Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə5/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   2   3   4   5   6   7   8   9   ...   243

 

lıqlı, öz xalqlarını dil baxımından da öyrənə bilən əməkdaşlarla təmin etmək lazımdır. A.N.Samoyloviç gələ-



cəkdə aparılacaq tədqiqatların istiqamətlərini də göstərir: hər bir ayrıca şivənin fonetika, morfologiya və sin-

taksisinin daxil olduğu təsviri qrammatikanın tərtibi; ayrı-ayrı lüğətlərin, ümumi-etimoloji, ümumtürk lüğəti-

nin hazırlanması; türk xalqlarının və onların dillərinin tədqiqinə dair xüsusi biblioqrafiyanın yaradılması 

[1.S.139]. 

S.Y.Malov “Qədim türk dillərinin öyrənilməsi” mövzusundakı məruzəsində türk dillərinin Orxon-

Yenisey və uyğur yazısı abidələrinin dil xüsusiyyətləri ilə əlaqədar diqqətəlayiq fikirlər söyləyir. Onun 

qənaətinə görə, Yenisey abidələrinin dili qırğızlara, Orxon və Selenqa çayı abidələrinin dili isə qədim 

oğuzlara məxsusdur. Görkəmli türkoloq uyğur yazılı abidələrinin dilini “süni kitab dili” hesab edən 

V.V.Radlovla razılaşır və bu dilin əsasən tərcümə kitab dili olduğunu, sarı uyğurların indiki dilinin bu kitab 

dili ilə uyğun gəlmədiyini göstərir: “Sarı uyğurların indiki dili, şübhəsiz, çox qədim olsa da, yenə də bu kitab 

dili ilə, ədəbi dillə uyğun gəlmir. Samoyloviçin təsnifatı ilə tanış olanlar üçün bircə nümunə gətirmək olar ki, 

bu dil “z” dialekt dilidir, yazıların dili, kitab uyğur dili isə adak qrupunun “d” dialekt dilidir” [1.S.141]. 

N.İ.Aşmarin “Türkologiyanın keçmişi və onun hazırkı vəziyyəti haqqında bəzi məlumatlar” adlı 

məruzəsində türkologiyanın inkişaf tarixinə nəzər salır, O.Bötlinqk, V.V.Radlov, V.Tomsen və N.F.Katano-

vun müstəsna xidmətlərindən bəhs edir. Məruzəçi Otto Bötlinqkin 1851-ci ildə Sankt-Peterburqda alman 

dilində nəşr olunmuş “Yakutların dili haqqında” (Über die Sprache der Yakuten) əsərini yüksək qiymətləndi-

rərək qeyd edir ki, o, təkcə dil hadisələrinin təsviri ilə kifayətlənmədi, eyni zamanda yakut dilinin formala-

rının aydınlaşdırılması üçün türk ləhcələri üzrə sələfləri tərəfindən toplanan materialları da cəlb etdi və 

beləliklə, onun klassik əsəri sanki türk dillərinin gələcək müqayisəli qrammatikasının bünövrəsinə qoyulan 

ilk təməl daşı oldu” [1.S.143]. N.İ.Aşmarin türk dialektlərinin öyrənilməsi sahəsindəki nöqsanları da diqqətə 

çatdırır və onları səkkiz maddədə ümumiləşdirir. O, məruzəsinin sonunda özlərini yerli dialektlərin öyrənil-

məsinə həsr edən tədqiqatçıların vacibliyi məsələsinə toxunur və belə hesab edir ki, əyalətlərdəki əməkdaş-

lara lazımi diqqət yetirilərsə, türkologiya sürətli addımlarla irəliləyə bilər. 

I Türkoloji qurultayda dialektlərin dilçilik coğrafiyası metodu ilə öyrənilməsi ilə bağlı təklif də 

olmuşdur. Görkəmli dilçi alim L.V.Şerba prof. A.N.Samoyloviçin məruzəsi ilə əlaqədar olan çıxışında Qərbi 

Avropanın bir sıra ölkələrində linqvistik coğrafiya metodunun geniş yayılmasından, dilçilik atlaslarının 

hazırlanmasından söhbət açır, türk dillərinin, bütün türk filologiyasının tədqiqi üçün mərkəzi bir orqanın 

yaradılması təklifini irəli sürür və hesab edir ki, həmin orqan belə bir atlasın nəşri üçün hazırlıq işinə başlaya 

bilər [1.S.150-151]. XX əsrdə dilçilikdə çox aktual olan bu məsələ ilə bağlı qeyd etməliyik ki, Azərbaycan 

dili dialektlərinin dilçilik coğrafiyası metodu ilə öyrənilməsi işinə 1957-ci ildə Azərbaycan Elmlər 

Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunda başlanılmış, Azərbaycan dilinin dialektoloji 

atlasının tərtibi üçün toplanan materialların proqramı 1958-ci ildə nəşr olunmuşdur. Dilimizin 128 xəritədən 

ibarət ilk dialektoloji atlası isə 1990-cı ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür. 

I Türkoloji qurultayın stenoqrafik hesabatında prof. M.F.Köprülüzadənin “Türk xalqlarında ədəbi dilin 

inkişafı” mövzusunda türk dilində etdiyi məruzənin rus dilində qısa məzmunu verilmişdir. Alimin qənaətinə 

görə, islamın qəbulundan əvvəl də türklər arasında bəzi əlifbalar mövcud idi və həmin əlifbalardan istifadə 

edən bəzi ləhcələr “ədəbi” dillər adlandırıla bilər. Onun Orxon abidələrinin dili haqqında fikri olduqca 

dəyərlidir: “Orxon abidələrinin dili artıq inkişaf etmiş ədəbi dildir”. M.F.Köprülüzadə Mahmud Kaşğarinin 

əsərinin yazıldığı dövrdə “artıq iki türk ədəbi ləhcəsinin – şərq və qərb ləhcələrinin” mövcud olduğunu 

dəqiqliklə göstərir. O, birinci ləhcəni, yəni şərq ləhcəsini xaqaniyyə ləhcəsi, yaxud sadəcə “türk” ləhcəsi, 

ikinci ləhcəni – qərb ləhcəsini isə “oğuz ləhcəsi” adlandırır [1.S.325]. 

Bu qısa xülasədən göründüyü kimi, nəzərdən keçirilən fikir və mülahizələr türkologiyanın tarixi və 

inkişafı baxımından çox əhəmiyyətlidir. Nəticə olaraq deyə bilərik ki, Birinci Türkoloji qurultayda 

türkologiyanın müxtəlif sahələri üzrə müzakirə edilən məsələlər və qəbul edilmiş qətnamələr türkologiyanın 

tarixində yeni dövrün başlanğıcı oldu. 

 

Ədəbiyyat 



1.

  Первый Всесоюзный Тюркологический съезд. 26 февраля - 5 марта 1926 г. Стенографический отчет. Баку, 

АССР, 1926. 

2.

  1926-cı il I Bakı Türkoloji qurultayı. Stenoqram materialları, biblioqrafiya və foto-sənədlər. Ruscadan tərcümə, ön 



söz və şərhlərin müəllifləri: K.V.Nərimanoğlu, Ə.Ağakişiyev. Bakı: Çinar-çap, 2006. 

3.

  Hacıyev T.İ. Azərbaycan ədəbi dili tarixi. 2-ci hissə. Bakı: Maarif, 1987. 



4.

  Abdullayev Ə.Z. Azərbaycan dilçiliyi məsələləri. Bakı Universiteti nəşriyyatı, 1992. 

5.

  Babayev A. Bəkir Çobanzadə. Bakı: Şərq-Qərb, 1998. 



6.

  Xəlilov B. Birinci Beynəlxalq türkoloji qurultay. Bakı: Elm, 1999. 

7.

  Xəlilov B. Türkologiyanın intibah dövrü. Bakı: Adiloğlu, 2001. 




10 

 

8.



  Hacıyev T.İ. Birinci Türkoloji qurultayda dil məsələləri // Bakı Universitetinin xəbərləri, humanitar elmlər seriyası. 

2006, № 2. 

9.

  Hacıyev T.İ. Azərbaycan ədəbi dili tarixi. 2 hissədə. 2-ci hissə. Bakı: Elm, 2012. 



10.

 Əzizov E.İ. Çuvaş dili haqqında // Bakı Universitetinin xəbərləri, humanitar elmlər seriyası. 2006, № 2. 

11.

 Серебренников Б.А. Что было первичным r



2

 или z? // Советская тюркология. 1971, № 1. 

12.

 Щербак А.М. Проблема ротацизма и перспективы дальнейшего изучения тюркско-монгольских языковых 



связей // Советская тюркология. 1987, № 3 

13.


 

Серебренников Б.А., Харькова С.С. О некоторых эффективных методах исследования проблемы родства 

тюркских и монгольских языков // Советская т

юркология. 1983, № 5.

 

 

 



İLHAMƏ HACIYEVA 

Filologiya üzrə elmlər doktoru, professor 

Bakı Dövlət Universiteti 

 

UNUDULMAZ I BAKI BEYNƏLXALQ TÜRKOLOJİ QURULTAYI  



 

Açar sözlər: norma, konfrans, qaydalar, alınmalar, dil qurujuluğu,  ədəbi dil, I  Beynəlxalq Türkoloji 

Qurultay  

Do not forget 1 Turkological Congress 

 

I Turkological Congress was a great socio - political and cultural event in the life of all the Turkic peoples, 



including the people of Azerbaijan. Go Turkic language to the Latin alphabet in the period it was the main ideas of the 

imperial policy has a new form and content. The aim of this idea was the delimitation of the Soviet Union living in the 

Turkic peoples of the Islamic religion, Turkey, Iran, Afghanistan, the Islamic world as a whole, as well as the 

intersection of the ideological and cultural ties. In fact, this idea gave impetus to the development and integration of the 

Turkic peoples in the progressive world scientific arena. 

Key words: alphabet, spelling, konfrans borrowed words, language construction, literary language,   I 

Turkological Congress 

 

Türk dünyasında tarixi hadisə kimi  anılan 1926-cı il I Beynəlxalq Türkoloji Qurultay türk etnosları 



arasında qlobal məsələləri müzakirəyə çıxaran və onların həlli uğrunda müəyyən işlər görən toplantı kimi  

XX əsrdə türk təfəkküründə böyük iz buraxmış  bir sıçrayış idi. Bütöv türk dünyasının milli dəyərlərinin üzə 

çıxarılması, təbliği və araşdırılmasını qarşılarına məqsəd qoyan  qurultay iştirakçıları tarixi keçmişimizin, 

elm və mədəniyyət sahələrindəki varisliyin qorunub saxlanılmasında, ədəbi dilimizin inkişafında və s. bu 

kimi  məsələlərdə mühüm addımlar atmışlar. 

XX əsrin əvvəllərində keçmiş sovet imperiyası sərhədlərində baş verən siyasi qarışıqlıqlar 

Azərbaycandan da yan keçməmişdir. Əsrin əvvəllərində çap olunmağa başlayan qəzet və jurnallar, fəaliyyət 

göstərən yeni tipli tədris ocaqları, ümumiyyətlə, yenicə intişar tapmış elmi maarifçilik meyllərinin 

güclənməsi xalqımızın ziyalılarını da bir araya gətirərək, ümummilli məsələlərdə öncül olmağa təhrik edirdi. 

Eyni zamanda bu dövrdə maarifçi-xeyriyyəçi  mesenantların rolu  əvəzolunmazdır. Bu baxımdan Nəriman 

Nərimanovun  XX əsrin əvvəlində çap olunan «Hacı Zeynəlabdin Tağıyevin  əlli illik məişəti  və cəmaətə 

xidmətləri» əsəri bizə çox şeydən xəbər verir. Eləcə də Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza 

Muxtarov, İsabəy Hacınski və başqalarının elm və  maarif  sahələrindəki  əməyi danılmazdır [11. 218-223]. 

Cümhuriyyət dövründə yenilikçi mesenantlarımızın bir çoxu elm və maarif məsələlərini xüsusilə 

diqqət mərkəzində saxlayırdı. Nəhayət, müstəqilliyini əldə edən xalqımızın istəyini nəzərə alan hökumətimiz 

ölkəmizin daxili siyasətinə uyğun olaraq respublikamızın həyatında müəyyən dəyişikliklər etməyə başladı. 

Azərbaycan Demokratik Respublikası dövründə (1918-1920) ictimai-siyasi təşkilatlanmalar başa çatan kimi 

Azərbaycan parlamenti dövlət dili, terminologiya, əlifba və s. kimi məsələlərə münasibət göstərməyi 

qarşısına məqsəd qoyur. Hətta ölkədaxili teleqrafların türk dilində olması barədə əmr verilir və rus dilində 

yazılan rəsmi yazışmalar geri qaytarılır [2. s.  181, 399, 461, 713, 783, 896, 931]. 

Bütün bu kimi hallar cümhuriyyət dövründə xalqımızın tam müstəqilliyindən xəbər verirdi. Bu dövrdə 

ən böyük problemlərdən biri də tarixən dəyişdirilməsinə dəfələrlə cəhd edilmiş  ərəb qrafikası idi. Məlumdur 

ki, 1934-cü və 1936-cı illərdə nəşr olunan  imlamıza dair  kitabçalarda dilimizin adı «Azərbaycan-türk 

dilinin imlası» adlandırılırdı. Bu proses 1938-ci ilə kimi davam edir. Artıq 1938-ci ildən həm yazıda, həm  

şifahi nitqdə «türk» kəlməsini işlətmək yasaq olundu. Yenidən «türk» milləti öz mənliyini, kimliyini unut-

mağa sövq edildi. Halbuki, çarizmin siyasəti dövründə özünüёn türk olduğunu ali məktəbdə təhsil alarkən 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə