Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə14/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   10   11   12   13   14   15   16   17   ...   243

25 

 

Zifeldin Terminologiya ilə bağlı elmi-nəzəri fikirlərini bu şəkildə qruplaşdırmaq olar: terminologiya 



ədəbi dil; terminlərin mənşəyi; termin yaradıcılığı; alınma terminlərin mənimsənilməsi. 

Zifeldədəbi dilə münasibətdə terminologiya ilə bağlı türkdilli xalqların böyük əksəriyyətində dörd əsas 

cərəyanın olduğunu vurğulayır: panislamçılar, avropalaşdıranlar, pantürkçülər və xalqçılar (demokratlar). 

O, panislamçılar deyərkən köhnə qəbildən olan adamlar, irticaçılar, ərəb-fars jarqonunu saxlamağa və türk 

dilinin ərəb və fars sözlərilə yüklənməsini davam etdirməyə çalışanları, avropalaşdıranlar deyəndə özlərini 

daha müasir, mütərəqqi, inqilabi hesab edib, öz mədəniyyət ideallarını orta əsrlərin müsəlman dünyasında 

yox, qabaqcıl xalqlar arasında axtaran və dilə xalq kütlələri üçün anlaşılmaz olan külli sayda rus-Avropa 

terminlərinin daxil olmasını istəyənləri, pantürkçü deyəndə bir tərəfdən bir dili - əksər hallarda osmanlı dilini 

süni şəkildə bütün türk xalqlarına zorla qəbul etdirməyə calışanlar və digər tərəfdən bütün türk xalqları üçün 

ümumtürk dilini dərhal işləyib hazırlamağa can atanları, xalqçı-demokratlar deyəndə isə bütün terminləri 

xalq dilində axtarmaq, tapmadıqda isə rus dilindəki “paravoz”, usoverşenstvovaniye, “samolet” və bu tipli 

digər sözlər kimi, onları xalq dilinin köklərindən süni şəkildə yaratmağın zəruri olduğunu hesab edənləri 

nəzərdə tuturdu (ətraflı bax: 1, s. 175). Ədəbi dillə bağlı fikirləri bu şəkildə qruplaşdıran alim xalqçı-

demokratların fikirlərini ən sağlam bir nəzəriyyə hesab edərək yazır ki, “Yalnız ərəb-fars və rus-avropa 

varvarizmlərilə ağırlaşdırılmayan belə bir dil əhalinin zəhmətkeş əksəriyyətinin siyasi, kənd təsərrüfatı və 

məktəb maarifinin uğuruna yardımçı olar” (1, s. 176). 

Alimin termin yaradıcılığı ilə bağlı fikir və təklifləri də maraq doğurur. Belə ki, o, milli dil əsasında 

leksik, qrammatik və abreviatura üsulları ilə yeni termin yaratmağın bəzi məsələlərinə toxunur və bir sıra 

elmi-nəzəri təkliflər irəli sürür: “...indiki şəraitdə məhəlli sözlərin yalnız bu yollarla tarixi cəmlənməsini 

gözləməyə ehtiyac yoxdur, işi daha qısa müddət ərzində və daha planlı şəkildə elmi təşkilatlar, dövlət 

terminoloji komissiyaları, ədəbiyyat və dövrü mətbuat birgə yerinə yetirməlidir. Canlı xalq şivələrinin 

yerlərdə ən yaxşı söz materiallarının toplayıcıları qismində kənd müəllimlərinin iştirakı ilə dilçi alimlər 

tərəfindən tərtib edilən izahlı lüğətləri xalq kütlələrinə yaxın olan ədəbi dilin yaradılmasında böyük kömək 

göstərə bilər” (1, s. 177). Bu qeyddən biz leksik yolla söz-termin yaratmanın əsas nəzəri istiqamətlərindən 

birini və həmçinin bu nəzəri fikrə uyğun təcrübi məqamlar görürük. Alim bu işin praktiki tərəfini belə qeyd 

edir: “...xalq dilini diqqətlə öyrəndikdə məlum olur ki, anatomiya və tibb üçün terminləri hazır şəkildə, xeyli 

dərəcədə, qəssablar, baytar və türkəçarələrdə, aqranomiya və botanika üçün terminləri əkinçi və bağbanlarda, 

zoologiyaya dair terminləri isə ovçular və balıqçılarda tapmaq olar və i.a.” (1, s. 177). 

Mürəkkəb söz-termin yaratma prosesi ilə bağlı qeyd etdiyi fikir bu gün üçün də aktualdır: “mürəkkəb 

anlayışları ifadə etmək üçün hazır sözlər olmadıqda, ədəbi dilin populyarlığını qoruyub saxlamaq üçün 

doğma dilin köklərindən yeni sözlər yaradılmasına (məsələn, dəmiryol) əl atmaq daha səmərəlidir” (1, s. 

177). 


Müasir Azərbaycan dilçiliyində yaxşı hal hesab olunmayan və tənqid hədəfi olan purizmə münasibət 

bildirərək, puristlərdən çox az fərqlənən, bizcə, özünü doğrultmayan fikir söyləyir: “ərəbşünasların gülüş 

hədəfinə çevirdikləri yer-bil tipli terminləri rədd etmək yox, onları yerbilik (coğrafiya), yubduz-bilik 

(astronomiya), su-bilik (hidrologiya), daş-bilik (petroqrafiya) və s. şəklində islah etmək lazımdır” (1, s. 177). 

Zifeld dilin lüğət tərkibinin daxili imkanları hezabına zənginləşməsi ilə yanaşı, alınmalar hesabına 

zənginləşmə məsələsinə də toxunur, bunun mümkünsüzlüyünü vurğulayır və əcnəbi dillərdən söz alarkən bir 

sıra qaydalara riayət etməyin vacibliyini diqqətə çatdırır: “1) alınan söz iqtibas edən dilə xas olan müəyyən 

səslər sərhəddini aşmamalıdır (məsələn, onda “ü” affrikatı olmamalıdır); 2) alınan sözdə yalnız iqtibas edən 

dilə xas olan səs uyuşmaları və sıraları ola bilər (məsələn, söz samit diftonqu ilə başlamamalıdır); 3) alınma 

söz ahəng qanununa uyğun gəlməlidir; 4) danışanın qüvvələrinin psixo-fiziki qənaəti baxımından, dilin 

ümumi üslubunu ciddi şəkildə saxlamaq zəruridir” (1, s. 177). 

Alimin qeydlərindən də aydın olur ki, göstərilən məsələlər alınma sözlərin mənbələrinə uyğun 

dəyərləndirilir. Yəni Azərbaycan, Türkiyə və s. türkcələr eyni və yaxud yaxın fonetik qanunlara malik 

olduqlarından bu dillərin bir-birinə söz alıb-verməsi çox rahat olur. Lakin digər mənbələrdən – rus dili və 

Avropa dillərindən daxil olan sözlərdə isə tamamilə fərqli xüsusiyyətlər özünü göstərir. Belə ki, bu dillərdən 

alınan sözlərdə əksər hallarda vurğu türk dillərində tələb olan yerdə olmur, ahəng qanununa uyğunluq 

gözlənilmir. Deməli, dilə daxil olan sözlər milli dilin daxili qayda-qnunlarına uyğunlaşdırılmalıdır. Bunun 

üçün lazımi yerdə olmayan vurğunu sözün axırıncıhecasının üzərinə qoymaq, həmçinin ahəng qanununa tabe 

olmayan sözləri ahəng qanununun tələblərinə uyğun düzəltmək lazımdır. 

Zifeldin digər maraqlı fikri isə bu gün də türk və Azərbaycan dillərində aktuallıq kəsb edən abrevia-

tura üsulu ilə söz-termin yaradıcılığı prosesi ilə bağlıdır. Bu məsələ ilə bağlı alim qurultaydakı məruzəsində 

belə qeyd edir: “Bizim azərbaycanlı ziyalılar arasında mübahisə gedir: “Komandarm”, “ispolkom”, “NEP”, 

“VES” və s. kimi qısaldılmış sözləri daxil etmək olarmı? Biz tam əminik ki, nəinki olar, həm də lazımdır, 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə