Microsoft Word issued KredAgro 31-dec-2015 ifrs audit Report final aze



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix17.09.2018
ölçüsü4,08 Mb.
#69154
1   2   3   4   5   6   7   8   9   ...   22

“KREDAQRO” QAPALI SƏHMDAR CƏMİYYƏTİ BANK OLMAYAN KREDİT TƏŞKİLATI 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

(Azərbaycan manatı ilə) 

 

 



 

15

4. MÜHÜM MÜHASİBAT PRİNSİPLƏRİ (Davamı) 



 

Vergi qanunvericiliyi 

Vergi xərcləri cari və təxirə salınmış vergi xərclərinin cəmindən ibarətdir. 

Cari vergi xərci hesabat dövrü ərzində yaranmış vergi mənfəəti  əsasında hesablanır. Hesabatdakı  bəzi 

gəlir və  xərclərin digər dövrlərdə vergi bazasına aid ediləcəyinə  və  bəzi maddələrin heç bir vaxt vergi 

bazasını hesablayarkən istifadə edilməyəcəyinə görə vergi mənfəəti maliyyə hesabatlarındakı mənfəətdən 

fərqlənir. Təşkilatın cari mənfəət vergisi xərci, hesabat dövründə qüvvədə olan vergi dərəcələrindən 

istifadə etməklə hesablanır. 

 

Təxirə salınmış vergi isə aktiv və öhdəliklərin mühasibat uçotuna uyğun qalıq dəyərləri ilə onların 



vergiyə uyğun qalıq dəyərləri arasındakı fərqlərdən yaranan və gələcəkdə ödəniləcək və ya geri alınacaq 

məbləğlərin  əsasında hesablanır və bu zaman balans öhdəliyi üsulundan istifadə edilir. Təxirə salınmış 

vergi öhdəliyi ümumiyyətlə bütün vergi bazasını artıran maddələr üçün hesablanır, təxirə salınmış vergi 

aktivi isə bu aktivdən gələcəkdə istifadə etmək üçün kifayət qədər mənfəətin olması  təxmini nəzərə 

alınaraq maliyyə  vəziyyəti hesabatında tanınır. Müvəqqəti fərqlərin mühasibat mənfəətinə  və vergi 

mənfəətinə  təsir göstərməyən digər aktiv və öhdəliklərin ilkin tanınması zamanı yarandığı hallarda 

(biznes kombinasiyaları istisna olmaqla), belə vergi aktiv və öhdəlikləri maliyyə  vəziyyəti hesabatında 

tanınmır. 

 

Təxirə salınmış vergi aktivinin qalıq dəyəri hesabat tarixində  nəzərdən keçirilir və  əgər gələcəkdəki 



mənfəət  əldə edilməsi ilə bağlı  təxminlər bu aktivi reallaşdırmağa imkan vermirsə bu vergi aktivinin 

dəyəri tam və ya qismən bu təxminlərə uyğunlaşdırılmaq üçün azaldılır. 

 

Təxirə salınmış vergini hesablayarkən vergi aktivinin reallaşdırılması və ya öhdəliyin ödənilməsi zamanı 



qüvvədə olan vergi dərəcəsindən istifadə edilməlidir. Birbaşa səhmdar kapitalına təsir edən əməliyyatlar 

istisna olmaqla, təxirə salınmış vergi xərci və ya gəliri birbaşa məcmu gəlir hesabında  əks etdirilir. 

Səhmdar kapitalına təsir edən  əməliyyatlarla bağlı  təxirə salınmış vergilər də  səhmdar kapitalında öz 

əksini tapır. 

 

Aşağıdakı hallarda təxirə salınmış vergi aktivi və vergi öhdəliyi əvəzləşdirilərək xalis şəkildə təqdim edilə 



bilər: 

 



 

Təşkilatın cari mənfəət vergisi aktivini mənfəət vergisi öhdəliyi ilə əvəzləşdirmək üçün qanuni 

və icrası mümkün olan hüququ mövcud olduqda; və 

 



Təxirə salınmış aktiv və öhdəliklər bir vergi orqanı tərəfindən qoyulan məbləğlərə aid edilsin və 

bu vergilər üzrə öhdəlik eyni müəssisəyə məxsus olsun. 

 

Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların fəaliyyəti nəticəsində digər vergilər də yaranır. 



Bu vergilər əməliyyat xərclərinin bir hissəsi kimi tanınır və məcmu gəlir hesabatına daxil edilir. 

 

Ehtiyatlar 

Ehtiyatlar, Təşkilat keçmiş hadisələr nəticəsində cari hüquqi və ya əsaslanmış öhdəliyə malik olduqda, 

öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərə yaradan ehtiyatların azalma ehtimalı olduqda və öhdəlik 

məbləği etibarlı şəkildə qiymətləndirildikdə uçota alınır.  

 

Ehtiyat kimi tanınan məbləğ hesabat dövrünün sonunda müvafiq risklər və qeyri-müəyyənliklər də nəzərə 



alınmaqla cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan məbləğin təxmini göstəricisidir. Ehtiyatı 

hesablayarkən cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan pul vəsaitlərinin təxminindən istifadə 

edilirsə, ehtiyatın qalıq dəyəri bu pul vəsaitlərinin cari dövrə olan diskontlaşdırılmış  dəyərinin cəminə 

bərabərdir (pulun vaxt dəyərinin əhəmiyyət kəsb etdiyi hallarda). Ehtiyatın qarşılanması üçün tələb edilən 

iqtisadi faydaların tam və ya qismən üçüncü şəxslərin hesabına geri qaytarılması gözlənilirsə, debitor borc  



“KREDAQRO” QAPALI SƏHMDAR CƏMİYYƏTİ BANK OLMAYAN KREDİT TƏŞKİLATI 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

(Azərbaycan manatı ilə) 

 

 



 

16

4. MÜHÜM MÜHASİBAT PRİNSİPLƏRİ (Davamı) 

aktiv kimi yalnız o halda tanınır ki, üçüncü tərəfin kompensasiya ödəməsi ehtimalı var və bu məbləğ 

etibarlı şəkildə təxmin edilə bilər. 

 

Təqaüd və digər mükafatlar üzrə öhdəliklər 

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq Təşkilat işçilərin əməkhaqlarından 

təqaüd ayırmaları tutur və onları dövlət sosial müdafiə fonduna köçürür.Bu cürayırmaları hesablayarkən 

təqaüd sisteminin göstərşlərinə müvafiq olaraq işəgötürənlər tərəfindən cariödənişlərin hesablanması 

zamanı  işçi heyəti üzrə  nəzərdə tutlan ümumi xərclərin müəyyən nisbətigötürülür.Belə  xərclər müvafiq 

əmək haqlarının alındığı dövrlərə aid edilir.Təqaüdə çıxdıqdatəqaüdlə bağlı bütün ödənişlər dövlət sosial 

müdafiə fondu tərəfindən yerinə yetirilir. 

 

Təşkilat Azərbaycan Respublikasının dövlət sosial müdafiə fondu tərəfindən nəzərdə tutulmuştəqaüd 



proqramından başqa hər hansı bir digər təqaüd proqramında iştirak etmir.Bundan əlavə,Təşkilatda 

hesablanması  tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən digər mühümmüavinətlər 

mövcud deyildir. 

 

Şərti aktivlər və öhdəliklər 

Şərti öhdəliklər maliyyə  vəziyyəti hesabatında tanınmır amma bu öhdəliklərlə bağlı pul 

vəsaitlərininödənilməsinin ehtimalı çox az olduğu hallar istisna olmaqla qalan hallarda hesabatlarda 

açıqlamalarverilir.  Şərti aktivlər maliyyə  vəziyyəti hesabatında tanınmır amma belə aktivlərlə bağlı 

iqtisadimənfəətlərin alınması ehtimalı çox az olduğu hallar istisna olmaqla qalan hallarda 

hesabatlardaçıqlamalar verilir. 

 

Nizamnamə kapitalı 

Nizamnamə kapitalı bütün iştirakçılar tərəfindən ödənilmiş payların məbləğidir.Payların ümumi 

sayıCəmiyyətin nizamnamə kapitalının iştirakçıları arasında mütənasib olaraq 

bölünür.Nizamnaməkapitalının artırılıb və ya azaldılması təsisçilərin ümumi yığıncağının qərarı ilə həyata 

keçirilə bilər. 

 

Xarici valyuta əməliyyatları 

Təşkilatın  əməliyyat valyutası onun fəaliyyət göstərdiyi iqtisadi mühitin valyutası olan 

AzərbaycanManatıdır. 

 

Xarici valyutada olan monetar aktiv və öhdəliklər, balans tarixində mövcud olan ARMB-nın 



valyutaməzənnəsinə uyğun olaraq Azərbaycan Manatına çevrilir.Xarici valyutada aparılan  əməliyyatlar 

isəəməliyyat tarixinə mövcud olan valyuta məzənnəsinə uyğun olaraq manat ekvivalentinə 

çevrilir.Buçevrilmələr zamanı yaranan gəlir və  xərclər mənfəət və  zərər hesablarında xarici valyuta 

iləəməliyyatlar üzrə gəlirlər (zərər çıxılmaqla) sətrində göstərilir. 



 

Xarici valyuta məzənnələri: 

Maliyyə hesabatlarının hazırlanması zamanı Təşkilat tərəfindən istifadə edilən hesabat tarixinə 

valyuta məzənnələri aşağıdakı kimi olmuşdur: 

 

 



31 dekabr 2015 

31 dekabr 2014 

USD/AZN 1,5594 

0.7844 

 

Mühüm mühasibat təxminləri və təxmin edilən qeyri-müəyyənliklərin əsas mənbələri 

Təşkilatın maliyyə hesabatlarının hazırlanması hesabat tarixinə  təqdim edilən aktiv və öhdəliklərin 

məbləğlərinə  təsir göstərə biləcək və başa çatmış müddət  ərzində  gəlir və  xərclərin təqdim edilmiş 

məbləğləri üzrə rəhbərlikdən təxminlərin və mülahizələrin verməsini tələb edir. Rəhbərlik mütəmadi  

 



Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə