Microsoft Word issued KredAgro 31-dec-2015 ifrs audit Report final aze



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix17.09.2018
ölçüsü4,08 Mb.
#69154
1   2   3   4   5   6   7   8   9   ...   22

“KREDAQRO” QAPALI SƏHMDAR CƏMİYYƏTİ BANK OLMAYAN KREDİT TƏŞKİLATI 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

(Azərbaycan manatı ilə) 

 

 



 

9

 



4.   MÜHÜM MÜHASİBAT PRİNSİPLƏRİ 

 

Faiz gəlir və xərclərinin tanınması  

Faiz gəlir və  xərcləri effektiv faiz metodundan istifadə etməklə hesablama üsuluna əsasən qeydə 

alınır.Effektiv faiz metodu, maliyyə aktiv və öhdəliklərinin (eləcə  də maliyyə aktivləri və öhdəlikləri 

qrupunun)amortizasiya edilmiş maya dəyərinin hesablanmasını faiz gəlir və xərclərinin müvafiq dövrlər 

üzrətanınmasını nəzərdə tutur. 

 

Effektiv faiz dərəcəsi maliyyə alətinin təxmin edilmiş istifadə müddəti üzrə  təxmin edilən gələcək 



ödəniləcək və ya alınacaq vəsaitləri (o cümlədən effektiv faiz dərəcəsinin tərkib hissəsi sayılan müvafiq 

ödənilən və alınan haqq və komissiyalar, əməliyyat xərcləri, eləcə də digər diskont və mükafatlar) və ya 

müvafiq olduqda, daha qısa müddət üzrə maliyyə aktivlərinin və ya maliyyə öhdəliklərinin qalıq dəyərini 

dəqiq diskontlaşdıran dərəcədir. 

 

Köhnəlmə  nəticəsində maliyyə aktivi hesabdan silinirsə (qismən silinirsə), belə aktivlər üzrə faiz gəliri 



sonradan mümkün zərərlərin qiymətləndirilməsi üçün istifadə edilmiş effektiv faiz dərəcəsi nəzərə 

alınmaqla gələcək pul vəsaitləri hərəkətinin diskontlaşdırılması üzrə istifadə edilən faiz dərəcəsinin tətbiq 

edilməsi ilə tanınır. 

 

Haqq və komissiya gəlir və xərclərinin tanınması  

Kreditin verilməsi ilə bağlı yaranan komissiyalar, bununla əlaqədar olan birbaşa xərclərlə birlikdətəxirə 

salınır və kreditlər üzrə effektiv faiz dərəcəsinə dair düzəliş kimi təqdim edilir.Kreditöhdəliyinin kredit 

müqaviləsinə keçirilməsi mümkün olduqda kredit öhdəliyi ilə bağlı komissiyalarvə bununla əlaqədar olan 

birbaşa xərclərlə birlikdə  təxirə salınaraq yekun kredit üzrə effektiv faizdərəcəsinə dair düzəliş kimi 

tanınır.Kredit öhdəliyinin kredit müqaviləsinə keçirilməsi mümkünolmadıqda kredit öhdəliyi ilə bağlı 

komissiyalar kredit öhdəliyinin qalıq müddəti üzrə mənfəət vəzərər hesablarında tanınır. 

 

Kreditin verilməsi haqqında öhdəliyin müddəti başa çatdıqda və buöhdəlik kredit müqaviləsi ilə 



əvəzolunmadıqda kredit öhdəliyi haqqı  məcmu gəlir hesabatındatanınır.Kredit xidmətləri üzrə haqlar

xidmətlər görülən zaman gəlir kimi tanınır.Bütün digər haqqvə komissiyalar xidmətlərin göstərilməsi 

zamanı tanınır. 

 

Maliyyə alətləri 

Təşkilat müqaviləyə əsasən maliyyə aləti üzrə öhdəlik daşıyan tərəfə çevrildiyi zaman maliyyəaktivini və 

ya öhdəliyini maliyyə  vəziyyəti hesabatında tanıyır.Maliyyə aktivlərinin və öhdəliklərinin adiyolla 

alınması və satılması zamanı hesablaşma tarixində əməliyyat müvafiq olaraq tanınır. 

 

Maliyyə aktivləri və öhdəlikləri ilkin olaraq ədalətli dəyərlə ölçülür.İlkin tanınma zamanı, 



maliyyəaktivləri və öhdəliklərinin satın alınması  və ya yerləşdirilməsi ilə bağlı bütün birbaşa 

əməliyyatxərcləri (mənfəət və  zərər hesabına tanınan maliyyə aktiv və öhdəlikləri istisna olmaqla) 

müvafiqolaraq maliyyə aktivinin ədalətli dəyərindən azaldılır və ya maliyyə öhdəliyinin  ədalətli 

dəyərinəəlavə edilir.Mənfəət və zərər hesabına tanınan maliyyə aktiv və öhdəliklərinin satın alınması və 

yayerləşdirilməsi ilə bağlı birbaşa əməliyyat xərcləri dərhal mənfəət və zərər hesablarında tanınır. 

 

Maliyyə aktivləri 

Maliyyə aktivləri aşağıdakı xüsusi kateqoriyalara ayrılırlar: “mənfəət və  zərər hesabına  ədalətlidəyərlə 

tanınan” maliyyə aktivləri (MZHƏDT), “ödəniş tarixinədək saxlanılan” investisiyalar,satılabilən maliyyə 

aktivləri (SMA) və “verilmiş kreditlər və debitor borcları”. Təsnifləşdirməmaliyyə aktivinin növündən və 

saxlama məqsədindən asılıdır və ilkin tanınma zamanı təyin edilir. 

 

 



“KREDAQRO” QAPALI SƏHMDAR CƏMİYYƏTİ BANK OLMAYAN KREDİT TƏŞKİLATI 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

(Azərbaycan manatı ilə) 

 

 



 

10

4.   MÜHÜM MÜHASİBAT PRİNSİPLƏRİ (Davamı) 



 

MZHƏDT maliyyə aktivləri 

Ticarət məqsədləri ilə saxlanılan maliyyə aktivləri, “mənfəət və  zərər hesabına  ədalətli dəyərlətanınan 

maliyyə aktivləri” kateqoriyasına aid edilirlər.Yaxın gələcəkdə satılması  nəzərdə tutulduqda,əldə edilən 

maliyyə aktivləri satış məqsədləri ilə saxlanılan aktivlər kateqoriyasında təsnifləşdirilir.Törəmə maliyyə 

alətləri də xüsusilə nəzərdə tutulmuş alətlər və effektiv hecinq alətləri istisnaolmaqla, satış məqsədləri ilə 

saxlanılan aktivlər kateqoriyasında təsnifləşdirilir.Satış  məqsədləri iləsaxlanılan aktivlər üzrə yaranan 

mənfəət və zərərlər müvafiq olaraq mənfəət və zərər hesabındatanınır. 

 

Verilmiş kreditlər və debitor borcları 

Verilmiş kreditlər və debitor borcları, maliyyə hesabatlarının digər kateqoriyaları üzrətəsnifləşdirilən 

aktivlərdən fərqli olaraq sabit və ya müəyyən edilən ödənişli və  fəal bazaar çıxarılmayan qeyri-törəmə 

aktivlərdir.Bu aktivlərə vəsait qoyularkən məqsəd dərhal və ya qısamüddət ərzində onların satılması deyil 

və bu aktivlər nə ticarət məqsədləri ilə saxlanılan maliyyəaktivlərinə, nə də satılabilən maliyyə aktivləri 

kateqoriyalarına aid edilmir. Bu tip aktivlər effektivfaiz metodundan istifadə etməklə amortizasiya 

olunmuş maya dəyəri ilə qeydə alınır.Kreditlərin və debitor borclarının tanınmasına xitam verilməsi, 

onların dəyərində ehtimal edilənazalmalar yaranması, eləcə  də onların dəyərsizləşməsi nəticəsində 

yaranan mənfəət və zərərlərmüvafiq olaraq mənfəət və zərər hesablarında tanınır. 



 

Ədalətli dəyərin təyin edilməsi 

Hesabat tarixində aktiv bazarlarda satılan maliyyə alətlərinin ədalətli dəyəri onların bazaar katirovkaları 

və ya dilerlər tərəfindən verilən qiymət katirovkalarıdır (uzun mövqelər üçün satışdəyəri, qısa mövqelər 

üçün isə alış  dəyəri).Aktiv bazarlarda katirovkası mövcud olmayan bütün digər maliyyə alətləri üçün 

ədalətli dəyərmüvafiq qiymətləndirmə texnikalarının tətbiq edilməsi ilə  təyin edilir.Qiymətləndirmə 

texnikalarınaxalis cari dəyər texnikası, müşahidə edilə bilən oxşar maliyyə alətləri ilə müqayisələrin 

aparılması,opsiya qiymətləndirilməsi modelləri və digər müvafiq qimətləndirmə modelləri aid edilir. 

 

Pul və pul ekvivalentləri 

Pul və pul ekvivalentləri elə aktivlərə deyilir ki, onları nağd vəsaitlərə istənilən zaman tez bir 

şəkildəçevirmək mümkün olsun və bu zaman onların dəyərində çox cüzi bir fərq baş versin. 

Overnaytdepozitləri istisna olmaqla, bütün qısamüddətli banklararası  vəsaitlər, digər banklardan 

alınacaqvəsaitlərdə  təsnif edilmişdir.İstifadə  məhdudiyyəti olan vəsaitlər isə pul və pul ekvivalentlərinə 

daxiledilməmişdir.Pul və pul ekvivalentləri amortizasiya olunmuş ilkin dəyər ilə ölçülür. 

 

Banklardan alınacaq vəsaitlər 

Banklardan alınacaq vəsaitlər, Təşkilatın ödəmə tarixi əvvəlcədən təsbit edilmiş və ya müəyyənedilməsi 

mümkün olan, bazar katirovkası mövcud olmayan qeyri-derivativ maliyyə aktivininyaranması ilə 

nəticələnən pul vəsaitlərinin qarşı  tərəfə ötürülməsi zamanı tanınır.Banklardanalınacaq vəsaitlər 

amortizasiya olunmuş ilkin dəyərlə təqdim edilir. 

 

Müştərilərə verilmiş kreditlər 

Müştərilərə verilmiş kreditlər maliyyə hesabatlarının digər kateqoriyalar üzrə  təsnifləşdirilənaktivlərdən 

fərqli olaraq sabit və ya müəyyən ödəniş qrafikinə malik və  fəal bazara çıxarılmayan 

qeyritörəməaktivlərdir. 

 

 

 



 

 

 



 


Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə