Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə6/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   2   3   4   5   6   7   8   9   ...   243

11 

 

türkoloqlardan öyrənən qurultay  iştirakçısı Aleksey Makaroviç Sabaşkin və onun kimi minlərlə türk yenicə 



özünəqayıdışı duyurdu [13. 84]. 

Bu barədə prof.B.Xəlilov da öz araşdırmalarında bəhs edmişir.  Qeyd edək ki, qurultayda buna bənzər 

ifadələr digər türk etnosları barədə  də qurultayda  səsləndirilirdi. Hətta Türkiyənin Bakıdakı konsulu Fərid 

Xurşud bəy qurultaydan xahiş edir ki,  onları  Osmanlı deyil, türk  adlandırsınlar. «Osmanlı dili» ifadəsi  

əvəzinə isə «türk dili» kəlməsi işlədilsin. Təəssüf ki, «millətlər atası» İ.V.Stalinin ölümündən sonra ölkədə 

nisbətən «yumşalma» baş versə də, bu Azəri türklərinə aid edilmədi. Milli zəmində «kobud səhvlərə» yol 

verən respublika rəhbərliyi 1959-cu ildə  cəzalandırılırdı. I Türkoloji qurultayın xəyalı ilə  Azərbaycan dilini 

ruslara şamil etmək istəyənlər vəzifələrindən götürülürdü.   Qeyd etdiyimiz kimi, 1966-ci ildə isə Bakıda 

keçirilən yubiley tədbirlərində yalnız məruzələrlə kifayətlənən türkoloqlar həmin 16 məruzəni tezis şəklində 

Bakıda çap etdirirlər. Doğrudur, məruzələrdə, xüsusilə də akad. A.N.Kononovun çıxışında qeyd olunur ki, I 

Türkoloji qurultayda söylənilən  fikirlər hələ də  öz əhəmiyyətini saxlayır- deməkdən irəli getməyən toplantı 

tezislərin çapı ilə  işini bitmiş  hesab edir [14, 3-43]. 

Müstəqilliyini  əldə edəndən sonra hökumət ilk növbədə kiril əlifbasının dəyişdirilməsi məsələsini 

qaldırdı və tezliklə latın qrafikalı Azərbaycan əlifbasının qəbul edilməsi qərarını verdisə də, bunun tətbiqinə 

yalnız ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyindən sonra başlanıldı. Ara-sıra isə I Türkoloji qurul-

tayla bağlı araşdırmalar da işıq üzü görməyə başladı. Bu sırada nisbətən gənc nəslin də nümayəndələrinin işi 

xüsusi vurğulanmalıdır ki, bunların da sırasında prof. Buludxan Xəlilov, Lətif Kərimli, Zemfira Cəlilqızı, 

Pərvin Məmmədova və başqalarını  qeyd etmək olar. Əlavə edək ki, adlarını sadaladığımız araşdırıcılar 

sırasında  monoqrafik və ardıcıl yazıları ilə prof. Buludxan Xəlilov və Lətif Kərimli xüsusilə fərqlənirlər. 

Tədqiqatçı B.Xəlilov monoqrafiyasında haqlı olaraq yazır ki,  I Beynəlxalq Türkoloji qurultay yalnız bu 

kitabda yazılanlardan ibarət deyil və onun materiallarından onlarla kitab yazmaq mümkündür. Yeri 

gəlmişkən qeyd edək ki, arxiv sənədlərində və I Türkoloji qurultayın stenoqrafik hesabatında «I Ümumittifaq 

Türkoloji qurultay» ifadəsində «Beynəlxalq» sözü işlədilmir. Buna baxmayaraq, bəzi alimlər  əslində olduğu 

kimi,  məzmununa uyğun olaraq «Ümumittifaq» deyil, «Beynəlxalq» sözünə üstünlük  verirlər və ya sadəcə, 

I Bakı türkoloji qurultayı yazırlar. 

Beləliklə, Mərkəzi İcraiyyə Komitəsinin həmin dövrdə sədri olmuş Səmədağa Ağamalıoğlunun «Qar-

daş qurultayı» adlandırdığı toplantıda dilimizə dair  bir sıra  məsələlərə  aydınlıq  gətirildi. Doğrudur, sonrakı 

illərdəki represiyalar qurultayın  qəbul etdiyi  qərarların  həyata keçilməsinə  mane oldu. Bununla belə,  qu-

rultay bir çox türk etnoslarının özünü  dərk  etməsində, onların  təfəkküründə tarixi və inqilabi bir oyanış 

yaratdı. 

Dil ictimai hadisə olduğundan, onun inkişafı cəmiyyətin inkişafı, tərəqqisi ilə xalqın keçdiyi  tarixi yol 

ilə, ictimai-iqtisadi və mədəni yüksəlişi ilə  sıx bağlıdır. Dilimizin tarixi  kökləri də qədim dövrlərə  gedib 

çıxır. Qədim kitabə və risalələrimiz tarixi eramızın VII-VIII əsrlərinə aid edilir. Ümumtürk arealı  və İslam 

dini hüdudları çərçivəsində məskun olub inkişaf edən, bu gün Azərbaycan türkü adlandırılan millətimiz bu 

areala daxil olan qədim  abidə və mənbələrin müştərək yaradıcılarındandır. Bu baxımdan, mədəniyyətinin 

yaranması və inkişafında xalqımızın müəyyən  rolu vardır. Lakin  tarixi zərurət kimi türk  etnosları  arasında  

birləşmə  və ayrılmalar, bəzi hallarda isə  təcrid olunanlar  arasında da müəyyən fonetik və leksik fərqlər 

yaradır. Həm də bu fərqlər zaman ötdükjə daha da dərinləşir. Bu prosesi qədim dövrlərdən çağdaş dövrədək 

araşdıran prof. Nizami Cəfərov yazır: «Qədim (ümum) türk dilinin artıq biri digərindən həm fonetik, həm 

leksik, həm də  müəyyən dərəcədə qrammatik baxımdan fərqlənən dialektlərə-dillərə bölünməsi  davam edir. 

Qeyd etmək lazımdır ki,  bu proses aşağıdakı amillərin təsiri ilə  getmişdir: 1. Türkjənin müxtəlif dialektlərə 

(nəticə etibaridə dillərə) bölünməsi  üçün daxili meyli;  2. Coğrafi ayrılma, təcrid olunma; 3. İctimai-siyasi 

ayrılma, təcrid olunma (xüsusilə, müxtəlif türk dövlətlərinin meydana gəlməsi» [7, 112]. 

Bu mülahizələri  prof. N.Cəfərov I minilliyin  sonu, II minilliyin əvvəlləri – qıpçaq, oğuz və karluq 

dillərinin formalaşması ilə bağlı söyləyir.  Alim daha sonra qeyd edir ki,  XVII-XVIII əsrlərdən  etibarən türk 

xalqları, yaxud millətləri (bununla əlaqədar olaraq  türk milli ədəbi  dilləri) formalaşmağa başlayır» [7, 185]. 

Şübhəsiz, bu kimi proseslər həm siyasi, həm coğrafi, həm də dil baxımından  araşdırılır. Əlavə edim ki,  

etnoqrafik xüsusiyyətlər baxımından  türk ədəbiyyatı, xüsusilə ağız ədəbiyyatı- dastanların da rolu 

əvəzolunmazdır. Türkiyəli alim Abdulkadir İnan qeyd edir ki,  müsəlman  türklərindən  qırğızların  400000 

misralıq  «Manas» dastanı bir etnoloji xəzinədir [15. 11]. Bu  kimi faktların  sadalanmasına ehtiyac 

duymadan qeyd edək ki, ümumtürk  arealına daxil olan türk dilləri  ailəsinin  ortaq mədəniyyətinin  

bölüşüldüyü  dövrlərdə İslam dininin güjlü təsiri altında ərəb dilinin nüfuzunun artması müəyyən sahələrdə 

türk dilinin zəifləməsinə zəmin  yaradırdı.  Bu xüsusda türk alimi Faruk Timurtaş yazır ki,  dilimizin  sa-

dəliliyinin itirilməsi XIII yüzildən sonra  ədəbi ləhjələrin (Şərq-Qərb daha sonra Osmanlı, Azəri, Cığatay 

ləhjələri) meydana gəlməsilə bağlıdır.  İslam mədəniyyətinin yüksəlişi ilə bağlı din dili  ərəbcədən və 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə