Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə3/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   2   3   4   5   6   7   8   9   ...   243

 

4.



 Akalın Ş.H. 1926 Bakü Birinci Türkoloji Kurultayının 90. Yılı Dolayısıyla / http://www.akalin.gen.tr 

5.

 Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 



Sərəncamı (18 fevral 2016-cı il) / http://www.president.az  

6.

 Buran A. Kurşunlanan Türkoloji. Elazığ: Manas Yayıncılık, 2007  



7.

 Çobanov M. I Türkoloji Qurultay və türk dillərinin müasir problemləri. Bakı: AzAtam, 2006  

8.

 Ələkbərov F. Azərbaycanda 90 il öncə Türkoloji Qurultayın keçirilıməsinin əsl mahiyyəti haqqında / “Türkologiya” 



jurnalı. Bakı, 2016, №1, s. 100-111.  

9.

 



Türkoloji araşdırmalar -1 (monoqrafik tədqiqatlar toplusu). Bakı: Elm və təhsil, 2015

  

 



 

ELBRUS ƏZİZOV 

Filologiya üzrə elmlər doktoru, professor 

Bakı Dövlət Universiteti

 

 

I TÜRKOLOJİ QURULTAYDA TÜRK DİLLƏRİNİN  



TARİXİ VƏ İNKİŞAFI MƏSƏLƏLƏRİ 

 

Açar sözlər:  Birinci Türkoloji qurultay, türkologiyanın tarixi, Altay dilləri problemi, türk dillərinin 



yaxın qohumluğu, qədim türk dilləri, ədəbi dilin inkişafı, türk dillərinin tədqiqinin əsas istiqamətləri 

 

Turkic languages’ history and development questions on the first Turkological congress 



 

Among the language questions discussed on spent in 1926 in Baku the first Turkological congress, the special 

place is occupied with the theoretical questions connected with history and development of Turkic languages. The 

statement of these questions has been partially reflected in V.V.Bartold’s report, and most widely opened in 

B.Chobanzadeh, N.N.Poppe, A.N.Samoylovich, N.I.Ashmarin and M.F.Kepruluzadeh performances. In the article the 

opinions expressed at congress and reasons concerning an origin of the Chuvash language and its position among 

Turkic languages, the phenomena rotasizm and lamdahizm in Turkic and Mongolian languages, a question on 

relationship of the Altay languages, close relationship of Turkic languages, ancient Turkic languages, development of a 

literary language of the Turkic people, directions of studying of Turkic languages and their dialects are investigated.

 

Key words: the 1st Turkological congress, history of Turkology, a problem of the Altay languages, close 



relationship of Turkic languages, ancient Turkic languages, literary language development, the basic directions of 

research of Turkic languages.

 

 

1926-cı ilin 26 fevral - 6 mart günlərində Bakıda keçirilmiş Birinci Türkoloji qurultay türk xalqlarının 



həyatında iz qoyan, bütün türk xalqlarının elmi və mədəni inkişafı üçün perspektiv əhəmiyyət daşıyan 

mühüm bir hadisə oldu. Stenoqrafik hesabatın titul səhifəsində qurultayın sonuncu günü kimi 5 mart göstə-

rilsə də, qurultay öz işini martın 6-da da davam etdirmiş, 16-cı və 17-ci iclaslar məhz həmin gün keçiril-

mişdir. Qurultayın açılışında 6 nəfər – Əli bəy Hüseynzadə, V.Banq, Mustafa Quliyev, N.Y.Marr, A.V.Luna-

çarski və V.Tomsen rəyasət heyətinin fəxri üzvlüyünə seçildi. Bundan başqa, qurultayın adından bir sıra 

təşkilatlara və şəxslərə, o cümlədən türk dillərinin Orxon kitabələrini ilk dəfə oxumuş, onların türk xalqla-

rının yazılı abidəsi olduğunu sübut etmiş görkəmli Danimarka alimi Vilhelm Tomsenə təbrik teleqramlarının 

göndərilməsi də qərara alınır. 131 nəfər nümayəndənin iştirak etdiyi I Türkoloji qurultayda 9 gün ərzində 17 

iclas keçirilmiş, türk xalqlarının tarix, etnoqrafiya, dil, ədəbiyyat və mədəniyyət məsələlərini əhatə edən həm 

nəzəri, həm də əməli xarakterdə olan çoxlu məsələlər geniş müzakirə edilmişdir [1; 2]. Qurultayda müzakirə 

edilən məsələlər içərisində dil məsələləri daha çox idi: türk dillərinin yaxın qohumluğu məsələsi; Altay 

dillərinin qohumluğu məsələsi; qədim türk dillərinin öyrənilməsi məsələsi; türkologiyanın tarixi və müasir 

vəziyyəti məsələsi; orfoqrafiya məsələsi; terminologiya məsələsi; əlifba məsələsi; türk xalqlarında ədəbi dilin 

inkişafı məsələsi; dilin tədrisi metodikası məsələsi. 

I Türkoloji qurultayda müzakirə edilən dil məsələləri, xüsusilə əlifba, orfoqrafiya və terminologiya 

məsələləri haqqında çox yazılmışdır [2.S.459-481; 3.S.254-272; 4.S.52-57; 5.S.56-58; 6; 7.S.104-170; 

8.S.18-26; 9.S.329-349]. Ancaq bütün bunlarla yanaşı, biz hesab edirik ki, türk dillərinin tarixi ilə bağlı olan, 

türkologiyanın inkişafı baxımından maraq doğuran bir sıra fikir və mülahizələrin də nəzərdən keçirilərək 

təhlil edilməsinə ehtiyac var. Qurultayda türkologiyanın tarixi və inkişafı ilə bağlı olan məsələlər qismən 

akad. V.V.Bartoldun məruzəsində, geniş şəkildə isə prof. B.Çobanzadənin, prof. N.N.Poppenin, prof. 

A.N.Samoyloviçin, prof. N.İ.Aşmarinin və prof. M.F.Köprülüzadənin məruzələrində öz əksini tapmışdır. 

Türkologiya tarixində şərəfli yer tutan bu alimlərin məruzələrində türkologiyanın müxtəlif sahələri üzrə əldə 

edilmiş nailiyyətlər nəzərə çarpdırılır, həllini gözləyən məsələlərin tədqiqi bir vəzifə kimi qarşıya qoyulur. 



 

V.V.Bartoldun məruzəsi türk xalqları tarixinin araşdırılmasının ən yaxın vəzifələrinə həsr olunsa da, 



burada yeri gəldikcə ayrı-ayrı türk dilləri ilə bağlı olan, ümumiyyətlə, türkoloji dilçilik üçün mühüm olan 

mülahizələrə də rast gəlirik. Məlum olduğu kimi, türk dilləri arasında yakut dili ilə yanaşı olaraq xüsusi yer 

tutan və digər türk dillərindən kəskin fərqlənən çuvaş dilinin mövqeyi məsələsi türkologiyada mübahisələr 

doğurmuşdu. Bartold həmin məsələyə diqqət yetirərək qeyd edir ki, bəzi türkoloqlar çuvaş dilinin digər türk 

dillərindən bütün fərqlərini türklərin finlərlə qarışması ilə izah etməyə cəhd göstərir, digərləri isə bu 

fərqlərdə türk dillərinin özlərinin inkişafının daha erkən mərhələsinin qalıqlarını görürlər. Altayşünas 

N.N.Poppenin tədqiqatlarına istinad edən Bartold ikinci nöqteyi-nəzəri məqbul sayır və bu barədə deyir: “Bu 

linqvistik faktı tarixi faktlarla qarşılaşdırarkən, yəqin ki, çuvaşları Orta Asiyadan ilk köç hərəkatı dövrünün 

qalıqları kimi qəbul etməliyik ki, həmin hərəkatın əsas nümayəndələri hunlar idi” [1.S.23]. Çuvaşların ən 

qədim tarixi əcdadları haqqında Bartoldun gəldiyi nəticə müasir türkologiyada da mötəbər fikir sayılır. 

Görkəmli şərqşünas alim məruzəsində türklərin öz dilini qoruyub saxlamasını, başqa dillərlə toqquşar-

kən türk dilinin, adətən, qələbə çalmasını xüsusi olaraq qeyd edir: “İran mədəni təsirinə tabe olmalarına 

baxmayaraq, türklər böyük həyati qüvvə nümayiş etdirən öz dilini qoruyub saxlamışlar. Başqa dillərlə toqqu-

şarkən türk dili, adətən, qələbə çalır və indiyədək Türküstan, İran və Qafqazda nüfuz dairəsini genişləndir-

məkdədir” [1.S.28]. 

V.V.Bartold türklərin tarixinə aid müsəlman mənbələrindən danışarkən M.Kaşğarinin türk ləhcələrinə 

həsr olunmuş “Divanü lüğat-it-türk” əsərinin adını çəkir və onun Bağdadda tərtib edildiyini göstərir. Sonralar 

bu əsərin Bağdadda deyil, Kaşğarda yazıldığını söyləyənlər olsa da (P.K.Jüze, H.Hasanov) Bartoldun 1926-

cı ildə söylədiyi fikir müasir türkologiyada öz qüvvəsini saxlayır. 

I Türkoloji qurultayın fevralın 27-də keçirilən 3-cü iclasında prof. Bəkir Çobanzadə “Türk ləhcələrinin 

yaxın qohumluğu haqqında” mövzusunda məruzə edir. O, məruzəsinin əvvəlində türk dillərinin tarixinə qısa 

nəzər salır, bu dillərin Orxon yazılarından əvvəl də mövcud olduğunu qeyd edir və diqqəti türk adının işlən-

məsi məsələsinə yönəldir. Onun qənaətinə görə, tukyuların özlərini “türk” adlandırmaları şübhə doğurmur və 

bütün tarix boyu buna aid sanballı sübutlar var: “Müxtəlif dövrlərə məxsus olan bir sıra əsərlərə, məsələn: 

“Kutadqu bilik”, “Divani-hikmət”, “Divani-lüğat-it-türk”, dərindən fikir versək, görərik ki, onlar müxtəlif 

ləhcələrdə yazılıb, müəlliflər öz əsərlərini “türk” əsərləri və özlərini də “türk” adlandırıblar” [1.S.96]. 

Burada vacib olan bir məsələni qeyd etmək lazımdır ki, B.Çobanzadə istər məruzəsinin adında, istərsə 

də məruzənin mətnində türk dillərini “türk ləhcələri” kimi təqdim edir. Bu köhnə dilçilik məktəbləri, köhnə 

dilçilik təsəvvürləri ilə bağlı olan bir məsələdir və əlbəttə, aydındır ki, müasir dilçilik baxımından qəbuledil-

məzdir, çünki ləhcə termini məhəlli dialektə aid olan bir anlayışı bildirir. Ancaq biz istifadə etdiyimiz 

mənbəyə – stenoqrafik hesabata müdaxilə etməyib B.Çobanzadəyə aid olan fikirlərdə ləhcə terminini olduğu 

kimi saxladıq. Türk dillərinin “türk ləhcələri” kimi təqdim edilməsinə I Türkoloji qurultaydakı digər məruzə 

və çıxışlarda da təsadüf edilir. 

B.Çobanzadə Orxon yazılarına, “Kutadqu bilik” və “Divanü-lüğat-it-türk” əsərlərinə türk dillərinin 

XIII əsrə qədərki tarixini öyrənmək üçün əsas mənbələr kimi yanaşır və XI əsrdə mövcud olan türk ləhcələri 

haqqında təsəvvür yaratmaq üçün Mahmud Kaşğarinin lüğəti üzərində dayanır. O, Mahmud Kaşğarini kifa-

yət qədər hazırlıqlı, son dərəcə hərtərəfli və dərin biliklərə, geniş dünyagörüşünə malik olan bir adam kimi 

səciyyələndirir və öz fikrini onun aşağıdakı sözləri ilə əsaslandırır: “Türk ləhcələrində leksikanın əsası vahid-

dir. Orada fərqlər yoxdur. Əgər fərq varsa da, yalnız müxtəlif hərflərdə (səslərdə) və onların dəyişməsində-

dir” [1.S.97]. B.Çobanzadə M.Kaşğarinin bu qənaətində hərtərəfli tədqiqat və dərin təhlilin nəticəsini görür. 

Məruzəçi XI əsrdə mövcud olan türk ləhcələri arasında M.Kaşğarinin göstərdiyi doqquz səs fərqini konkret 

misallar əsasında təhlil edərək belə bir nəticə çıxarır: “Hər halda M.Kaşğarinin əsərindən görürük ki, bugü-

nün canlı türk-tatar ləhcələri ümumi əlamətlərə görə hələ XI əsrə qədər müəyyənləşmişdir. Bu ləhcələrdə ən 

çox bəzi səs xüsusiyyətləri nəzərə çarpır və bu gün də onları şimal və cənub ləhcələrində fərqləndirici 

əlamətlər kimi tapa bilərik” [1.S.99]. 

B.Çobanzadənin məruzəsində türkologiyanın müxtəlif sahələrini tədqiq etmiş O.Bötlinq, V.V.Radlov, 

V.Tomsen, H.Vamberi, Budents, Q.İ.Ramstedt kimi alimlərin fəaliyyəti yüksək qiymətləndirilir, onların 

xidmətlərinin çox böyük və şübhəsiz olduğu göstərilir. Görkəmli alim türk dillərinin qohumluğu məsələ-

sindən danışarkən türk dillərinin təsnifatı məsələsi üzərində dayanır: “Bu məsələdə, yəni türk ləhcələrinin 

qohumluğu məsələsində biz əsas kimi akademiklər Korş və Radlova məxsus olan, sonralar isə prof. 

Samoyloviç tərəfindən tamamlanan, daha doğrusu, bir qədər genişləndirilən və çox böyük əhəmiyyət daşıyan 

təsnifatı götürə bilərik” [1.S.101]. B.Çobanzadə rus alimlərinin (Berezin, Korş, Radlov, Samoyloviç) özbək 

və Şərqi Türküstan ləhcələrinin Şimalla Cənub arasında aralıq yer tutması barədəki fikirlərini həqiqətə uyğun 

sayır və bu məsələyə dair öz mülahizələrini də söyləyir. 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə