Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə8/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   4   5   6   7   8   9   10   11   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
22
müsadirədən azad edilməsi və sahiblərinə qaytarılması Azərbaycan SSR 
Maliyyə Komissarlığının səlahiyyətinə daxildir. Gömrük rüsumları  şöbə-
sinin rəisi A.P.Qolovanın imzaladığı  və surəti Lənkəran  İnqilab Komitəsi 
sədrinə ünvanlanan 1920-ci il 23 may tarixli 2865 saylı digər bir sənəddə 
göstərilirdi ki, inqilab komitələrinin yerli şöbələrinin məhkəmə  və inzibati 
hakimiyyətin (gömrükxananın) qərarı ilə müsadirə edilən qaçaqmalları (mal, 
əşya və  əsginaslar) vətəndaşlara qaytarmağa səlahiyyəti yoxdur. Qüvvədə 
olan Gömrük Məcəlləsinə  əsasən, qaçaqmal olması  şübhəli hesab edilən 
mallar gömrükxanaya təhvil verilir (VI cild, maddə 1113), gömrükxanalar 
məsələyə müstəqil surətdə baxır (GM, VI cild, maddə 1115, 1149, 1150) və 
ya məhkəməyə göndərir. Gömrükxanada cinayət işinə baxılandan sonra 
qərarın surəti mal sahibinə, məsuliyyətə  cəlb edilən  şəxslərə göndərilir ki, 
onların 3 gün müddətində Maliyyə Komissarlığına  şikayət etmək hüququ 
vardır (maddə 1141). Sonuncunun qərarından həmin müddət  ərzində ali 
hakimiyyət orqanına şikayət edilə bilər (maddə 1143).Gömrükxananın qəra-
rı qanuni qüvvəyə mindikdə  məcburi cərimələrin tətbiqi, müsadirə edilən 
mallara və əşyalara sərəncam vermək hüququnu gömrük hakimiyyəti həyata 
keçirir (maddə 1144). Maliyyə Komissarlığı yalnız  əsaslı  səbəb olduqda 
gömrükxananın qərarının icrasını dayandıra bilər (maddə 1166) [8,  1, 6]. 
Azərbaycan SSR XKŞ-nin təsdiq etdiyi “Azərbaycan SSR-in gömrük 
müəssisələrinin sərhəd mühafizəsi ilə qarşılıqlı münasibətləri haqqında 
Təlimat”da ölkə  ərazisini tərk edən  şəxslərin 1920-ci il avqustun 1-dən 
özləri ilə aparmalarına icazə verilən pul, qızıl və gümüşün, o cümlədən 
geyim  əşyalarının miqdarı müəyyən edilmişdi. Respublikanı  tərk edən hər 
bir şəxs özü ilə yalnız 50 min Azərbaycan manatı (bonu) və ya sovet rublu 
apara bilərdi. Bir ailənin 200 min manatdan artıq aparmasına yol verilmirdi. 
Hər hansı bir xarici valyutanın istər kağız, istərsə də metal sikkə formasında 
aparılması qadağan idi. İstisna olaraq, yaşayış yerlərinə qayıdan  İranlı 
fəhlələrin 5 gümüş tümən və 10 min Azərbaycan bonu və ya sovet rublu 
apara bilərdilər. Hər bir şəxs üzərində cəmi 1 ədəd üzük və ümumi çəkisi 5 
zolotnikdən çox olmayan qızıl saat (bilərziklə birlikdə) aparmasına icazə 
verilirdi. Gümüş  bəzək  əşyaların çəkisi 1 funtu ötməməli idi. Qiymətli 
metaldan hazırlanmış digər əşyaların sərhəddən keçirilməsi qadağan edilirdi. 
Sərnişinlərin özləri ilə aparılmasına icazə verilən paltarların siyahısı və sayı 
(kişi və qadın paltarları ayrıca olaraq) dərc edilmişdi. Təlimatda qəti şəkildə 
vurğulanırdı ki, sərnişinlərdən gömrük baxışı zamanı aşkar edilən normadan 
artıq əşya və pullar müsadirə edilməkdən əlavə, dəyərinin üçqat misli qədər 
cərimə təyin edilməlidir [27, 260-261]. 
Lakin 1920-ci ilin may-avqust aylarında Azərbaycanın Maliyyə 
Komissarlığının Gömrük şöbəsinə yerlərdəki inqilab komitələri və fövqəl-
adə komissiyaların  şöbələrinin, xüsusilə  cənub və  qərb sərhədlərində 
yerləşən gömrük məntəqələrinin işinə yersiz müdaxilə etməsi, XXTK-nin 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
23
icazəsi olmadan bu orqanların himayəsi ilə müxtəlif yüklərin sərhəddən 
keçirilməsi haqqında məlumatlar daxil olurdu. Gömrük idarəsinə aid 
olmayan orqanlar tərəfindən müsadirə edilən mallar çox vaxt gömrükxanaya 
təhvil verilmir və ya sadəcə olaraq, mənimsənilirdi. Bakı Gömrük komis-
sarının Maliyyə komissarlığı gömrük şöbəsinə 1920-ci il 23 avqust tarixli 
3894 saylı  məktub bunu bir daha təsdiq edir: “Gömrükxanaya bəlli olan 
məlumatlara görə, Bakı limanından daxil olan hərbi gəmilərdə respublika 
ərazisindən hərbi təyinatlı yüklər adı ilə hakimiyyətdən icazə almadan və 
təbii ki, müəyyən edilmiş heç bir gömrük vergisi ödənmədən xeyli miqdarda 
müxtəlif mallar və  ərzaq məhsulları daşınaraq aparılır. Eləcə  də,  İrandan 
qayıdan həmin gəmilərdə  gətirilən müxtəlif mallar, gömrükdən yayınaraq 
qaçaqmalçılıq yolu ilə  şəhərə daxil olur. XI Ordu əməkdaşları  və  qırmızı 
qvardiyaçılar tərəfindən Petrovska, Krasnovodska və ya Həştərxana 
getməsindən asılı olmayaraq, kütləvi surətdə  hər bir gəmidə gömrük 
baxışına təqdim edilmədən aztapılan mallarla doldurulmuş xeyli bağ-
lamalar göndərilir”. Gömrükxana rəhbərliyi, məktubda, limana daxil olan 
və yola düşən hərbi gəmilərə  də müvafiq gömrük baxışının həyata 
keçirilməsini, ölkədən daşınmasına icazə verilməyən malların gəmilərə 
yüklənməsinin qarşısını almaq məqsədi ilə gömrükxanaya mümkün qədər 
əlavə  səlahiyyətlər verilməsi və  bəzi malların poçt bağlamaları ilə 
göndərilməsinə məhdudiyyət qoyulmasını təklif edirdi [10, 159-159
arx.
]. 
Digər tərəfdən, yerli hakimiyyət orqanları gömrük məntəqələrinin 
normal fəaliyyəti üçün şəraitin yoxluğu, sosial-məişət  şəraitinin get-gedə 
çətinləşməsi ucbatından gömrük əməkdaşları iş yerlərini tərk edirdilər. 
Gömrük şöbəsinin rəhbərliyi 25 avqust 1920-ci ildə və  təkrar olaraq 
sentyabrın 15-də Azərbaycan  İnqilab Komitəsinə  məlumat verirdi ki, 
“Kommunist” qəzetində dərc edilmiş (21 avqust, № 95) dekretin mətnində 
“malların daşınmasına məsuliyyət daşıyan bütün müəssisələr” ifadəsinin 
səhv təsəvvür yaratması hesabına gömrük işindən kənar bəzi müəssisə  və 
təşkilatlar xarici ticarət əməliyyatlarının nizamlanması işinə yersiz müdaxilə 
edir, mövcud təlimat və qaydaları kobudcasına pozurlar. 
Gömrük şöbəsinin rəisi Azərbaycan İnqilab Komitəsinin sədr müavini 
M.D.Hüseynovun yük və sərnişin buraxılmasına gömrük nəzarətinin güclən-
dirilməsi tələbinə cavab olaraq yaranan vəziyyəti ətraflı şərh etmişdi. Onun 
Maliyyə komissarına ünvanlandığı 1920-ci il 25 avqust tarixli 4507 nömrəli 
məktubunda deyilirdi: “Ağstafa gömrükxanası yerləşdiyi binadan çıxarılmış 
və  şəxsi evin balkonunda yerləşir. Qulluqçular evlərdən qovulub və 
balkonlarda, yararsız vaqonlarda məskunlaşıblar. Yalama gömrükxanası iki 
otaqda yerləşir və buranın boşaldılması haqqında göstəriş verilib. Mənzil 
komissiyasında müraciət etmələri məsləhət görülür. Stansiya rəisi ya 
gömrük baxışı bitmədən qatarların yola düşməsinə göstəriş verir, ya da 
qatarlar elə  kənarda saxlanılır ki, gömrük baxışının aparılması mümkün 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə