Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə2/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   2   3   4   5   6   7   8   9   ...   243

 

sisteminin qurulması problemləri”, C.Məmmədzadənin “Türk xalqlarının əlifba sistemləri haqqında”, 



Kemanovun “Türk dillərinin tədrisi metodikasının əsasları”, N.N.Poppenin “Türk dilləri ilə altay dillərinin 

qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti” adlı məqalələrində olduqca ciddi və vacib 

məsələlərə toxunulmuşdur.   

Qurultaydakı məruzələr içərisində həm də diqqət çəkən erməni dilçisi R.Açaryanın “Türk və erməni 

dillərinin qarşılıqlı təsiri” mövzusundakı çıxışı idi ki, burada müəllif türk dilinin tarix boyunca ermənicəyə 

dilin bütün səviyyələri üzrə təsirini aydın faktlarla izah etməyə çalışmışdır. Məqalənin mahiyyətində “qədim 

ermənicədən (qrabardan) yeni ermənicəyə (aşqrabara) keçdin əsas səbəbi və dil stimulu türkcədir” ideyası 

dayanır. Obyektivliyi ilə seçilən bu məruzəni yaşadığımız günlərdə separatçı ermənilərin millətçi 

ideologiyasına qarşı güclü elmi arqument kimi göz önündə tutmalıyıq. Qeyd edək ki, sözügedən çıxışçı 

həmin Açaryan (sonralar o, “Dilaçar” kimi tanınıb – E.M.) idi ki, Mustafa Kamal Atatürk də böyük etimad 

göstərərək, Türk Dil Qurumunun yaradılmasını ona həvalə etmişdi.    

I Türkoloji Qurultayda türkologiyanın yeddi böyük problemi üzrə müzakirələr aparılmış və müvafiq 

qərarlar qəbul edilmişdi:  

1. Əlifba məsələsi; 2. İmla-orfoqrafiya problemi; 3. Termin məsələsi; 4. Tədris-metodika məsələsi; 5. 

Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri; 6. Türk dillərinin ədəbi dil 

problemləri, o cümlədən, ortaq ədəbi dil məsələsi; 7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri. 

Tanınmış türkiyəli alim, uzun müddət Türk Dil Qurumuna rəhbərlik etmiş prof. Şükrü Halük Akalın 

yazır: “Geniş mənada türklərlə bağlı araşdırmaları, dar mənada isə türk dili ilə bağlı aparılan tədqiqatları 

özünün əsas mövzusuna çevirən türkologiyanın tarixində, əlbəttə, bir çox qurultay, konqres və toplantılar 

təşkil edilmişdir. Ancaq bunlardan heç biri 1926-cı il 26 fevral – 6 mart tarixlərində Azərbaycan SSR-nin 

paytaxtı Bakıda keçirilmiş I Türkoloji Qurultay qədər təsir gücünə malik, möhtəşəm və bütün türk 

xalqlarının, eyni zamanda qurultay iştirakçılarının da taleyini dəyişdirəcək səviyyədə və çərçivədə 

olmamışdır” (4).   

Türkologiya tarixində “Bakı Qurultayı” adı ilə tanınan Birinci Türkoloji Qurultayın əhəmiyyəti yalnız 

məruzələrdə qoyulan problemlərlə ölçülmür. Bütün Türk dünyasında ortaq əlifba, ortaq yazı, ortaq termin və 

nəhayət, ortaq dil məsələsinə yönələn çıxışların edildiyi, müzakirələrin aparıldığı qurultay öz iştirakçılarının 

da taleyinə mühüm təsir göstərmişdir. Belə ki, ana dilini mükəmməl şəkildə ifadə edəcək əlifba, imla, 

metodika, o cümlədən bir çox vacib məsələləri müzakirən edən görkməli alimlər qurultaydan bir müddət 

sonra səbəbsiz təhdidlərə, haqsız təqiblərə, amansız işgəncələrə məruz qaldı, ölümə və sürgünə məhkum 

edildilər. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, qurultaya Azərbaycandan qatılan iştirakçılardan yalnız bir 

neçəsi Stalinin repressiya dönəmindən əvvəl öz əcəli ilə ölmüşdür, qalan bütün iştirakçılar totalitar rejimin 

qurbanı olmuşdur.   

1930-cu illərdən sonra qurultayın materialları məxfi sənəd kimi arxivlərdə gizli saxlanılmışdır. Burada 

qəbul olunmuş qərarları antisovet düşüncəsi kimi təqdim edən imperiya rəhbərliyi qurultay iştirakçılarını da 

xalq düşməni elan etmişdi. Ona görə də bu tarixi hadisə haqqında uzun müddət bəhs edilməmiş, haqqında 

araşdrmalar aparılmamış, iştirakçıların taleyi isə uzun müddət qaranlıq qalmışdır.  

1950-ci illərin ortalarından başlyraq, Stalinin ölümündən sonra repressiya qurbanlarına bəraət 

verilmiş, onların ünvanına yaxılan qara ləkə üzərlərindən silinmişdir. Ancaq təəsüflər olsun ki, artıq bu 

bəraət əhəmiyyətsiz idi: çünki məhv edilmiş onlarla canlı xəzinəmizi, bir sözlə, bütün itirdiklərimizi geri 

qaytarmaq mümkün deyildi.      

SSRİ-nin süqutundan sonra 1990-cı illərin əvvələrindən etibarən Türk dövlətləri arasında əlaqələrin 

genişlənməsi tarixi gerçəklərin üzə çıxarılmasına böyük təkan verdi. Tariximizin xüsusi səhifəsinə çevrilmiş 

I Türkoloji qurultayla bağlı faktların araşdırılması elm ictimaiyyətinin ixtiyarına verildi. Nəticədə, 

türkologiyada, o cümlədən Azərbaycan filologiyasında bu tarixi hadisə haqqında ciddi və sanballı 

araşdırmalar aparıldı, bu tarixi hadisənin təfərrüatları haqqında ictimaiyyətə ərtaflı məlumat verildi.  

I Türkoloji Qurultaya qatılan türkoloqların başına gətirilmiş terror bəşəriyyətin elm və mədəniyyət 

tarixinin qanlı səhifəsi olmasına baxmayaraq, nədənsə dünya bu ürək ağrıdan, acı dolu hadisəyə səssiz və 

laqeyd yanaşmışdır. SSRİ türkoloqlarının soyqırımı adlandırılan bu hadisə haqqında professor Ahmet 

Buranın “Kurşunlanan Türkoloji” (2007) adlı kitabı üzərində dayanmaq istərdik. Biz bu əsərin adını həm də 

ona görə xüsusilə qeyd edirik ki, müəllif kitabını belə adlandırmasının səbəbini izah edərkən çox ciddi 

nüanslara toxunmuşdur: “Sovetlər Birliyinin dağılmasından sonra repressiya qurbanları haqqında xeyli sayda 

kitab nəşr olunub. “Repressirovannaya Turkologiya” adlı kitabdan ilham alaraq bu mövzuda yazılmış 

kitabları və məqalələri toplamağa başladım və gördüm ki, həqiqətən büyük bir məsuliyyət altındayam. 

Müxtəlif türk xalqlarına aid minlərlə ziyalı “Türkçü, Turançı, xalq düşməni” adıyla günahlandırılaraq 

sürgünə göndərilmiş, sıxışdırılmış, həbs edilmiş və güllələnərək öldürülmüşdür.   



 

Söhbət türklərdən gedirsə, beynəlxalq hüququn, ədalət və insan haqlarının heç bir işə 



yaramadığını bilirdim. Elə bu andaca ağlıma İ.Qaspıralının sözləri gəldi: “Millətə xidmət etmək 

istəyirsənsə, əlindən gələn işdən başla...” Bəli, bunları yazmaq əlimdən gələ bilər və mən müxtəlif 

qaynaqlarda yer almış və ictimaiyyətin ətraflı bilmədiyi bu hadisələrdən yazmağa başladım.  

Bu çalışma vasitəsilə tələbəlik illərimdən bəri adlarını, ya da bir neçə əsərini bildiyim Samoyloviç

Polivanov, Xocayev, Çobanzadə, Cumabayev, Baytursunov və başqa dilçi-türkoloqların cəzalandırıldığını və 

ümumən güllələnərək öldürüldüyünü öyrənincə çox pis oldum. Əlbəttə, öldürülənlər burada saydıqlarımızla 

bitmir. Öldürülən bu şair, yazar, fikir və dövlət adamları Türk dünyasının fikir və ideya öndərləri idi. Onlar 

Türk toplumuna yol göstərəcək, Türk dilini araşdıracaq və türklüyün işıqlanmasını gerçəkləşdirə-

cəkdilər. Onları yox etmək, Türk millətinin yolunu aydınladacak işıqdan məhrum etmək deməkdir. 

Onlar sadəcə bir can deyil, bir millət deməkdir… Onun görə də bu kitabın adını “Kurşunlanan Tür-

koloji” qoydum” (6, s. 4).   

A.Buranın yazdığı sətirlərdən də görürük ki, I Türkoloji Qurultay bizim şanlı tarixmiz olduğu qədər, 

həm də qanlı tariximizdir. Bır sıra milli məsələlər kimi bu tarixi hadisəni də təfərrüatı ilə araşdırmaq və 

ictimaiyyətə düzgün tədqim etmək zərurətini hər zaman diqqətdə saxlamalıyıq.   

Azərbaycanın müstəqillik əldə etməsindən və ulu öndər Heydər Əliyevin ölkəmizə ikinci dəfə rəhbər-

lik etməyə başlamasından sonra milli mədəniyyətimizin, tariximizin, ana dilimizin və ədəbiyyatımızın qorun-

ması və təbliği istiqamətində mühüm addımlar atıldı, tarixi sənədlər imzalandı və tədbirlər həyata keçirildi.   

İ.Qaspıralının da dediyi kimi: “Millətə xidmət etmək istəyirsənsə, əlindən gələn işdən başla”. Məhz 

ümummilli liderin rəhbərlik etdiyi dönəmdə I Bakı Türkoloji Qurultayına dövlət səviyyəsində hüquqi qiymət 

verildi. 2005-ci ilin noyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin 

tarixi hadisənin 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Həmin sərəncama uyğun olaraq 

2006-cı ildə Bakıda I Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi.  

İki il öncə, yəni 2014-cü il dekabrın 19-da Azərbaycan Alimlərinin I Qurultayında görkəmli türkoloq, 

akademik Tofiq Hacıyev II Türkoloji Qurultayın 2016-cı ildə Bakıda keçirilməsini təklif etmişdi. T.Hacıyev 

Azərbaycan Alimlərinin Birinci Qurultayındakı çıxışında demişdir: “İlk Türkoloji Qurultay XX əsrin 

əvvəllərində keçirilib. Bu qurultayın yenidən keçirilməsi vacibdir. Sovet dövründəki antimilli qüvvələr hələ 

də tükənməyib, onlar bu gün də milli tariximizə zərbə vurmaqda davam edir. Belə qüvvələrə qarşı mübari-

zəni davam etdirmək zəruridir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan yazılı ədəbiyyatı ilə bağlı ver-

diyi tapşırıqlar, bu istiqamətdə imzalanan fərmanlar bəzi mübahisəli məqamlara son qoyulmasında mühüm 

rol oynayıb. Türkiyənin dədə qorqudşünasları deyirdilər ki, Dədə Qorqudun tarixi 16-cı əsrdən o yana 

getmir. Ancaq Heydər Əliyev “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin keçirilməsi ilə bağlı fərman verdi və 

bu yubiley keçirildi. Bununla bağlı bir çox tədqiqatlar aparıldı, kitablar nəşr edildi. UNESCO da bunu qəbul 

etdi və bununla da Azərbaycan yazılı ədəbiyyatının tarixinin 7-ci əsrə gedib çıxdığı öz təsdiqini tapdı” (2).   

Mərhum alimimizə ömür vəfa etməsə də, 2016-ci ilin əvvəllərində onun bu arzusunu gerçəkləşdirən 

mühüm sənəd imzalandı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev I Türkoloji 

Qurultayın 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə 18 fevral 2016-cı 

ildə sərəncam verdi. Sərəncamda deyildiyi kimi, XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının 

öz dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi 

və Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş qərar və tövsiyələrin müasir şəraitdə uğurla həyata 

keçirilməsi üçün əlverişli zəmin yarandı. Sərəncamda xüsusi olaraq vurğulanır ki, qurultaydan bəri ötən 

dövr, ilk növbədə, türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, 

Azərbaycanın dünya miqyasında aparılan türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi 

tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə 

əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda Qurultayın təşkili işinə töhfələr vermiş və az müddət 

sonra günahsız repressiya qurbanları olmuş görkəmli türkoloq alimlərin xatirəsinə ehtiramın ifadəsidir (5).   

I Türkoloji Qurultayın 90 illik yubileyini böyük təntənə ilə qeyd edən Bakı Dövlət Universiteti 

Şərqin ilk ali təhsil müəssəsi kimi bu 90 il ərzində qurultayın gündəliyində yer almış və yarımçıq qalmış 

məsələlərin həll olunmasında böyük işlər görmüşdür. Azərbaycan filologiyasının flaqmanı olan Universitetin 

Filologiya fakültəsi türkologiyanın inkafına böyük töhfələr verən M.Şirəliyev, M.Hüseynzadə, 

Ə.Dəmirçizadə,  F.Zeynalov, S.Cəfərov, Ə.Abdullayev, S.Əlizadə, H.Mirzəzadə, Y.Seyidov, A.Axundov, 

T.Hacıyev, Ə.Rəcəbli, N.Cəfərov… kimi görkəmli elm xadimləri yetişdirmiş və bu alimlər qurultaydakı 

sələflərinin amallarını uğurla davam etdirmişlər.   

Ədəbiyyat  

1.

 1926-cı il I Bakı Türkoloji Qurultayı (stenoqram materialları, biblioqrafiya və foto-sənədlər). Bakı: Çinar-Çap, 2006 



2.

 II Bakı Türkoloji Qurultayının yenidən keçirilməsi təklif edilir / http://news.milli.az/ politics/ 314773.html  

3.

 Azərbaycan dilçiliyi müntəxəbatı. I cild. Bakı: “Abıs Alarco”, 2013 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə