Microsoft Word issued KredAgro 31-dec-2015 ifrs audit Report final aze



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix17.09.2018
ölçüsü4,08 Mb.
#69154
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

“KREDAQRO” QAPALI SƏHMDAR CƏMİYYƏTİ BANK OLMAYAN KREDİT TƏŞKİLATI 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

(Azərbaycan manatı ilə) 

 

 



 

19

5.



 

YENİ VƏ YENİDƏN İŞLƏNİLMİŞ STANDARTLARIN QƏBUL EDİLMƏSİ (davamı) 

 

Təsir  

Düzəlişlər təcrübədə müxtəlifliyi aradan qaldıracaq və maliyyə hesabatlarını hazırlayanlara bu cür 

əməliyyatları qeydə almaq üçün əsaslı qaydalar toplusu verəcəkdir. Lakin, biznes anlayışının tətbiqi 

mübahisəlidir və müəssisələr bu anlayışı belə əməliyyatlarda ehtiyatla nəzərə almalıdırlar. 

 

10 saylı MHBS, 12 saylı MHBS və  28 saylı MUBS İnvestisiya müəssisələri:  Konsolidasiyada 

istisnalara tətbiq olunur – 10 saylı MHBS, 12 saylı MHBS və 28 saylı MUBS-ə düzəlişlər 1 yanvar 2016-

cı il tarixindən başlanan dövr üçün qüvvəyə minir. 



 

Əsas tələblər 

Düzəlişlər investisiya müəssisələrinə 10 saylı MHBS altında tətbiq olunan istisna hallarını əhatə edir. 10 

saylı MHBS-ə düzəlişlər bütün törəmə müəssisələrini  ədalətli dəyərlə ölçən investisiya müəssisəsinin 

törəməsi olan ana şirkətin konsolidə edilmiş maliyyə hesabatlarının təqdimatından (MHBS 10.4) azad 

edilməsinə aydınlıq gətirir. Bundan əlavə, düzəlişlər izah edir ki, özü investisiya müəssisəsi olmayıb 

investisiya müəssisələrinə  dəstək xidmətləri göstərən və investisiya müəssisənin törəmə  şirkəti olan 

təşkilatlar konsolidə edilir. İnvestisiya müəssisəsinin bütün digər törəmə müəssisələri  ədalətli dəyərlə 

ölçülür. 28 saylı MUBS-ə düzəlişlər pay metodunun tətbiqi zamanı investora investisiya müəssisəsinin 

ədalətli dəyər ölçüsünü törəmə şirkət və ya birgə müəssisələrdən əldə olunan gəlirlərə aid etməyə imkan 

verir. 


 

Keçid 

Dəyişikliklər retrospektiv şəkildə  tətbiq edilməlidir. Erkən tətbiqetməyə icazə verilir və bu zaman 

açıqlanması mütləqdir. 

 

Təsir 

10 saylı MHBS və 28 saylı MUBS-ə düzəlişlər daha ardıcıl standartları  tətbiq edənlər üçün faydalı 

izahatlar təmin edir. Lakin, çoxmərtəbəli struktura malik investisiya müəssisələrini təcrübədə müəyyən 

etmək hələ də çətinlik təşkil edə bilər. 

 

11 saylı “Birgə Əməliyyatlar uçotu” adlı MHBS - 11 saylı MHBS-ə dəyişikliklər edilməsi  

1 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir. 



 

Əsas tələblər 

Bu dəyişikliklər birgə  əməliyyatlarda pay əldə edən müəssisədən 3 saylı MHBS və digər MHBS 

prinsiplərini tətbiq edərkən 11 saylı MHBS-in tələblərilə ziddiyyət təşkil edilməməsini tələb edir. Bundan 

əlavə, həmin müəssisələrdə biznes birləşməsi ilə əlaqədar MHBS tərəfindən tələb olunan məlumatlar da 

açıqlamalıdır. Dəyişikliklər həmçinin müəssisə  tərəfindən yaradılan birgə  əməliyyatlara da yalnız və 

yalnız mövcud biznesin bu əməliyyatların formalaşmasında birbaşa təsirə malik olduğu halda tətbiq edilir. 

Bundan başqa, dəyişikliklər birgə  əməliyyat fəaliyyəti üzərində  nəzarəti saxlamaqla, əlavə maraqların 

əldə olunması üçün daha əvvəl mövcud olan maraqların yenidən qiymətləndirilməsinin tələb edilmədiyi 

hallara da aydınlıq gətirir. 

 

Keçid 

Dəyişikliklər prospektiv şəkildə  tətbiq edilir. Erkən tətbiqetməyə icazə verilir və bu zaman 

açıqlanmalıdır. 

 

Təsir 

11 saylı MHBS-ə düzəlişlər, biznes və ya aktivin əldə olunub olunmamasını müəyyən etmək üçün həyata 

keçirilən qiymətləndirmə  əməliyyatlarının həcmini artırır ki, bu da kifayət qədər mübahisəli məsələdir. 

Müəssisələr müvafiq əməliyyatlara və mövcud vəziyyətə uyğun uçot metodu seçməlidir. 




“KREDAQRO” QAPALI SƏHMDAR CƏMİYYƏTİ BANK OLMAYAN KREDİT TƏŞKİLATI 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

(Azərbaycan manatı ilə) 

 

 



 

20

5.



 

YENİ VƏ YENİDƏN İŞLƏNİLMİŞ STANDARTLARIN QƏBUL EDİLMƏSİ (davamı) 

 

14 saylı MHBS - Təxirə Salınmış Nizamlayıcı Hesablar 

1 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədir. 



 

Əsas tələblər 

14 saylı MHBS qanunvericiliklə  tələb olunan uçot siyasətini tətbiq edən müəssisələrə ilk dəfə MHBS 

tətbiq etdikləri dövrə  qədər bu siyasəti davam etdirməyə icazə verir. Standard mövcud MHBS 

hazırlayanlara da aid edilmir. Həmçinin, müəssisənin cari ümumi qəbul edilmiş uçot prinsipləri dövlət 

tənzimləməsilə aktiv və öhdəliklərin tanınmasına icazə vermirsə, və ya onun cari uçot qaydalarına uyğun, 

belə bir siyasət qəbul edilməyibsə MHBS-in ilk dəfə tətbiqi zamanı da buna yol verilməyəcəkdir. 14 saylı 

MHBS-i qəbul edən müəssisələr təxirə salınan hesab qalıqlarını maliyyə  vəziyyəti haqqında hesabatda 

ayrıca sətirdə göstərməli, mənfəət və ya zərər və digər məcmu gəlirlər hesabatında ayrıca gəlir-xərc 

maddəsi kimi təqdim etməlidir.Standart qeyd olunan hesabların xarakterik xüsusiyyətlərinin və onlarla 

bağlı risklərin açıqlanmasını, həmçinin qanunvericilik tənzimlənməsinin müəssisənin  maliyyə 

hesabatlarına təsiri ilə bağlı açıqlamaların təqdim olunmasını tələb edir. 

 

Keçid 

Erkən tətbiqetmə mümkündür və açıqlanmalıdır. 

 

Təsir 

14 saylı MHBS ilk dəfə MHBS tətbiq etməyə başlayan müəssisələri qanunvericilik tənzimləməsilə 

tanınan aktiv və öhdəliklərinin geri tanınması tələbindən bu qəbildən olan aktiv və öhdəliklərin uçotu ilə 

bağlı  hərtərəfli layihə MUBSŞ  tərəfindən hazırlanana qədər azad edir. Bu cür layihənin hazırlanması 

MUBSK-nın gündəmində aktualdır. 



1 saylı MUBS Açıqlama Təşəbbüsü – 1 saylı MUBS-ə düzəlişlər. 

1 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədir. 



 

Əsas tələblər 

“Maliyyə Hesabatlarının Təqdimatı” adlı 1 saylı MUBS-ə düzəlişlər  əhəmiyyətli dəyişikliklərdən daha 

çox, mövcud 1 saylı MUBS-in tələblərini aydınlaşdırır.

 

 

Düzəlişlər aşağıdakılara aydınlıq gətirir: 



• 1 saylı MUBS-də əhəmiyyətlilik tələblərinə; 

• mənfəət və ya zərər və digər məcmu gəlir, eləcə də maliyyə vəziyyəti haqqında hesabatı(ları)nın xüsusi 

bəndləri daha ətraflı açıqlanmasına; 

• Müəssisələrin maliyyə hesabatları üzrə qeydlərdə sərbəstliyin mövcudluğuna; 

• Asılı və birgə müəssisələrin digər məcmu gəlirdə payı iştirak payı metodundan istifadə edilməklə, cəm 

halında bir maddə kimi təqdim olunmalıdır və sonradan mənfəət və  zərərə  təsnifləşdirilməyən və ya 

təsnifləşdiriləcək maddələr arasında qruplaşdırılmalıdır.  

Bundan başqa, düzəlişlər, maliyyə vəziyyəti və mənfəət və zərər hesabatlarında və digər məcmu gəlirdə 

əlavə yarımmaddələrə tətbiq edilən tələbləri aydınlaşdırır.

 

 



Keçid 

Erkən tətbiq etməyə icazə verilir və müəssisələrdən bunu açıqlamaq tələb olunmur. Çünki, Şura bu 

düzəlişlərin müəssisənin mühasibat uçotu siyasətinə və uçot qiymətləndirmələrinə təsir etmədiyini hesab 

edir. 


 

Təsir 

Bu düzəlişlər MHBS-in təqdimat və açıqlama tələblərini ödəyən zaman mühakimələri tətbiq etməkdə 

müəssisələrə yardımçı olur, tanınma və qiymətləndirilmə meyarlarına isə təsir etmir. 

 



Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə