Microsoft Word issued KredAgro 31-dec-2015 ifrs audit Report final aze



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix17.09.2018
ölçüsü4,08 Mb.
#69154
1   2   3   4   5   6   7   8   9   ...   22

“KREDAQRO” QAPALI SƏHMDAR CƏMİYYƏTİ BANK OLMAYAN KREDİT TƏŞKİLATI 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

(Azərbaycan manatı ilə) 

 

 



 

11

4.   MÜHÜM MÜHASİBAT PRİNSİPLƏRİ (Davamı) 

 

Təşkilat tərəfindən verilmiş kreditlər ilk olaraq ədalətli dəyər və  əməliyyat üzrə aid olduğu 



xərclərhəcmində tanınır.Hesablanmış ədalətli dəyər kreditin ədalətli dəyərinə bərabər olmadıqda, missal 

üçün, kredit bazar qiymətindən aşağı  dəyərlə verildikdə, hesablanmış  ədalətli dəyərlə kreditinədalətli 

dəyəri arasındakı  fərq kreditin ilkin tanınması üzrə  zərər kimi qeydə alınır və bu zərərinxüsusiyyətinə 

uyğun olaraq məcmu gəlir hesabatına daxil edilir.Daha sonra, kreditlər effektiv faizmetodundan istifadə 

etməklə amortizasiya olunmuş maya dəyəri ilə qeydə alınır.Müştərilərəverilmiş kreditlər ehtimal edilən 

zərərlər üzrə bütün ehtiyatlar çıxılmaqla uçota alınır. 



 

Maliyyə alətlərinin yenidən təsnifləşdirilməsi 

Əgər ticarət məqsədi ilə saxlanılan qeyri-derivativ maliyyə alətinin yaxın gələcəkdə satılması məqsədi 

aktuallığını itirirsə bu zaman belə maliyyə alətləri mənfəət və  zərər hesabına  ədalətli dəyərlə tanınan 

maliyyə aktivləri kateqoriyasından çıxarılaraq aşağıdakı kateqoriyalardan birinə yenidən daxil olunur: 

 

• Əgər maliyyə aktivi verilmiş kreditlər və debitor borcları kateqoriyasının təyinatına uyğundursa   



bu zaman, Təşkilatın bu aləti yaxın gələcəkdə  və ya müddəti bitənədək saxlamaq niyyəti və 

imkanı varsa onu kreditlər və debitor borclar kateqoriyasına yenidən daxil edə bilər; 

• Digər maliyyə aktivləri adətən satılabilən invesitisiyalar kateqoriyasına və nadir hallarda ödəniş 

tarixinədək saxlanılan investisiyalar kateqoriyasına daxil oluna bilər. 

 

Əvvəlcədən satılabilən invesitisiyalar kateqoriyasına aid edilmiş maliyyə aləti verilmiş kreditlər və 



debitor borcları kateqoriyasının təyinatına uyğun gəldikdə  və  Təşkilatın bu aləti yaxın gələcəkdə  və ya 

müddəti bitənədək saxlamaq niyyəti və imkanı yarandıqda, Təşkilat onu verilmiş kreditlər və debitor 

borclar kateqoriyasına yenidən daxil edə bilər. 

 

Maliyyə alətləri yenidən təsnif olunduqda onların ədalətli dəyərindən istifadə edilir.Bu alətlərə aid daha 



əvvəllər mənfəət və  zərər hesablarında tanınmış  mənfəət və  zərərlər geri qaytarılmır.Maliyyə alətinin 

ədalətli dəyəri yenidən təsnifləşdirmə tarixində müvafiq olaraq onun yeni maya dəyərinə  və ya 

amortizasiya olunmuş maya dəyərinə çevrilir. 

 

Maliyyə aktivlərinin dəyərsizləşməsi 

Hər bir hesabat tarixində  Təşkilat maliyyə aktivinin və ya maliyyə aktivləri qrupunundəyərsizləşməsi 

halının baş verməsinin obyektiv sübutunun olub-olmamasını dəyərləndirir. Əgərmaliyyə aktivinin və ya 

maliyyə aktivləri qrupunun dəyərsizləşməsi ehtimal edilirsə və yalnız ilkintanınma tarixindən sonra baş 

vermiş bir və ya bir neçə hadisə nəticəsində dəyərsizləşmənin obyektivsübutu yaranmışdırsa (baş vermiş 

“zərər hadisəsi”) və zərər hadisəsi (və ya hadisələri) bu maliyyəalətləri və ya maliyyə alətləri qrupu üzrə 

təxmin edilən gələcək pul vəsaitlərinin axınına təsirgöstərirsə  və bu təsirin etibarlı  şəkildə  təxmin 

edilməsi mümkündürsə bu zaman belə maliyyəaktivləri və ya maliyyə aktivləri qrupu dəyərsizləşmiş 

sayılır. Dəyərsizləşmənin sübütu kimi borcgötürənin və ya borc götürənlər qrupunun əhəmiyyətli maliyyə 

çətinlikləri ilə üzləşməsi, faiz və  əsasborcların ödənilməməsi və ya ödənilməsində gecikmələrin 

yaranması, müştərilərin iflas etməsi və yadigər yenidən təşkilati strukturun dəyişdirilməsi və bu zaman 

təxmin edilən gələcək pul vəsaitlərininazalmasına dair konkret məlumatın olması ehtimalının yaranması, 

məsələn borcun ödənilməməsindəşəraitin və iqtisadi şərtlərin dəyişməsi halları götürülə bilər. 

 

Amortizasiya olunmuş maya dəyərində tanınmış aktivlər 

Maliyyə aktivlərinin və ya aktivlər qrupunun dəyərində azalma yaranması ilə bağlı rəhbərliyin əlində 

hər hansı bir obyektiv sübut olduğu hallarda Təşkilat bu aktivlər üzrə itkiləri qarşılamaq məqsədiləehtiyat 

yaradır. Ehtimal edilən itkilər, gələcəkdə  zəmanət və alınan girovlar da daxil olmaqla,amortizasiya 

olunmuş ilkin dəyərində ölçülən aktivlər üzrə gələcəkdə əldə edilə biləcək pulvəsaitlərinin, effektiv faiz 

dərəcəsindən istifadə edilərək diskont edilməsi nəticəsində yaranmış  dəyərləbu aktivlərin qalıq dəyəri 

arasındakı fərq kimi hesablanır. 




“KREDAQRO” QAPALI SƏHMDAR CƏMİYYƏTİ BANK OLMAYAN KREDİT TƏŞKİLATI 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

(Azərbaycan manatı ilə) 

 

 



 

12

 



4.   MÜHÜM MÜHASİBAT PRİNSİPLƏRİ (Davamı) 

 

Daha sonrakı dövrdə  dəyərsizləşmə  zərərinin azalması  və bu azalmanın obyektiv olaraqdəyərsizləşmə 



zərərinin tanınmasından sonra baş vermiş hadisəyə aid edilməsi, məsələn bərpaolunma halları, istisna 

olmaqla belə  dəyərsizləşmə  zərərləri geriyə qaytarılmır.Dəyərsizləşməzərərinin qaytarılması halında 

gələcək dövrdə ehtiyat hesabına düzəliş verilir.İlkin dəyər ilə ölçülən maliyyə aktivləri üçün isə ehtimal 

edilən itkilər, bu aktivlərdən gələcəkdə  əldəedilə biləcək pul vəsaitlərinin bu tip aktivlər üzrə mövcud 

bazar faiz dərəcəsindən istifadə edərəkdiskont edilməsi nəticəsində yaranmış dəyərlə bu aktivlərin qalıq 

dəyəri arasındakı fərq kimihesablanır. Bu tip ehtiyatlar yaradıldıqdan sonra geri qaytarılmır. 



 

Verilmiş kreditlərin və avansların silinməsi 

Verilmiş kreditlər və avanslar qaytarılması mümkün olmadıqda dəyərsizləşmə üzrə yaradılmış 

olanehtiyatların hesabına maliyyə  vəziyyəti hesabatından silinirlər.Verilmiş kreditlər və 

avanslarrəhbərliyin krediti qaytarmaq üçün bütün cəhdlərindən və mövcud olan bütün girovların 

satılmasındasonra Təşkilata olan borcun qaytarılması mümkün olmadıqda silinir.Növbəti dövrlərdə 

əvvəlcədənsilinmiş kreditlər üzrə  əldə edilən vəsaitlər həmin dövrlərdə maliyyə aktivləri üzrə 

ayrılanehtiyyatlarla əvəzləşdirilir və mənfəət və zərər hesablarında tanınır. 

 

Maliyyə aktivlərin uçotunun xitamı 

Təşkilat maliyyə aktivi müqaviləsi üzrə pul vəsaitlərinin alınması hüququnun başa çatması və yamaliyyə 

aktivi, eləcə  də sahiblik hüququ ilə bağlı bütün əhəmiyyətli risk və mükafatların digər tərəfəötürülməsi 

halında maliyyə aktivinin tanınmasına xitam verir. Təşkilat sahiblik hüququ ilə bağlıbütün  əhəmiyyətli 

risk və mükafatların digər tərəfə ötürdükdə belə transfer edilmiş aktiv üzərindənəzarəti saxlayırsa, bu 

zaman saxlanılmış maraqlar maliyyə  vəziyyəti hesabatında aktiv kimi tanınırvə müvafiq şəraitdə 

Təşkilatın ödənilməsi ehtimal edilən məbləğlər də müvafiq olaraq öhdəlik kimitanınır.  Əgər Təşkilat 

transfer edilən maliyyə aktivinin sahiblik hüququ ilə bağlı bütün əhəmiyyətlirisk və mükafatları özündə 

saxlayırsa, bu zaman aktivin tanınması davam edir və əlavə olaraq girovqoyularaq götürülmüş vəsaitlər 

də borc məbləği kimi maliyyə vəziyyəti hesabatında tanınır. 

 

Maliyyə aktivi tam şəkildə silindikdə, aktivin qalıq dəyəri ilə onun transferindən alınan və ya alınması 



nəzərdə tutulan məbləğlərin cəmi arasındakı  fərq, məcmu gəlir hesabında xitam anınadək tanınmış  və 

kapital hesablarında uçotu aparılan mənfəət və  zərər məbləğləri dərhal mənfəət və  zərər hesablarında 

tanınır. 

 

Maliyyə aktivi qismən silindikdə (məsələn, Təşkilatın transfer edilmiş aktivin bir hissəsini geri almaq 



seçimi olduqda və ya bu aktiv üzrə sahiblik hüququ ilə bağlı bütün əhəmiyyətli risk və mükafatların digər 

tərəfə ötürülərək yalnız cüzi bir hissənin saxlanılması və bunun nəticəsində nəzarətin Təşkilatda qalması 

halları), Təşkilat aktivin qalıq dəyərini cari iştirak ilə bağlı tanınması davam edən qism və transfer edilən 

hissələrin nisbi ədalətli dəyərinə görə təyin edilmiş və maliyyə vəziyyəti hesabatında tanınmayan qismdən 

ibarət iki hissəyə ayırır. Aktivin tanınmasına xitam verilmiş qisminə aid edilən qalıq dəyəri ilə onun 

transferindən alınan məbləğlərin cəmi arasındakı  fərq, məcmu gəlir hesabında xitam anınadək tanınmış 

mənfəət və zərər məbləğləri dərhal mənfəət və zərər hesablarında tanınır. 

 

Məcmu gəlir hesabında tanınmış mənfəət və zərər məbləğlərini, aktivin tanınmasına xitam verilən qismi 



ilə tanınması davam edən qismi arasında bölərkən bu qismlərin  ədalətli dəyərlərinin nisbətləri  əsas 

götürülür. 



 

Maliyyə öhdəlikləri 

Maliyyə öhdəlikləri, “MZHƏD maliyyə öhdəlikləri” və “digər maliyyə öhdəlikləri” olmaqla iki 

hissəyəayrılır. 

 



Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə