Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   13   14   15   16   17   18   19   20   ...   36

49 
 
2008-ci ildə
1,8 manat (sərnişinlərin daşınması - hər 1 oturaq yer üçün) 
9,0 manat (sərnişinlərin taksi vasitəsilə daşınması - 1 nəqliyyat 
vasitəsi üçün) 
1,0 manat (yüklərin daşınması - 1 tonn üçün) 
 
Sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün ərazidən və növdən asılı olaraq 
xüsusi əmsallar tətbiq edilir 
2005-ci il 
1,3% 
2009-cu il 
1,5% 
Mənzil tikintisinin ümumi sahəsinin hər kv metrinə görə  
  
2007-2010-cu illə
10 manat * Nazirlər Kabinetinin 15 sentyabr 2007-ci il tarixli 140 
nömrəli Qərarında qeyd olunan əmsallar 
 
2013-cü ildə
4 %  idman mərc oyunlarının operatorları üçün oyun 
iştirakçılarından qəbul edilmiş pul vəsaitindən 
6 %  idman mərc oyunlarının satıcıları üçün operatorun ona verdiyi 
komisyon haqqından 
 
 
llə
Sahibkarlıq 
fəaliyyəti üzrə 
Gəlir vergisi 
Qeyri-sahibkarlıq fəaliyyəti 
üzrə gəlir vergisi 
Muzdlu iş üzrə əldə edilə
gəlir üzrə 
  
  
Xüsusi 
Notarius 
Digərləri 
  
1992-2005  12-55 % 
  
12-55 % 
12-55 % 
1996-1999  12-40 % 
  
12-40 % 
12-40 % 
2000-2003  12-35 % 
  
12-35 % 
12-35 % 
2004-2009  14-35 % 
  
14-35 % 
14-35 % 
2010 
20 % 
  
14-30 % 
14-30 % 
2012 
  
10 % 
  
  
2013 
  
  
14-25 % 
14-25 % 
                 MƏNBƏVergilər Nazirliyi internet saytı (taxes.gov.az) 
 
1992-ci ildə mənfəət vergisi 35 % həcmində müəyyən olunsa da 2010-cu ildən 
isə  20  %  həcmində  müəyyən  olunmuşdur.  Əlavə  dəyər  vergisi  1992-ci  ildə  28  % 


50 
 
həcmində  müəyyən  olunsa  da,  2001-ci  ildən  isə  18  %  həcmində  müəyyən 
olunmuşdur. 1992-ci ildə sahibkarlıq fəaliyyəti üzrə gəlir vergisi 12-55 % həcmində 
müəyyən olunsa da, 2010-cu ildən isə 20% həcmində müəyyən olunmuşdur. Muzdlu 
iş  üzrə  əldə  edilən  gəlir  üzrə  gəlir  vergisi  1992-ci  ildə  12-55%  həcmində  müəyyən 
olunsa  da  2013-ci  ildən  14-25  %  həcmində  müəyyən  olunmuşdur.  Fiziki  şəxslərin 
gəlir vergisinin  hesablanması  mexanizmi  sadələşdirilərək,  bu verginin  hesablanması 
ş
kalası  6  pilləlidən  2  pilləliyə  endirilmiş,  iki  vergi  dərəcəsi  (14%  və  25%) 
saxlanılmış, fiziki şəxslərin 14 faiz dərəcəsi ilə vergiyə cəlb olunan aylıq gəlirlərinin 
maksimum həddi 2500 manatadək artırılmışdır. 
Ə
mlak  vergi  dərəcəsi  1995-ci  ildə  0,5  %  olsa  da,  2001-ci  ildən  1%  olmuşdur. 
Cədvəllərdən  göründüyü  kimi  vergi  dərəcələrinin  illər  üzrə  azalması  müşahidə 
olunmuşdur. Lakin, əmlak vergi dərəcəsində artım olmuşdur. 
Vergi  dərəcələrinin  getdikcə  azalmasına  baxmayaraq  büdcəyə  vergi 
daxilolmaları  artmışdır.  Qeyd  etmək  lazımdır  ki,  yüksək  vergi  dərəcələri  vergidən 
yayınma hallarının artmasına və nəticədə büdcə daxilolmaların azalmasına səbəb ola 
bilər.  
Qeyd  etmək  lazımdır  ki,  MDB  ölkələrinin  əksəriyyətində  makroiqtisadi 
sabitləşmə  çox  hallarda  fiskal  siyasətin  təzahür  forması  kimi  qəbul  olunmuşdur. 
Lakin  bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar  bir  çox  ölkələrdə  olduğu  kimi 
Azərbaycanda    da  iqtisadiyyatın  sabitləşməsində  fiskal  siyasət  əvəzinə  monetar 
siyasət əsasında liberallaşmaya üstünlük vermişdir. Monetar siyasətin mahiyyəti hər 
ş
eydən  əvvəl  sərt  pul-kredit  siyasətinə  söykənməklə  bank  sistemi  vasitəsi  ilə  azad 
bazar  qiymətləri əsasında pul dövriyyəsinin sabitlyini təmin etməkdən ibarətdir. 
Azərbaycanda  pul-kredit  siyasətini  Mərkəzi  Bank  (AMB)  həyata  keçirir. 
Mövcud  qanunvericiliyə  əsasən,  hər  il  oktyabr  ayının  1-dən  gec  olmayaraq  AMB 
növbəti  il  üçün  dövlətin  pul  siyasətinin  əsas  istiqamətlərini  prezidentə  təqdim  edir, 
dekabrın 31-dək isə ictimaiyyətə açıqlayır. Bu zaman AMB cari ildə həyata keçirilən 
pul siyasətinin yekunları və qarşıdakı il üçün pul siyasətinin məqsəd və vəzifələrini, 


51 
 
onların həyata keçirilməsi yollarını göstərir. Bu məqsədlə hər il AMB "Pul siyasətinin 
ə
sas istiqamətləri" adlı sənəd hazırlayır.  
Pul-kredit siyasətinin aşağıdakı özünə məxsus vəzifələri vardır: 
1. qiymətlərin səviyyəsinin sabitləşdirilməsi, inflyasiyanın qarşısının alınması; 
2.  daxili  və  xarici  bazarda  milli  valyutanın  kursunun  və  alıcılıq  qabiliyyətinin 
sabitləşdirilməsi; 
3. pul tədavülünün sabitliyinin təmin edilməsi; 
4.bank sistemi vasitəsi ilə pula tələb-təklifin tənzimlənməsi [19. səh. 275-276]. 
Pul-kredit siyasətinin əsas mahiyyətini dövlətin pul kütləsini tənzimləməklə, ona 
müdaxilələr etməklə makroiqtisadi səviyyədə qiymətlərin sabitliyinə çalışması təşkil 
edir.  Mərkəzi  Bankın  başlıca  vəzifəsi  biri  inflyasiyanın  səviyyəsinin  aşağı 
saxlanılması  və  qiymət  sabitliyinin  təmin  edilməsidir.  Mərkəzi  Banklar  qiymət 
sabitliyini təmin etmək üçün həyata keçirdikləri pul-kredit siyasətləri haqqında aydın 
təsəvvürə malik olmalıdır[88, səh.17]. Pul- kredit siyasəti isə kifayət qədər mürəkkəb 
mexanizmə  malik  olduğundan  onun  hansı  şəkildə  qiymət  sabitliyini  təmin  etdiyini 
aydınlaşdırmaq da çətinləşir. 
Dünya  ölkələrinin  təcrübəsi  göstərir  ki,  müasir  dövrdə  milli  iqtisadiyyatın 
ümumi  vəziyyəti  yüksək  səviyyədə  pul-kredit  siyasətinin  vəziyyətindən  asılıdır. 
Mərkəzi  banklar  tərəfindən  həyata  keçirilən sərt və yumşaq kredit  siyasətləri 
fərqləndirilir.Yumşaq  pul  siyasəti dedikdə  tələbin  canlandırılmasına  və  iqtisadi 
artımın  stimullaşdırılmasına  yönəldilmiş  pul  siyasəti  nəzərdə  tutulur.  Yumşaq  pul 
siyasəti yeridərkən Mərkəzi Bank verdiyi kreditlər üzrə faiz dərəcələrini aşağı salır, 
qiymətli  kağızlar  alaraq  dövriyyəyə  pul  buraxır,  banklara  daha  çox  kreditlər  verir, 
milli valyutanın məzənnəsinin ucuzlaşmasına şərait yaradır. 
Sərt  pul  siyasəti inflyasiyanın  məhdudlaşdırılmasına  yönəldmiş  siyasətdir.  Sərt 
pul  siyasəti  yeridərkən  Mərkəzi  Bank  verdiyi  kreditlər  üzrə  faiz  dərəcələrini 
yüksəldir,  malik  olduğu  qiymətli  kağızları  sataraq  dövriyyədəki  pulu  azaldır,  milli 
valyutanın  məzənnəsinin  möhkəmlənməsinə  şərait  yaradır,  banklara  kredit 
verilməsini məhdudlaşdırır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə