Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə11/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   7   8   9   10   11   12   13   14   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
28
səbəb olurdu. 1921-ci il avqustun 21-də “Zaqvneştorq”dan Azərbaycan SSR 
XKS-nin sədri Q.Musabəyova ünvanlanan teleqramda göstərilirdi:  “Bakı 
gömrükxanasında “Zaqvneştorq”un mallarından gömrük rüsumu tutulur ki, 
bu da onun əsas vəzifələri ilə ziddiyyət təşkil edir. Xahiş edirik belə bir 
rüsumun ləğv edilməsi haqqında qəti göstəriş verəsiniz. Kollegiya üzvü 
Virap” [3, 42, 190, 195, 304]. 
1920-1921-ci illərdə gömrük rüsumları  şöbəsinin  əməkdaşları  əsasən 
Azərbaycan Xalq Cümhuriyyətinin gömrük təşkilatlarında çalışan “köhnə” 
mütəxəssislərdən ibarət idi. Şöbənin rəisi  əvvəllər olduğu kimi 
A.T.Qolovan, dəftərxana müdiri N.Q.Flyaçinski, onun müavini 
B.B.Qadzyatski təyin edilmişdi. Milli tərkibi ruslardan təşkil edilən 9 nəfər 
əməkdaşın aylıq  əmək haqqının ödənilməsinə 44 min manat vəsait ayrıl-
mışdı. Yalama gömrükxanasının rəisi  
İ.C.Kuç, nəzarətçi Kolasson təyin edilmişdi. Əksinə, respublikanın 2-
ci  ən böyük gömrük müəssisəsi olan Ağstafa gömrükxanasının  şəxsi 
heyətinin milli tərkibi 1920-ci il iyun ayından başlayaraq, ləğv edilənə kimi 
(dekabr, 1922-ci il) tamamilə azərbaycanlı  əməkdaşlar (cəmi 8 nəfər) 
olmuşdur. Gömrükxananın rəisi Məmməd bəy Pepinov, nəzarətçilər Qasım 
bəy Xanlarov və Seyid ağa Xəlilov idi. Yuxarı Kür gömrük postunun rəisi 
Qulam Rza Babaşov, nəzarətçilər Əbdül Hair Şifiyev, Rüstəm Qurbanov və 
Məhərrəm Qənbərov idi. Hələ AXC-nin Maliyyə naziri R.Qaplanov 
tərəfindən 1920-ci il martın 20-də  Lənkəran gömrükxanasının rəisi 
vəzifəsindən azad edilən Mir İsmayıl Talışxanov mayın 10-da vəzifəsinə 
bərpa edilmiş  və Bakı  İnqilab Komitəsinin 17 may tarixli yığıncağının 
qərarı ilə aylıq  əmək haqqı 4500 manat müəyyən edilmişdi. Məmməd bəy 
Pepinovun ailə  vəziyyət nəzərə alınaraq, Ağstafa gömrükxanasının rəisi 
vəzifəsindən çıxarılaraq Bala-
kən gömrükxanasına rəis təyin 
edilmişdi. Sərhəddə  hərbi və-
ziyyətin gərginliyi nəzərə alı-
naraq fəaliyyəti müvəqqəti da-
yandırılan Mazımçay postu-
nun rəisi Lositski də iyunun 
15-də Balakən gömrükxanası-
na göndərilmişdi [9, 23, 65, 
154]. 
Bununla yanaşı, Bakı 
gömrükxanasının rəhbər heyə-
tinin “ruslaşdırılması” faktını 
qeyd etmək lazımdır. Bakı 
gömrükxanasına 1920-ci ilin 
may ayından başlayaraq peşə-
Mir Cəfər Bağırov (1896-1956) 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
29
kar gömrük məmuru L.Budzınski başçılıq edirdi. Maliyyə komissarının 
müvafiq  əmrləri ilə iyun ayında Q.Xersonski, İ.Ananyev və S.Şerbak 3-cü 
dərəcəli nəzarətçi vəzifələrinə  təyin edilmişdilər. 1920-ci il iyunun 5-də 
“ailə vəziyyətinin nəzərə alınaraq işdən çıxarılması” haqqında müraciət edən 
R.Zeynalbəyovun  əvəzinə bir vaxtlar Bakı Xalq Komissarları Sovetinin 
hakimiyyət olduğu dövrdə Bakı gömrükxanasında gəmi və pakhauz 
nəzarətçisi vəzifəsində çalışan, Sentrokaspi diktaturası dövründə isə xidmət-
dən qovulan A.Ryabçikov təyin edilmişdi [7, 83]. 
Siyasi mövqelərinə görə  əməkdaşların təqiblərə  məruz qalması 
gömrük xidmətindən də yan keçmirdi. Müəyyən bəhanələrlə gömrük 
nəzarətçiləri həbs edilir, ya da fiziki təzyiqlərlə üzləşirdilər. Məsələn, 
Azərbaycan SSR Fövqəladə Komissiyası kollegiyasının sədri M.C.Bağırov 
Nəriman Nərimanovun siyasi baxışlarını müdafiə etdiyinə görə 1921-1922-
ci illərdə Bakı gömrükxanasının rəisi olmuş  Əbdül Baqi Məmmədzadə ilə 
açıq surətdə ədavət saxlayırdı. Bağırovun göstərişi ilə “çekistlər” mütəmadi 
olaraq Bakı gömrükxanası  nəzarətçilərinin normal fəaliyyətinə kobud 
müdaxilələr edirdilər. Bu hadisələrin  şahidi, Nəriman Nərimanovun siyasi 
həmfikiri olan Əhməd  Əhmədovun Dövlət Siyasi İdarəsinin zindanlarında 
saxlanarkən verdiyi ifadələr və xatirələri  əsasında tərtib olunmuş “1918-
1925-ci illərdə Azərbaycanda milli hərəkat və ictimai xadimlər  şahid gözü 
ilə” adlı kitabda M.C.Bağırovla Bakı Gömrükxanasının rəisi arasında yara-
nan münaqişədən bəhs edilir. Aydın olur ki, Əliheydər Qarayevin birbaşa 
razılığı  əsasında gömrükxana rəisi ixrac edilən mallardan natura şəklində 
alınan və Bakı gömrükxanasının anbarlarında saxlanılan ərzaq məhsullarının 
bir hissəsi (Azərbaycan sovet hökumətinin qərarı ilə buğda, düyü, qənd, çay 
və s. mallardan gömrük vergisi natura ilə alınırdı) hərbi məktəbin  ərzaqla 
təchizatına ayrılırdı. Bunu qanun pozuntusu hesab edən M.C.Bağırovun gös-
tərişi ilə Əbdül Baqi Məmmədzadə Maliyyə komissarının 1 aprel 1922-ci il 
tarixli 951 nömrəli əmrlə gömrük xidmətindən uzaqlaşdırıldı [156, 95-98]. 
Azərbaycan SSR-in şimal sərhədlərində gömrük məntəqələrinin fəaliy-
yətinin dayandırılması gündəmə gəldi. Ali İqtisad Şurasının sovet respubli-
kalarının sərhədindəki gömrük müəssisələrinin ləğv edilməsi haqqında 11 
iyul 1921-ci il tarixli qərarından sonra Azərbaycan Gömrük idarəsinin əmri 
ilə  fəaliyyəti dayandırılan Ağstafa gömrükxanası üzrə 26 nəfər, Yalama 
gömrükxanası üzrə 15 nəfər, Salahlı,  Şıxlı, Poylu və  Cəfərli gömrük mən-
təqələri üzrə müvafiq olaraq 3, 6, 2, və 3 nəfər xidmətdən azad edildi. Bakı 
gömrükxanasının yeni ştat cədvəlində əməkdaşların sayı 107 nəfər nəzərdə 
tutulduğundan Gömrük idarəsinin 15 sentyabr 1921-ci il tarixli 109 nömrəli 
əmri ilə 41 nəfər işdən çıxarıldı.  Ştat cədvəlində  cəmi 70 nəfər gömrük 
yoxlayıcısı saxlanıldı. Vəzifədən azad edilən gömrükxana rəisi L.Budzin-
skinin əvəzinə Əhməd Düdənginski təyin edildi.  


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
30
Həmin dövrdə  İranla geniş  sərhəd xəttinə malik Naxçıvanda gömrük 
xidmətinin fəaliyyəti diqqət mərkəzində saxlanılırdı. Naxçıvan SSR vilayət 
xarici ticarət idarəsi 1922-ci il 28 yanvar tarixli kollegiya yığıncağında 
qaçaqmalçılıq hallarının çoxalmasını nəzərə alaraq İranla sərhəddə yerləşən 
gömrük məntəqələrinin gücləndirilməsi məsələsini müzakirə etmişdi. Culfa 
və Naxçıvandakı gömrükxanalara ümumi nəzarət edilməsi xarici ticarət 
idarəsinin Təbriz kontoruna tapşırılmışdı. Gömrük məntəqələrinə bir neçə 
nəfər dövlət qulluqçusu ezam edilmişdi. Naxçıvan SSR Xalq Komissarları 
Sovetinin 1922-ci il 8 aprel tarixli yığıncağında Naxçıvanın Cənubi Qafqaz 
Xarici Ticarət  İdarəsi ilə münasibətlərini nizamlamaq və digər başqa 
məsələlərdə maraqlarını müdafiə etmək məqsədilə xüsusi nümayəndənin 
Tiflisə ezam edilməsi üçün 60 mln. manat vəsait ayrılması qərara alınmışdı. 
1922-ci il 26 may tarixli yığıncaqda Qafqaz Ordusu Hərbi  İnqilab Komi-
təsinin xüsusi şöbəsinin sərhəd gömrük məntəqələrində əhali tərəfindən mal 
keçirilməsinin qarşısının alınması haqqında müraciətinə baxılmışdı. Məsələ 
geniş  tərkibdə müzakirə edilmiş  və  əlavə rüsumların tətbiqi hesabına 
gömrük gəlirlərinin artırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi 
qərara alınmışdı.İran  ərazisindən qayıdan köçkün Naxçıvan sakinlərindən 
tutulan və Naxçıvan SSR Xalq Komissarları Sovetinin həmin ilin aprel 
ayının 24-dən tətbiq olunan gömrük rüsumu Xalq Komissarları Sovetinin 
sədri A.Qədimovun təklifi ilə 1922-ci il 6 may tarixli 27 saylı  qərarına 
əsasən müvəqqəti olaraq dayandırılmışdı. Lakin mərkəzin təlimatı ilə bir 
müddət  İrandan Naxçıvana qayıtmaq istəyən yerli sakinlərin gömrük-
xanadan buraxılmasına müvəqqəti qadağa tətbiq edilmişdi.  
Naxçıvan SSR Xalq Komissarları  Şurasının 3 may 1923-cü ildə 
Zülfüqar Seyidbəylinin sədrliyi ilə keçirilən iclasında Naxçıvan ərazisindəki 
gömrükxanalardan daxil olan rüsumların yerli xəzinədarlığa köçürülməsi 
haqqında məsələyə baxılmışdı. Həmin dövlət orqanının 10 avqust 1923-cü 
ildə tarixli iclasında isə Xalq Maarif komissarlığı kollegiyasının Naxçıvan 
gömrükxanasına daxil olan gömrük yığımlarının bir hissəsinin yerli təhsil 
ocaqlarının ehtiyacına ayrılması haqqında müraciətinə baxılmışdı. Lakin 
məlum səbəblərə görə bu məsələ müsbət həllini tapmamışdı [85, 112, 127-
133; 165,40]. 
Naxçıvan MSSR Xalq Komissarları Şurasının 1925-ci il 22 iyul tarixli 
iclasında Alışar və Bulqan gömrük məntəqələrinin fəaliyyət zonasında Araz 
çayı üzərində bərə və qayıqlardan istifadə edilməsi məsələsinə baxılmış, 12 
dekabr tarixli yığıncaqda Naxçıvan gömrükxanasının rəisi Lətifovun 
hesabatı dinlənilmişdi. Gömrük işi ilə bağlı qəbul edilən qərarda göstərilirdi: 
1) müsadirə olunmuş  zəruri istehlak mallarının Naxçıvan gömrükxanası 
işçilərinə ayda bir dəfə ucuz qiymətə satılması Zaqafqaziya Gömrük 
İdarəsindən xahiş edilsin; 2) Naxçıvan kommunal təsərrüfatı idarəsinə 
Bulqan gömrük məntəqəsi  ərazisində Araz çayı üzərində  bərə keçidinin 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə