Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə10/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   6   7   8   9   10   11   12   13   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
26
sərhəd mühafizəsi əməkdaşları sərhəd xəttini keçərkən qanunla təyin edilən 
gömrük baxışının tətbiq edilməsinə şamil edilmir. 
Maddə 5. Həm gömrük təşkilatı, həm də sərhəd mühafizəsi zəruri hal 
yarandıqda, birgə razılıq  əsasında qaçaqmalçılıq hallarının qarşısının 
alınması istiqamətində görülən tədbirlər və qaçaqmalçılıq işləri haqqında 
bir-birinə məlumat verməlidir. 
Maddə 6. Gömrük, qaçaq malların saxlanılması haqqında bütün məlu-
matları, o cümlədən sahibləri haqqında və ya sahibi müəyyən edilmədiyi 
halda belə, qaçaqmalın digər təşkilatlar tərəfindən ələ keçirilməsi haqqında 
ən yaxınlıqda yerləşən sərhəd mühafizə hissəsinə bildirməyə cavabdehdir. 
Bildiriş  qısa olmalı  və yalnız malların növü, ələ keçirildiyi vaxt, qaçaq 
malın “məlumat” əsasında və ya “isti izlərlə” aşkar edilməsi, daşıyıcıların 
saxlanılıb-saxlanılmaması, onların  şəxsiyyəti və  sərhədi hansı  məntəqədə 
keçmələrinə cəhd etmələri haqqında məlumatlar göstərilməlidir. 
Maddə 7. Gömrük müəssisələri sərhəd mühafizəsi rayonunda bütün 
hallar üzrə malların müsadirədən azad edilməsi haqqında ən yaxın sərhəd 
mühafizə hissəsinə qısa məlumatlar verir. 
Maddə 8. Sərhəd mühafizə hissələrinin komandirləri gömrük 
müəssisəsi müsadirə edilən odlu silahların və döyüş sursatlarının istifadəyə 
yararlığının yoxlanılması haqqında müraciət etdikdə müvafiq yardımı 
göstərirlər. 
 
Azərbaycan İnqilab Komitəsinin  
sədr müavini:       
 
 
 
  D.Bünyatzadə 
Xalq Xarici Ticarət komissarı: 
   
Teymur 
Əliyev 
Azərbaycan HİK-nin katibi:                     
Qabriçidze 
 
“Təlimat” dövlət və gömrük sərhədinin etibarlı mühafizəsi sahəsində 
hər iki qurumun birgə  fəaliyyətinin  əlaqələndirilməsini təmin etmək 
məqsədi daşıyırdı. Sənədə  əsasən, qaçaq malın  ələ keçirilməsi tamamilə 
sərhəd mühafizəsinin səlahiyyətlərinə daxil edilsə  də, bu tədbirlər xidməti 
vəzifələrinin məqsədləri çərçivəsində  və  hər bir xüsusi halda sərhəd 
mühafizəsinin rəhbər şəxsləri ilə razılaşdırıldıqdan sonra gömrük müəssisəsi 
tərəfindən də həyata keçirilə bilərdi. Gömrük və sərhəd mühafizəsi arasında 
malların gizli daşınması  və qaçaqmalçılığın qarşısının alınması sahəsində 
funksiyalar bölüşdürüldü [214, 1920, статья 713]. 
Azərbaycandan RSFSR-ə daşınan malların dəyərinin 10 faizi həc-
mində gömrük rüsumu tutulması, ixrac şərtləri və qaydaları haqqında 
Gömrük idarəsi rəisinin 1921-ci il 1 yanvar tarixli əmri heç bir dəyişiklik 
aparılmadan 1922-ci il ərzində  də qüvvədə saxlanılmışdı [202, 1920, 23 
декабря, №196]. 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
27
1921-ci il iyunun 22-də N.Nərimanovun Ehsanulla xana radio ilə 
ünvanlandığı müraciətində Azərbaycanda  ərzaq və valyuta ehtiyatının 
çatışmazlığı  nəzərə alınaraq  Ənzəlidəki xarici ticarət nümayəndəmizə 
çəltiyin və digər taxıl məhsullarını  sərbəst tədarük etməsi üçün şərait 
yaradılması  və bu məhsulların gömrük vergisi alınmaması xahiş edilirdi. 
Radioteleqramda “ümumi işin mənafeyi xatirinə” Rəşt limanına bir gün 
öncə 10 min pud kerosin göndərildiyi bildirilirdi [3, 39 ]. 
N.Nərimanovun xarici ticarət  əməliyyatları  və gömrük nəzarətinin 
aparılmasına hər hansı bir müdaxiləni qadağan edən  1921-ci il 15 mart 
tarixli  əmrində göstərilirdi:  “nəzərə alsaq ki, 1) İranla ticarətdə başlıca 
məqsədin işçilərin ilkin tələbat malları ilə təchiz edilməsi olması; 2) Xarici 
ticarət xalq komissarı bu vəzifəni İrandan Bakıya düyü, kişmiş, manufaktura 
və s. idxalını gücləndirməklə yerinə yetirə bilər”. Əmrdə qeyd olunurdu ki
bu işin həyata keçirilməsinə maneçilik törədənlər  ən sərt  şəkildə 
cəzalandırılacaqlar [212, 1921, 18 марта] . 
Xarici ticarət komissarı Teymur Əliyevin 1921-ci ilin martında 
Ənzəlidəki nümayəndəliyin sədr müavini Axundova göndərdiyi məktubda 
neftin  İran valyutası ilə  və komissarlığın təyin etdiyi qiymətə satılması 
haqqında göstəriş verilmişdi [46, 61]. 
RSFSR hökumətinin Azərbaycanın  İranla ticarət  əlaqələrini öz 
maraqlarına tabe etdirmək niyyəti açıq-aşkar hiss edilirdi. RSFSR XXTK-
nın Gilan-Mazandaran şöbəsinin rəisi M.Kryannikov 1921-ci il 10 aprel 
tarixli məktubunda Azərbaycan, Dağıstan və  İrandakı Müvəkkili Bibikova 
yazırdı:  “Sizə  məlumat vermək istəyirəm ki, bizim Azərbaycanın Xarici 
Ticarət Komissarlığı ilə  əməkdaşlıq aparmaq haqqında dəfələrlə etdiyimiz 
müraciətə baxmayaraq, sonuncu bizim təklifimizi cavabsız qoymuşdur”. 
Sonuncu müraciətində Rusiya xarici ticarət idarəsinin nümayəndəsi  İran 
bazarında hər iki respublikanın maraqlarının üst-üstə düşdüyünü  əsas gəti-
rərək, təklif etdirdi ki, birgə keçiriləcək müşavirədə  aşağıdakı  məsələlərin 
müzakirə mövzusu ola bilər: 1) RSFSR və ASSR ticarət idarələrinin qarşı-
lıqlı münasibətləri; 2) ticarət siyasəti; 3) ixrac mallarının reallaşdırılması; və 
4) İranın şəhər və vilayətlərindən düyünün tədarük edilməsi [3, 18-19]. 
Azərbaycanın şimal və qərb sərhədlərində fəaliyyət göstərən gömrük-
xanalardan əhəmiyyətli miqdarda gömrük gəlirləri daxil olurdu. 1922-ci ilin 
təkcə avqust ayı ərzində müxtəlif rüsum və vergi yığımları hesabına Qazax 
xəzinədarlığına 4 mlrd. rubl köçürülmüşdü. Bundan əlavə, Ağstafa gömrük 
məntəqəsində yoxlama aparan maliyyə müfəttişi N.Vasilyevin məlumatında 
göstərilirdi ki, məntəqənin anbarında Azərbaycandan çıxarılan valyuta 
tutumlu mallardan natura şəklində alınan 10 faizlik rüsum hesabına 12 mlrd. 
Rubl dəyərində ipək və qara kürü yığılıb qalmışdı. 
Azərbaycan SSR-in müstəqil gömrük siyasəti yeritmək cəhdləri və 
burada yığılan gömrük gəlirlərinin artması sovet rəhbərliyinin etirazına 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə