Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə15/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   11   12   13   14   15   16   17   18   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
39
sirkə, meyvə şirəsi, duz, ət və balıq (müxtəlif növdə), pendir, yağ, mal-qara 
və quş, yumurta, taxtadan hazırlanmış tara və yeşiklər, lampa şüşəsi, maşın 
yağı, xına, kağız makulaturadan gömrük rüsumunun  pulla alınmasına icazə 
verilirdi. 
Malların gömrük baxışından keçirilməsi və  nəticələrinin xüsusi tərtib 
edilmiş kitablara qeyd edilməsi və  gəmilərə baxış keçirilməsinin qüvvədə 
olan qaydaları olduğu kimi saxlanılırdı. Sovet respublikalarının liman-
larından daxil olan və bu limanlara gedən gəmilər kabotaj hesab edilirdi. 
Gömrük sənədlərində yüklərin  əsasən “Evelina”, “Kaspi”, “Karol Radek”, 
“Tehran”, “Tula”, “Parizen”, “Qorçakov”, “Kekkum” adlı  gəmilərlə daşın-
ması haqqında məlumatlar vardır. Respublikanın  ərzaq ehtiyatı ilə  təchi-
zatını qaydaya salmaq üçün Rəşt və  Ənzəli limanlarından daşınan düyü, 
quru meyvə, xırda buynuzlu heyvanlar və digər  ərzaq məhsulları  əsasən 
“Cəngəl”  Şurasından və Ehsanulla xan hökuməti ilə aparılan sövdələş-
mələrlə qızıl pul və neft məhsullarının mübadiləsi yolu ilə alınırdı. 
Sözsüz ki, sovet gömrük siyasəti SSRİ-ni daxili və xarici siyasətinin 
təsiri ilə formalaşırdı. Bu siyasət sovet dövlətinin həm qanunverici, həm də 
normativ hüquqi aktlarında  əks olunurdu. 1922-ci ildən sovet gömrük 
müəssisələri yeni tariflə  işləməyə başladılar və 1924-cü ilə  qədər davam 
etdi. Bu tarifə görə ölkəyə gömrük rüsumu tutulmadan kənd təsərrüfatı 
maşın və mexanizmlərinin, toxum və mineral gübrələrin gətirilməsinə, 
ölkədə istehsal olunmayan gübrə və zərərvericilərə qarşı vasitələrin gətiril-
məsinə yol verilirdi.  
İdxal mallarına daxil olan tütün, çay, kibrit, papiros və  dəftərxana 
kağızı bağlamalarına gömrükxanada icbari qaydada möhür (damğa) vuru-
lurdu. Gömrük anbarları, pakhauzlar, körpülər və gömrükxana ərazisinə 
yığılan mallar yeddi gün ərzində anbar rüsumundan azad olunur, bu müddət 
ötdükdən sonra anbar rüsumuna cəlb edilirdi. 
Azərbaycan SSR-nin gömrükxanalarında idxal malları  aşağıdakı 
yığımlara cəlb olunurdu: 
a) gömrük anbarlarında saxlanılan hər pud yükün saxlanılmasına görə: 
-   1 gün saxlamağa - 1000 manat 
-   2 gün saxlamağa - 2000 manat 
-   3 gün saxlamağa - 3000 manat 
Anbar rüsumu malların saxlanılma müddətinə müvafiq olaraq artırdı. 
b) gömrük baxışı  sənədlərinin tərtib edilməsinə görə malın dəyərinin 
10 faizi həcmində rüsum tutulurdu. 
c) möhürlənməyə görə yığımın həcmi dəyişdirilmir
d) yüklərə möhür vurulmasına görə yığım bir ədəd bağlamaya görə - 5 
manat; 
e) hər baxışdan keçirilməyə görə məzuniyyət haqqı - 25 manat; 
ç) bağlamalara damğa vurulmasına görə - 100 manat [29, 53-54]. 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
40
Tədqiq olunan dövrdə gömrük xidmətində çalışan azərbaycanlıların 
sayının az və ya çox olması, bu sahədə  rəhbər vəzifələrə irəli çəkilməsi 
haqqında məsələyə birmənalı yanaşmaq olmaz. Birincisi, bu sahənin spesi-
fik xüsusiyyətləri əməkdaşlardan xüsusi təhsilə və bacarığa malik olmasını; 
ikincisi hərbi mükəlləfiyyət daşımasını, rus dilini, eləcə də digər xarici dili 
bilməsini və s. keyfiyyətləri tələb edirdi. Rusiya imperiyası dövründən 
başlayaraq, Cümhuriyyət dövründə və sovet rejimi zamanı ölkənin gömrük 
orqanlarında peşəkarcasına xidmət etmiş mütəxəssislərin vicdanlı  fəaliy-
yətini inkar etmək olmaz. Əlbəttə, qeyd edilən şərtlərə uyğun olan azərbay-
canlıların həm AXC dövründə, həm də sovet rejiminin müəyyən dövrlərində 
dövlət idarəetmə aparatında, o cümlədən maliyyə və gömrük sistemində  işə 
qəbul edilirdilər. 1920-ci il mayın 29-da tərtib edilən  ştat cədvəli 
Azərbaycandakı gömrükxanaların (Bakı gömrükxanası istisna olmaqla) 
statusu,  şəxsi heyətin sayı  və milli tərkibi haqqında məlumat  əldə etməyə 
imkan verir: 
1.  2-ci  dərəcəli Ağstafa gömrükxanası,  əməkdaşların sayı – 33 nəfər 
(7 vakant yer), onlardan 7 nəfər azərbaycanlı; 
2.  2-ci  dərəcəli Astara gömrükxanası,  əməkdaşların sayı – 36 nəfər, 
onlardan 16 nəfəri azərbaycanlı; 
3. 2-ci dərəcəli Balakən gömrükxanası,  əməkdaşların sayı – 16 nəfər 
(3 vakant yer), onlardan 8 nəfəri azərbaycanlı; 
4. 2-ci dərəcəli Lənkəran gömrükxanası, əməkdaşların sayı – 17 nəfər 
(1 vakant yer), onlardan 9 nəfəri azərbaycanlı; 
5. 3-cü dərəcəli Biləsuvar gömrükxanası, əməkdaşların sayı – 7 nəfər 
(3 vakant yer), onlardan 3 nəfəri azərbaycanlı; 
6. 3-cü dərəcəli Muğanlı gömrükxanası,  əməkdaşların sayı – 4 nəfər, 
onlardan 2 nəfəri azərbaycanlı; 
7. 2-ci dərəcəli Yalama gömrükxanası, əməkdaşların sayı – 17 nəfər (6 
vakant yer), onlardan 5 nəfəri azərbaycanlı; 
8.  Qızıl-Ağac gömrük postu, əməkdaşların sayı – 4 nəfər, onlardan 2 
nəfəri azərbaycanlı; 
9.  Qabaqçöl gömrük postu, əməkdaşların sayı – 3 nəfər, onlardan 2 
nəfəri azərbaycanlı; 
10.  Mazımçay gömrük postu, əməkdaşların sayı – 3 nəfər, onlardan 2 
nəfəri azərbaycanlı; 
11. Poylu gömrük postu, əməkdaşların sayı – 4 nəfər, onlardan 2 nəfəri 
azərbaycanlı; 
12. Salahlı gömrük postu, əməkdaşların sayı – 3 nəfər, onlardan 
hamısı azərbaycanlı; 
13. Yuxarı Kür gömrük postu, əməkdaşların sayı – 3 nəfər, onlardan 2 
nəfəri azərbaycanlı; 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
41
14.  Çaxmaqlı gömrük postu, əməkdaşların sayı – 3 nəfər, onlardan 
hamısı azərbaycanlı; 
15.  Şıxlı gömrük postu, əməkdaşların sayı – 3 nəfər, onlardan 2 nəfəri 
azərbaycanlı [10, 4-7]. 
Digər gömrükxanalar, bir qayda olaraq rəis, dəftərxana işlərini aparan 
kargüzar və yoxlayıcılardan ibarət azsaylı şəxsi heyətə malik idi. Məsələn, 
1921-ci ildə Biləsuvar gömrükxanasının tərkibi rəis, 2 dəftərxana işçisi və 
cəmi 5 nəfər yoxlayıcıdan ibarət idi. Poylu, Şıxlı  və Salahlı gömrük 
postlarının heyəti 1-2 nəfərdən ibarət idi.  
Gömrük nəzarətçilərinin ixtisaslarının artırılması, xüsusilə Azərbaycan 
(türk) dilini və xarici dilləri mənimsəməsi üçün tədbirlər görülürdü. Bakı 
gömrükxanası rəisinin 29 aprel 1924-cü il tarixli əmri ilə əməkdaşlara türk 
dilinin nəzəri və praktik  cəhətdən öyrədilməsi üçün kurslar təşkil edilmişdi 
[37, 64]. 
Xalq Maliyyə Komissarlığının  1922-ci il 2 aprel tarixli 574 saylı 
sərəncamı ilə Gömrük idarəsinin rəisi  Əbdül Baqi Məmmədzadə cari ilin 
aprelin 1-dən tutduğu vəzifədən azad edilmiş və onun yerinə Əhməd Rzayev 
təyin edilmişdi. Onun təqdimatı ilə  bundan öncə Moskva XTŞ-nin 
əməkdaşı olmuş, iqtisad elmləri namizədi Musa Səlimov Gömrük idarəsinin 
rəis müavini vəzifəsinə təyin edilmişdi [21, 10]. 
Yük dövriyyəsinin artması  Xəzər Dəniz Gəmiçiliyik idarəsi ilə Bakı 
gömrükxanasının fəaliyyətinin əlaqələndirilməsini tələb edirdi. Bu məqsədlə 
hər iki qurum arasında 1924-cü il mayın 29-da müqavilə imzalanmışdı. 
Sənəddə göstərilirdi: 
 
Bakı gömrükxanası və Xəzər gəmiçiliyi Səhmdar cəmiyyətinin  idarə 
heyəti arasında  müqavilə 
 
Biz aşağıda imza edənlər, Bakı gömrükxanası  tərəfindən gömrük-
xananın rəisi A.D.Hasilava və  Xəzər gəmiçiliyi səhmdar cəmiyyətinin 
(“Kaspar”) idarə heyətinin sədr müavini Q.N.İllarionov arasında aşağıdakı 
şərtlərlə müqavilə imzalanır: 
1.  Xəzər gəmiçiliyi idarəsi (“Kaspar”) Qara şəhər, Fəhlə prospek-
tindəki 4 nömrəli körpü ərazisində (keçmiş “Komvo”) yerləşən anbarlarını 
tələb olunan miqdarda Bakı gömrükxanasının sərəncamına verir. 
2.  Bakı gömrükxanası Xəzər gəmiçiliyinin xaricdən gələn gəmilərinin 
4 nömrəli körpüdə yüklərin, eyni zamanda quru sərhədindən keçərək 
vaqonlarda dəmiryolu keçidi vasitəsilə körpüyə daxil olan xarici malların 
bilavasitə gömrük nəzarəti altında boşaldılaraq qeyd edilən anbarlara  
yığılmasına icazə verir. 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə