Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə18/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   14   15   16   17   18   19   20   21   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
47
7) Zaqafqaziya Xarici Ticarət  İdarəsi inhisar mallarına icazələr 
verilməsi ilə məşğuldur və gömrükxananın başının üstündən Su nəqliyyatına 
sərəncamlar verir. Bütün bunlar dolaşıqlıqlar yaradır və lazımdır ki, biz bu 
orta  əsr adətlərindən xilas olaq. Bütün əməliyyatların bir təşkilatda 
birləşdirilməsi iqtisadi məsələlərlə  məşğul olan bütün komissarlıqların 
fəaliyyətini əlaqələndirə bilərdi; 
 8) respublika bütün valyuta tutumlu ixrac mallarına gömrük vergisi, 
şərab, spirt və neft məhsullarına aksiz təyin etməklə öz maraqlarını qoru-
malıdır;  
9) bütün bu məsələlər ittifaq respublikaları ilə aparılan ticarət 
münasibətlərinə də şamil edilməlidir;  
10) Azərbaycan üçün İranla və Gürcüstanla düzgün ticarət əlaqələrinin 
qurulmasının böyük əhəmiyyəti vardır. İranla gömrük münasibətlərində heç 
də  hər bir şey qaydasında deyil. Azərbaycan hakimiyyəti həm xüsusi 
şəxslərə, həm də dövlət ticarət müəssisələrinə bu sahədə  sərbəstlik 
vermişdir. Təbii olaraq, mal-qaranın, taxıl məhsullarının, elektrik malları-
nın, avtomobil və mətbəə şriftlərinin İrana ixracının qadağan edilir, düyü və 
taxıl məhsullarından başqa,  İrandan idxal edilən bütün mallara isə gömrük 
rüsumu tətbiq edilməklə icazə verilir. Bu işin səmərəli olması isə  dəqiq 
tarifin təyin edilməsindən asılı idi;  
11)  ən vacib və narahatlıq doğuran məsələ inhisara alınmış malların 
məsələsi idi. Bu iş “Zaqvneştorq”a həvalə edilməli və bu malların ixracına 
icazə alınmalıdır. Lakin biz bəzi malların ixracının inhisara alınmasının 
səbəbləri haqqında rəsmi mövqe bildirilməli, həmçinin bu şəraitdə hansısa 
bir malın inhisara  alınmasının hüquqi izahı verilməlidir; 
12) bir şey aydındır ki, “Zaqvneştorq”  şəkərin, kerosinin, təbəqə 
dəmirin, bidonların və manufakturanın ixracına xüsusi icazələr verir. 
İxracına icazə verilən mallar gömrük yığımına cəlb olunur. Əgər icazə 
varsa, deməli qadağan da vardır.  İcazə  və qadağanların da hər hansı bir 
iqtisadi  əhəmiyyəti olmalıdır. Bu hal XVI-XVII əsrlərdə  də baş veribsə, 
iqtisadi tarixçi öyrənən müasir iqtisadi şəraitdə bu və ya başqa bir inhisarın 
səbəblərinə izah tapa bilər. Lakin bu halda tam və  məqsədli inhisara 
alınmanın səbəbləri yoxdur. Elə malların ixracına icazə verilib və ya ixracı 
qadağan edilib ki, onların bu ölkənin iqtisadiyyatına heç bir aidiyyatı 
yoxdur. Tara kimi qəbul edilən bidonları da istənilən emalatxanada 
hazırlamaq olar; 
13) ölkə idxal edilən təbəqə  dəmirə  və meşə materialına ehtiyac hiss 
edirsə, bu haqda ilk növbədə  və  qəti olaraq yerli təsərrüfat orqanları 
düşünməlidir. Bu düşüncələrdən onları “Zaqvneştorq” kənarlaşdırmışdır. Bu 
çox ciddi məsələdir və yerli orqanlar təbəqə  dəmirin onsuz da az qalan 
qalıqlarının ixracını planauyğun surətdə azaltmaq haqqında fikirləşməlidir. 
Onu şimaldan daşıyıb gətirməyi xəyal etmək – ümidsiz bir işdir; bu gün də 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
48
olmasa, sabah bunlar üçün qızıl ödənməlidir. Beləliklə, Azərbaycanın xalq 
təsərrüfatı baxımından yanaşdıqda bu malların “Zaqvneştorq” tərəfindən 
tənzimlənməsinin heç bir əsası yoxdur, ziyanı isə göz qabağındadır. 
“Zaqvneştorq” bu malların buraxılmasına yalnız ticarət maraqları mövqe-
yindən baxır, başqa cür də ola bilməz.  Əlbəttə ki, tacir marağı ilə  işləyən 
inhisarçı Azərbaycanda çardaqları nə ilə örtəcəklər haqqında düşünə bilməz. 
Onun üçün İranda dəmirin qiymətinin qalxması maraqlıdır ki, sağlam 
rəqabətdən qaçılsın və gəlirlər yüksəlsin;  
13) manufaktura və qəndin də inhisara alınmış ixrac malları siyahısına 
daxil edilməsi də başa düşülmür və “Zaqvneştorq” bundan da fayda götürür. 
Halbuki bu mallar cənubi Qafqazda istehsal olunmur və tranzit mallara 
aiddir. Hər iki adda mal buraya Qərbdən gətirilir və bunlardan nə  qədər 
istəsən gətirmək olar. Bakı gömrükxanası bu mallardan nə  qədər çox 
buraxsa, yerli büdcəyə  və ticarətin genişlənməsinə bir o qədər çox faydası 
olar. Təsərrüfat nöqteyi-nəzərindən bir sıra malların inhisara alınması 
ticarətin inkişafını buxovlayır. Səmərəli və sağlam maliyyə-iqtisadi siya-
sətin həyata keçirilməsinə çox böyük maneçilik yaradan bu eybəcər hal-
lardan tezliklə qurtarmaq lazımdır;  
14) Azərbaycan qonşu sovet respublikalarının İrana birbaşa çıxışı üçün 
mühüm  əhəmiyyət daşıyır. Tranzit yüklər maneəsiz olaraq, yalnız gömrük 
rüsumu tutulmaqla buraxılmalıdır;  
15) dövlətə aid tranzit yüklərdən gömrük rüsumunun alınmaması  və 
mərkəzi kooperativ təşkilatların tranzit mallarının 50 faizlik rüsuma cəlb 
edilməsi mənfi hallardır. Kooperativlər dövlətdən böyük dəstək alırlar, 
onların “orta bazar qiymətləri” siyasəti isə sadə istehlakçının  cibinə bir o 
qədər təsir etmir, dövlət isə çox ağır vəziyyətdədir və hər bir qəpiyin qədrini 
bilməlidir;  
16) gömrük ödənişləri Azərbaycan manatı ilə tutulmalıdır. 
Azərbaycan SSR-in gömrük siyasətinin ümumi məsələləri haqqında 
məqalə müəllifi yazırdı:  “Əsas məsələ idxal-ixrac mallarına tətbiq edilən 
gömrük rüsumlarının həcmi və gömrük rüsumuna cəlb edilmə üsullarıdır. 
Bütün mallardan 10 faizlik gömrük rüsumu alınması qaydası keçmişin qalığı 
kimi saxlanılır. Xaricdə qızıl pula satılan valyutatutumlu mallardan ölkəyə 
gətirilən ümumi tələbat mallarına bərabər həcmdə rüsum tutulması 
ədalətsizlikdir və dövlət büdcəsinə ziyan vurur. Buna görə  də  qısa bir 
müddətdə hər bir mala  ayrıca olaraq tarif müəyyən edilməlidir. Ən vacib 
məsələ rüsuma cəlb etməyin üsullarının müəyyən edilməsidir. Mallardan 
natura ilə ayırmalar hesabına rüsum tutulması  təcrübəsi fiaskoya 
uğramışdır. Natura yolu ilə rüsum tutulması iri həcmli anbarların saxlanıl-
masını  tələb edir ki, bu da son nəticədə mallara çəkilən xərcləri artırır. 
Tezliklə valyutatutumlu mallardan gömrük vergi və rüsumları pulla 
ödənilməsi üçün islahat aparılmalıdır. Dövlət gömrük aparatının sadələş-


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə