Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
37
3.3. İdxal mallarına daxil olan tütün, çay, kibrit, papiros və dəftərxana
kağızı bağlamalarına gömrükxanada icbari qaydada möhür (damğa)
vurulur.
3.4. Boşaldılıb gömrük anbarlarına, pakhauzlara, körpülərə və
gömrükxana ərazisinə yığılan mallar yeddi gün ərzində anbar rüsumundan
azad olunur, bu müddət ötdükdən sonra anbar rüsumuna cəlb edilir.
3.5. Azərbaycan SSR-in gömrükxanalarında idxal malları aşağıdakı
yığımlara cəlb olunur:
a) gömrük anbarlarında saxlanılan hər pud yükə görə:
- 1 gün saxlamağa görə - 1000 manat
- 2 gün saxlamağa görə - 2000 manat
- 3 gün saxlamağa görə - 3000 manat
Anbar rüsumu malların saxlanma müddətinə müvafiq olaraq artır.
b) gömrük baxışı sənədlərinin tərtib edilməsinə görə malın dəyərinin
10 faizi həcmində rüsum tutulur.
c) möhürlənməyə görə yığımın həcmi dəyişdirilmir
d) yüklərə möhür vurulmasına görə yığım bir ədəd bağlamaya görə - 5
manat
e) hər baxışdan keçirilməyə görə məzuniyyət haqqı - 25 manat
ç) bağlamalara damğa vurulmasına görə - 100 manat
Qeyd: gömrükxanalarda mallara görə pud hesabı rüsumunun
ödənilməsini nəzərdə tutan 1919-cu il 16 iyun tarixli qanun ləğv edilir.
Xalq Komissarları Sovetinin sədri
Qədirli
Xalq Maliyyə komissarı
H.Tağıyev
Katib
Qasımov [29, 53-54]
.
“Qaydalar”a əsasən, AXC-nin hələ də qüvvədə saxlanılan (!) və
gömrükxanalarda mallara görə pud hesabı rüsumunun ödənilməsini nəzərdə
tutan 1919-cu il 16 iyun tarixli qanunu ləğv edilirdi.
Göründüyü kimi, idxal
malları iki qrupa bölünürdü: sovet respublikalarından idxal və İrandan idxal.
Bundan əlavə, Azərbaycan SSR ərazisinə sovet respublikalarından ixrac
edilən mallar gömrük rüsumuna və baxışına cəlb olunmurdu. Əgər xarici
ölkədən daxil olan poçt bağlamasına görə qonşu sovet respublikasının
gömrükxanasında rüsum tutulmuşdusa, onda həmin mallar Azərbaycan
SSR-də gömrük baxışına və rüsumun tutulmasına cəlb edilmirdi. Yalnız
ərzaqla yüklənilmiş türkmən qayıqları gömrük rüsumundan azad edilmirdi.
İrandan bütün malların idxalı malların miqdarından asılı olaraq pulla və ya
natura ilə 10 faizlik gömrük rüsumu ödənilməklə sərbəst həyata keçirilirdi.
Yeni qaydalara əsasən, Azərbaycan SSR-dən sovet respublikalarına
Xalq Ərzaq Komissarlığının siyahısında göstərilən ərzaq məhsulları,
müvafiq komissarlıqlarının ixracına icazə verdiyi
valyuta tutumlu mallar,
Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
38
şərab və spirtli içkilər, texniki materiallar istisna olmaqla, bütün malların
daşınması sərbəst həyata keçirilir və rüsum ödənilməsindən azad olunurdu.
Ərzaq Komissarlığının siyahısında olan ərzaq məhsullarının daşınmasına
həmin komissarlıq icazə verdiyi halda gömrük rüsumuna cəlb edilirdi.
“Çentrsoyuz”, “Azərittifaq”, “Hərbi kooperativ” və “Vneştorq” təşkilatları
tərəfindən daşınan ərzaq məhsullarına görə heç bir güzəşt tətbiq edilmirdi.
Bununla yanaşı, Azərbaycan XTŞ-nin razılığı ilə texniki təchizat mate-
rialları rüsum tutulmadan buraxılırdı. Şərab və spirtli içkilər gömrük rüsumu
alınmadan, ancaq aksiz tutularaq buraxılırdı.
Valyuta tutumlu mallar
Gömrük idarəsinin razılığı ilə və təsdiq edilmiş cədvəllər üzrə daşınırdı.
Sərnişinlərin özləri ilə müəyyən edilmiş normaya uyğun apardıqları ərzaq
məhsullarına görə gömrük rüsumu tutulmurdu.
İrana bütün malların ixracı, müvafiq xalq komissarlıqlarının icazəsi
tələb olunan mal-qara, taxıl və neft məhsulları, texniki materiallar istisna
olmaqla, pulla və ya natura ilə 10 faiz həcmində rüsum ödənilməklə
aparırdı. Bu malların ixracı üçün ixracatçı tərəfindən gömrükxanaya ərizə
təqdim edirdi. İrana gedən hər bir sərnişinə sərbəst
surətdə və gömrük
rüsumu ödəmədən özü ilə 10 funt ağırlığında çörək, 2 funt qənd və ya
konfet, ¼ funt çay, 1 funt yağ və pendir, 100 ədəd papiros aparmasına icazə
verilirdi. Hər bir ailə mebeldən, böyük güzgüdən,
musiqi alətləri və tikiş
maşınlarından başqa, 1 ədəd xalça daxil olmaqla ev əşyalarını maneəsiz və
rüsumsuz apara bilərdi. Mebel və digər avadanlıqlarının daşınmasına
Gömrük idarəsi, musiqi alətlərinin buraxılmasına Xalq Maarif Komissarlığı
razılığı tələb olunurdu. Müvafiq sənət sahiblərinə məxsus nəfəsli və simli
kiçik musiqi alətləri xüsusi icazə olmadan və rüsumsuz buraxılırdı. Hər bir
sərnişinin özü ilə sərbəst və rüsum ödəmədən 18 zolotnik qızıldan və 1 funta
qədər gümüşdən olan zinət əşyaları aparmasına icazə verilir, eyni zamanda
hərəsindən bir ədəd olmaqla, saat, üzük,
siqaret qutusu, qadın bəzəkləri bu
normaya daxil edilmir və gömrükdən maneəsiz buraxılırdı.
Azərbaycan SSR-in İranla ticarət əlaqələri Xarici Ticarət Komis-
sarlığının bu ölkədəki nümayəndəliyi vasitəsi ilə tənzimlənirdi. 1920-1922-
ci illərdə nümayəndəliyin rəhbəri (müvəkkil) vəzifəsinə Əhməd
Məmmədov, daha sonra Əsədulla Axundov təyin olunmuşdu. Dövlət,
kooperativ, hərbi təşkilat və müəssisələrin İrana idxal etdikləri və
Azərbaycan SSR hüdudlarından bu ölkəyə ixrac etdikləri mallar gömrük
rüsumundan azad edilmirdi. Gömrükxanada yalnız
xüsusi hərbi yüklər
gömrük baxışından keçirilmir və rüsuma cəlb olunmurdu. Bu qayda Cənubi
Qafqaz respublikalarının ticarət idarələrinə, RSFSR xarici ticarət idarəsinə,
“Kaspmortrans” və “Sentrsoyuz”a, ümumiyyətlə Rusiyanın bütün vilayət
kooperativ idarələrinin ixrac mallarına tətbiq edilmirdi. Bütün idxal və ixrac
mallarından rüsumlar natura ilə tutulurdu.
Lakin bəzi mallardan, xüsusilə
təzə meyvə, qoz-fındıq, püstə, bal, Mazandaran qəndi, qənnadı məhsulları,