Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə12/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   8   9   10   11   12   13   14   15   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
31
tikilməsi təklif olunsun; 3) Naxçıvan gömrükxanası kənd sovetləri və yerli 
milis orqanlarını qaçaqmalçılıq cinayətinə görə  məsuliyyəti müəyyənləş-
dirən təlimatlarla təmin etsin [166, 32; 167, 65].
 
Dövlət idarələrində yazışmaların milli dildə aparılması barədə 
Azərbaycan sovet hökumətinin tədbirləri gömrük müəssisələrini də  əhatə 
edirdi. Respublikanın bütün gömrük müəssisələrinə göndərilən 13 fevral 
1922-ci il tarixli 271 nömrəli məktubda göstərilirdi ki, Azərbaycan SSR 
XKS-nin dekretinə  əsasən idarə  və müəssisələrdən rus dilində daxil olan 
bütün rəsmi məktub və hesabatların türk (Azərbaycan) dilində yazılmış 
mətnidə  əlavə edilməlidir. Məktub Gömrük idarəsinin rəisi, müəssisələrin 
milliləşdirilməsi üzrə fövqəladə beşliyin üzvlərindən olan Ə.Məmmədzadə 
tərəfindən imzalanmışdı [11, 7]. 
Xalq təsərrüfatının bərpa edilməsi ilə daxili istehsalın genişlənməsi və 
xarici ticarətdə müşahidə olunan inkişaf meylləri gömrük nəzarətinin 
hüquqi-normativ bazasının təkmilləşdirilməsini tələb edirdi. Bunsuz gömrük 
siyasətinin mövcudluğundan söhbət gedə bilməzdi. Azərbaycan SSR 
hökuməti gömrük işinin təşkilində 1922-ci ilin fevralına qədər RSFSR-in, 
bir çox hallarda Rusiya imperiyasının 1903-cü il gömrük tarifi və 1917-ci ilə 
qədər dərc edilən digər sənədlərdən istifadə edirdi.  
1922-ci ilin aprelində Azərbaycan SSR XKŞ  və Xalq Maliyyə 
Komissarlığı “Azərbaycan SSR-də  gömrük nəzarəti haqqında Əsasnamə”ni 
təsdiq etdi. Gömrük hissəsi Gömrük İdarəsi adlandırıldı  və Maliyyə 
Komissarlığının tərkibinə verildi. Əsasnamədə göstərilirdi ki, “xalq komis-
sarlıqlarının xarici ticarət,  ərzaq malları, valyuta və valyutaya satılan 
malların və digər predmetlərin idxal və ixracının tənzimlənməsi məqsədi ilə 
yürütdüyü iqtisadi siyasətin həyata keçirilməsi sahəsində  tədbirlərin 
görülməsi”  Gömrük İdarəsinə tapşırılır [32, 1]. 
 
Azərbaycan SSR-də gömrük nəzarəti haqqında Əsasnamə 
1922-ci il aprelin 23-də təsdiq edilmişdir 
 
Ümumi əsaslar 
1. Azərbaycan SSR-in Gömrük xidməti Gömrük idarəsi adı altında 
Xalq Maliyyə Komissarlığının tərkibindədir. 
2. Heç bir mülki və  hərbi hakimiyyət gömrük müəssisələrinin 
səlahiyyət dairəsinə daxil olan fəaliyyətinə  və  qəbul etdikləri qərarlara 
müdaxilə etməyə  səlahiyyəti yoxdur. Əksinə, bütün hakimiyyət bu müəssi-
sələrin fəaliyyəti ilə bağlı olan qanuni tələblərinə tam köməklik göstərməyə 
borcludur. 
 
 
 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
32
Fəaliyyətin predmetləri 
3. Gömrük idarəsi Xalq komissarlığı tərəfindən həyata keçirilən bütün 
iqtisadi siyasətin, xalq komissarlıqlarının xüsusi təlimatlarında göstərilən 
qaydada xarici ticarət,  ərzaq, xarici valyuta, valyuta tutumlu mallar və 
digər  əşyaların idxal və ixracının nizamlanmasına yönəldilmiş  tədbirləri 
həyata keçirir. 
4. Maliyyə Komissarlığının gömrük nəzarəti ilə bağlı bütün qərar və 
sərəncamlarının həyata keçirilməsi, Azərbaycanın gömrük xidmətinin idarə 
edilməsi, həmçinin Azərbaycanın bütün gömrük müəssisələri üzərində 
birbaşa nəzarət  Gömrük idarəsi rəisinin vəzifəsinə daxildir.  
 
İdarənin tərkibi 
Gömrük idarəsi rəis, tabeliyindəki köməkçilər və  zəruri  ştat sayında 
dəftərxanadan ibarətdir.  
5.  İdarə  rəisinin köməkçiləri (onlardan biri müavin) respublika 
gömrük xidmətinin idarə edilməsində onun bilavasitə əməkdaşları olub, eyni 
zamanda rəisin göstərişi ilə gömrük müəssisələrinin təftişini həyata 
keçirirlər.  
6. Gömrükxanaların  əsas funksiyası  aşağıdakılardır: a) müəyyən 
edilmiş xüsusi qaydalar əsasında sərhəddən keçən sərnişinləri və onların əl 
yüklərinin yoxlanılması; b) Maliyyə Komissarlığının sərəncamları əsasında 
leqal surətdə daşınan idxal və ixrac mallarının qəbulu, qeydiyyatının 
aparılması, mühafizəsi və sonrakı ünvanına göndərilməsi, həmçinin müvafiq 
gömrük ödənişlərinin yığılması; c) qeyri-leqal idxal-ixrac əməliyyatlarında 
müsadirə edilən malların qeydiyyatının dəqiq və səlis aparılması və müha-
fizəsi, müsadirə faktları barəsində  işlərin açılması  və bu mallar haqqında 
müvafiq sərəncam və göstərişlərin verilməsi. 
7. Gömrük müəssisələri fəaliyyət dairəsinin həcminə görə 1-ci, 2-ci və 
3-cü dərəcəli gömrükxanalara və gömrük-buraxılış postlarına ayrılır. 
Qeyd 1: Xalq Maliyyə Komissarlığına gömrükxanaları  aşağı  dərəcə-
dən yuxarı dərəcəyə və ya əksinə keçirmək səlahiyyəti verilir. 
Qeyd 2: Buraxılış postlarından yalnız sərnişinlər və onların  əl yük-
lərinin keçirilməsinə icazə verilir. Malların idxal və ixracı yalnız gömrük-
xanalarda həyat keçirilir. 
8. Gömrük müəssisələrinin şəxsi heyəti rəisdən (gömrükxanalarda) və 
ya müdirdən (buraxılış postlarında) və  zəruri  ştat sayında qulluqçulardan 
ibarətdir. 
Qeyd: Hər bir müəssisədə qulluqçuların say tərkibi Gömrük idarəsinin 
təqdimatı ilə Maliyyə komissarı tərəfindən dəyişdirilə bilər. 
9. Müəssisənin qanunauyğun və düzgün fəaliyyətinə  rəis (müdir) 
məsuliyyət daşıyır. 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
33
10. Gömrük idarəsinin rəisinin, onun köməkçilərinin, 1-ci dərəcəli 
gömrükxana rəisinin, onların köməkçilərinin və müfəttişlərin işə qəbulu və 
azad edilməsi Xalq Maliyyə Komissarlığı tərəfindən həyata keçirir. 
11. Məzuniyyətə göndərmək hüququ Gömrük idarəsinin rəisinin 
səlahiyyətidir. 
 
Qaçaqmalçılıq haqqında 
12. Qeyri-leqal idxal və ixrac əməliyyatlarında saxlanılan mal və 
əşyaların məsələsinə gömrükxanada baxılır, qəbul edilən qərar barəsində 
iki həftə  ərzində Gömrük idarəsinin rəisinə, sonuncunun qərarı barəsində 
şikayət Xalq Maliyyə Komissarlığına verilə bilər. 
13. Açıq surətdə  və ya gizli yolla keçirilməsinə  cəhd edilən 
qaçaqmallar, harada aşkar edilməsindən asılı olmayaraq dərhal 
gömrükxanaya gətirilməlidir. 
14. Gömrükxanaya gətirilən mallar, qaçaqmal hesab edilərək, cərimə 
tətbiq olunmadan müsadirə edilir və haqqında qəbul edilən qərar hüquqi 
qüvvəyə mindikdən sonra gömrükxana nəzdində aşıq ticarətdə satılır. 
15. Satışdan  əldə edilən pulların 50 faizi xəzinənin nəfinə yönəldilir, 
30 faizi mükafat şəklində qaçaqmalı aşkar edən və ələ keçirən şəxslərə, 20 
faizi isə gömrükxana əməkdaşlarına verilir. 
16. Xalq Maliyyə komissarına əsasnaməni təkmilləşdirmək, icra üçün 
təlimat və qaydalar dərc etmək səlahiyyəti verilir. 
 
XKS-nin sədr müavini             Qədirli 
Xalq Maliyyə komissarı          H.Tağıyev 
XKS-nin katibi                        Qasımov [29, 51-52]. 
 
Sənədə  əsasən, Azərbaycan SSR-in gömrük xidməti Gömrük idarəsi 
adı altında Xalq Maliyyə Komissarlığının tərkibinə daxil edildi. Heç bir 
mülki və  hərbi hakimiyyət subyektinə gömrük müəssisələrinin səlahiyyət 
dairəsinə daxil olan məsələlərə və qəbul etdikləri qərarlara müdaxilə etməyə 
icazə verilmirdi. Əksinə, bütün hakimiyyət qurumları gömrük işi ilə bağlı 
olan qanuni tələblərə tam köməklik göstərməyə borclu idi. Gömrük idarəsi 
Xalq Maliyyə Komissarlığının xüsusi təlimatlarında göstərilən qaydalar 
əsasında  ərzaq, xarici valyuta, valyuta tutumlu mallar və digər  əşyaların 
idxal və ixracının nizamlanmasına yönəldilmiş  tədbirləri həyata keçirirdi. 
Gömrük İdarəsinin tərkibi rəisdən, onun tabeliyində olan köməkçilərdən və 
zəruri  ştat sayında dəftərxanadan ibarətdir.  İdarə  rəisinin köməkçiləri 
(onlardan biri müavin) respublika gömrük xidmətinin idarə edilməsində 
onun bilavasitə əməkdaşları olub, eyni zamanda rəisin göstərişi ilə gömrük 
müəssisələrinin təftişini həyata keçirirdi. Komissarlığının gömrük nəzarəti 
ilə bağlı bütün qərar və  sərəncamlarının həyata keçirilməsi, Azərbaycanın 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə