Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə4/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   2   3   4   5   6   7   8   9   ...   243

 

O, türk dillərinin öyrənilməsinin istiqamətlərindən danışarkən haqlı olaraq qeyd edir ki, “indi fantastik 



düşüncələri bir kənara qoymaq və ayrı-ayrılıqda hər bir türk ləhcəsinin öyrənilməsinə başlamaq, yaxud 

hansısa ləhcələr qrupuna dair müqayisəli tədqiqatların aparılması ilə məşğul olmaq daha məqasədəuyğun 

olardı [1.S.102]. B.Çobanzadə türk dillərinin müqayisəli qrammatikasının yaradılması zərurətindən danışır 

və ümid edir ki, türkoloqların qələmindən çıxan belə bir əsər Ural-Altay nəzəriyyəsini kifayət qədər 

işıqlandıracaq və onun aydınlaşdırılmasına yardımçı olacaq. 

I Türkoloji qurultayda böyük maraqla qarşılanan məruzələrdən biri altayşünas N.N.Poppenin “Altay 

dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti” mövzusundakı məruzəsi olmuşdur. 

Türk dillərinin monqol dillərinə qohumluğu məsələsinə həsr olunan bu məruzədə məsələnin tarixindən və 

onun müasir vəziyyətindən bəhs olunur. N.N.Poppe Altay müqayisəli dilçiliyinin əsası XVIII əsrdə qoyulan 

Ural-Altay dilçiliyinin içindən sonralar yarandığını, Ural-Altay dilçiliyinin əsasının isə Rusiyanın şərq 

hissəsində və Sibirdə uzun illər hərbi əsir kimi yaşamış Filip İohan Stralenberqin 1730-cu ildə Stokholmda 

nəşr olunmuş “Avropa və Asiyanın şimal və şərq hissəsi” əsəri ilə qoyulduğunu göstərir (I Türkoloji 

qurultaydakı digər məruzələrdən fərqli olaraq N.N.Poppenin məruzəsində istinad edilən əsərlərə çıxarışlar 

verilir). F.İ.Stralenberq öz əsərində dil baxımından yaxın saydığı xalqları təsnif edərək onları 6 qrupa 

bölmüşdü. N.N.Poppe Stralenberqin təsnifatının qüsurlu olduğunu göstərir və onun yalnız ilk təsnifat kimi 

diqqətəlayiq olduğunu qeyd edir. Məruzədə deyilir: “...bu təsnifat daha sonralar verilən təsnifatlara müvafiq 

gəlmir və bir çox hissələri düz deyil, çünki burada bir neçə qrupda, əslində, müxtəlif qruplara aid edilməli 

xalqlar birləşdirilib. Bununla belə, o, ilk təsnifat kimi diqqətəlayiqdir. Stralenberq Ural-Altay problemini 

qaldırdı və onun xidməti də elə bundadır” [1.S.105; 2.S.109]. 

N.N.Poppe Ural-Altay dilləri qrupunun müəyyən edilməsində Rasmus Raskın və Maks Müllerin 

cəhdlərini tamamilə uğursuz hesab edir. O, Ural-Altay dilçiliyi tarixində M.A.Kastrenin xidmətlərinə yüksək 

dəyər verir, onun haqqında “dahi tədqiqatçı” ifadəsini işlədir və qəti şəkildə söyləyir ki, “elmi doğru yola 

Kastren yönəltdi”. Məruzəçiyə görə, bütün həyatını Ural-Altay dillərinin tədqiqinə həsr edən Kastren 

araşdırdığı dillərin qarşılıqlı münasibətləri məsələsinə hamıdan yaxşı bələd idi. Kastren “Altay” adlandırdığı 

dillərin çevrəsini beş dil ailəsi ilə (fin, samoyed, türk, monqol, tunqus) məhdudlaşdırır [1.S.107]. 

N.A.Poppenin məruzəsində Ural-Altay dilçiliyi, sonralar isə müstəqil Altay dilçiliyi sahəsində 

çalışmış alimlərdən V.Şott, H.Vinkler, Q.İ.Ramstedt və Y.Nemetin mülahizələrinin təhlilinə geniş yer verilir, 

türkologiya üçün çox əhəmiyyətli olan məsələlərə xüsusi diqqət yetirilir. Poppe V.Şottun xidmətlərindən 

danışarkən qeyd edir ki, o, Altay dilləri ailəsi üçün son dərəcə səciyyəvi olan r~z və l~ş səs uyğunluqlarını 

tamamilə düzgün müəyyənləşdirmiş, bəzi Altay dillərinin, məsələn, çuvaş dilinin yerini tamamilə doğru 

təyin etmiş, bu dilin türk dili (yəni türksistemli dil – E.Ə.) olduğunu göstərmişdi [1.S.109]. O, fin alimi 

Q.İ.Ramstedtin o dövrdəki tədqiqatlarından bəhs edərkən onun monqol və türk dillərinin bir sıra mühüm 

fonetik qanunlarını müəyyənləşdirməyə nail olduğunu qeyd etdikdən sonra misal olaraq onun türklərdə 

işlənən “z” və “ş” səsləri haqqında təklif etdiyi nəzəriyyəni nəzərə çarpdırır: “...türklərdə “z” və “ş” monqol 

və çuvaş dillərində qalan və daha qədim olan “r” və “l”-nın inkişaf etmiş formalarıdır. Bu sonuncu nəzəriyyə 

hazırda yeganə məqbul nəzəriyyədir” [1.S.113]. 

Yeri gəlmişkən qeyd edək ki, türkologiyada çuvaş dilindəki rotatsizm hadisəsi ilə əlaqədar başqa fikir 

də var. Q.İ.Ramstedt və N.N.Poppedən fərqli olaraq V.A.Boqoroditski, İ.Bentsiq, B.A.Serebrennikov, 

A.M.Şerbak və A.Rona-Taş belə hesab edirlər ki, çuvaş dilindəki rotatsizm hadisəsi sonradan meydana 

çıxmışdır [Bax: 10.S.41-42]. B.A.Serebrennikova görə, çuvaş dilindəki z rotatsizminin ən ehtimal olunan 

səbəbi maneənin novunun zəifləməsi nəticəsində ilkin z samitinin r-ya çevrilməsidir [11.S.18]. Bu məsələ ilə 

bağlı olaraq A.M.Şerbakın gəldiyi nəticə belədir ki, rotatsizm hadisəsi samitin artikulyasiyasının maksimum 

zəifləməsi nəticəsində s>z>r keçidi şəklində meydana çıxmışdır [12.S.4]. Hətta B.A.Serebrennikov və 

S.S.Xarkovanın birgə tədqiqatına görə, rotatsizm və lamdaizm hadisələri monqol dillərində sonralar əmələ 

gəlmişdir [13.S.52-54]. 

N.N.Poppenin məruzəsində çuvaş dilinin mənşəyi haqqında müasir türkologiya üçün əhəmiyyətli olan 

fikirlər də yer almışdır. Məruzəçi Q.İ.Ramstedin belə bir fikrini məqbul hesab edir ki, çuvaş dili türk dilinin 

(yəni qədim türk dilinin – E.Ə.) qanunauyğun inkişafının nəticəsidir, həm də bu zaman monqol dili 

tərəfindən heç bir birbaşa təsir olmamışdır. Həmin məsələ ilə bağlı Poppenin bir qeydi xüsusilə 

diqqətəlayiqdir: “...Volqa bulqar dili, çox güman ki, indiki çuvaş dilinin əcdadı olub” [1.S.115]. 

I Türkoloji qurultayda prof. A.N.Samoyloviç, prof. S.Y.Malov və prof. N.İ.Aşmarinin məruzələri də 

ümumtürkoloji istiqamətdə olmuşdur. A.N.Samoyloviçin “Türk dillərinin tədqiqinin müasir vəziyyəti və ən 

yaxın vəzifələri” adlı məruzəsində canlı türk dillərinin tədqiqi sahəsində türkologiyada görülmüş işlər 

yekunlaşdırılır, türk şivələrinin öyrənilməsi yolları göstərilir. Onun fikrinə görə, ilk növbədə, hər bir respub-

likada yerli diyarı onun canlı dialektləri baxımından öyrənən mərkəzlər yaratmaq və həmin mərkəzləri hazır-



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə