Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

31 
 
•  tədiyyə balansının tarazlığı; 
•  faiz dərəcələrinin sabitliyi; 
Dövlət  bu  vəzifələri  yerinə  yetirmək  üçün  mövcud  qanunvericilik  bazasının 
olmalıdır.  Maliyyə  sabitliyinin təmin  olunması  üçün    bazar  modelinə  uyğun  hüquqi 
mexanizm yaradılması mühüm əhəmiyyət kəsb edir.  
Milli  Məclis  tərəfindən  qtisadi  islahatlarla  bağlı  çoxlu  qanunlar,  müvafiq 
qanunvericilik sənədləri qəbul edilmişdir. Maliyyə sabitliynin təmin edilməsinin əsas 
hüquqi  bazasını  Azərbaycan  Respublikasının  Konstitusiyası,  “Büdcə  sistemi 
haqqında  Azərbaycan  Respublikasının  Qanunu”,  hər  büdcə  ili  üzrə  qəbul  edilən 
dövlət  büdcəsi  haqqında  qanunu,  “Azərbaycan  Respublikasının  Valyuta 
Tənzimlənməsi haqqında Qanunu”, “Azərbaycan Mərkəzi Bankı haqqında Qanunu”, 
Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsi,  Vergi  Məcəlləsi  və  digər  müvafiq 
normativ aktlar təşkil edir. 
Maliyyə sabitliyin təmin edilməsinin bağlı olan qanunlara «Antiinhsar fəaliyyəti 
haqqında»,  «Haqsız  rəqabət  haqqında»,  «Girov  haqqında»,  « nvestisiya  fəaliyyəti 
haqqında», «Müəssisələr haqqında», «Səhmdar cəmiyyətləri haqqında», «Banklara və 
bank fəaliyyəti haqqında», «Kəndlifermer təsərrüfatı haqqında» və s. Bundan əlavə, 
bu  qrupa  sahibkarlıq  subyektlərinin  qtisadi  fəaliyyətinin  nəticələri  ilə  bilvasitə 
ə
laqədar  olan  «Müflisləşmə  və  iflas»  haqqında  qanunu,  «Əmtəə  birjası  haqqında», 
«Qiymətli  kağızlar  və  fond  birjaları  haqqında»  qanun,  Lizinq  xidməti  haqqında» 
qanunu da aid etmək оlar.  
Respublikamızda 
maliyyə 
sabitliyinin 
bərqərar 
olması 
və 
möhkəmləndirilməsində  büdcə  sistemində  aparılan  islahatlar  mühüm  rol  oynayır.  2 
iyul 2002-ci il “Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul 
olunmuşdur. 2003, 2005, 2007-ci illərdə qanuna əlavə olunmuşdur.   
Qanun  4  fəsil,  40  maddədən  ibarətdir.  Bu  Qanun  Azərbaycan  Respublikasında 
büdcə  sisteminin  təşkilinin,  büdcələrin  tərtibi,  təsdiqi,  icrası  və  onların  icrasına 
nəzarətin  təşkilati,  hüquqi  və  iqtisadi  əsaslarını,  habelə  dövlət  büdcəsi  ilə 


32 
 
büdcədənkənar  dövlət  fondlarının,  yerli  büdcələrin  qarşılıqlı  əlaqələrinin  əsas 
prinsiplərini müəyyən edir. 
Büdcə  sistemi  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi 
Azərbaycan  Respublikası  Konstitusiyasından,  bu  Qanundan,  bu  Qanuna  müvafiq 
olaraq  hər  büdcə  ili  üzrə  qəbul  edilən  dövlət  büdcəsi  haqqında  qanundan,  digər 
qanunlardan  və  normativ  hüquqi  aktlardan,  habelə  Azərbaycan  Respublikasının 
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.  
12  noyabr  1995-ci  ildə  qəbul  edilmiş  Azərbaycan  Respublikasının 
Konstitusiyasının  109  maddəsinə  görə  Azərbaycan  Respublikasının  Prezidenti 
Azərbaycan  Respublikasının  dövlət  büdcəsini  Azərbaycan  Respublikasının  Milli 
Məclisinin təsdiqinə təqdim edir. 95-ci maddəsinə görə Azərbaycan Respublikasının 
dövlət büdcəsi təsdiq edilməsi və icrasına nəzarət Milli Məclis həyata keçirir. 119-cu 
maddəsinə görə maliyyə-kredit, pul siyasətinin keçirilməsini Nazirlər kabineti təmin 
edir. 
"Büdcə  sistemi  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa  görə  büdcə 
sistemini  Azərbaycan  Respublikasının  dövlət  büdcəsi,  Naxçıvan  Muxtar 
Respublikasının büdcəsi və yerli büdcələr təşkil edir. Büdcə sistemi bu sistemə daxil 
olan  büdcələrin  vahid  prinsiplər  əsasında  fəaliyyətinə  və  onların  müstəqilliyinə 
ə
saslanır.  
Büdcə sisteminin vahidliyi tənzimləyici mədaxil mənbələrindən istifadə etmək, 
məqsədli büdcə fondları yaratmaq,  maliyyə ehtiyatlarını müxtəlif səviyyəli büdcələr 
arasında bölüşdürmək vasitəsi ilə büdcələrin qarşılıqlı əlaqəsinə əsaslanır. 
Büdcələrin  müstəqilliyi  mövcud  qanunvericiliyə  uyğun  olaraq  mədaxil 
mənbələrin  və  vahid  büdcə  təsnifatı  çərçivəsində  xərclərin  istiqamətlərini 
müəyyənləşdirmək hüququnun olmasında öz əksini tapır. 
Büdcənin  təşkili  prosesində  qarşılıqlı  surətdə  əlaqəli  olan  iki  prosesin,  yəni, 
maliyyə  resurslarının  dövlət  strukturlarının  sərəncamında  səfərbərliyə  alınması  yəni 
dövlət gəlirləri, ikincisi isə dövlət xərcləri qarşılıqlı əlaqəsi baş verir.  
 


33 
 
Vergilərdən  daxilolmalar  büdcə  gəlirlərinin  böyük  hissəsini  təşkil  edir.  “Vergi 
Məcəlləsi”  2001-ci  ildən  qüvvəyə  minməsi  ilə  vergilərin  sayı  azaldı  və 
sistemləşdirildi.  “Vergi  Məcəlləsi”ndə  göstərilmiş  dövlət  vergiləri:  Fiziki  şəxslərin 
gəlir  vergisi;  hüquqi  şəxslərin  mənfəət  vergisi;  əlavə  dəyər  vergisi;  aksiz  vergisi; 
hüquqi  şəxslərin  əmlak  vergisi;  hüquqi  şəxslərin  torpaq  vergisi;  mədən  vergisi;  yol 
vergisi; sadələşdirilmiş vergi. 
Vergi 
sistemində 
idarəetməni 
təkmilləşdirmək, 
vergitutma 
bazasını 
genişləndirmək,  vergi  xidmətini  müasir  Avropa  standartlarına  çatdırmaq  və  ona 
uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər vergi sisteminin inkişafında 
xüsusi rol oynayır[ 24]. 
Mustəqilliyimizin  ilk  illərində  qanunvericilikdə  movcud  olan  sistemsizlik, 
habelə bu qanunvericiliyə edilmiş çoxsaylı əlavə və dəyişikliklər, qanunlar, təlimatlar 
və  digər  normativ-huquqi  sənədlər  arasında  olan  ziddiyətlər  vergi  qanunvericiliyini 
mürəkkəbləşdirmiş və onda müəyyən boşluqların yaranmasına gətirib çıxartmışdı. Bu 
da  öz  növbəsində  vergidən  yayınma  hallarının  artması,  vergilərin  vaxtlı-vaxtında 
ödənilməməsi və s. kimi neqativ hallarla nəticələnirdi.  
Vergi  qanunvericiliyinin  təkmilləşdirilməsinin  konseptual  əsasları  vergi 
ödəyicilərinin  hüquqlarının  genişləndirilməsi,  vergi  güzəştlərinin  minimuma 
endirilməsi,  vergidən  yayınma  hallarına  qarşı  səmərəli  mubarizənin  təşkili,  əlverişli 
investisiya  muhitinin  yaradılmasından  ibarət  olmuşdur.  Ötən  illər  ərzində  vergi 
sistemi  vasitəsilə  milli  istehsalın  stimullaşdırılması  və  regionların  sosial-iqtisadi 
inkişafının dəstəklənməsi məqsədilə əhəmiyyətli işlər görülmüşdür. 
Qanunvericiliyin  təkmilləşdirilməsi  məqsədilə  ölkədə  sabit  vergi  muhitinin 
yaradılmasına,  vergi  yükü  azaldılmasına,  vergi  guzəştləri  sisteminin  tətbiq 
edilməsinə,  azad  sahibkarlığın  stimullaşdırılmasına,  vergi  ödəyicilərinin  hüquq  və 
mənafelərinin  qorunmasına  xidmət  edən  müddəalar  Vergi  Məcəlləsinə  daxil 
edilmişdir. 
Büdcə  gəlirlərinin  formalaşmasında  vergi  daxil  olmalardan  savayı  vergi 
olmayan  gəlirlər  də  xüsusi  yer  tutur.Vergi  olmayan  gəlirlər  -  rüsumlar,  inzibati 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə