Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

28 
 
Bank sistemi - Azərbaycan maliyyə sisteminin mühüm elementi sayılır. Bu gün 
banklar  aktivlərinin  və  kapitalının  həcminə,  regional  əhatəsinə  görə  digər  maliyyə 
vasitəçilərini dəfələrlə üstələyir. 
Hazırda respublikada inkişaf etmiş, bazar prinsiplərinə əsaslanan iki pilləli bank 
sistemi  (birinci  pillədə  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı,  ikinci  pillədə 
kommersiya  bankları  və  digər  bank  olmayan  kredit  təşkilatları)  fəaliyyət  göstərir. 
Mərkəzi Bank digər bankların sabit fəaliyyətinə nəzarəti həyata keçirir. 
Makromaliyyə  sabitliyinin  təmin  edilməsində  bank  sisteminin  mühüm  rolu 
vardır.    Belə  ki,  Mərkəzi  Bank  pul-kredit  siyasətini  yerinə  yetirməklə  maliyyə 
sabitliyinin təmin edilməsinə şərait yaradır. 
Bank 
sisteminin 
fəaliyyətinin 
prinsipləri: 
qanunvericilik 
bazasının 
təkmilləşdirilməsi  və  beynəlxalq  standartlara  uyğunlaşdırılması,  bank  sisteminin 
etibarlılığının  və  sağlamlığının  artırılması,  bank  xidmətlərinə  çıxış  imkanlarının 
genişləndirilməsi,  bank  sistemində  şəffaflığın  səviyyəsinin  artırılması  və  bazar 
intizamının  möhkəmləndirilməsi,  səmərəli  bank  nəzarətinin  təşkili  kimi  konkret 
vəzifələr qarşıya qoyulmuş və icra edilmişdir. 
Bank  sisteminin  bütün  istiqamətləri  üzrə  həyata  keçirilən  radikal  islahatlar  və 
institusional  inkişaf  nəticəsində  sektorda  dərin  kəmiyyət  və  keyfiyyət  dəyişiklikləri 
baş  vermişdir.  slahatların  ən  ümumi  nəticəsi  həm  maliyyə  sabitliyi  parametrlərinə, 
həm  risk  menecmenti  təcrübəsinə,  həm  də  xidmətlər  spektrinə  görə  beynəlxalq 
standartlara tam uyğun bank sisteminin formalaşmasıdır. 
Yuxarıda  deyilənləri  nəzərə  alaraq  belə  qənaətə  gəlmək  olar  ki,  maliyyə 
sisteminin  komponentlərinin  sabit  fəaliyyəti  nəticəsində  maliyyə  sabitliyini  təmin 
etmək  olar.  Belə  ki,  makromaliyyə  sabitliyinin  təmin  edilməsi  üçün  dövlət 
maliyyəsinin  sabitliyi,  mikro  səviyyədə  maliyyə  sabitliyi,  bankların  sabit  fəaliyyəti 
təmin olunmalıdır . 
 
 
 


29 
 
         1.3 Maliyyə sabitliyinin formalaşmasının hüquqi-iqtisadi əsasları 
 
SSR   dağıldıqdan  sonra  postsovet  məkanında  yaranmış  bütün  yeni  müstəqil 
dövlətlər  kimi  Azərbaycan  da  bazar  iqtisadiyyatı  sisteminə  keçidi  bir  məqsəd  kimi 
müəyyən etdi. Lakin, bu islahatların ilkin illərində iqtisadi sistemdə həyata keçirilən 
dəyişikliklər  ardıcıl  deyildi  və  əsasən  sistemsiz  şəkildə  həyata  keçirilirdi.  Bu  da 
müstəqiliyin ilk illərdə maliyyə sabitliyinin pozulmasına səbəb olurdu 
Azərbaycan  iqtisadiyyatında  həyata  keçirilən  mürəkkəb  islahatlar  prosesində 
ə
sasən üç dövrü fərqləndirmək olar.  
Birinci  dövr  1991-ci  ilin  sonundan  1996-cı  ilə  qədər  davam  edən  dövrdür.  Bu 
dövrün özünü də iki hissəyə bölmək olar: 1991-1993-cü illər və 1994-1995-ci illər.  
1990-cı  illərin  əvvəllərində  iqtisadiyytaın  idarə  edilməsində  buraxılmış  ciddi 
səhvlər,  ənənəvi  ticarət,  maliyyə,  təchizat,  kommunikasiya  sisteminin  pozulması 
iqtisadiyyatda tam bir xaos yaratmışdı. Belə bir şəraitdə ÜDM, sənaye istehsalı hər il 
20-25%  aşağı  düşürdü.  Qiymətlər  hər  gün  dəyişir,  aylıq  inflyasiya  isə  70-80%-ə 
çatırdı.  Dövlət  büdcəsinin  kəsiri  ÜDM-nin  13%-ni  təşkil  edirdi.  Kəskin  inflyasiya 
şə
raitində  əhalinin  real  gəlirləri  azalırdı.  Bütün  bunlar  və  ölkədə  hərbi-siyasi 
gərginliyin  kulminasiya  nöqtəsinə  çatması  iqtisadiyyatı  iflic  vəziyyətinə  gətirmişdi. 
Bütün  sahələrdə  olduğu  kimi,  iqtisadiyyatda  da  qarşıya  qoyulan  vəzifələrin  yerinə 
yetirilməsinin  ilkin  və  zəruri  şərti  möhkəm  ictimai-siyasi  sabitlikdir.  Məhz  1994-cü 
ilin sonlarından başlayaraq sistemli islahatların ilk addımları atılmağa başlandı.  
1995-ci  ildən  etibarən  ölkədə  beynəlxalq  maliyyə  qurumlarının  maliyyə  və 
texniki  yardımı  ilə  makroiqtisadi  sabitləşdirmə  və  struktur  islahatları  üzrə  proqram 
həyata  keçirilməyə  başlandı.  Proqramın  birinci  mərhələsində  ölkədə  artıq  yuxarıda 
qeyd edildiyi kimi, qısa müddət ərzində əldə edilmiş makroiqtisadi sabitliyin daha da 
möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirildi.  
Sabitləşmə proqramının uğurla yerinə yetirilməsi ölkədə islahatların keyfiyyətcə 
yeni mərhələsinin – struktur islahatları mərhələsinin başlanması üçün əlverişli şərait 
yaratdı.  Qısa  dövr  ərzində  kiçik  özəlləşmə  proqramı  başa  çatdırıldı,  radikal  aqrar 


30 
 
islahatları, torpaqların xüsusi mülkiyyətə verilməsi prosesi başlandı. Torpaq bazarının 
fəaliyyəti  üçün  zəruri  hüquqi-iqtisadi  mühit  yaradıldı.  Struktur  islahatlarının  tərkib 
hissəsi olan bank-maliyyə sektorunun yenidən qurulması, dövlət banklarının yenidən 
təşkil 
edilərək 
özəlləşdirməyə 
hazırlanması 
və 
özəl 
bank 
sisteminin 
möhkəmləndirilməsi istiqamətində də mühüm işlər görüldü. 
kinci dövr isə 1996-cı ildən 2003-cü ilə qədər olan dövrü əhatə edir. Bu dövrün 
ə
sas  xüsusiyyəti  ondan  ibarət  dir  ki,  Heydər  Əliyevin  rəhbərliyi  altında  dünya 
ölkələrinin  təcrübəsi  nəzərə  alınmaqla  və  beynəlxalq  maliyyə  təşkilatları  ilə  sıx 
ə
məkdaşlıq  şəraitində  ölkənin  sosial-iqtisadi  inkişaf  strategiyası  müəyyən  edildi  və 
müvəffəqiyyətlə həyata keçirilməyə başlandı. 
Üçüncü  dövr  isə  lham  Əliyevin  Azərbaycan  Respublikasının  Prezidenti 
seçilməsi ilə başlayır. Bu mərhələdə ölkə iqtisadiyyatının sürətli inkişafı və əhalinin 
sosial rifahının davamlı olaraq yüksəldilməsi, bazar  mexanizminə əsaslanan effektiv 
iqtisadiyyatın  və  idarəetmə  sisteminin  formalaşması  üzrə  yeni  strategiyalar  qəbul 
olundu.  
Azərbaycan  Respublikasının  konstitutsiyasına  görə  insan  və  vətəndaşların 
hüquqlarının  və  azadlıqlarının,  Azərbaycan  Respublikasının  vətəndaşlarına  layiqli 
həyat  həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.  
Dövlət  bu  məqsədi  həyata  keçirmək  üçün  ölkədə  iqtisadi  inkişafı  təmin 
etməlidir.  qtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalq  rifah 
halının yüksəldilməsinə əsaslanır.  qtisadi inkişafın əsasını isə makromaliyyə sabitliyi 
təşkil edir. Makromaliyyə sabitliyi olmadan iqtisadi inkişafa nail olmaq olmaz. 
Dövlətin  aşağıdakı  vəzifələri  yerinə  yetirməklə  maliyyə  sabitliyini  təmin  edə 
bilər.  
•  iqtisadi səmərəlilik; 
•  qiymət sabitliyi təmini; 
•  iqtisadi azadlığı təmini; 
•  dövlət büdcəsinin tarazlığı; 
•  valyuta sabitliyi; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə