Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə20/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   16   17   18   19   20   21   22   23   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
51
Belə ki, Rusiya Azərbaycanın xarici dövlətlərlə iqtisadi əlaqələrinə mane 
olmaqla ixrac potensialımızdan digər dövlətlərə qarşı  təsir vasitəsi kimi 
istifadə edirdi. Azərbaycan neft sənayesini və balıq vətəgələrini xarici 
dövlətlərə konsessiyaya verməklə, normal idxal-ixrac tarifi və gömrük 
vergiləri tətbiq etməklə böyük mənfəət verərdi.  Əksinə, xeyli miqdarda 
Azərbaycan nefti və digər strateji xammallar Rusiyaya və digər sovet 
respublikalarına daşınırdı [222, 168-174]. 
1921-ci ilin dekabr ayına qədər fəaliyyət göstərən Azərbaycan XXTK 
İtaliya,  İsveçrə  və Fransa şirkətləri ilə imzalanan 6 ticarət sazişi  əsasında 
xalça, ipək parça, barama və xəz satmaqla 166, 8 min funt sterlinq həcmində 
müxtəlif mallar alınmışdı. Bundan əlavə 1,5 mln. funt sterlinq məbləğində 
alqı-satqı sövdələşmələri imzalanmış  və  Təkcə Almaniyadan 60 min ədəd 
elektrik lampası, elektrik avadanlığı, dəmir yolu vaqonları, kənd təsərrüfatı 
alətləri və kütləvi tələbat malları  gətirilmişdi. 1921-ci ilin fevralından 
başlayaraq bir neçə ay ərzində Batum vasitəsilə Avropa ölkələrinə 3326 
ədəd xalça, 513 pud qara kürü, 1149 pud frizon, 55903 dəst bağırsaq, 2566 
ədəd qaragül dəri, 120 pud ipək, 996 pud yun və digər valyuta tutumlu 
mallar göndərilmişdi [221, № 6, 1921, 21-23, 26 ].
 
Azərbaycandan ixrac edilən dərman bitkiləri, o cümlədən valerian 
valyuta tutumlu mallardan idi. Rusiya və Zaqfederasiyanın xarici ticarət 
qurumları bunun qarşısını almağa çalışırdılar. Tiflisdən “Obvneştorq”dan 
Azərbaycan hökumətinə ünvanlanan 10 fevral 1922-ci il tarixli 2100 saylı 
məktubda valerian kökünə  həm Rusiyada, həm də  Cənubi Qafqaz respub-
likalarında ehtiyac olduğunu nəzərə alıb sərhəddən buraxılmaması haqqında 
Azərbaycan gömrüyünə göstəriş verilməsi xahiş edilirdi. Azərbaycan SSR-
in XKS-nin İşlər idarəsindən Gömrük komissarı  Məmmədzadəyə ünvan-
lanan 1922-ci il 23 fevral tarixli bildirişdə göstərilirdi: “tibdə istifadə edilən 
bitkilərin, o cümlədən valerianın (pişikotu) ixracının qadağan edilməsi 
haqqında üzərində XKS-nin sədr müavini Bağırovun dərkənarı olan qərarın 
surəti icra üçün Sizə göndərilir”[86, 463-464]. 
1921-ci ilin martında Moskvada sovet Rusiyası ilə Türkiyə arasında 
imzalanan müqavilə  hər  şeydən  əvvəl iqtisadi, o cümlədən ticarət  əlaqə-
lərinin yaradılması  və inkişafını  nəzərdə tuturdu. Türkiyənin neftə olan 
tələbatının çox hissəsi Azərbaycan vasitəsilə ödənilirdi. Cənubi Qafqaz 
gömrük idarəsinin məlumatında göstərilir ki, “Azərneftsindikat” yalnız 
Batumi limanı vasitəsilə Türkiyəyə 1922-ci ildə 9294 ton yanacaq nefti və 
340 ton benzin, 1923-1924-cü illər ərzində 16931 ton yanacaq nefti 509 ton 
benzin, 2695 ton maşın yağı, 180 ton mazut, toxuculuq dəzgahları üçün 
işlədilən 48 ton yağ aparılmışdı [209, 1926, № 3, 443-444].  
1921-ci il aprelin 26-da Tiflisdə  Cənubi Qafqaz respublikalarının 
yığıncağında Zaqafqaziya Xarici Ticarət  İdarəsinin (ZXTİ) yaradılması  və 
avqustun 7-də RSFSR-in analoji qurumu ilə  əməkdaşlıq müqaviləsinin 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
52
bağlanılması çox mətləblərə aydınlıq gətirdi. Müqavilənin  şərtlərinə görə, 
bundan sonra Cənubi Qafqaz respublikaları xarici iqtisadi əlaqələrini sovet 
Rusiyasının razılığı  və RSFSR XTİ-nin tərtib etdiyi qaydalar əsasında 
həyata keçirə bilərdi. Rusiya Cənubi Qafqaz respublikalarının xarici 
ölkələrdə ticarət fəaliyyətinə  və idxal-ixrac əməliyyatlarına birbaşa müda-
xilə etmək imkanı qazanırdı. Rusiya ZXTİ-nə  təyin etdiyi nümayəndəsi 
vasitəsilə Azərbaycanın xarici ticarət  əməliyyatlarına nəzarəti (xarici 
dövlətlərlə müqavilə bağlanması, xarici firmalara Azərbaycan  ərazisində 
konsessiya verilməsi, valyuta tutumlu malların ixracı, gömrük rüsumlarının 
həcminin tənzimlənməsi və s.) altına aldı [154, 95]. 
V.İ.Lenin 1921-ci il iyulun 14-də S.Orconikidzeyə göndərdiyi tele-
qramda “Bakı üçün və xarici ticarətin inkişafı üçün nə etdiyinizi bildirin” və 
21 sentyabr tarixli teleqramla isə N.Nərimanova “Vilayət Xarici Ticarət 
idarəsinin və RKP(b) MK-nın icazəsi olmadan nə almanlarla, nə də başqa 
heç kəslə xarici ticarət müqaviləsi bağlamayın” kimi göstərişlər verməklə 
bu məsələnin tamamilə RSFSR-in səlahiyyətinə aid olmasına təkid edirdi 
[162,12, 252].  
Belə bir şəraitdə Azərbaycan İnqilab Komitəsinin 1921-ci il 21 avqust 
tarixli dekreti ilə Azərbaycan SSR ərazisində idarə və təşkilatlar, həmçinin 
fiziki  şəxslər tərəfindən idxal-ixrac əməliyyatlarının aparılması qadağan 
edildi. Xarici ticarət fəaliyyəti sovet orqanlarının  əlində  cəmləşdirildi [60,  
55]. 
Xarici ticarəti genişləndirməkdə sovet dövlətinin başlıca strateji 
məqsədlərdən biri gömrük gəlirlərinin artırılması idi. Əgər 1922-ci ildə 
gömrük gəlirləri bütün vergi daxilolmalarının 10 faizini təşkil edirdisə, 
1923-cü ildə bu göstərici 35 faizə çatmışdı. Xarici ticarət komissarlığı 
işçilərinin 1924-cü ilin yanvarında keçirilən 2-ci ümumittifaq müşavirəsində 
qeyd olunmuşdu ki, xarici ticarət üzərində inhisarın tətbiqi dövlətə yüksək 
gəliri təmin edəcəkdir. Sovet statistikasının həmin illərə aid məlumatı bunu 
təsdiq edir: 1923/24-cü təsərrüfat ilinə nisbətən 1925/26-cı təsərrüfat ilində 
gömrük gəlirləri 2,2 dəfə artmış, başqa sözlə, 67,4 mln. qızıl rubldan 150,1 
mln. qızıl rubla qədər yüksəlmişdi [144, 85]. 
Sovet hökuməti bir sıra çətinliklərə baxmayaraq, qonşu İranla ənənəvi 
ticarət  əlaqələrinin bərpası  və daha da genişləndirilməsi üçün böyük səy-
lərini davam etdirirdi. Bu məqsədlə 1921-ci ilin mart ayında Azərbaycan 
XTK-nin xətti ilə qonşu  İrana 3 ticarət ekspedisiyası göndərilmişdi. 
Azərbaycan sovet hökumətinin və onun bu sahəyə rəhbərlik edən qurumu-
nun gərgin səylərinə baxmayaraq, respublikanın xarici ölkələrlə ticarət 
balansı passiv idi. Bu vəziyyət ilk növbədə  həmin qurumun xarici ticarət 
əməliyyatlarını səriştəsiz idarə etməsindən irəli gəlirdi. Buna görə də, 1921-
ci ilin iyulundan başlayaraq bəzi dövlət müəssisələri İranla müstəqil ticarət 
aparırdılar.  


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə