Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   2   3   4   5   6   7   8   9   ...   36


 
Makroiqtisadi  və  makromaliyyə  sabitlik  problemi  müxtəlif  alimlər  tərəfindən 
müxtəlif  cür  öyrənilmişdir.  Ümumi  tarazlıq  ideyası  başlanğıcını  klassiklərin 
ə
sərlərindən  götürür.  Makroiqtisadi  tarazlığa  dair  ideyalar  A.Smit,  C.B.Sey  və  s. 
klassik siyasi iqtisad məktəbinin nümayəndələrinin əsərlərində öz əksini tapmışdır. 
qtisadi tarazlıq nəzəriyyəsinin əsasını  əsas  üç konsepsiya  -  son  faydalılıq,  son 
məhsuldarlıq  və  tələb-təklif  təşkil  edir.  K.Menger,  E.Bem-  Baverk,  F.Vizer, 
A.Marşall  tələb  və  təklif  nəzəriyyəsini  son  faydalılıq  və  istehsal  xərcləri 
nəzəriyyələrilə  əlaqələndirirdilər.  Bu  nəzəriyyəni  P.Samuelson  və  C.  Xiks 
A.Marşallın  nəzəriyyəsini  inkişaf  etdirərək  göstərirdi  ki,  tələb  və  təklif  istehsal 
xərcləri  və  son  faydalılıq  nəzəriyyələrindən  asılıdır.  Bu  nəzəriyyədə  Keynsçi 
fiskalizm  ideayaları  ilə  neoklassiklərin  iqtisadiyyatı  pul-kredit  siyasəti  ilə 
tənzimləməsini nəzərdə tutan konsepsiyası ilə birləşdilər.  
Ümumi iqtisadi tarazlıq haqında ilk konsepsiyanı M.Valras yaratmışdır. Ümumi 
iqtisadi tarazlığın öyrənilməsində C.Klarkın da rolu böyük olmuşdur. 
Makromaliyyə  sabitliyinin  öyrənilməsində  Keynsin  rolu  daha  çox  olmuşdur. 
Ə
gər  Keyns  maliyyə  sabitliyinin təmin  edilməsində büdcə-vergi siyasətinə üstünlük 
verirdisə,  monetarizmin  banisi  olan  Fridmen  pul-kredit  siyasətini  üstün  tuturdu. 
Makromaliyyə sabitliyi siyasəti Fridmen və Keynsin əsərlərində öz əksini tapmışdır.  
Makromaliyyə  sabitliyi  Azərbaycanlı  alimlər  tərəfindən  də  geniş  şəkildə 
öyrənilmişdir. Bu problem Z.Səmədzadə, T.Quliyev, M.Meybullayev, F.Mustafayev,  
Ü.Əliyev,  Y.A.Kəlbiyev,  A.Şəkərəliyev,  M.Sadıqov,  Ə.Əlirzayev  və  s.  başqalarının 
ə
sərlərində müəyyən qədər tədqiq edilmiş, öyrənilmişdir.  
Tədqiqat  işinin  məqsədi  və  vəzifələri.  Dissertasiya  işinin  məqsədi  maliyyə 
sabitliyinin  nəzəri  və  metodoloji  əsaslarını  müəyyən  etmək;  makromaliyyə 
sabitliyinin  təmin  edilməsinin  prinsiplərini,  şərtlərini  və  onların  qarşılıqlı  əlaqəsini 
aşkara çıxarmaq; bu istiqamətdə aparılan islahatları qiymətləndirmək; iqtisadi artımla 
makromaliyyə  sabitliyinin  qarşılıqlı  əlaqəsini  müəyyən  etmək,  makromaliyyə 
sabitliyinin  möhkəmləndirilməsinin  əsas  istiqamətlərini  müəyyən  etmək  və  elmi 



 
cəhətdən  əsaslandırılmış  təklif  və  tövsiyələrin  hazırlanmasından  ibarətdir.  Bu 
məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələr həyata keçirilməlidir. 
-  makromaliyyə  sabitliyinin  təmin  edilməsinin  nəzəri-metodoloji  əsaslarının 
öyrənilməsi və ümumiləşdirilməsi;  
-  maliyyə  sabitliyinin  təmin  edilməsinin  və  pozulmasının  iqtisadi  inkişafa 
təsirini aşkara çıxarılması; 
- maliyyə sabitliyinin əsas göstəricilərinin müəyyən olunması; 
-  milli  iqtisadiyyatın  formalaşması  və  inkişafına  maliyyə  sabitliyinin  təsirinin 
qiymətləndirilməsi; 
-  maliyyə  siyasətinin  maliyyə  sabitliyinin  təmin  edilməsində  rolunu  müəyyən 
edilməsi; 
-  maliyyə  sabitliyi  ilə  xarici  iqtisadi  əlaqələrin  qarşılıqlı  əlaqəsini 
qiymətləndirilməsi; 
- maliyyə sabitliyi ilə iqtisadi artımın qarşılıqlı əlaqəsini qiymətləndirilməsi; 
- maliyyə sabitliyinin iqtisadi artıma təsiri mexanizmlərinin müəyyən edilməsi; 
- təklif və tövsiyyələr irəli sürmək üçün milli iqtisadiyyatın maliyyə sabitliyinin 
möhkəmləndirilməsi strategiyasını və taktikasını müəyyən edilməsi. 
Tədqiqatın  obyekti  və  predmeti.  Tədqiqatın  obyektini  Azərbaycan  milli 
iqtisadiyyatın formalaşması və inkişafına təsir edən maliyyə aspektləri; predmetini isə 
makromaliyyə  sabitliyinin  təmin  edilməsinin  prinsipləri  əsasında  onun 
xüsusiyyətlərini və qanunauyğunluqlarını tədqiq etməkdən ibarətdir . 
Tədqiqat  işinin  nəzəri-metodoloji  əsasları.  Tədqiqatın  nəzəri-metodoloji 
ə
saslarını  tədqiq  olunan  problem  üzrə  mövcud  olan  klassik,  neoklassik,  keynsçi, 
monetarist,  neoklassik  sintez  cərəyanların  nəzəri-elmi  müddəaları  təşkil  edir. 
Həmçinin  Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsinin  illik  statistik 
məcmuələri,  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankın    “Pul  siyasəti”  icmalları,  
Azərbaycan  Respublikasının  Mərkəzi  Bankın  “Maliyyə  sabitliyi”  icmalları, 
Azərbaycan  Respublikasının  2014-2017  illər  üzrə  iqtisadi  və  sosial  inkişaf 
konsepsiyası  və  proqnoz  göstəriciləri  ,  Vergilər  Nazirliyinin  ümumiləşdirilmiş  illik 



 
hesabatları,  maliyyə  sabitliyinin  təmin  edilməsi  bağlı  konkret  materiallar  və  elmi-
tədqiqat institutlarının tədqiqat işlərinin nəticələri, təklif və tövsiyyələri təşkil edir. 
Tədqiqat işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir. 
-  makromaliyyə  sabitliyinin  təmin  olunmasının  əsas  prinsiplərinin 
dəqiqləşdirilməsi; 
-  makromaliyyə  sabitliyi  göstəricilərinin  müəyyən  edilməsi  və  səviyyəsinin 
təhlil edilməsi; 
-  milli  iqtisadiyyatın  formalaşması  və  inkişafına  maliyyə  sabitliyinin  təsirinin 
qiymətləndirilməsi; 
-  büdcə-vergi  və  pul-kredit  siyasətinin  maliyyə  sabitliyinə  təsirinin 
qiymətləndirilməsi; 
- makromaliyyə sabitliyinin iqtisadi inkişafa təsirinin təhlil olunması; 
-  makromaliyyə  sabitliyinin  təmin  edilməsinin  əsas  istiqamətlərinin  müəyyən 
olunması; 
- milli iqtisadiyyatın  maliyyə sabitliyinin möhkəmləndirilməsinin strategiya və 
taktikasının müəyyən olunması. 
Tədqiqatın  nəzəri  və  praktiki  əhəmiyyəti.  Dissertasiya  ölkədə  maliyyə 
sabitliyinin  möhkəmləndirilməsi  üzrə  elmi  tədqiqat  işi  olmaqla    təklif  və 
tövsiyyələrin reallaşması ölkədə maliyyə sabitliyinin möhkəmlənməsində mühüm rol 
oynaya  bilər.  Dissertasiyanın  nəzəri-materialları  “Makroiqtisadiyyat”,  “Maliyyə”, 
“Azərbaycan  iqtisadiyyatı”  fənnlərinin  tədris  prosesində  mühazirə  materialı  kimi 
istifadə oluna bilər. 
Tədqiqatın  aqrobasiyası.  Dissertasiyanın  əsas  elmi  müddəaları  və  tədqiqat 
işindən irəli gələn təkliflər tezis şəklində Sumqayıt Dövlət Universitetinin hər il təşkil 
etdiyi magistratların respublika elmi konfransına təqdim edilmişdir.  
ş
in həcmi və quruluşu. Dissertasiya işi giriş, 3 fəsil, nəticədən ibarət olaraq 8 
paraqrafı, 100 ədəd iqtisadi ədəbiyyat siyahısını özündə cəmləşdirir. Dissertasiya işi 
114 səhifədən ibarətdir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə