Microsoft Word issued KredAgro 31-dec-2015 ifrs audit Report final aze



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix17.09.2018
ölçüsü4,08 Mb.
#69154
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

“KREDAQRO” QAPALI SƏHMDAR CƏMİYYƏTİ BANK OLMAYAN KREDİT TƏŞKİLATI 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

(Azərbaycan manatı ilə) 

 

 



 

21

5.



 

YENİ VƏ YENİDƏN İŞLƏNİLMİŞ STANDARTLARIN QƏBUL EDİLMƏSİ (davamı) 

 

16 saylı MUBS və 38 saylı MUBS Qəbul olunmuş köhnəlmə  və amortizasiya üsullarının 



aydınlaşdırılması – 16 saylı MUBS və 38 MUBS-ə düzəlişlər 

1 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədir. 



 

Əsas tələblər 

Düzəlişlər 16 saylı "Torpaq, tikili və avadanlıqlar" adlı MUBS və 38 saylı "Qeyri-maddi aktivlər" adlı 

MUBS-in prinsiplərini aydınlaşdırır. Bu prinsipə görə, gəlir, aktivin istifadəsi nəticəsində  sərf olunan 

iqtisadi faydanı deyil, biznes fəaliyyətindən yaranan iqtisadi faydanın (aktivin fəaliyyəti nəticəsində) 

formasını  əks etdirir. Nəticədə, qazanılmış  gəlirin gözlənilən cəmi gəlirə nisbəti torpaq, tikili və 

avadanlıqların köhnəlməsində rol oynaya bilməz, yalnız çox məhdud  şəkildə qeyri-maddi aktivlərin 

amortizasiyasında rol oynaya bilər. 

 

Keçid 

Düzəlişlər prospektiv olaraq tətbiq olunmalıdır. Erkən tətbiq etməyə icazə verilir, lakin bu zaman 

açıqlanmalıdır. 

 

Təsir 

Hazırda torpaq, tikili və avadanlıqlar üçün gəlir əsaslı köhnəlmə metodundan istifadə edən müəssisələr öz 

hazırki köhnəlmə üsullarını  qəbul olunan metoda dəyişməli olacaqlar. Bu metod aktivin istifadə 

müddətinin əvvəlində daha çox köhnəlmə xərci tanıyan azalan qalıq metodudur. Qazanılmış gəlir qeyri-

maddi aktivin amortizasiyası üçün çox məhdud hallarda istifadə oluna bilər. 

 

16 saylı MUBS və 41 saylı MUBS Kənd təsərrüfatı: Daşıyıcı bitkilər – 16 saylı MUBS və 41 saylı 

MUBS-ə düzəlişlər  

1 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədir. 



 

Əsas tələblər 

16 saylı MUBS və 41 saylı "Kənd təsərrüfatı" adlı MUBS-ə  dəyişikliklər daşıyıcı bitkilər (məsələn, 

meyvə  ağacları) tərifinə uyğun olan bioloji aktivləri aid etmək üçün 16 saylı MUBS-in tətbiq sahəsini 

dəyişir. Daşıyıcı bitkilərdə yetişən kənd təsərrüfatı  məhsulları (məsələn, ağacda yetişən meyvələr) 41 

saylı MUBS-in tətbiq sahəsində qalacaq. Yeni düzəlişlərə əsasən, daşıyıcı bitkilərin uçotu bundan sonrakı 

ölçülmə məqsədilə ilkin dəyər və yenidənqiymətləndirmə dəyəri arasında seçim də daxil olmaqla, 16 saylı 

MUBS-in tanınma və ölçülmə tələblərinə uyğun aparılacaq. Bundan başqa, daşıyıcı bitkilərlə əlaqəli olan 

hökümət subsidiyalarının uçotu 41 saylı MUBS əvəzinə, 20 saylı  "Hökumət subsidiyalarının uçotu və 



hökumət yardımı haqqında məlumatların açıqlanması" adlı MUBS-ə uyğun olaraq aparılacaq. 

 

Keçid 

Müəssisələr düzəlişləri tam olaraq retrospektiv qaydada tətbiq edə bilərlər. Alternativ olaraq, müəssisə 

daşıyıcı bitkiləri göstərilmiş erkən dövrün başlanğıcında olan ədalətli dəyəri ilə qiymətləndirməyi seçə 

bilər. Erkən tətbiqetməyə icazə verilir, lakin bu zaman açıqlanmalıdır. 



 

Təsir 

Tələblər mənfəət və zərərdə kənd təsərrüfatı məhsulunun hələ də ədalətli dəyərdə qiymətləndirilməsinin 

dəyişkənliyini istisna etməyəcək. Bundan əlavə, müəssisələr bu aktivlərin daşıyıcı bitkilərdən ayrılıqda 

ədalətli dəyərini təyin etmək üçün müvafiq metodologiyalar müəyyən etməlidirlər. Bu, 

qiymətləndirmənin mürəkkəbliyini və subyektivliyini artıra bilər. 

 

27 saylı MUBS Fərdi Maliyyə Hesabatlarında İştirak Payı Metodu – 27 saylı MUBS-ə Dəyişikliklər 

1 yanvar 2016-cı il tarixindən başlanan dövrlər üçün qüvvədədir. 

 



“KREDAQRO” QAPALI SƏHMDAR CƏMİYYƏTİ BANK OLMAYAN KREDİT TƏŞKİLATI 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

(Azərbaycan manatı ilə) 

 

 



 

22

5.



 

YENİ VƏ YENİDƏN İŞLƏNİLMİŞ STANDARTLARIN QƏBUL EDİLMƏSİ (davamı) 

 

Əsas tələblər 

27 saylı "Fərdi Maliyyə Hesabatları" adlı MUBS, öz fərdi maliyyə hesabatlarında törəmə, asılı və birgə 

müəssisələrindəki investisiyalarını uçota almaq üçün 28 saylı MUBS-də göstərildiyi kimi iştirak payı 

metodundan istifadə etməyə icazə verir. Beləliklə, müəssisə bu investisiyalar üçün aşağıdakı üsulları 

nəzərə almalıdır: 

• İlkin dəyərdə 

• 9 saylı MHBS-ə uyğun olaraq (və ya MUBS 39) və yaxud 

• İştirak payı metodundan istifadə etməklə. 

Müəssisə investisiyaların hər bir kateqoriyası üçün eyni uçotu tətbiq etməlidir. 

Həmçinin, 1 saylı  “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının ilk dəfə  tətbiq edilməsi” adlı 

MHBS-ə da əhəmiyyətli düzəlişlər olunmuşdur. 1 saylı MHBS-ə düzəlişlər, fərdi maliyyə hesabatlarında 

investisiyaların uçotunu ilk dəfə tətbiq edənə icazə verir ki, investisiya əldə olunmasına aid əvvəlki biznes 

birləşmələrinə görə 1 saylı MHBS-in güzəştini tətbiq etmək üçün iştirak payı metodunu istifadə etsin. 

 

Keçid 

Dəyişikliklər retrospektiv şəkildə tətbiq edilməlidir.Erkən tətbiqetməyə icazə verilir və açıqlanmalıdır. 



 

Təsir 

Düzəlişlər qanunların törəmə, asılı və birgə müəssisələrin nəzərə alınması ilə fərdi maliyyə hesabatlarını 

iştirak payı metodu ilə  təqdim etməsini tələb etdiyi halda, ölkələr üçün Ümumi Qəbul Olunmuş 

Mühasibat Uçotu Prinsiplərinin (ÜQOMUP) fərqlərini aradan qaldırır. 

 

5 saylı “Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar”adlı MHBS 

Silinmə üsullarında dəyişikliklər 

• Aktivlər (və ya silinmə qrupları) ümumiyyətlə, ya satış,

 ya da mülkiyyətçilər arasında bölüşdürülməsi 

ilə silinir. Düzəliş aydınlaşdırır ki, satış üsullarından birində  dəyişiklik satışın yeni planı kimi göstərilə 

bilməz,  əksinə o, əsas planın davamıdır.Bu, 5 saylı MHBS-də  tələblərin tətbiqinin fasiləsizliyi 

səbəbindəndir. 

• Düzəliş prospektiv olaraq tətbiq edilməlidir. 



 

7 saylı MHBS “Maliyyə alətləri”: Açıqlamalar

Xidməti müqavilələr 

 

• Düzəliş aydınlaşdırır ki, xidmət haqqını özündə  əks etdirən xidməti müqavilə maliyyə aktivlərində 

davamlı olaraq əksini tapa bilər. Müəssisə  tələb olunan açıqlamaların dəyərləndirilməsi üçün 7 saylı 

MHBS-in B30 bəndində  və 7 saylı MHBS-in 42C bəndində xidmət haqqının növünü və sözləşməni 

qiymətləndirməlidir. 

 

• Davamlı olaraq təşkil olunan xidməti müqavilələrin qiymətləndirilməsi retrospektiv olmalıdır. Lakin, 



tələb olunan açıqlamaların müəssisənin dəyişiklikləri ilk tətbiq etdiyi dövrdən  əvvəlki hər hansı dövrü 

göstərməsinə ehtiyac yoxdur. 

 

Əvəzləşdirilmiş açıqlamaların qısaldılmış aralıq maliyyə hesabatlarına tətbiqi 

 

• Düzəliş aydınlaşdırır ki, açıqlamanın əvəzləşdirilmiş tələbləri qısaldılmış aralıq maliyyə hesabatlarında 

tətbiq edilmir, belə açıqlamalar ən sonuncu illik hesabatda əhəmiyyətli məlumatların yenilənməsini təmin 

edir. 


• Düzəliş retrospektiv qaydada tətbiq edilməlidir. 

 

15 saylı MHBS Müştərilər ilə Müqavilələrdən Gəlir 

1 yanvar 2017-ci il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir. 



Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə