Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə7/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   2   3   4   5   6   7   8   9   10   ...   243

12 

 

ədəbiyyat  dili farsjadan dilimizə bir çox kəlmə  və qrammatik  şəkil formaları keçmişdir.  Beləcə, xalq 



dilindən uzaq, yüksək təbəqəyə məxsus bir «zümrə ədəbi dili» meydana gəlmişdir [16, 48]. 

Alim daha sonra qeyd edir ki,  İslam mədəniyyəti və ərəb dilinin  hakim olduğu bir dövrdə  Mahmud 

Qaşqarlı  ərəblərə türk dilini öyrətmək məqsədilə  «Divani-lüğət-it-türk»  adlı əsər yazmış və öz  dövrünün 

türk ləhcələrinin  xüsusiyyətlərini göstərmişdir. Həzrəti  Məhəmmədin «türk dilini öyrənin, çünki onların 

uzun sürəcək səltənəti var» hədisini zikr edən  M.Qaşqarlı türkçü olduğunu ortaya qoyur. Həqiqətən,  bu 

hədis düzdürsə, onda türk  dilini öyrənmək  dini bir  borcdur, yox əgər  düz deyilsə,  onda ağıl onu 

öyrənməyi hökm edir,-deyə şərh  verir. M.Qaşqarlı  əsərini «türk dili  ilə ərəb dili  atbaşı yeriyir» kəlamı ilə  

bitirir [17, 249]. Bu xüsusda  professor Bahaəddin Ögəlin türk mədəniyyətinə dair [4] 9–cildlik, eləcə də 

dosent Əhməd Ağgündüzün «Faktlar gerçəyi bildirir» adı altında  5 jildlik  ensiklopedik əsərləri böyük türk  

dünyasını, demək olar ki, bütün sahələr üzrə  tam işıqlandırır [3. 18]. 

Çox qəribədir ki,  türk dili üçün bu və başqa şəkildə təhlükə yarananda uzaqgörən dövlət xadimləri  

dilimizin adını dövlət  səviyyəsində  qorumuş və xüsusi fərman və ya qanunla onu  təsbit  etmişlər.  Bunu 

müəyyən tarixi dövrlərdə sultan  və  hökmdarların timsalında  görürüksə, çağdaş dövrdə   1978 və 1995-ci il  

konstitutsiyalarında  digər ittifaq respublikalarından fərqli olaraq dilimizin adının  verilməsində müşahidə 

edə bilərik [3, 8]. Bu hal bir tərəfdən  türk dili üçün yaranmış təhlükənin  qarşısını  alırsa, digər tərəfdən dilin 

adının ölkə daxilində  və xaricində tanınmasına, qəbul olunmasına və şüurlarda həkk olunmasına yardımçı 

olurdu. Elə I Türkoloji  qurultayın çağırılmasının müxtəlif səbəblərindən biri  kimi  türkdilli  etnosların  

dillərinin  adları ilə bağlı  olduğunu göstərsək səhv etmərik. Məlumdur ki,  ümumi mədəniyyətə, həyat 

tərzinə, adət- ənənələrə və s. kimi  amillərə malik olan türk soyları, etnosları zaman keçdikjə, prof. Nizami 

Cəfərovun qeyd etdiyi kimi, müəyyən köklü faktlarla bağlı bir-birindən təjrid olunaraq, müxtəlif qruplara  

bölünmüş, müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Bu baxımdan, Azərbaycan dili də eyni yolu keçmiş, 

eyni təzyiqlərə məruz qalmışdır. Bununla bağlı prof. Buludxan Xəlilovun da maraqlı mülahizələri vardır. O, 

hətta əski türk dilindən diferensiallaşmanın səbəblərini də  öz tədqiqatında araşdırmış və Azərbaycan dili yad 

təsirlərə, eləcə də daxilində baş verən qeyri-normal hallara qarşı müqavimətli olduğunu göstərmişdir [9, 14-

32, 229]. 

Bu xüsusda – böyük ədibimiz Yusif Vəzir Çəmənzəminlinin dilimizin adı ilə bağlı «Biz kimik»? 

yazısı böyük maraq doğurur [8, 14-31]. Bu barədə Y.V. Çəmənzəminlidən də geniş  təfsilata böyük ziyalı Əli 

bəy Hüseynzadənin  yazılarında rast gəlirik. O, nəinki türk və türkçülük, ümumiyyətlə, az qala  türk 

etnoslarını təsnifat etməyə cəhd göstərmişdir  [8, s. 121-124; 210-238].  Maraqlıdır ki,  dilimizin adı, yazı 

üslubu, əlifba və s.  kimi məsələlərlə bağlı XX əsrin əvvəlində olduğu  qədər keşməkeşli olmamışdır. Bu 

həm də dövrün  ictimai-siyasi hadisələri  ilə bağlı idi.  Məhz bu baxımdan millətsevər böyük ictimai xadim 

N.Gəncəvinin 800 illik  yubileyi ərəfəsində narahatlıq keçirdiyini  dilə gətirir və əsərini bilərəkdən 

«Azərbaycan şairi Nizami» adlandırır. Qeyd edim ki, buna bənzər analoji hadisə ümummilli  liderimiz 

Heydər Əliyevin  «Kitabi-Dədə Qorqud» dastanının 1300 illiyi  haqqında 20 aprel 1997-ci ildə imzaladığı 

fərmanla bağlı olmuşdur. Belə ki, Türkmənistan Respublikasının prezidenti Saparmurad Niyazovun dastanın  

onlara mənsub olduğunu və 1500 illiyini keçirməyə hazırlaşdıqlarını bütün dünyaya  bildirirdi. Lakin  

ümumdünya YUNESKO  təşkilatı Azərbaycanın  mövqeyini dəstəklədi və ümummilli liderimiz Heydər 

Əliyevin nüfuzu bütün dünyada  daha da artdı. «Məlumdur ki,  Azərbayjan dili mövjud olduğu tarixi dövrlər 

ərzində həm zəngin inkişaf mərhələləri keçmiş, həm də  müəyyən vaxtlarda çox ciddi təsir və təzyiqlərə  

məruz qalmışdır»  - deyə göstərən  prof.  Mübariz Yusifov  çox haqlı olaraq  qeyd edir ki,  məhz bu təzyiq və 

təsirlər nəticəsində də dildə vahid norma pozulmuş və öz yerini üslublara vermişdir [2,  5]. 

Eyni fikri dilimizin adı barədə də söyləmək olar. Rus imperiyası  dövründə Azərbaycan dili müxtəlif  

adlarla adlandırılmışdır. Mərhum prof. Əziz Əfəndizadə haqlı olaraq yazır ki, türk etnosları arasında «türk» 

adı  Anadolu türklərinə qismət olduğundan  bizim o ada şərik çıxmağımız yersizdir. Dilimizin adlandırılması 

ilə bağlı  prof. Nizami Xudiyevin  də maraq doğuran  mülahizələrinə nəzər salaq: «Türkiyə kültür 

bakanlığının (mədəniyyət nazirliyinin) keçirdiyi sürəkli (davamlı) türk dili  qurultayına Azərbaycandan 

akademik  Bəkir Nəbiyev,  professorlar Ağamusa Axundov, Firudun Cəlilov, filologiya elmləri namizədi 

Lətif Kərimov və bu sətirlərin müəllifi  dəvət olunmuşdur. Ankarada bizə daha üç  həmyerlimiz-professorlar 

Türkan Əfəndiyeva, Kamil Vəliyev və filologiya elmləri namizədi Ələddin Əliyev qoşuldu... Qurultayda  

dünyanın bütün türk  ölkələrindən, o cümlədən keçmiş ittifaqın türk respublikalarından  400-dən çox dilçi-

alim  iştirak edirdi. Türk dili qurultayı  açış konuşmaları (plenar iclas) ilə başlandı. Söhbətlər aşağıdakı üç 

bölmədə  daha konkret mövzular ətrafında  davam etdirildi: əlifba,  orfoqrafiya və yazı dili (ədəbi dil). 

A.Axundovla F.Cəlilov əlifba, L.Kərimov orfoqrafiya,  qalanlarımız isə  yazı dili  (ədəbi dil)  bölməsində 

iştirak etdik…. Mən təklif etdim ki,  məsələlərin düzgün nəzəri dərkindən irəli gələrək, bir sıra anlayışları 

dəqiqləşdirək: məsələn, azəri türk dili, qazax türk dili, özbək türk dili; (yaxud müvafiq olaraq azəri türkcəsi, 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə