Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə19/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   15   16   17   18   19   20   21   22   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
49
dirilməsinə  və gömrük ödənişlərinin artırılmasında uda bilər. Buna nail 
olmaq lazımdır ki, “tox” gömrük nəzarətçisi korrupsiyaya meylli olmasın. 
Gömrük işinin ən vacib məsələlərindən biri məhz budur”.  
Xüsusilə bu məsələ  məqalə müəllifinin etirazına səbəb olurdu ki, 
RSFSR hökumətinin XXTK-nın ünvanına göndərilən tranzit yüklər rüsum-
dan azad edilib və bu güzəşt Azərbaycan hökumətinin özünün də tranzit 
yüklərinə aid edilir. Yazıda qeyd olunurdu ki, gömrük rüsumları ad valorem 
qaydasında hesablandığına və konyuktura tez-tez dəyişdiyindən gömrük-
xana hər dəfə bazar qiymətlərini müəyyənləşdirməyə  məcburdur. Bu çox 
mürəkkəb iş olmaqla bərabər, bir çox hallarda iradlara səbəb olurdu. Təbii 
ki, hökumət gömrük rüsumu alınmasının ad valorem qaydasından tamamilə 
imtina edə bilməzdi, bu sistem çox nadir hallarda olsa da, ölkədə 
saxlanılması  zəruri olan mallara qarşı  tətbiq edilirdi. Məsələn, o dövrdə 
mövcud  şərait nəzərə alınaraq,  ərzaq mallarına tətbiq edilirdi. Tövsiyə 
edilirdi ki, malların gömrük dəyəri qızıl pulla müəyyən edilməli və valyu-
tatutumlu mallardan, o cümlədən Qərbi Avropa bazarına göndərilən  İran 
mallarından gömrük ödənişləri qızılla alınmalıdır, bu qayda gömrük 
münasibətlərini daha da sadələşdirmiş olar. Əgər tacir İrandan qızıl pulla 
ipək alırsa, onda dövlətə də gömrük rüsumunu həmin valyuta ilə ödəməlidir. 
Bütün bunlar hökumətə  qızıl ehtiyatlarını artırmağa imkan verərdi. Yeri 
gəlmişkən, İrana ixrac edilən kerosinə tətbiq edilən aksizi qızıl pulla almaq 
olar. Qızılı qeyri-sağlam möhtəkir mübadilədən azad etməklə, hökumət 
gələcəkdə maliyyə islahatı aparılması üçün müvafiq baza yarada bilər”.  
Beynəlxalq gömrük münasibətlərinə toxunan müəllif Gürcüstanın 
yürütdüyü gömrük siyasətinin Azərbaycan iqtisadiyyatı üçün mühüm 
əhəmiyyət daşıdığını qeyd edirdi. Beləliklə, məqalədə Azərbaycanın göm-
rük siyasətinin aşağıdakı  əsas istiqamətlər üzrə inkişaf etdirilməsi təklif 
olunurdu: 
1.  Gömrük siyasətinin həyata keçirilməsi faktiki olaraq bir orqanın 
əlində  cəmləşdirilməlidir, indiki şəraitdə bu sənaye və ticarət komissarlığı 
olmalıdır. Digər komissarlıqlar iqtisadiyyatın bu və ya digər sahəsi ilə 
məşğul olan komissarlıqlar öz işlərini bu komissarlıq və ya onun ayrı-ayrı 
orqanları ilə əlaqələndirməlidirlər. 
2.  Gömrük rüsumlarının natura ilə alınması  və malların bazar 
qiymətlərinin müəyyən edilməsindən malın dəyərinin və gömrük ödəniş-
lərinin qızıl pulla ifadə olunduğu normal tarifə keçmək lazımdır. Bəzi az 
sayda mallar, əsasən də ərzaq mallarına ad valorem rüsumu saxlanıla bilər. 
İranla sərhəddə  tətbiq olunan idxal-ixrac rüsumları  və Batumdan keçən 
tranzit mallara görə rüsumlar hər hansı bir ölkənin qızıl valyutası ilə alınır. 
Müttəfiq respublikalarla əlaqələrdə isə rüsumlar Azərbaycan valyutası ilə 
tutulur. Ümumiyyətlə respublikanın daha çox müstəqil iqtisadi siyasət 
yeritməsinə nail olmaq lazımdır. Elə bir saziş  əldə olunmalıdır ki, 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
50
“Zaqvneştorq”un inhisar mallarının buraxılması sahəsində imtiyazları 
aradan qalxsın.  İnhisar malları üzərində hakimiyyət öz real mənasını 
itirmişdir. Rusiya XXTK-nın bu sahədə  səlahiyyətlərinin hüquqi əsasları 
artıq yoxdur. Mərkəzi kooperativ təşkilatların səlahiyyətlərinə yenidən 
baxılmalı və ləğv edilməlidir. 
3.  Müttəfiq respublikalarla sərbəst əmtəə mübadiləsi bu şərtlə saxla-
nılmalıdır ki, Azərbaycan SSR-dən  ərzaq məhsullarının daşınmasına 
dəyişkən tariflər  əsasında gömrük rüsumları  və xüsusi icazələrlə  tənzim-
lənsin, texniki materiallar və maşınların ixracına isə qadağanlar və ya icazə 
sistemi tətbiq edilsin
4.  Gürcüstanla münasibətdə tranzit malların daşınmasına güzəştlərin 
tətbiq olunmasına və tranzit yüklərə görə rüsumun Bakı gömrükxanasında 
alınması nail olmaq lazımdır; 
5.  Xaricdən zinət  əşyaları axınını  məsələsinə xüsusi olaraq nəzərdən 
keçirilməli və Gürcüstanla razılığa gəlməklə bir qismi məhdudlaşdırılmalı, 
bir qisminin isə qadağan edilməlidir. 
1920-ci ilin noyabrın 14-də Tiflisdə Azərbaycan, Gürcüstan və RSFSR 
arasında tranzit ticarət haqqında saziş bağlandı. Sazişdə Bakı neftinin 
Gürcüstanda çıxarılan daş kömürlə, meşə-ağac məmulatları  və başqa 
məhsullarla mübadiləsi nəzərdə tutulurdu. Saziş Azərbaycan, Gürcüstan və 
Ermənistan respublikaları iqtisadi sahədə “əməkdaşlığı gücləndirmək” məq-
sədi daşısa da, əslində isə RSFSR rəhbərliyinin strateji məqsədlərinə uyğun 
idi. 1921-ci il aprelin 14-də isə  Cənubi Qafqaz dəmiryolu, iyunun 2-də 
xarici ticarətdə idarəçiliyin mərkəzləşdirməsi haqqında sazişlər imzalandı. 
Hər üç respublikanı təmsil edən nümayəndələrin daxil olduğu kollegiyanın 
rəhbərlik etdiyi birləşmiş Xarici ticarət idarəsi yaradıldı.  
1920-1921-ci illərdə sovet xarici ticarətinin  əsas istiqamətləri ilə 
tanışlıq göstərir ki, bu dövrün idxal planında  əsas yeri ilk öncə  sənaye və 
nəqliyyatın tələbatının ödənilməsi üçün avadanlıq, maşın və mexanizmlərin 
alınması  əsas yer tuturdusa, 1921-ci ildə başlayan  ərzaq çatışmazlığı  və 
aclıqla  əlaqədar idxal siyasətində  də  dəyişikliklər aparıldı.  İngiltərə, 
Mancuriya və Bolqarıstandan taxıl alınması, yeni iqtisadi siyasətə keçid 
dövrünün tələblərinə uyğun olaraq kəndlə  əmtəə mübadiləsini qaydaya 
salınması üçün kütləvi istehlak mallarının, kənd təsərrüfatı alət və mexa-
nizmlərinin gətirilməsinə üstünlük verildi. Həmin illərdə sovet xarici 
ticarətində ixrac potensialının  əsas hissəsini neft, meşə-ağac materialları, 
tütün və ipək təşkil edirdi. İdxal-ixrac planları XKŞ  tərəfindən təsdiq 
edilirdi. 
1921-ci il avqustun 7-dən (ZXXTK ilə RSFSR XXTK arasında 
imzalanan müqavilədən sonra) 1922-ci ilin dekabrına qədər olan dövrdə 
Rusiya siyasi və iqtisadi sahədə maraqlarını  təmin etmək məqsədi ilə 
Azərbaycanın xarici ticarət və gömrük işi sahəsinə  təzyiqi daha da artırdı. 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə