Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə13/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   9   10   11   12   13   14   15   16   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
34
gömrük xidmətinin idarə edilməsi, gömrük müəssisələri üzərində birbaşa 
nəzarət Gömrük idarəsi rəisinin vəzifəsinə daxil idi.  
Gömrükxanaların  əsas funksiyasına daxil idi: a) müəyyən edilmiş 
xüsusi qaydalar əsasında sərhəddən keçən sərnişinlərin və onların  əl yük-
lərinin yoxlanılması; b) Maliyyə Komissarlığının sərəncamları  əsasında 
leqal surətdə daşınan idxal və ixrac mallarının qəbulu, qeydiyyatının aparıl-
ması, mühafizəsi və sonrakı ünvanına göndərilməsi, həmçinin müvafiq 
gömrük ödənişlərinin yığılması; c) qeyri-leqal idxal-ixrac əməliyyatlarında 
müsadirə edilən malların qeydiyyatının dəqiq və səlis aparılması və müha-
fizəsi, müsadirə faktları barəsində  işlərin açılması  və bu mallar haqqında 
müvafiq sərəncam və göstərişlərin verilməsi. Gömrük müəssisələri fəaliyyət 
dairəsinin həcminə görə 1-ci, 2-ci və 3-cü dərəcəli gömrükxanalara və 
gömrük-buraxılış postlarına ayrılırdı. Xalq Maliyyə Komissarlığına göm-
rükxanaların statusunu aşağı  dərəcədən yuxarı  dərəcəyə  və ya əksinə 
keçirmək səlahiyyəti verilirdi. Buraxılış postlarından yalnız sərnişinlər və 
onların  əl yüklərinin keçirilə bilərdi. Malların idxal və ixracının rəsmi-
ləşdirilməsi və  sərhəddən buraxılışı yalnız gömrükxanalarda həyata keçi-
rilirdi. Əsasnaməyə görə, qeyri-leqal idxal və ixrac əməliyyatlarında saxla-
nılan mal və əşyaların məsələsinə gömrükxanada baxılır, qəbul edilən qərar 
barəsində iki həftə  ərzində Gömrük idarəsinin rəisinə, sonuncunun qərarı 
barəsində şikayət Xalq Maliyyə Komissarlığına verilirdi. Açıq surətdə və ya 
gizli yolla keçirilməsinə cəhd edilən mallar, harada aşkar edilməsindən asılı 
olmayaraq, dərhal gömrükxanaya gətirilirdi. Gömrükxanaya gətirilən mal-
lar, qaçaqmal hesab edildikdə, cərimə tətbiq olunmadan müsadirə edilir və 
haqqında qəbul edilən qərar hüquqi qüvvəyə mindikdən sonra gömrükxana 
nəzdində açıq hərracda satılırdı. Satışdan  əldə edilən pulların 50 faizi 
xəzinəyə yönəldilir, 30 faizi mükafat şəklində qaçaqmalı  aşkar edən və ya 
ələ keçirən  şəxslərə, 20 faizi isə gömrükxana əməkdaşlarına verilirdi [29, 
51-52]. 
Hər bir gömrük müəssisəsində qulluqçuların say tərkibi Gömrük 
idarəsinin təqdimatı ilə Maliyyə komissarı  tərəfindən dəyişdirilə bilərdi. 
Gömrük idarəsinin rəisinin, onun köməkçilərinin, 1-ci dərəcəli gömrükxana 
rəisinin, onların köməkçilərinin və müfəttişlərin işə qəbulu və azad edilməsi 
Xalq Maliyyə Komissarlığının müvafiq əmri ilə həyata keçirilirdi. 
Azərbaycan SSR XKS-nin 1922-ci il 23 aprel tarixli qərarla 
“Azərbaycan SSR gömrükxanalarından malların ixrac və idxal Qaydaları 
haqqında” təlimat təsdiq edildi. Gömrük tənzimlənməsi qaydaları bu 
sənəddə sovet respublikalarından daxil olan mallara loyallığı ilə fərqlənirdi: 
 
 
 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
35
Azərbaycan SSR-in gömrük müəssisələrindən malların ixrac və 
idxal qaydaları 
I. İdxal 
Sovet respublikalarından ixrac 
1.1. Azərbaycan SSR ərazisinə sovet respublikalarından ixrac edilən 
mallar gömrük rüsumuna və baxışına cəlb olunmur. 
Qeyd: 1) Əgər xarici ölkədən daxil olan poçt bağlamasına görə qonşu 
sovet respublikasının gömrükxanasında rüsum tutulubsa, onda Azərbaycan 
SSR-də gömrük baxışına və rüsumuna cəlb edilmir. 
2)  Ərzaqla yüklənmiş türkmən qayıqları gömrük rüsumundan azad 
edilmir. 
 
İrandan idxal 
1.2.  İrandan bütün malların idxalı  gətirilən malların miqdarına görə 
pulla və ya natura ilə 10 faizlik gömrük rüsumu  ödənilməklə sərbəstdir. 
 
II. İxrac 
Sovet respublikalarına malların ixracı 
2.1. Azərbaycan SSR-dən sovet respublikalarına Xalq Ərzaq 
Komissarlığının siyahısında göstərilən  ərzaq məhsulları, müvafiq komis-
sarlıqlarının ixracına icazə verdiyi valyuta tutumlu mallar, şərab və spirtli 
içkilər, texniki materiallar istisna olmaqla, bütün malların daşınması 
sərbəst həyata keçirilir və rüsum ödənilməsindən azad edilir. 
2.2.  Ərzaq Komissarlığının siyahısında olan ərzaq məhsullarının 
daşınmasına həmin komissarlıq icazə verdiyi halda gömrük rüsumuna cəlb 
edilir. “Çentrsoyuz”, “Azərittifaq”, Hərbi kooperativ və “Vneştorq”a 
daşınan  ərzaq məhsullarına görə heç bir güzəşt tətbiq edilmir. Texniki 
materiallar Azərbaycan XTŞ-nin razılığı ilə rüsum tutulmadan buraxılır. 
2.3.  Şərab və spirtli içkilər gömrük rüsumu alınmadan, ancaq aksiz 
tutularaq buraxılır. 
2.4. Valyuta tutumlu mallar Gömrük idarəsinin razılığı ilə, 8-
23.04.1922-ci ildə təsdiq edilmiş cədvəllər üzrə daşınır. 
2.5. Gömrük rüsumu tutulmadan ixrac edilən bütün malların nəqli 
haqqında gömrükxanaya ərizə verilir. 
2.6. Hər bir sərnişinin özü ilə müəyyən edilmiş norma üzrə  ərzaq 
məhsullarının daşınmasına gömrük rüsumu tutulmadan  icazə verilir. 
 
İrana malların ixracı 
2.7.  İrana bütün malların ixracı, müvafiq xalq komissarlıqlarının 
icazəsi tələb olunan mal-qara, taxıl və neft məhsulları, texniki materiallar 
istisna olaraq, pulla və ya natura ilə 10 faiz həcmində rüsum ödənməklə 
aparılır. 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
36
Qeyd: Bu adda malların ixracı üçün ixracatçı  tərəfindən 
gömrükxanaya ərizə təqdim edilir. 
2.8. İrana gedən hər bir sərnişinə sərbəst surətdə və gömrük rüsumu 
ödəmədən özü ilə 10 funt ağırlığında çörək, 2 funt qənd və ya konfet, ¼ funt 
çay, 1 funt yağ və pendir, 100 ədəd papiros aparmasına icazə verilir. 
2.9. Hər bir ailəyə mebeldən, böyük güzgüdən, musiqi alətləri və tikiş 
maşınlarından başqa, 1 ədəd xalça daxil olmaqla ev əşyalarının maneəsiz 
və rüsumsuz buraxılmasına icazə verilir . 
Qeyd 1: Mebel və digər avadanlıqlarının daşınmasına Gömrük idarəsi 
tərəfindən icazə verilir. 
Qeyd 2: Musiqi alətlərinin buraxılmasına Xalq Maarif Komissarlığı 
razılıq verir. 
Qeyd 3: Müvafiq sənət sahiblərinə məxsus nəfəsli və simli kiçik musiqi 
alətləri xüsusi icazə olmadan və rüsumsuz buraxılır. 
2.10. Hər bir sərnişinin özü ilə sərbəst və rüsum ödəmədən 18 zolotnik 
qızıldan və 1 funta qədər gümüşdən olan zinət  əşyaları aparmasına icazə 
verilir, eyni zamanda hərəsindən bir ədəd olmaqla, saat, üzük, siqaret 
qutusu, qadın bəzəkləri bu normaya daxil deyil və maneəsiz buraxılır. 
 
I və II bölmələrə aid ümumi qeydlər 
Qeyd 1: Xüsusi hərbi yüklər gömrük baxışı və rüsumuna cəlb edilmir. 
Qeyd 2: Dövlət, kooperativ, hərbi təşkilat və müəssisələrin İrana idxal 
etdiyi və Azərbaycan SSR hüdudlarından bu ölkəyə ixrac etdiyi mallar 
gömrük rüsumundan azad edilmir. Bu qayda Cənubi Qafqaz respub-
likalarının ticarət idarələrinin, RSFSR xarici ticarət idarəsinin, “Kaspmor-
trans”ın, “Sentrsouz”un, ümumiyyətlə Rusiyanın bütün vilayət kooperativ-
lərinin  mallarına tətbiq edilmir. 
Qeyd 3: Bütün idxal və ixrac mallarından rüsumlar natura ilə tutulur, 
lakin aşağıda göstərilən mallardan rüsumun  pulla alınmasına icazə verilir: 
hər cür təzə meyvə, qoz-fındıq, püstə, bal, Mazandaran qəndi, qənnadı 
məhsulları, sirkə, meyvə  şirəsi, duz, ət və balıq (müxtəlif növdə), pendir, 
yağ, mal-qara və quş, yumurta, taxtadan tara və qutular, lampa şüşəsi, 
maşın yağı, xına, kağız makulatura. 
Qeyd 4:10 puddan az miqdarda idxal edilən mallardan rüsum pulla 
ödənilə bilər. 
 
III. Gömrük rəsmiləşdirməsi və yığımları 
3.1. Malların gömrük baxışından keçirilməsi və  nəticələrinin xüsusi 
tərtib edilmiş kitablara qeyd edilməsinin mövcud qaydaları dəyişdirilmir. 
3.2. Gəmilərə baxış keçirilməsi qaydalarında dəyişiklik edilmir, sovet 
respublikalarının limanlarından daxil olan və bu limanlara gedən gəmilər 
kabotaj hesab edilir. 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə