Microsoft Word issued KredAgro 31-dec-2015 ifrs audit Report final aze



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix17.09.2018
ölçüsü4,08 Mb.
#69154
1   2   3   4   5   6   7   8   9   10   ...   22

“KREDAQRO” QAPALI SƏHMDAR CƏMİYYƏTİ BANK OLMAYAN KREDİT TƏŞKİLATI 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

(Azərbaycan manatı ilə) 

 

 



 

17

4.   MÜHÜM MÜHASİBAT PRİNSİPLƏRİ (Davamı) 

 

olaraq öz təxminlərini və mülahizələrini təhlil edir. Rəhbərlik təxminlərini və mülahizələrini tarixi 



təcrübəyə  və müəyyən  şərtlər  əsasında məntiqli hesab edilən digər faktlara əsaslandırır.Müxtəlif 

şəraitlərdə və vəziyyətlərdə faktiki nəticələr bu təxminlərdən fərqlənə bilər.Aşağıda göstərilən təxminlər 

və mülahizələr Təşkilatın maliyyə vəziyyətinin təsvir edilməsi üçün zəruri hesab edilir. 

 

Dəyərsizləşmə üzrə zərər ehtiyatları 

Dəyərsizləşmə üzrə qiymətləndirilmənin aparılması üçün Təşkilat verilmiş kreditlərin mütəmadiolaraq 

təhlilini keçirir.Təşkilatın dəyərsizləşmə üzrə  zərər ehtiyatları yaratması onun kreditlər vəalınacaq 

vəsaitlər portfelində yarana biləcək dəyərsizləşmə ehtiyatlarının tanınması  məqsədi daşıyır.Təşkilat 

rəhbərliyi hesab edir ki, ehtiyatlarla bağlı  təxminlər  ən  əsas subyektivlik daşıyan məqamdır,çünki: (i) 

gələcəkdəki itkilərin faizi və şübhəli kreditlər üzrə yarana biləcək itkilərin ölçülməsi üzrəedilən ehtimallar 

müxtəlif dövrlər arasında dəyişir, hesabat tarixində isə bu ehtimallar yalnız caritəcrübəyə əsaslanır, və (ii) 

Təşkilatın təxmin etdiyi itkilərlə faktiki itkilər arasında əhəmiyyətlifərqlər yaranarsa, bu fərqlər Təşkilatın 

gələcəkdəki fəaliyyətinin yekunlarına, eləcə də maliyyəvəziyyətinə təsir göstərə bilər. 

 

Borcalanın maliyyə  çətinlikləri olduqda və eyni borcalana aid az tarixi məlumat mənbələri  əldə etdiyi 



hallarda dəyərsizləşmə  zərərinin məbləğini təxmin etmək üçün Təşkilatın rəhbərliyi mülahizələrdən 

istifadə edir. Eləcə  də, Təşkilat  əvvəlki təqdimat  əsasında gələcək pul vəsaitlərinin hərəkətində 

dəyişiklikləri, müştərilərin  əvvəlki davranışını, qrup daxilində borcalanın ödəniş qabiliyyətində  mənfi 

dəyişikliklər haqqında ümumi məlumatı və qrup daxilində aktivlər üzrə öhdəliklərin yerinə yetirilməməsi 

ilə əlaqədar olan ölkə miqyaslı və yerli iqtisadi şərtlərə dair təxminlər edir.Rəhbərlik kredit riski daşıyan 

aktivlər üzrə tarixi zərər təcrübəsinə  və kreditlər qrupunda dəyərsizləşmə üzrə eyni olan obyektiv 

sübutlara  əsaslanan təxminlərdən istifadə edir.Tarixi məlumatda cari şərait  əks olunmadığından, yeni 

kreditlər qrupuna dair müşahidə olunan məlumata düzəlişlər etmək üçün Təşkilat rəhbərliyi 

mülahizələrdən istifadə edir. 

 

Maliyyə hesabatlarında maliyyə aktivləri üzrə dəyərsizləşmə ehtiyatları, mövcud iqtisadi və siyasi şərtlər 



əsasında təyin edilmişdir.Ölkədə baş verə biləcək hadisələri və bu şəraitin maliyyə aktivləri üzrə gələcək 

dövrlərdə  dəyərsizləşmə ehtiyatlarının uyğunluğuna edəcəyi təsirlə bağlı  Təşkilat qabaqcadan xəbər 

vermək iqtidarında deyil. 

 

5.



 

YENİ VƏ YENİDƏN İŞLƏNİLMİŞ STANDARTLARIN QƏBUL EDİLMƏSİ 

 

Maliyyə hesabatlarının hazırlanması üçün növbəti yeni, düzəliş  və  dəyişikliklər edilmiş  bəyanatlar ilk 



dəfə 1 Yanvar 2015-ci il tarixindən başlayan maliyyə ili üçün icbaridir (Bu siyahı aralıq maliyyə 

hesabatlarına və ya BMUS-un ilk tətbiqçilərinə, onların BMUS Hesabatlarına təsir edən yeni və 

dəyişdirilmiş tələblər barədə məlumatı ehtiva etmir). 

 

BMHS 9 standartı “Maliyyə Alətləri” (2009 - cu ilin noyabr ayında buraxılmış  və 2010 - cu ilin 



oktyabr ayında dəyişdirilmişdir)- Bu standart maliyyə aktivlərinin təsnifatı üzrə növbəti yeni tələbləri 

təqdim edir: 

 

“Biznes modeli” və “Pul vəsatlərinin hərəkəti xüsusiyyətləri” test modellərinin hər ikisinin tələblərinə 



cavab verən borc alətləri amortizasiya olunmuş maya dəyərində ölçülür. (bəzi məhdud hallarda ədalətli 

dəyərin tətbiq olunması yol veriləndir) 

 

Kapital alətlərinə investisiyalar yalnız mənfəət və ya zərərdə tanınmış dividendlərlə "digər məcmu gəlir 



daxilində ədalətli dəyər" kimi təyin edilə bilər. 

 



Bütün digər maliyyə alətləri (törəmələr də daxil olmaqla) hər bir hesabat dövrünün sonunda ədalətli 

dəyərlə ölçülür. 

 



“KREDAQRO” QAPALI SƏHMDAR CƏMİYYƏTİ BANK OLMAYAN KREDİT TƏŞKİLATI 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

(Azərbaycan manatı ilə) 

 

 



 

18

5.



 

YENİ VƏ YENİDƏN İŞLƏNİLMİŞ STANDARTLARIN QƏBUL EDİLMƏSİ (davamı) 

 

“Əlaqədar törəmə alətləri” anlayışı Standard daxilində maliyyə aktivləri üçün tətbiq edilmir və bütünlüklə 



yuxarıda qeyd olunan qaydalara uyğun olaraq tanınmalı və ölçülməlidir. 

 

Yenidən işlənmiş 9 №-li BMHS maliyyə öhdəliklərinin təsnifatı  və ölçülməsi üzrə yeni tələbləri və 



BMUS 39 Maliyyə Alətləri: Tanınma və ölçülmə  üzrə mövcud tanınmanın dayandırılması  tələblərini 

özündə birləşdirir. 

Yenidən işlənmiş maliyyə öhdəlikləri üzrə ehtiyyatlar əksər öhdəliklər üçün amortizasiya olunmuş maya 

dəyərini qoruyub saxlamışdır. Yeni tələblər müəssisə öhdəliklərini  mənfəət və ya zərər vasitəsilə ədalətli 

dəyərdə tanıdığı zaman tətbiq olunur - bu halda, müəssisənin kredit riskinə bağlı  ədalətli dəyərindəki 

dəyişiklik mənfəət və ya zərər hesabatında deyil, digər məcmu gəlirlərdə tanınır. 

Maliyyə öhdəliklərinin təsnifatı  və ölçülməsi ilə bağlı BMHS 9-un ən  əhəmiyyətli təsiri maliyyə 

öhdəliyinin ədalətli dəyərində dəyişikliklərin uçotu ilə bağlıdır ki, kredit riskində dəyişiklik mənfəət və ya 

zərər vasitəsilə  ədalətli dəyərlə  təyin edilir . Xüsusilə, 9 saylı BMHS, mənfəət və ya zərər vasitəsilə 

ədalətli dəyərlə  nəzərdə tutulmuş maliyyə öhdəlikləri üçün, maliyyə öhdəliyinin  ədalətli dəyərindəki 

kredit riskinə aid dəyişikliyinin məbləği mənfəət və  zərərdə uyğunsuzluq və  kənarlaşmalara səbəb 

olmadığı halda digər məcmu gəlirdə tanınır. Maliyyə öhdəliyi üzrə kredit riskinə aid edilən  ədalətli 

dəyərdə dəyişikliklər mənfəət və zərər hesabatından kənar təsnifləşdirilmir. Hal-hazırda, 39 saylı BMUS-

a  əsasən, maliyyə öhdəliyinin  ədalətli dəyərindəki dəyişikliklərin məbləği  ədalətli dəyərdə olduğu kimi 

bütünüklə mənfəət və ya zərərdə tanınır. 

Tanınmanın dayandırılması ilə bağlı müddəalar BMUS 39-dan demək olar ki, dəyişməz olaraq 

keçirilmişdir. BMHS 9, dəyərsizləşmə üzrə  tələblər, təlimat və hedcinq uçotu daxil olmaqla 1 Yanvar 

2015-ci il və ondan sonrakı illik dövrlər üçün qüvvəyə minir. Müəssisə  rəhbərləri təxmin edirlər ki, 

BMHS 9 qüvvədə olduğu dövrdən başlayaraq tətbiq olunacaq və onun tətbiqi müəssisənin maliyyə 

hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Lakin ətraflı baxış tamamlanana qədər həmin təsir ilə 

bağlı əsaslı mülahizələrin irəli sürülməsi əlverişli deyil. 

 

Nəşr edilmiş, lakin hələ qüvvəyə minməmiş yeni və yenidən işlənmiş bildirişlər

 

Müəssisə BMUSŞ-ın buraxdığı, lakin hələ 1 Yanvar 2015-ci il tarixində başlayan maliyyə ili üçün 



qüvvəyə minməyən, aşağıdakı yeni, yenidən işlənmiş  və ya düzəlişlər edilmiş bildirişləri tətbiq 

etməmişdir. Müəssisə  rəhbərləri yeni standartların, düzəlişlərin və  şərhlərin Müəssisənin maliyyə 

hesabatlarına qəbulunu həmin dövrlər üçün nəzərdə tutur və  gələcək dövrlərdə qüvvəyə minəcək bütün 

yeni standartların, düzəlişlərin və  şərhlərin potensial təsirini praktiki cəhətdən mümkün olduğu qədər 

qiymətləndirmişdir. 

 

10 saylı MHBSvə28 saylı MUBS -Payçı  və Onun Asılı müəssisəsi və ya Birgə Müəssisəsi Arasında 

Aktivlərin Satışı  və ya Əvəzsiz Verilməsi – 10 saylı MHBS və 28 saylı MUBS-ə düzəlişlər 1 yanvar 

2016-cı il tarixindən başlanan dövrlər üçün qüvvədədir. 

 

Əsas tələblər 

Düzəlişlər 10 saylı MHBS və 28 saylı MUBS arasında satılmış, asılı  və ya birgə müəssisəyə çevrilmiş 

törəmə müəssisədə  nəzarətin itirilməsinə aid ziddiyyətlərlə bağlıdır. Düzəlişlər aydınlıq gətirir ki, 



"Müəssisələrin Birləşməsi" adlı 3 saylı MHBS-də payçı və onun asılı müəssisəsi və ya birgə müəssisəsi 

arasında biznesə aid olan aktivlərin satışından və ya bağışlanılmasından yaranan gəlir və ya zərər tam 

tanınmalıdır. Belə ki, biznesə aid olmayan aktivlərin satışından və ya əvəzsiz verilməsindən gəlir və ya 

zərər asılı və ya birgə müəssisədə əlaqəli olmayan payçıların maraqları çərçivəsində tanınmalıdır. 



 

Keçid 

Düzəlişlər prospektiv olaraq tətbiq olunmalıdır. Erkən tətbiqetməyə icazə verilir, lakin bu zaman 

açıqlamalar verilməlidir. 



Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə