Microsoft Word humbatova xadica docx


Azərbaycan Respublikasının



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

22 
 
Azərbaycan Respublikasının 
büdcə sistemi 
 
Azərbaycan 
Respublikasının 
Dövlət büdcəsi 
(mərkəzi büdcə
 
Naxçıvan MR-nın 
büdcəsi 
 
Yerli büdcələ
Respublika 
tabeçiliyində 
olan şəhərlərlərin 
büdcəsi 
 
Rayonların 
büdcələri 
 
 
Bələdiyyələrin 
büdcələri 
makromaliyyə  sabitliyinin  təmin  olunmasının  əsasını  təşkil  edir.  Büdcə  mexanizmi 
düzgün qurulduqda iqtisadi inkişafa nail olmaq olar. 
Aşağıdakı  şəkildə  Azərbaycan  Respublikasının  büdcə  sisteminin  quruluşu 
göstərilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dövlət  gəlirləri  dövlətin  və  dövlət  müəssisələrinin  sərəncamından  maliyyə 
resurslarının  formalaşdırılması  ilə  əlaqədar  olan  maliyyə  münasibətləridir.  Bəzi 
iqtisadçılar  haqlı  olaraq  qeyd  edirlər  ki,  dövlətin  mürəkkəb  büdcə  sistemi  vasitəsilə 
topladığı  və  bölüşdürdüyü  vəsaitlər  iqtisadi  artımın  səmərəliliyini  və  keyfiyyətini 
müəyyən edir [64]. 
Dövlət  büdcəsinin  gəlirlərinə  dövlət  vergiləri,  qrantlar,  digər  gəlirlər  aiddir. 
Büdcə  daxil  olmalarının  əsas  hissəsini  vergilər  təşkil  edir.  Dövlət  gəlirlərinin 
səfərbərliyə alınmasının metodları vergilər, istiqrazlar, kredit emissiyadır. 
Vergilər – dövlətin və bələdiyyələrin  fəaliyyətinin maliyyə təminatı məqsədi ilə 
vergi  ödəyicilərinin  mülkiyyətində  olan  pul  vəsaitlərinin  özgəninkiləşdirilməsi 
şə
klində  dövlət  büdcəsinə  və  yerli  büdcələrə  köçürülən  məcburi,  fərdi,  əvəzsiz 
ödənişlərdir.  Vergilər  dövlət  gəlirlərinin  səfərbərliyə  alınmasının  əsas  metodudur. 


23 
 
Dövlət  büdcəsi  gəlirlərinin  yığımı  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinə 
uyğun olaraq həyata keçirilir.   
Dövlət  gəlirlər  sistemində  öz  fiskal  əhəmiyyətinə  görə  mühüm  yeri  dövlət 
istiqrazları  tutur.  Dövlət  istiqrazlarıdan  təkcə  büdcə  kəsirinin  aradan  qaldırılması 
üçün deyil, həmçinin müxtəlif kapital məsrəflərinin, xüsusən də iqtisadiyyatın dövlət 
bölməsində investisiya layihələrinin həyata keçirilməsinin təmin edilməsində istifadə 
edilir.  Vergilərlə  dövlət  istiqrazları  arasında  sıx  əlaqə  mövcuddur.  Bu  əlaqə  onunla 
müəyyən olunur ki, istiqrazların ödənilməsinin maliyyə bazasını vergilər təşkil edir. 
Dövlət  gəlirlərinin  səfərbərliyə  alınmasının  metodlarından  biri  də  kredit 
emissiyası  metodudur.  Emissiyaya  dövlət  yalnız  vergi  və  istiqrazlar  üzrə 
daxilolamalar  dövlət  xərclərini  təmin  edə  bilmədikdə  əl  atır.  Büdcə  kəsirlərinin 
maliyyələşməsində emissiyaya ağırlıq verilməsi inflyasiyanı artırır. [31, səh.72] 
Dövlət büdcəsinin xərclərinə isə daxildir: cari xərclər, o cümlədən əmək haqqı, 
ə
mək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın 
alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və 
cari  köçürmələr,    əsaslı  xərclər,  o  cümlədən  əsas  vəsaitlərin  alınması,  kapital 
qoyuluşları və səhmlərin alınması, kreditlər üzrə borclara, faizlərə xidmət xərcləri və 
layihələrdə pay iştirakı. 
Makromaliyyə  sabitliyinin  təmin  edilməsində  dövlət  borclarının  düzgün  idarə 
edilməsi  vacib  amillərdəndir.  Dövlət  borcu  -  müvafiq  xərclərin  maliyyələşdirilməsi 
üçün  dövlət  zəmanəti  ilə  alınan  və  dövlətin  öhdəliyi  əsasında  müəyyən edilmiş 
müddətlərdə qaytarılması nəzərdə tutulan maliyyə vəsaitidir.  
Büdcə  ili  ərzində  alınan  dövlət  borcunun  məbləği,  onun  istifadəsi  və  dövlət 
borcuna xidmət göstərilməsi ilə bağlı xərclər dövlət büdcəsində əks etdirilir. Dövlət 
borcu üzrə xidmətlər (əsas borc və faiz) büdcə gəlirlərinin həcmindən və ayırmaların 
səviyyəsindən asılı olmayaraq tam və vaxtında həyata keçirilməlidir . 
Dövlət borcunun bir sıra səbəbləri ola bilər: fövqəladə xərclərin təmin edilməsi 
üçün  borclanma;  təbii  fəlakət,  müharibə  ilə  əlaqədar  borclanma;  büdcə  gəlir  və 
xərclərinin 
tarazlaşdırlması 
ilə 
ə
laqədar 
borclanma; 
investisiyaların 


24 
 
maliyyələşdirilməsi  üçün  borclanma;  borc  ödəmək  məqsədi  ilə  yenidən 
borclanma[16].  
Dövlət  borcunun  əsas  yaranma  səbəbi  dövlət  gəlirlərinə  nisbətən  xərclərin  çox 
olmasıdır. 
Dövlət  borcu  2  yerə  bölünür:  daxili  və  xarici.  Daxili  borc  -  bir  qayda  olaraq, 
dövlət qiymətli kağızlarının emissiyası və satışı yolu ilə müəssisələrin, təşkilatların və 
ə
halinin pul vəsaitlərinin dövlət proqramlarının reallaşdırılması üçün müvəqqəti cəlb 
edilməsindən yaranan  və  ölkənin  milli  valyutasında  ortaya  çıxan  öhdəlikdir.  Daxili 
borc  dövlət  proqramlarının  və  sifarişlərinin  həyata  keçirilməsi  zamanı  əhalidən  və 
müəssisələrdən vəsaitlərin cəlb olunması ilə əlaqədar yaranır.  
Dövlət  xarici  borcu  -  dövlətin  maliyyə  öhdəlikləri  zamanı  ortaya  çıxan,  xarici 
mənbələrdən  (xarici  dövlətlərdən,  xarici  hüquqi  şəxslərdən  və  beynəlxalq  maliyyə 
təşkilatlarından) hökumətin adından və yaxud onun zəmanəti ilə cəlb edilmiş borcdur. 
Dövlət  borcunun  idarə  edilməsi  –  dövlət  tərəfindən  uyğun  borc  mənbələrinin 
tapılması,  cəlb  edilmiş  vəsaitlərin  səmərəli  istifadə  olunması,  borcun  qaytarılması 
məqsədilə pul fondlarının səfərbər edilməsi və son nəticədə qaytarılmasından ibarət 
tədbirlər kompleksidir. 
Sabitliyin  müəyyənləşdirilməsi  mövqeyindən  mərkəzi  hökumət  üçün    ödəniş 
qabiliyyətinə  vaxtarası  büdcə  məhdudiyyəti  müstəvisində  baxmaq  lazımdır. 
Hökumətin  proqnozlaşdırılan  ödənişləri  (cari  kütləvi  borc,  və  gələcək  xərclərinn 
diskont  məbləği)  gələcək gəlirlərin diskont dəyəri ilə təmin edilməlidir.  
Dövlət  maliyyə  sabitliyinin  təmin  olunmasında  məhdud  və  ya  qeyri-  məhdud 
vaxt cəhətdən iki indikatordan  istifadə  olunur:   S1  və  S2  indikatoru.  S1 göstərir ki, 
ilkin  balansın  strukturunun  uzunmüddətli  korreksiyası  -vergilərin  artırılması  və  ya 
xərclərin  azadılması  yolu  ilə  müəyyən  edilmiş  vaxtda  qəbul  edilmiş  yüksəkliklərə 
nail  olunmasını  tələb  edir.  S2  indikatoru  üçün    qeyri  -məhdud  vaxt  müəyyən 
olunmamış    vaxtarası  büdcə  tənzimlənməsi  uçotu  nəzərdə  tutulur.  Hesab  olunur  ki, 
S2  indikatoru  daha  dəqiqdir  və  buna  görə  də,  o,    büdcə  nəzarətində  daha  geniş 
istifadə olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə