüsum və digər yığımların gömrük-
xanaya ödənilməsini təmin edir. 
6. Anbarlarda mallara gömrük baxışı keçirilməsi təyin edilən qayda-
larla aparır. 
7. Xəzər gəmiçiliyi idarəsi gömrükxananın zəruri sayda şəxsi heyətinin 
saxlanılmasını  (nəzarətçi – 1 nəfər, anbar müdiri – 1 nəfər, anbar baxıcısı 
– 1 nəfər, və  gəmi yoxlayıcısı – 1 nəfər) öz öhdəsinə götürür, bu işçilərin 
əmək haqları gömrükxananın tarif cədvəlinə əsasən ödənilir. 
8. Xəzər gəmiçiliyi idarəsi gömrükxana əməkdaşlarının istifadəsinə 
avadanlıqlarla təchiz edilmiş idarə binası verir. 
9. Xəzər gəmiçiliyi normadan artıq işlərə görə gömrükxananın 
kassasına  kompensasiya ödəyir. 
10. Xəzər gəmiçiliyi idarəsi xarici malların mühafizəsinə görə öz 
nəfinə mal sahiblərindən tarifdə müəyyən edilmiş normalar həcmində rüsum 
toplayır. 
11.  Bu  müqavilə  tərəflər  əsasında bir il müddətinə bağlanır, lakin 
Xəzər gəmiçiliyi idarəsi gömrükxananı bir ay öncədən xəbərdar etməklə 
müqavilədən birtərəfli qaydada imtina edə bilər. 
12.  Müqavilə iki nüsxədə hazırlanmışdır, bir nüsxə gömrükxanada, 
ikincisi isə Xəzər gəmiçiliyində saxlanılır [34, 111-113].  
Azərbaycan HİK və XKŞ-nin sovet dövlət quruculuğunun ilk günlə-
rindən başlayaraq strateji malların ixracı sahəsində müstəqil siyasət yürüt-
məyə çalışması, milli maraqlara az da olsa uyğun gömrük-tarif tədbirlərini 
həyat keçirməsinə Kreml hakimiyyəti imkan vermədi. 
 
1.2. Azərbaycan SSR XKS-nin 1920-1922-ci illərdə gömrük siyasəti 
 
Azərbaycan İnqilab Komitəsinin 21 dekabr 1920-ci il tarixli dekreti ilə 
Azərbaycan Sovet Sosialist Respublikasının Gömrük Nəzarəti haqqında 
Əsasnamə  təsdiq edildi. Əsasnamədə göstərilirdi ki, Azərbaycan SSR 
Maliyyə Komissarlığının Gömrük hissəsi gömrük işinə aid bütün tədbirlərin 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
43
Xalq Xarici Ticarət Komissarlığı  tərəfindən həyata keçirilməsi məqsədilə 
Gömrük nəzarəti şöbəsi adı altında komissarlığın tabeçiliyinə keçirilir [223, 
102-103].  
Bu  əsasnaməni Azərbaycan SSR-in gömrük siyasətinin hüquqi 
əsaslarının işlənilib hazırlandığı ilk sənəd hesab etmək olar: 
 
Azərbaycan Sovet Sosialist Respublikasının Gömrük Nəzarəti 
haqqında Əsasnamə 
Azərbaycan İnqilab Komitəsinin 21 dekabr 
 1920-ci il tarixli dekreti ilə təsdiq edilmişdir 
 
1) Azərbaycan SSR-in Gömrük hissəsi bütün tədbirlərin Xalq Xarici 
Ticarət Komissarlığı  tərəfindən həyata keçirilməsi məqsədilə Gömrük 
nəzarəti şöbəsi adı altında komissarlığın tabeçiliyinə keçirilir. 
2) Xalq Xarici Ticarət Komissarlığının gömrük işi ilə bağlı bütün 
qərar və  sərəncamlarının Azərbaycanın gömrük hissəsi tərəfindən həyata 
keçirilməsinə birbaşa rəhbərlik və Azərbaycanın gömrük müəssisələrinin 
fəaliyyətinin nəzarət və  təftiş edilməsi Gömrük nəzarəti  şöbəsinin rəisinin 
səlahiyyətinə daxildir. 
3) Rəisin köməkçiləri (onlardan biri müavin təyin edilir) gömrük 
nəzarəti  şöbəsinin gömrük hissəsinin idarə edilməsi üzrə onun birbaşa 
əməkdaşlarıdır, eyni zamanda rəisin göstərişi ilə gömrük müəssisələrini 
təftiş edirlər. 
 
Gömrük müəssisələri 
4) Gömrük müəssisələrinin vəzifəsinə daxildir: a) xüsusi qaydalara 
uyğun olaraq fiziki şəxslərin və onların baqajlarının xüsusi qaydalara 
müvafiq yoxlayaraq sərhəddən xaricə  və ya əksinə buraxılması; b) Xalq 
Xarici Ticarət Komissarlığının sərəncamlarına uyğun olaraq idxal və 
ixracına icazə verilmiş malların qəbulu, qeydə alınması, mühafizəsi və yola 
salınması, eyni zamanda bu hallarda nəzərdə tutulan gömrük rüsumlarının 
tutulması; c) Gizli daşınmasına cəhd edilən malların qəbulu, qeydiyyatı və 
mühafizəsi, belə hallarda aid cinayət işlərinin açılması  və Xalq Xarici 
Ticarət Komissarlığının sərəncamlarına uyğun olaraq müsadirəsi nəzərdə 
tutulan mallara aid işlərin istiqamətləndirilməsi. 
5) Gömrük müəssisələri gördükləri işin həcmindən asılı olaraq birinci, 
ikinci, üçüncü dərəcəli gömrükxanalara və gömrük postlarına bölünür. 
Qeyd 1: Xalq Xarici Ticarət Komissarlığına gömrükxanaların aşağı 
dərəcədən yuxarı  dərəcəyə  və ya əksinə, gömrük postlarını gömrükxanaya 
və ya gömrükxananı gömrük postuna dəyişdirmək  hüququ verilir. 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
44
Qeyd 2: Gömrük postlarından yalnız sərnişinlərin və  əl yüklərinin 
keçirilməsinə icazə verilir. Malların idxalı və ixrac əməliyyatları qəti olaraq 
gömrükxanalarda həyata keçirilir. 
6) Gömrükxanaların və buraxılış postlarının  şəxsi heyəti rəisdən 
(gömrükxana), həmçinin müdirdən (gömrük postu) və zəruri sayda  məmur-
lardan təşkil edilir. 
Qeyd: hər bir müəssisədə məmurların sayı Gömrük nəzarəti şöbəsinin 
təqdimatı əsasında  Xalq Xarici Ticarət Komissarlığı tərəfindən dəyişdirilə 
bilər. 
7) Gömrük müəssisələrinin qanunauyğun fəaliyyətinə  rəis cavab-
dehdir. Heç bir mülki və ya hərbi icra hakimiyyətinin və idarələrin gömrük 
işinə aid sərəncamların yerinə yetirilməsinə müdaxilə edə bilməz.  Əksinə, 
bütün icra hakimiyyətləri bu müəssisələrin qanuni tələblərinə kömək etməli, 
gömrük işi ilə bağlı  məsələlər istisna edilməklə, digər məsələlər barəsində 
Xalq Xarici Ticarət Komissarlığına müraciət etməlidirlər. 
Məmurlar haqqında 
8) Gömrük nəzarəti  şöbəsinin bütün tərkibi, gömrükxana rəisləri və 
köməkçiləri, post müdirləri, gömrükxana müfəttişləri və  nəzarətçiləri, 
birinci dərəcəli gömrükxanalarda pakhauz və gəmi nəzarətçilərinin təyini və 
vəzifədən azad edilməsini Xalq Xarici Ticarət Komissarlığı həyata keçirir. 
Digər qulluqçuların işə  təyini və azad edilməsi gözətçi və kuryer 
vəzifələri istisna edilməklə Gömrük nəzarəti  şöbəsi tərəfindən həyata 
keçirir. 
Gömrük nəzarəti  şöbəsinə bildirməklə, gözətçi və kuryer vəzifələrinə 
işə  təyin və azad edilmə haqqında qərarları müəssisələr müstəqil olaraq 
qəbul edir. 
9)Məzuniyyətə buraxılma  Əmək Komissarlığının dekreti ilə müəyyən 
edilən ümumi əsaslarla müəyyən edilir, qulluqçunun məzuniyyətə buraxıl-
ması haqqında sərəncamı işə təyin və azad edən icra hakimiyyəti verir. 
10) Xüsusilə  çətin həyat  şəraiti olan ərazilərdə yerləşən gömrük 
müəssisələrinin  ştat cədvəlində müəssisənin  dərəcəsindən asılı olmayaraq 
qulluqçuların  əmək haqlarının artırılması üçün əlavə mükafat verilməsi 
tətbiq edilir. 
 
Azərbaycan İnqilab Komitəsinin 
 sədr 
müavini: 
     
D.Bünyatzadə 
Xalq Xarici Ticarət komissarı: 
  Teymur 
Əliyev 
Azərbaycan HİK-nin katibi:      
 
Qabriçidze  [202, 1920, 
23 декабря, №196].
 
 
Xalq Xarici Ticarət Komissarlığının gömrük işi ilə bağlı bütün qərar 
və  sərəncamlarının icrası Azərbaycanın gömrük hissəsi tərəfindən həyata 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə