Microsoft Word issued KredAgro 31-dec-2015 ifrs audit Report final aze



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix17.09.2018
ölçüsü4,08 Mb.
#69154
1   2   3   4   5   6   7   8   9   ...   22

“KREDAQRO” QAPALI SƏHMDAR CƏMİYYƏTİ BANK OLMAYAN KREDİT TƏŞKİLATI 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

(Azərbaycan manatı ilə) 

 

 



 

13

 



4. MÜHÜM MÜHASİBAT PRİNSİPLƏRİ (Davamı) 

 

Digər maliyyə öhdəlikləri 

Digər maliyyə öhdəlikləri ilkin olaraq bütün əməliyyat xərcləri çıxıldıqdan sonra ədalətli dəyər iləölçülür. 

 

Digər maliyyə öhdəlikləri növbəti dövrlərdə effektiv faiz dərəcəsi metodundan istifadə olunmaqla 



amortizasiya edilmiş maya dəyərində ölçülür və faiz xərcləri effektiv gəlir kriteriyasına  əsaslanaraq 

tanınır. 

 

Effektiv faiz dərəcəsi metodu, maliyyə öhdəliyinin amortizasiya olunmuş maya dəyərinin hesablanılması 



və faiz xərci məbləğinin müvafiq dövrlər üzrə paylaşdırılmasını  nəzərdə tutur.Bu metod 

maliyyəöhdəliyinin nəzərdə tutulan istifadə müddəti üzrə təxmin edilən gələcək ödəniləcək vəsaitləri və 

yamüvafiq olduqda, daha qısa müddət üzrə maliyyə öhdəliyinin qalıq dəyərini dəqiq 

diskontlaşdırandərəcədir. 



 

Subordinasiyalı borc öhdəlikləri 

Subordinasiyalı borc öhdəlikləri beynəlxalq maliyyə institutları qarşısında uzunmüddətli qeyriderivativ 

öhdəlikləri əks etdirir və amortizasiya edilmiş dəyərdə uçota alınır.Subordinasiyalı borc öhdəlikləri ləğv 

etmə zamanı bütün digər kreditor borclarından sonra ödənilir. 

 

Banklara və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər 

Banklara ödəniləcək vəsaitlər, qarşı  tərəflərin pul və ya digər bənzər aktivlərin Təşkilata 

ötürülməsizamanı maliyyə  vəziyyəti hesabatında tanınır.Qeyri-törəmə öhdəliklər amortizasiya olunmuş 

mayadəyəri ilə ölçülür.Əgər Təşkilat öz borcunu satın alırsa, bu öhdəlik maliyyə  vəziyyəti 

hesabatındansilinir və ödənilən vəsaitlə öhdəliyin qalıq dəyəri arasında olan fərq mənfəət və  zərər 

hesablarındamüvafiq olaraq öhdəliklərin vaxtından tez icra edilməsinin nəticəsi kimi təqdim edilir. 

 

Maliyyə öhdəliklərinin tanınmasına xitam verilməsi 

Maliyyə öhdəliyinə yalnız bu öhdəliyin silinməsi, ləğv edilməsi və ya müddətinin başa çatmasıhallarında 

xitam verilir.Tanınmasına xitam verilmiş maliyyə öhdəliyinin qalıq dəyəri ilə ödənilmişvə ya ödəniləcək 

məbləğlərin cəmi arasındakı fərq dərhal mənfəət və zərər hesablarında tanınır. 



 

Maliyyə aktiv və öhdəliklərin əvəzləşdirilməsi 

Maliyyə aktivləri və öhdəlikləri yalnız aktiv və öhdəliklərin  əvəzləşdirilməsi üçün müəyyən edilmiş 

hüquq olduqda və ya eləcə  də müqavilə üzrə  əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivi 

realizasiya edərək öhdəliyi ödəmək niyyəti mövcud olduğu hallarda həyata keçirilə bilər. Maliyyə 

aktivlərinin müvəqqəti olaraq qarşı  tərəfə transfer edilməsi zamanı bu maliyyə aktivləri qarşı  tərəfin 

öhdəliyi ilə əvəzləşdirilmir. 



 

Əməliyyat icarəsi 

Əməliyyat icarəsi üzrə icarə ödənişləri icarə müddəti ərzində düz xətt üsulu ilə xərc kimi tanınır.Əgər hər 

hansı digər sistematik üsul istifadəçinin aktivdən əldə etdiyi səmərənin zaman sxemini daha aydın şəkildə 

təqdim etmək imkanını verirsə, onda həmin digər üsul istifadə olunmalıdır.Əməliyyat icarələri zamanı 

yaranan şərti icarə ödənişləri öhdəlik daşıdığı dövrdə xərc kimi tanınır. 

 

İcarə stimulları  əməliyyat icarələrinə daxil olmaq üçün alındığı  təqdirdə, belə stimullar öhdəlik 



kimitanınır.Stimulların məcmu səmərəsi düz xətt üsulu ilə icarə ödənişinin azalması kimi tanınır.Əgərhər 

hansı digər sistematik üsul istifadəçinin aktivdən əldə etdiyi səmərənin zaman sxemini dahaaydın şəkildə 

təqdim etmək imkanını verirsə, onda həmin digər üsul istifadə olunmalıdır. 

 

 



“KREDAQRO” QAPALI SƏHMDAR CƏMİYYƏTİ BANK OLMAYAN KREDİT TƏŞKİLATI 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

(Azərbaycan manatı ilə) 

 

 



 

14

4. MÜHÜM MÜHASİBAT PRİNSİPLƏRİ (Davamı) 



 

Əmlak, avadanlıq və qeyri-maddi aktivlər 

Əmlak, avadanlıq və qeyri-maddi aktivlər, yığılmış amortizasiya və ehtimal edilən dəyər azalmaları üzrə 

ehtiyatlar çıxılmaqla tarixi dəyəri ilə tanınır. Faydalı iqtisadi ömür təxminləri, qalıq dəyərləri və 

köhnəlmə/amortizasiya metodları  hər bir hesabat tarixində yenidən təhlil edilir və  təxminlərdə olan 

dəyişikliklərin təsiri prospektiv olaraq aşağıdakı dərəcələrdə tətbiq edilir: 

 

Binalar7% 



Mebel və qurğular20% 

Kompüter və rabitə avadanlıqları25% 

Nəqliyyat vasitələri 25% 

Qeyri-maddi aktivlər10%  

 

Mülkiyyətdə olan torpaq amortizasiya olunmur. 



 

Təmir və saxlama xərcləri baş verdiyi zaman tanınır və kapitalizasiya kriteriyalarına uyğun gəlməsihalları 

istisna olmaqla mənfəət və zərər hesablarında əməliyyat xərcləri kimi tanınır. 

 

Ayrıca satın alınmış və müəyyən faydalı ömrü olan qeyri-maddi aktivlər yığılmış amortizasiya və ehtimal 



edilən dəyər azalmaları üzrə ehtiyatlar çıxılmaqla tarixi dəyəri ilə tanınır.Amortizasiya qeyrimaddi 

aktivlərin təxmin edilən faydalı ömrü ərzində düz xətt metodu ilə hesablanır.Faydalı ömür təxminləri və 

amortizasiya metodları hər bir hesabat tarixində yenidən təhlil edilir və təxminlərdə olan dəyişikliklərin 

təsiri prospektiv olaraq tətbiq edilir.Ayrıca satın alınmış və qeyri-müəyyən faydalı ömrü olan qeyri-maddi 

aktivlər isə ilkin dəyərindən dəyərsizləşmə  zərərlərinin məbləği çıxıldıqdan sonra alınan məbləğdə 

tanınır. 

 

Hər bir hesabat dövrünün sonunda Təşkilat öz əmlak, avadanlıq və qeyri-maddi aktivlərini dəyərsizləşmə 



zərərlərinin baş verməsini təyin etmək məqsədi ilə təhlil edir.Əgər belə hal mövcud olarsa bu aktiv üzrə 

əldə edilməsi mümkün olan məbləğ  təyin edilir və  dəyərsizləşmə  zərərinin məbləği (əgər varsa) 

hesablanır.Fərdi aktiv üzrə  əldə edilməsi mümkün olan məbləğin təyin edilməsi mümkün olmadıqda 

Təşkilat aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidinin qalıq dəyərini təhlil edir. 

 

Satış üçün saxlanılan aktivlər. 

Təşkilat uzunmüddətli aktivi o halda satış üçün nəzərdə tutulan kimi tanıyır ki, onun qalıq dəyəri 

mütəmadi istifadə vasitəsilə deyil, əsasən satış  əməliyyatı vasitəsilə qaytarılacaq. Bu halın baş verməsi 

üçün uzunmüddətli aktiv hazırkı vəziyyətində dərhal satış üçün hazır olmalıdır, yalnız o şərtlərlə ki, belə 

aktivlərin satılması üçün şərtlər sadə və adidir və onun satılması yüksək ehtimal edilməlidir. 

Satış ehtimalı o zaman yüksək hesab olunur ki, Təşkilatın rəhbərliyi aktivin satılmasını və alıcının təyin 

edilməsini planlaşdırsın. Bundan əlavə, uzunmüddətli aktiv onun cari ədalətli dəyərinə yaxın qiymətdə 

satıla bilməlidir və  əlavə olaraq satış üçün nəzərdə tutulan təsnifatlaşdırılma tarixindən bir il ərzində 

uzunmüddətli aktivin satışı başa çatdırılmalıdır. 

Satış üçün nəzərdə tutulduğu kimi təsnifatlaşdırılmış aktivləri Təşkilat qalıq dəyəri ilə  və ya daha 

aşağıdırsa satış üzrə  xərclərin çıxılması ilə  ədalətli dəyərində ölçür. Əgər aktivin vəziyyətindəki 

dəyişikliklər və ya hadisələr satış üçün nəzərdə tutulan uzun müddətli aktivin dəyərinin aşağı düşməsini 

işarə edirsə, Təşkilat aktivin dəyərsizləşməsi üzrə zərəri tanıyır. Əgər sonradan aktivin ədalətli dəyərində 

artım müşahidə olunarsa, aktiv yalnız həmin aktiv üzrə toplanmış dəyərsizləşmə zərəri həcmində tanınır 

və qeyd olunur. 

 

 



 


Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə