Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

25 
 
Dövlət  maliyyəsinin  uzunmüddətli  sabitliyin  analizinin  əsas  vəzifəsi  rusiyalı 
alimlərin  fikrincə    perspektivdə  büdcə  siyasətində  dəyişiklik  edilməsi  zərurəti 
yaradılacaq  risklərin  aşkarlanmasından  ibarətdir.  Dövlət  maliyyəsinin  uzunmüddətli 
sabitliyi  xalis  məcmu  borcun,    məcmu  gəlirlərin,  nominal  ümumdaxili  məhsulun 
artım  tempi    nəzərə  alınmaqla  müvafiq  dövrdəki  büdcə  xərclərinin  nisbəti  ilə 
müəyyən olunur. 
Bununla razılaşmaq olar ki, dövlət maliyyəsinin vəziyyətinin müəyyən olunması 
məqsədi  ilə  onların  inkişaf  riskinin  aşkarlanması  vacibdir.  Lakin  bunun  üçün  çoxlu 
sayda  indikatorlardan  istifadə  etmək  lazımdır,  axı  dövlət  maliyyəsinə  yalnız  dövlət 
büdcəsi və məqsədyönlü  dövlət fondları aid deyil. Dövlət idarəçiliyi sektorunun cari 
gəlir  və  xərcləri,  eləcə  də  dövlət  koorporasiyalarının  gəlir  və  xərcləri  nəzərə 
alınmalıdır. Özəl borc indikatoruna gəlincə, onları dövlətin ümumi borcları ilə deyil, 
mərkəzi  hökumət,  yerli  hökumət,  dövlət  maliyyə  və  qeyri  -maliyyə 
koorporasiyalrının  borcları  ilə  qarşılaşdırmaq  lazımdır.  Çünki,  belə  borcun  həmişə 
dövlət büdcəsinin resursları hesabına ödənilməsi nəzərdə tutulur. 
Xarici  ölkələrdə  bir  qayda  olaraq  dövlət  büdcəsinin  sabitliyi  analizi  aparılır. 
Alimlər  onun  vəziyyətinin  müəyyən  olunması  üçün  aşağıdakı  göstəriciləri  istifadə 
etməyi  təklif  edirlər:  büdcənin  minimal    xərcləri  (Xm);  büdcənin  məcmu  gəlirləri 
(Mg);  büdcənin  tənzimləyici  gəlirləri  (Tg),  büdcə  borcları  (b).  Onların  köməyi  ilə 
büdcənin dayanıqlılığı belə əks etdirilir: 
Mütləq sabitlik 
Xm < (Mg +Tg) 
Sabitliyinin normal vəziyyəti: 
Xm = (Mg +Tg) 
Qeyri -sabit vəziyyət 
Xm > (Mg +Tg-3) 
Mütləq qeyri-sabit vəziyyət 
Xm > (Mg+Tg) 


26 
 
Xərclər gəlirlərin həcmini və borcları üstələyərsə büdcənin vəziyyəti qeyri -sabit 
hesab edilir. 
Yerli  büdcələrin  sabitliyi  məsələsi  xüsusi  rola  malikdir.  “Büdcənin  maliyyə 
sabitliyi-  yerli  hakimiyyət  orqanlarının    səlahiyyətində  olan  ərazidə  büdcə 
proqramında    nəzərdə  tutulmuş  məqsədyönlü    vəsaitlərlə  sosial-iqtisadi    vəzifələri  
kompleks  şəkildə  tam  həcmdə  və  keyfiyyətlə  həyata  keçirmək  imkanıdır.  Yerli 
büdcənin  sabitliyi  səviyyəsi  minimal  büdcə  xərclərinin  təmin  edilməsi  üçün 
resursların həcmi ilə xarakterizə olunur. 
Mərkəzi  dövlət  idarəçiliyi  sektoru  çərçivəsində  məqsədyönlü  dövlət  fondları, 
xüsusən  də  pensiya  fondunun  sabitliyinin  qiymətləndirilməsi  vacib  əhəmiyyətə 
malikdir.  Fondun  gəlir  və  xərclərinin  balansının  pozulması  onların  büdcə  kəsirinin 
artırılması  yolu  ilə  maliyyələşməsinə  səbəb  ola  bilər.  Bu  da  dövlət  maliyyəsinin 
ümumi kəsirinin artımına və  müvafiq olaraq onun sabitlik göstəricisinin azalmasına 
gətirib  çıxa  bilər.  Buna  görə  də  dövlət  pensiya  sistemlərinin  sabiltik  məsələlərinə 
ayrıca tədqiqatlar həsr olunmalıdır. 
BVF ölkələrdə maliyyə sabitliyinin 40 indikatorunu müəyyən etmişdir. Depozit 
koorporasiyaları  sektoru  üçün  25  indikator  (bunlardan  12-si  əsasdır),  depozit 
müəssisələrin  müştəriləri üçün  15  indikator.  BVF  hər  rübdə depozit  müəssisələrin  -
bankların  maliyyə dayanıqlılığı indikatorları üzrə məlumatları yayır, onlardan 12-si 
ə
sas,  10 tövsiyə olunan indikatorlardır. 
Yuxarıda qeyd olunanları əsasən, dövlət maliyyəsinin vəziyyətini o zaman sabit 
hesab  etmək  olar  ki,  dövlət  funksiyalarını  həyata  keçirmək  üçün  maliyyə  vəsaiti 
kifayət dərəcədə olsun. Bu halda onların maliyyələşdirilməsi mənbələrindən istifadə 
fiskal  yükün  kəskin  artmasına  və  dövlətin  borc  öhdəliklərinin  ümumi  həcminin 
artmasına, eləcə də onların strukturunun pisləşməsinə səbəb olmamalıdır.  
Beləliklə,  dövlət  maliyyəsinin  vəziyyəti  aşağıdakı  şərtlərin  yerinə  yetirildiyi 
halda sabitdir: 
•  cari  ödənişlərin  təminatı  məsələləri  həll  olunur  (onların  ödənilməsi,  təkrar 
strukturlaşdırılması, təkrar maliyyələşdirilməsi, vaxtının uzadılması və s.); 


27 
 
•  gələcək  dövrlər  üçün  ölkənin  inkişafı  ilə bağlı  vəzifələrin  həlli  üzrə xərclər 
maliyyələşdirilir; 
•  fiskal siyasət xüsusi və dövlət  biznesin inkişafını məhdudlaşdırmır; 
•  borc  ödənişləri  üzrə  borcların  həcmi  dövlətin  ödəmə  qabiliyyətinə  dağıdıcı 
təsir göstərmir. 
Qeyd  etdiyimiz  kimi  maliyyə  sisteminin  digər  bir  tərkib  hissəsi  müəssisə  və 
təşkilatların 
maliyyəsidir. 
Mikro 
səviyyədə 
iqtisadiyyatın 
idarəedilməsi 
makromaliyyə  sabitliyinə  öz  təsiri  göstərir.  Müəssisə  və  təşkilatların  maliyyəsi 
kommersiya  və  qeyri-kommersiya  müəssisələrinin  maliyyəsi,  ictimai  birliklərin  və 
təşkilatların maliyyəsinə bölünür. 
Müəssisə  və  təşkilatların  maliyyə  sabitliyi  gəlirlərin  xərclərdən  stabil  olaraq 
yüksək  olmasını,  pul  vəsaitlərinin  sərbəst  manevrliyini  və  fasiləsiz  məhsul  (iş, 
xidmət)  istehsalı  və  satışı  prosesində  onlardan  səmərəli  istifadə  olunmasını  əks 
etdirir[12, səh.501]. 
Müəssisə  və  təşkilatların  maliyyə  sabitliyinin  idaərə  edilməsi  prinsiplər 
kompleksindən irəli gəlir. Bu prinsiplər aşağıdakılardır: 
-  biznesin  miqyasının  starteji    məsələlərə,  investisiya  tələbatına  və  bazarın 
konkret seqmentində təsərrüfat fəaliyyətinin şərtlərinə uyğunluğu; 
- tez- tez qeyri-müəyəyn situasiyalar formalaşdıran maliyyə  risklərinin uçotu; 
- maliyyə  məqsədlərinin, resurs və nəticələrin balanslaşdırılması; 
- gəlir və xərclərinin mühasibat uçotunun aparılması; 
- gəlir və xərclərin uçotunun prinsiplərinin Maliyyə  Hesabatlarının Beynəlxalq 
Standartlarına ( MHBS) uyğunlaşması. 
-  maliyyə  sabitliyinin  qiymətləndirilməsi  və  analizi  metodlarının  sistematik 
təkmilləşdirilməsi; 
Müəssisə  və  təşkilatların  maliyyə  sabitliyinin  əsas  göstəriciləri  bunlardır: 
istehsalın təşkil olunma səviyyəsi; xarici investor və kreditorlardan asılılıq səviyyəsi; 
təsərrüfat  və  maliyyə  əməliyyatlarının  səmərəliliyi;  borc  ödəmə  qabiyyətliliyi 
səviyyəsi; mənfəətlik səviyyəsi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə