Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   2   3   4   5   6   7   8   9   ...   36

16 
 
maliyyə sabitliyinindən danışarkən pul, pula tələb, pul təklifi,  pul bazarında tarazlıq 
haqqında nəzəriyyələrə diqqət yetirilməsi lazım gəlir. 
Pul  bazarında  tarazlığa  o  vaxt  nail  olunur  ki,  pul  təklifi  ilə  pula  olan  tələbə 
uyğun olur.  Pul  bazarında tarazlıq  modeli  LM  modelidir.  LM  modeli  pul  bazarında 
məcmu gəlirlə faiz dərəcəsi arasında münasibəti ifadə edir. Faiz dərəclərinin artması 
ilə məcmu gəlirlərin artması baş verir. Nəticədə LM əyrisi yuxarı və sağa meyl edir. 
Nemət və pul bazarında birgə tarazlığı əks etdirən model isə  S-LM modelidir. 
Bu  ədəbiyyatlarda  Hikks-Hansen  modeli  adlanır.  S  modelindən  görünür  ki,  faiz 
dərəcəsi  aşağı  düşdükdə  planlaşdırılan  investisiya  artacaq  və  real  milli  məhsul 
artacaq.  S-əmtəə bazarında tarazlığı ifadə edir. LM-isə pul  bazarında tarazlığı ifadə 
edir. P əmətə və pul bazarında tarazlığı ifadə edir.  Bu model onu ifadə edir ki, təkcə 
bir bazarda tarazlıq yaratmaqla makroiqtisadi tarazlığa nail olmaq olmaz 
                                      LM 
 
 
         
0
                     P● 
                                                 S 
 
                                   Y
1
                    Y 
Aşağıdakı  qrafik  ümumi  iqtisadi  tarazlığı  əks  etdirir.  Bu  modeldə  qiymətlərin 
illik  artım  sürəti  -ÜDM-in  deflyatoru  (P)  ilə  real  ÜDM-in  illik  artım  sürəti  (G) 
arasında asılılıq əks olunmuşdur.  
        P   % 
          
        3         AD            AS 
        2 
        1 
        0              E●                         G% 
       -1  1  2   3   4   
       -2                
  


17 
 
AD-məcmu  tələb  (AD=ÜDM),  AS  isə  məcmu  təklifdir.  Əgər  iqtisadiyyatın 
tarazlığı  infliyasiyanın  sıfır  və  illik  real  ÜDM-in  4%  artım  səviyyəsində  əldə 
olunarsa, iqtisadiyyatın belə vəziyyətini optimal hesab etmək olar.                            
Pul  təklifi  tədavüldə  olan  pul  kütləsidir.  Pul  təklifi  bizim  dar  mənada  başa 
düşdüyümüz pulu deyil, maliyyə aktivlərini də əhatə edir. Monetar funksiyanı yerinə 
yetirən  qiymətli  kağızları  da  əhatə  edir.  Pul  kütləsinə  əsasən  nağd  və  nağdsız 
hesablaşmalar üçün lazım olan pullar daxildir. Pul kütləsinin miqdarının həddi vardır. 
Bu  hədd  dövlət  tərəfindən  tənzimlənməlidir.  Tədavüldə  olan  pul  kütləsi  ilə  pul 
dövriyyə sürəti, reallaşdırılan əmtəələrin miqdarı və qiymət arasındakı asılılıq Fişerin 
mübadilə tənliyində öz əksini tapmışdır. 
                                                 MV=PQ 
M-pul kütləsi        
V-pulun dövriyyə sürəti 
P-qiymət               
Q-reallaşdırılan əmtəələrin miqdarı 
Monetarizm  -  bu  iqtisadi  nəzəriyəyə  görə  tədavüldə  olan  pul  kütləsi  bazar 
iqtisadiyyatının  sabitləşdirilməsində  və  inkişafında  həlledici  rol  oynayır. 
Monetarizmin  banisi  görkəmli  alim,  Çikaqo  məktəbinin  yaradıcısı,  1976-cı  ildə 
Nobel  mükafatı  laureatı  olmuş  M.Fridmendir.  O,  pul  kütləsinin  real  gəlirlərdən, 
qiymətlərinin səviyyəsindən, real məhsulun uzunmüddətli artım sürəti, pulun tədavül 
sürətindən asılılığını əks etdirən formulanı təklif etmişdir. 
Monetaristlərin  fikrincə  pul  kütləsinin  artım  tempi    istehsalın  və  qiymətlərin 
səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərdiyindən  onun real artım tempi ÜDM-
in artım tempinə uyğun olmalıdır [19, səh.275].  
Monetarizm  50-ci  illərdə  Keyns  nəzəriyyəsinin  antipodu  kimi  yaranmışdır. 
Monetarizmin 
nəzəri 
araşdırmalarının 
zirvəsi 
Amerika 
iqtisadiyyatının 
sabitləşdirilməsi  konsepsiyası  və  məşhur  “reyqanomika”  olmuşdur.  Bu  tədbirlərin 
həyata  keçirilməsi  ABŞ-da  inflyasiyanın  zəifləməsinə  və  dolların  mövqeyinin 
möhkəmlənməsinə  kömək  etmişdir.  Monetarist  konsepsiyaya  görə  müasir  bazar 


18 
 
münasibətləri siyasi azadlığı və iqtisadi səmərəliliyi təmin edən davamlı, özü-özünü 
tənzimləyən sistemdir. Bu da vacibdir ki, iqtisadiyyatın inkişafına dövlətin müdaxilə 
etməsi  arzu  edilən  və  labüd  məsələdir,  lakin  bu  müdaxilə  bazar  mexanizmlərinin 
keynsçi  metodlarla,  məcmu  tələbin  tənzimlənməsi  yolu  ilə  deyil,  səmərəli  pul 
siyasətinin  köməyi  ilə  bazarın  rəqabət  qüvvələrinin  fəallaşdırılması  üçün  şərait 
yaradılması yolu ilə həyata keçirilməlidir. 
Fridmen  və  onun  davamçıları  bazarın  pul  kütləsi  ilə  manipulyasiya  edilməsinə 
reaksiyasını  iki  model  -  qısamüddətli  və  uzunmüddətli  model  şəklində  nəzərdən 
keçirirlər.  Qısamüddətli  planda  pul  kütləsinin  artması  faiz  dərəcələrinin  azalmasına 
və  tələbin  genişlənməsinə,  işsizliyin  azalmasına  gətirib  çıxarır.  Lakin  pul  təklifinin 
artması uzun müddət ərzində dəfələrlə təkrarlandıqda investisiya prosesi intensivləşir. 
Bu, istehsalın, satışın, gəlirlərin və pula tələbatın həcminin artmasına stimul yaradır, 
nəticədə  faiz  dərəcəsi  artır.  Bu  siyasətin  uzunmüddətli  effekti  faiz  normasının 
hərəkəti, pula tələbin və təklifin dəyişməsi arasında əlaqələrin pozulmasında təzahür 
edir. 
Monetarizmə  görə,  pul  bazarında  uzunmüddətli  tarazlıq  yaranması  üçün  pul 
təklifinin  uzunmüddətli  artım  sürəti  ilə  real  məhsulun  uzunmüddətli  artım  sürəti 
arasında əlaqəni müəyyən edən əsas qanuna riayət edilməlidir:  
                                                m=y+i 
Burada  m  -  pul  təklifinin  uzunmüddətli  artım  sürəti;  y-real  məhsulun 
uzunmüddətli artım sürəti; i-gözlənilən inflyasiyanın sürətidir.  
Uzunmüddətli  pul  siyasətinin  məqsədi-inflyasiyanı  sabitləşdirmək  və  onu 
tamamilə proqnozlaşdırıla bilən kəmiyyətə çevirməkdir.  
Qeyd  etmək  lazımdır,  hər  bir  nəzəriyyədə  müəyyən  qədər  ziddiyyətlər  vardır.  
Lakin bu nəzəriyyələr öz dövrləri üçün doğru hesab oluna bilər. Ümumiyyətlə hər bir 
nəzəriyyə iqtisadi inkişafa uyğun olaraq irəli sürülməlidir. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə