Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
  1   2   3   4   5   6   7   8   9   ...   36



 
AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  
AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  
MAG STRATURA MƏRKƏZ  
 
Ə
lyazması hüququnda 
 
 
 
Xədicə Hümbətova Dadaş qızı 
(MAG STRANTIN A.S.A) 
 
 
“Milli iqtisadiyyatın maliyyə sabitliyinin 
 
təmin olunmasının prinsipləri” mövzusunda 
 
 
 
 
MAG STR D SSERTAS YASI 
 
 
 
xtisasın şifri və adı: 060404 “ qtisadi nəzəriyyə” 
 
 
xtisaslaşma:  qtisadiyyat 
      
 
Elmi rəhbər:                                          Magistr proqramının rəhbəri: 
__________________                            __________________________ 
 Kafedra müdiri:    
__________________ 
 
 
 
BAKI  - 2015 
 



 
                                          MÜNDƏR CAT 
 
 
G R Ş---------------------------------------------------------------------------------------3 
I FƏS L. Maliyyə sabitliyinin təmin olunmasının nəzəri və metodoloji 
ə
saslari-------------------------------------------------------------------------------

1.1. Maliyyə sabitliyinin təmin olunmasının konseptual əsasları-------------------7 
1.2. Maliyyə sisteminin sabitliyinin təmin edilməsi şərtləri və prinsipləri-------19 
1.3. Maliyyə sabitliyinin formalaşmasının hüquqi-iqtisadi əsasları---------------29 
II  FƏS L.  Müstəqil  milli  iqtisadiyyatın  formalaşması  və  inkişafına 
maliyyə sabitliyinin təsirinin qiymətləndirilməsi--------------------------
41 
2.1. Milli iqtisadiyyatın formalaşması və inkişafında maliyyə siyasətinin rolu-41 
2.2.  Makromaliyyə  sabitliyinin  təmin  olunmasında  xarici  iqtisadi  fəaliyyətin 
qiymətləndirilməsi-----------------------------------------------------------------------------58 
2.3.  qtisadi artımla makromaliyyə sabitliyinin qarşılıqlı əlaqəsi-----------------73 
III FƏS L. Azərbaycanda maliyyə sabitliyinin möhkəmləndirilməsinin 
ə
sas istiqamətləri-----------------------------------------------------------------
84 
3.1.  Büdcə-vergi  siyasətinin  təkmilləşdirilməsi  makromaliyyə  sabitliyin 
dayanıqlığının təmin olunmasında proiritet istiqamət kimi ------------------------------84 
3.2. Milli iqtisadiyyatın sabitliyinin möhkəmləndirilməsində pul –kredit  siyasəti 
alətlərinin təsirinin gücləndirilməsi ---------------------------------------------------------94 
NƏT CƏ VƏ TƏKL FLƏR--------------------------------------------------------102 
Ə
DƏB YYAT S YAHISI------------------------------------------------------------106 
 
 
 
 
 



 
                                                   G R Ş 
 
Mövzunun  aktuallığı. Makromaliyyə sabitliyi makroiqtisadi sabitliyin mühüm 
tərkib  hissəsidir.  Makroiqtisadi  sabitlik  dedikdə    məcmu  tələblə  məcmu  təklif  
arasında,  cəmiyyətdə  gedən  iqtisadi  proseslər,  istehsalçılarla  istehlakçılar  arasında 
proporsiyaların  qorunması  prosesi  başa  düşülür.  Makromaliyyə  sabitliyi  dedikdə 
maliyyə sisteminin komponentlərinin sabit fəaliyyəti başa düşülür.   
Öz  milli  iqtisadiyyatını  qurmaq  istəyən  hər  bir  ölkə  üçün  maliyyə  sabitliyinin 
təmin  edilməsi  və  qorunub  saxlanması  vacib  hesab  olunan  məsələlərdəndir. 
Makromaliyyə sabitliyinə dövlətin iqtisadi funksiyalarının icra olunması  mexanizmi 
kimi  də  baxmaq  olar.  Çünki,  dövlət  iqtisadi  proseslərə  təsiri  maliyyə  vasitəsi  ilə 
həyata keçirir. 
stənilən  ölkənin  iqtisadi  –siyasi  vəziyyətini  qiymətləndirmək  üçün  ilk  öncə 
onun  iqtisadi  artım  göstəricilərinə,  həyat  səviyyəsinə  baxılır.  Dayanıqlı  və  tarazlı 
iqtisadiyyatın  formalaşması,  davamlı  iqtisadi  inkişafın  təmin  edilməsi,  ölkə 
iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası üçün ölkədə  maliyyə sabitliyinin 
təmin edilməsi vacibdir.  Davamlı iqtisadi inkişaf isə cəmiyyətin inkişafıdır. Belə ki, 
dövlət  maliyyə  sabitliyini  təmin  etməklə  iqtisadi  inkişafa  təkan  verərək,  əhalinin 
həyat  səviyyəsinin  yaxşılaşmasına  şərait  yaradır.  Ona  görə  də  makromaliyyə 
sabitliyini öyrənmək mühüm elmi əhəmiyyət kəsb edir.  
Milli  iqtisadiyyatın  maliyyə  sabitliyinin  təmin  edilməsinin  bəzi  prinsipləri 
vardır.  Bu  prinsiplər  aşkara  çıxarılmalı,  geniş  şəkildə  ayrı-ayrılıqda  öyrənilməli, 
araşdırılmalıdır.  Çünki,  bu  prinsipləri  müəyyən  etmədən  maliyyə  sabitliyini  təmin 
etmək  olmaz.  Bu  baxımdan  müasir  şəraitdə  milli  iqtisadiyyatın  maliyyə  sabitliyi 
təmin edilməsinin prinsiplərini tədqiq etmək olduqca aktualdır.  
Problemin  öyrənilmə  səviyyəsi.  Müasir  şəraitdə  bazar  iqtisadi  sisteminə 
keçidlə  əlaqədar  olaraq  iqtisadi  nəzəriyyənin  predmetinə  və  metodoloji  baxımdan 
tədqiqat obyektinə tarazlıq probleminin daxil edilib öyrənilməsi mühüm elmi, nəzəri 
və praktiki problemlərdən biri hesab edilməlidir.   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə