Microsoft Word issued KredAgro 31-dec-2015 ifrs audit Report final aze



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix17.09.2018
ölçüsü4,08 Mb.
#69154
1   2   3   4   5   6   7   8   9   ...   22







“KREDAQRO” QAPALI SƏHMDAR CƏMİYYƏTİ BANK OLMAYAN KREDİT TƏŞKİLATI 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

(Azərbaycan manatı ilə) 

 

 



 

7

1.



 

GİRİŞ 

 

“Kredaqro” Qapalı  Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (“Təşkilat”) Azərbaycan 



Respublikasında iqtisadiyyatın müxtəlif sektorlarına kreditlərin verilməsi fəaliyyəti ilə  məşğuldur. 

Təşkilat, 28 avqust 2000-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq 

təsis edilmişdir. 

 

Təşkilatın təsisçisi, Amerika Birləşmiş  Ştatlarının qanunlarına müvafiq olaraq qeydiyyatdan keçən və 



fəaliyyət göstərən, “ACDI/VOCA” müəssisəsidir və bu müəssisə, Təşkilatın nizamnamə kapitalının 

100%-ə malikdir.Təşkilatın ilkin məqsədi kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən fiziki şəxsləri 

kiçik və mikro kreditlərlə təmin etmək olmuşdur. 

 

Təşkilat Həsən Əliyev küçəsi 63, Bakı şəhəri, Azərbaycan Respublikası ünvanında yerləşir. 



 

Təşkilat, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf üzrə Agentliyinin (“USAİD”) ACDI/VOCA-ya 5,314,205 

ABŞ dolları (4,168,462 AZN) məbləğində Azərbaycan Kənd Krediti Layihəsinə  dəstək göstərmək 

məqsədilə verilmiş qrantın nəticəsində  təsis edilmişdir. Təşkilatın fəaliyyəti, Azərbaycan Respublikası 

Mərkəzi Bankı (“ARMB”) tərəfindən tənzimlənir və Təşkilata verilmiş 28 avqust 2006-cı il tarixli 06/06-

1891 lisenziya əsasında fəaliyyət göstərir. Təşkilatın əsas fəaliyyəti kreditlərin verilməsindən ibarətdir.. 

 

ACDI/VOCA-nın 15 aprel 2010-cu il tarixli qərarına əsasən Təşkilatın hüquqi təşkilati strukturu və adı 



“CredAgro” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatından “Kredaqro” Qapalı  Səhmdar 

Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına dəyişdirilmişdir. 28 Sentyabr 2010-cu ildə  Təşkilatın 

yenilənmiş nizamnaməsi qeydiyyatdan keçmişdir. 

 

2.



 

HESABATLARIN UYĞUNLUĞUNUN BƏYANI 

 

Hesabatların uyğunluğunun bəyanı 

Təşkilatın hazırkı maliyyə hesabatları Beynəlxalq Mühasibat Standartları Şurası tərəfindən dərc edilmiş 

Beynəlxalq Maliyyə Hesabatları Standartları (“BMHS”) və Beynəlxalq Maliyyə Standartlarına  Şərhlər 

Komitəsi (“BMHSŞK”) tərəfindən dərc edilmiş şərhlər əsasında hazırlanmışdır. 

 

Təşkilatın Əməliyyat Mühiti 

 

Azərbaycan Respublikası.Neft ixrac edən bir ölkə kimi və neftin dövlət büdcəsinin həcmi, eləcə  də 

dəyəri etibarı ilə  əsas paya sahib olduğu üçün Azəbaycan iqtisadiyyatı neftin dəyərindən  əhəmiyyətli 

dərəcədə asılıdır.Bu səbəbdən sözügedən sahənin qiymətlərində yaranan fərqlər iqtisadiyyat üzərində 

böyük təsirə malikdir və neftin dəyərindəki kəskin dəyişikliklər valyuta dəyərdəndüşməsi, iqtisadiyyat və 

sənaye sahələrinin inkişafında ləngimələr, həmçinin pul vəsaitlərinin dövriyyəsində yaranan qeyri-sabitlik 

kimi bu və ya digər makroiqtisadi faktorların mövcudluğuna gətirib çıxarır. 

 

2008-2009-cu illərin sonu qlobal maliyyə böhranından sonra beynəlxalq bazarda neftin qiymətinin aşağı 



enməsi neft ixrac edən ölkələrin iqtisadiyyatı üçün ən böyük təhlükə hesab olunmaqdadır. 2014-cü ilin 

iyun ayının ortalarından etibarən neftin qiymətində  qəfil enmə müşahidə olunmağa başlamışdır və bu 

birbaşa neft istehsal edən ölkələrə, eləcə də Azərbaycana öz təsirini göstərir.Qeyd olunan hadisələr də öz 

növbəsində neft sahəsindəki gəlirlərin və dolayısı ilə illik büdcə gəlirlərinin azalması, neft istehsalatının 

aşağı enməsi və bu sahədə aparılan  əməliyyatların dayandırılması ilə  nəticələnir. Neftin dəyərindəki 

azalma uzun müddət davam edərsə, iqtisadiyyatın genişləndirilməsində uzunmüddətli geriləmələr, bank 

və daşınmaz əmlak kimi müttəfiq sahələrə mənfi təsirlərlə nəticələnəcəkdir. 

 

Azərbaycan hökuməti büdcə  gəlirlərinin aşağı enməsinin qarşısını almaq məqsədilə dövlət xərclərinin 



azaldılmasını deyil, alternativ maliyyə mənbələrindən istifadə edilməsini hədəfləyir. Azərbaycan  


“KREDAQRO” QAPALI SƏHMDAR CƏMİYYƏTİ BANK OLMAYAN KREDİT TƏŞKİLATI 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 

31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ 

(Azərbaycan manatı ilə) 

 

 



 

8

 



Respublikasının Mərkəzi Bankı beynəlxalq valyuta bazarında rəqabət qabiliyyətini qoruyub saxlamaq 

məqsədilə, valyuta siyasətini dəyişərək 21 Fevral 2015-ci il tarixli mətbuat bəyanatı ilə Azərbaycan 

manatının dəyərinin ABŞ dollarına nisbətdə 34% və 21 Dekabr 2015-ci il tarixli mətbuat bəyanatı ilə 48% 

endirilməsi haqqında qərarını açıqlamışdır. Mərkəzi Bankın bu müdaxilə siyasəti iqtisadiyyatın yeni 

tarazlıq səviyyəsinə çatdırılması üçün atılan bir addımdır və onun təsiri iqtisadiyyatın tarazlıq səviyyəsi 

bərpa olunanadək, bu maliyyə hesabatlarının imzalandığı tarixə qədərki dövr üçün qeyri-müəyyən olaraq 

qalır. 

Neft böhranı neft və enerji sektorunun maliyyə  və likvidlik mövqelərinə  əhəmiyyətli dərəcədə  təsirini 



göstərir, bu isə öz növbəsində  həmin sahələrə kreditlərin ayrılmasındakı  çətinliklərə, həmçinin mövcud 

borcların ödənilmə qabiliyyətinin aşağı enməsinə gətirib çıxara bilər. Müəssisələrin əməliyyat şəraitinin 

zəifləməsi rəhbərliyin pul vəsaitlərinin hərəkəti ilə bağlı proqnozlarına, maliyyə  və qeyri-maliyyə 

aktivlərinin dəyərsizləşməsi üzrə qiymətləndirmə proseslərinə  mənfi təsirini göstərməsi də ehtimal 

olunur. Mümkün əldə edilə bilən məlumatlar  əsasında rəhbərlik dəyərsizləşmə üzrə 

qiymətləndirmələrində  gələcək dövrün pul vəsaitlərinin hərəkəti ilə bağlı yenilənmiş  təxminlərdən 

istifadə etmişdir. 

Makroiqtisadi amillərin gözlənilən dəyişiklikləri səbəbindən rəhbərlik bu dəyişikliklərin  Şirkətlər 

Qrupunun  əməliyyatları üzərində  təsirini dəqiq qiymətləndirmək və yarana biləcək nəticələrlə bağlı hər 

hansı bir ölçü götürmək iqtidarında deyil. Rəhbərlik, mövcud şəraitdə  Şirkətlər Qrupunun fəaliyyətinin 

davamlılığını və inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüldüyünü hesab edir. 

 

3.

 

DAVAMLI FƏALİYYƏT PRİNSİPİ 

 

Maliyyə hesabatlarının 2 saylı Qeydi Təşkilatın  əməliyyat mühitində göstərildiyi kimi, kreditorlarla, 

uyğunsuzluq təşkil etməsi defolt yarada biləcək, maliyyə  şərtlərinin  əksəriyyəti, 31 dekabr 2015-ci il 

tarixinə pozulmuşdur. Bu riskləri nəzərə alaraq Səhmdar və  Rəhbərliklə kreditorlar arasında borcların 

dayandırılması və yenidən restrukrizasiyasına dair danışıqlar həyata keçirilmişdir. 

Həmçinin, müştərilər üçün əməliyyat  şəraitinin pisləşməsi Rəhbərliyin pul vəsaitlərinin hərəkətinə dair 

proqnozları, maliyyə  və qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsinin qiymətləndirilməsinə  təsir edə 

bilər. Məlumatın mövcud olduğu təqdirdə, rəhbərlik  dəyərsizləşmənin qiymətləndirilməsində yenidən 

hesablanmış gözlənilən gələcək pul vəsaitlərinin hərəkətini  əks etdirmişdir. Bu faktlar səbəbindən 

Rəhbərlik 2016-cı ildən 2018-ci ilə qədər dövrü əhatə edən və özündə aşağıdakıları əks etdirən maliyyə 

planı hazırlayıb həyata keçirmək niyyətindədir: 

 



2016-2018-ci illər üçün kreditlərin yenidən restrukrizasiyası;  

 



Borc öhdəliklərinin qismən və rüblük ödənilməsi və bəzi məbləğlərin 2018-ci ildən sonraya təxirə 

salınması 

22 aprel 2016-cı il tarixində, Rəhbərlik kreditorlarla 30 iyun 2016-cı il tarixindən gec olmayaraq 

Tərəflərin qəti, icrası  məcburi  həyata keçirilməli olan kreditorlararası sazişi ilə  nəticələnəcək Anlaşma 

Memorandumu (bundan sonra “Memorandum”) imzalamışdır. Tərəfdaş Kreditorlar KredAqro-ya 

Səhmdar ACDI VOCA tərəfindən müəyyən edilən tələblər əsasında planlaşdırılmış ödənişlər üçün vaxt 

və digər güzəştlərin edilməsinə razılıq vermişdirlər. 

Memoranduma uyğun olaraq, hər bir tərəfdaş Kreditor 31 May 2016-cı il tarixindən etibarən kreditin əsas 

məbləği üzrə faiz dərəcəsinin hesablanmasını dayandıracaq. Sənəddə  həmçinin Təşkilatın cari 

əməliyyatları ilə  əlaqəli olan əsas məbləğlər üzrə yenidən təyin olunmuş ödənişlər də öz əksini tapır. 

Rəhbərlik inanır ki, kreditorlar Təşkilatın maliyyə  cəhətdən restrukrizasiyasına dəstəyi davam etdirəcək 

və onlar maliyyə planını bütövlükdə  tətbiq etməyə nail olacaqlar. Bütün bunlara əsaslanaraq maliyyə 

hesabatlarının davamlı fəaliyyət prinsipi əsasında hazırlanması məqsədə uyğun hesab olunur. 



Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə