Betek card qeydiyyat şƏrtləRİ Ümumi ŞƏrtlər kart sahiBİ olmaq və kartin göNDƏRİLMƏSİ



Yüklə 396,67 Kb.
Pdf görüntüsü
tarix15.07.2018
ölçüsü396,67 Kb.
#55948


BETEK CARD QEYDİYYAT ŞƏRTLƏRİ 

ÜMUMİ ŞƏRTLƏR 

KART SAHİBİ OLMAQ VƏ KARTIN GÖNDƏRİLMƏSİ 

 



BetekCard’ın mülkiyyəti, Betek Boya ve Kimya San. A.Ş. yə (qısa “Betek Boya”) aiddir. 

 



BetekCard qeydiyyat formasının doldurulması ilə qeydiyyat sahibi,buna bağlı Ümumi Şərtləri və Betek 

Boya`nın BetekCard sistemindəki iş prinsiplərini qəbul etmiş sayılır. 

 

Betek Boya, BetekCard`ı istənilən vaxt, bir müəssisə, bank və ya finans təşkilatına təhvil verə bilər. 



 

Betek Boya, bu Ümumi Şərtlərə zidd bir vəziyyət aşkarladığında və ya ehtiyac gördüyündə BetekCard`ı 



ləğv edə bilər və ya geri qaytarılmasını tələb edə bilər. Kart sahibi bu şərtləri qəbul edir. 

Kart sahibi, BetekCard`ı aldığı zaman, imza bölməsini imzalamalıdır. Kart sahibi, kartı yaxşı vəziyyətdə 

saxlamaq və şəxsən istifadə etmək məcburiyyətindədir. 

 



Kart sahibi ola bilmək üçün vətəndaş 18 yaşını tamamlamış olmalıdır. 

 



Kart sahibi, formda doldurduğu məlumatların doğruluğuna və özünə aid olduğuna şəxsən cavabdehdir. 

Verilmiş səhv məlumatdan Betek Boya cavabdeh deyil. Kart sahibi, formda verdiyi ünvana hədiyyənin 

göndərilməsini əvvəlcədən qəbul edir. 

 



Kart  sahibi,  BetekCard  qeydiyyat  formuna  yazdığı  məlumatların,  Betek  boya  və  bağlı  şirkətlər 

tərəfindən  təşkil  olunan  tədbir,  aksiya,  dəvət,  elan,  poçt  və  e-mail,  SMS  və  bənzər  marketing 

fəaliyyətlərində istifadə oluna biləcəyini və bu məqsədlə üçüncü şəxslərə və servislərlə verilə biləcəyini 

qəbul edir. 

 

BetekCard, Betek Boya`nın BetekCard Programı daxilində kart sahibi tərəfindən mesaj servisi, telefon 



programları,  internet  saytı  üzərindən  və  daha  sonra  əlavə  olunacaq  və  ya  dəyişdiriləcək  digər 

kanallarla, Betek Boya  satış nöqtələrindən  verilən mal və xidmət  alımında, paket  üzərindəki  barkodu 

oxutmaq ya da kod göndərilərək xal qazanmaq və xərcləmək üçün istifadə olunacaq. 

 



Betek Boya, BetekCard proqramını və ya proqramdakı hədiyyə xal dəyərlərini və xal qazanma şərtlərini 

bir tərəfli olaraq, istədiyi zaman və ölçüdə dəyişdirə bilər. 

 

BetekCard  programının  sui-istifadə  edildiyi  aşkarlandığı  zaman,  hüquqi  nəticələri  ilə  bərabər,  kart 



sahibi xal və hədiyyə qazanmayacaq, daha əvvəl alınmış xalları silinəcək.  

 



 

BetekCard programı, elan olunaraq istənilən vaxt və səbəb göstərilmədən durdurula bilər və ya qismən 

ya da tamamilə ləğv oluna bilər. 

BetekCard formunu tamamlayaraq və imzalayaraq; EKOM – Əhməd Rəcəbli küçəsi 31, Bakı ünvanına 



göndərməyiniz və ya (012) 564 47 02 fax atmanız lazımdır.  

Qeyd.BetekCard  qeydiyyat  müraciəti,Betek  Boya`ya  muraciəti  qəbul  etmə  və  ya  BetekCard  yaxud  başqa  hüquqi  müştəri 

sədaqət kartı hazırlama məcburiyyəti gətirmir. 

HƏDİYYƏ QAZANMA VƏ ÇATDIRILMA 

 



Betek  Boya`nın  xal  qazanma  sistemlərini  və  xal  istifadə  qaydalarını  ,  BetekCard`ın  istifadə  şərtlərini, 

BetekCard hədiyyə kataloqunda  olan hədiyyə növlərini və  hədiyyə xallarını bir tərəfli olaraq istənilən 

zaman dəyişdirmə və yeniləmə haqqına sahibdir. 

 



Kart  sahibi,  BetekCard  sistemində  qeyd  olunan  xalları  miqdarında  BetekCard  hədiyyə  kataloqundan 

uyğun  gələn  hədiyyəni  tələb  edə  biləcək.  Şifahi  tələblər  qəbul  olunmayacaq.Hədiyyə  tələb  formu 

doldurulub  imzalanaraq  EKOM  –  Əhməd  Rəcəbli  küçəsi  31,  Bakı  ünvanına  göndərilməli  və  ya  (012) 

564 47 02 nömrəli telefona fax gönderə bilərsiniz. 

 



Betek  Boya,  BetekCard  hədiyyə  kataloqunu  və  hədiyyələrin  xal  dəyərlərini  istənilən  vaxt  bir  tərəfli 

olaraq dəyişdirmə haqqına sahibdir. 

 

BetekCard hədiyyə kataloqundakı hədiyyələr, məhdud saydadır. 



 

Betek Boya, kart sahibinin xal əvəzində tələb etdiyi hədiyyənin yerinə, o xala ən yaxın dəyərdə başqa 



bir hədiyyəni ya da BetekCard hədiyyə kataloqunda mövcud olan hədiyyələrdən hər hansı biri yerinə, 

kataloqdan kənar xala uyğun gələn ən yaxın xüsusiyyətdə bir hədiyyə haqqına sahibdir.  

 

BetekCard  hədiyyə  kataloqunda  mövcud  olan  məhsulların  keyfiyyət  və  zəmanət  məsuliyyəti, 



istehsalçı/idxalatçı firmaya aiddir. Betek Boya heç bir şəkildə hədiyyələrin cavabdehi deyil. 


 

 

KARTIN OĞURLANMASI VƏ İTMƏSİ 

 



Betek  Card`ın oğurlanması, itməsi, haqsız  və  ya  süi-istifadənin aşkarlanması yaxud istifadəyə yararsız 

vəziyyətə düşməsi zamanı, kart  sahibi dərhal vəziyyəti Betek  Boya`ya  bildirəcək  və Betek  Boya  Betek 

Card`ı  ləğv  edəcək.  Bu  xəbərdarlığa  qədər  meydana  gələ  biləcək  hər  növ  zərərdən  kart  sahibi  tam 

məsuliyyət daşıyır. 

 

Kart sahibi, itirilmiş BetekCard`ı ilə qazandığı xalları yeni kartına yüklədə bilmək üçün, (012) 409 8 409 



nömrəli telefondan Betek Boya Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq köhnə kartında yığılmış xalların 

yeni karta yüklənməsini tələb etməlidir. 

 

BetekCard ilə əlaqədar hər növ ixtilafda  Türk hüququ nəzərə alınır və İstanbul Anadolu Məhkəmələri 



məsul və səlahiyyətlidir. 

 

 



YUXARIDAKİ HÖKMLƏRİ OXUDUM, BAŞA DÜŞDÜM VƏ EYNİYLƏ QƏBUL EDİRƏM. 

 

MURACİƏT SAHİBİ: 



 

Ad – Soyad :  

 

 

 



 

 

 



 

Tarix : 


 

 

İmza 



 

Yüklə 396,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə