Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə24/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   20   21   22   23   24   25   26   27   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
59
2)  1922-ci il oktyabrın 15-dən Zaqafqaziya hüdudlarından çıxarılan 
mallara RSFSR XKŞ-nin 19122-ci il iyulun 7-də  təsdiq etdiyi ixrac 
ticarətinə aid tarif bütün əlavə və dəyişikliklərlə birlikdə tətbiq edilməsi; 
3)  Zaqafqaziyaya xaricdən idxal edilən və ixraca göndərilmənin 
qaydaları ayrıca olaraq xüsusi sərəncamlarla müəyyən olunması; 
4)  Zaqafqaziya respublikalarının gömrük müəssisələrində RSFSR-də 
qəbul edilən əsaslarla və həcmdə dəftərxana, anbar, gerb, damğa və ticarət 
yığımları tutulması; 
qeyd: Zaqafqaziya gömrükxanalarında göstərilən yığımlarda edilən 
hər hansı bir dəyişiklik öncədən razılaşdırıldıqdan sonra tətbiq edilməlidir. 
5)  ZSFSR Xalq Xarici Ticarət komissarlığına bu dekretin tətbiqi 
qaydaları, habelə onun ayrı-ayrı maddələrinin izahı haqqında təlimatları 
dərc etmək səlahiyyətinin verilməsi. 
6)  Bu dekret dərc edilməsi ilə Zaqafqaziya respublikaları hüdud-
larında tranzit yüklər və gömrük tarifləri haqqında qüvvədə olan bütün 
dekret və qərarlar ləğv edilsin. 
7)  Dekret teleqrafla qüvvəyə minir [1922,12 октября, № 97]
Bu dekretin dərc edilməsi ilə Zaqafqaziya respublikaları hüdudlarında 
tranzit yüklər və gömrük tarifləri haqqında qüvvədə olan bütün dekret və 
qərarlar ləğv edilirdi. Dekretin qüvvəyə minməsi teleqrafla bildirilmişdi. 
Beləliklə, xarici ticarətin dövlət inhisarına keçirilməsi üçün ixrac sahəsində 
əvvəllər tətbiq olunan güzəştlər aradan qaldırıldı. Bundan əlavə, ticarət 
azadlığını məhdudlaşdıran tədbirlər həyata keçirildi [196, 1922, 12 октября, 
№97; 41, 23].
 
1922-ci ilin sonunda gömrükxanalarda qeydə alınan ixrac malları 4 
qrupa bölünürdü: 1) ixracı qadağan edilmiş mallar; 2) ixracı dövlət inhi-
sarında olan mallar; 3) ixracına lisenziya verilən mallar; 4) sərbəst ixrac 
olunan mallar. 
1922-ci ilin sentyabrında Azərbaycan SSR Xalq Xarici İşlər Komis-
sarlığının XKS-yə göndərdiyi məktubda göstərilirdi ki, İranın ölkəmizdəki 
Diplomatik nümayəndəliyi Azərbaycan Hökumətindən 20 min pud pambıq 
lifinin maneəsiz və gömrük rüsumuna cəlb edilmədən tranzit olaraq Batuma 
göndərilməsinə icazə verilməsi xahişinə müsbət cavab verilsin. A.Şirvaninin 
imzaladığı məktubda göstərilirdi ki, bundan əvvəl Ali İqtisad Şurasının bu 
malların gömrük rüsumu tutulmaq şərti ilə buraxılması haqqında qərarı İran 
tərəfində narazılıq yarada bilər. Buna görə, 20 min pud pambığın həqiqətən 
İran hökumətinə  məxsus olmasını  və son zamanlar hər iki ölkə arasında 
münasibətlərin qaydaya düşməsi faktı nəzərə alınmalıdır [68, 414-414
arx.
]. 
Azneftin rəisi Serebrovskinin 1922-ci il 13 avqust tarixli teleqramında 
göstərilirdi ki, 1920-ci ilin may ayından 1921-ci ilin dekabrınadək Bakıdan 
xarici ölkələrə ixrac edilən neftin dəyəri 70 trilyon manat (1922-ci ilin 
müvafiq qiymətləri ilə) olmuşdu. Teleqramda göstərilirdi ki, 1922-ci ilin 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
60
iyun ayına qədər bu vəsaitin cəmi 1,5 trilyonu (?! – R.Q.) Azneftin hesabına 
köçürülüb [42, 96]. 
1922-ci il dekabrın 10-da ZSFSR Konstitusiyasının qəbul edilməsi ilə 
xarici ticarət komissarlıqlarının birləşdirilməsi hüquqi cəhətdən tamam-
lanmış oldu.  
Qeyd etmək lazımdır ki, bu tədbir regionda fəaliyyət göstərən bir sıra 
xarici  şirkətlərin ciddi müqavimətinə rast gəldi. Buna baxmayaraq xarici 
ticarətin tamamilə dövlət inhisarına alınması üçün tədbirlər davam etdirildi. 
Xarici  şirkətlərin bir çoxuna lisenziya verilməsi dayandırıldı. Bu iş dövlət 
kontoruna həvalə edildi. 1925-ci ildən isə Baş konsessiya idarəsi tərəfindən 
verilmiş icazələr ləğv olundu [178, 1922, 3 ноября]. 
Sovet Azərbaycanda təsərrüfat quruculuğu işləri idarəetmə sahəsində 
tez-tez aparılan islahatlarla müşayiət olunurdu. Azərbaycan hökumətinin 
1922-ci il 12 iyun tarixli dekreti ilə  Sənaye və Ticarət Komissarlığı 
yaradılmışdı. Lakin  Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və XKŞ-nin 19 
aprel 1924-cü il tarixli qərarı ilə Komissarlıq yenidən XTŞ ilə əvəz edilmiş, 
ticarət məsələlərinin tənzimlənməsi funksiyaları Ali İqtisad Şurası nəzdində 
fəaliyyət göstərən daxili ticarət Komissiyasına həvalə edilmişdi. 1924-cü il 
dekabrın 15-də  təsdiq edilən  Əsasnaməyə görə, AXTŞ respublika 
ərazisindəki bütün istehsal və ticarət müəssisələrinə  rəhbərlik və  fəaliy-
yətlərinin tənzimləyən icra orqanı idi. Şuranın tərkibinə daxil olan Dövlət 
müəssisələri idarəsinin kommersiya şöbəsi idxal-ixrac məsələləri ilə məşğul 
olurdu. 1926 və 1928-ci illərdə AXTŞ-nin idarəçilik strukturunda yeni 
islahatlar aparıldı. Sonuncu dəyişiklikdən sonra Şuranın aşağıdakı tərkibdən 
ibarət idi: 1) Rəyasət heyəti (sədr və üzvlər); 2) Katiblik və məxfi şöbə; 3) 
İşlər idarəsi; 4) Moskva və Tiflis şəhərlərində nümayəndəliklər; 5) Maliyyə 
şöbəsi və mərkəzi mühasibatlıq; 6) Smeta və yeni tikintilərin qeydiyyatı; 7) 
istehsalat idarəsi; 8)texniki büro; 9) energetika şöbəsi; 10) Statistika şöbəsi; 
11) Kəşfiyyat bürosu; 12) Sənayenin iqtisadiyyatı şöbəsi; 13) İdxal və ixrac 
stolu; 14) İxtiralar işləri üzrə şöbə; 15) Texniki peşə təhsili şöbəsi; 16) Yeli 
və xüsusi sənaye  şöbəsi; 17) Kustar və kooperativ ticarət  şöbəsi; 18) 
Səmərələşdirmə və mühəndis müfəttişliyi şöbəsi və 19) Təsərrüfat şöbəsi. 
1927-ci il avqustun 1-dən AXTŞ-nin strukturuna daxil edilən trestlər, 
o cümlədən Azipək, Azərtütün, Azərbalıq, Azərtekstiltrest, “Sement” 
səhmdar cəmiyyəti respublikanın xarici ticarət əməliyyatlarında fəal iştirak 
edirdi. 1930-cu ildə Azərbaycan SSR Ali Xalq Təsərrüfatı  Şurasının 
(AXTŞ) yeni Əsasnaməsi təsdiq edildi. 1932-ci il martın 29-da isə Azərbay-
can SSR MİK və XKŞ-nin qərarı ilə AXTŞ-nin bazasında respublika yüngül 
sənaye Nazirliyi təşkil edildi. Beləliklə, 1920-1932-ci illər  ərzində ölkə 
iqtisadiyyatının idarə edilməsinə, o cümlədən müəyyən mərhələlərdə xarici 
ticarət fəaliyyətinin tənzimlənməsində  iştirak edən orqanın fəaliyyəti başa 
çatdı [87,  1]. 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə