Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   2   3   4   5   6   7   8   9   10   ...   36

19 
 
1.2 Maliyyə sisteminin sabitliyinin təmin edilməsi şərtləri və prinsipləri 
 
Maliyyə  sistemi  dövlət  və  təsərrüfat  subyektlərinin  maliyyəsinin  məcmusu, 
yaxud banklar, təsərrüfat subyektlərinin maliyyəsi, siğorta, dövlət maliyyəsi və fiziki 
şə
xslərin maliyyəsinin məcmusu kimi xarakterizə edilir.  
Pul  vəsaiti  fondlarının  yaradılması  və  istifadəsi  qaydasından  asılı  olaraq  
maliyyə  sistemi  iki  yerə  ayrılır:  Ümumdövlət  maliyyəsi,  müəssisə  və  təşkilatların 
maliyyəsi. Maliyyə sistemi geniş mənada özünə habelə kredit-bank sistemini də daxil 
edir.  Bu  bölmənin  hər  biri  təşkilati  struktura  malik  olmaqla  bir  neçə  həlqədən 
ibarətdir [31, səh 33]. 
Birinci bölmənin – dövlət  maliyyəsinin  həlqələri mərkəzləşdirilmiş  maliyyəyə 
aiddir  və  makro  səviyyədə  iqtisadiyyatı  və  maliyyə-bölgü  münasibətlərini 
tənzimləmək üçün istifadə edilir. 
kinci  bölmə  müəssisə  və  təşkilatların  maliyyəsini  qeyri-mərkəzləşdirilmiş 
maliyyəni  əhatə  edir  və  mikro  səviyyədə  iqtisadiyyatı,  sosial    münasibətləri 
tənzimləmək və stimullaşdırmaq üçün istifadə edilir. 
Kredit –  bank  sferası  ölkənin banklarında  və  digər kredit  idarələrdən ibarətdir. 
Ölkənin maliyyə  sisteminə maliyyə fəaliyyətini həyata keçirən və tənzimləyən dövlət 
maliyyə institutlarıda aiddir. 
Maliyyə sisteminin əsas tərkib hissəsi dövlət maliyyəsidir. Dövlət maliyyəsinin 
iqtisadi inkişafdakı rolu iqtisadiyyatın sabitləşdirilməsidir. Makromaliyyə sabitliyinin 
təmin edilməsində dövlət maliyyə sabitliyi mühüm rol oynayır.  Dövlət maliyyəsinin 
sabitliyinin təmin edilməsinə nəzarət Maliyyyə Nazirliyi tərəfindən həyata keçirilir. 
Dövlət  maliyyəsi  -  milli  sərvətin  və  ictimai  məhsulun  dəyərinin  bölgüsü  və 
yenidən bölgüsü  ilə əlaqədar olaraq  dövlətin və dövlət müəssisələrinin maliyyə re-
surslarının  formalaşdırılması  və  istehsalın  təmin  edilməsi,  genişləndirilməsi,  sosial-
mədəni  ehtiyaclarını  ödəyən,  ölkənin  müdafiəsi  və  idarəedilməsi  tələbatlarının 
ödənilməsi məqsədilə yaranan pul münasibətləridir.  


20 
 
Dövlət maliyyəsinin əsas prinsipləri bunlardır: qanunverici və normativ bazanın 
vahidliyi;  məqsədli  istiqamətlənmə;  qənaətcillik  və  rasionallıq;  məqsədlərin 
reallaşdırılmasına elmi yanaşma; maliyyə axınlarının mərkəzləşdirilmiş əsasda idarə 
edilməsi. 
Ölkənin müxtəlif  inkişaf dövrlərində dövlət maliyyəsinin müxtəlif səviyyələrdə 
ola  bilər:  sabit  və  qeyri  -sabit  vəziyyəti.  Sabit  və  qeyri  -sabit  dövlət  maliyyəsinin 
vəziyyətinin  qiymətləndirilməsi  və  onun  təmin  edilməsi  üzrə  tədbirlərin  təyin 
edilməsi bir neçə mərhələyə bölmək olar: 
a)  Dövlət  maliyyəsinin  hər  bir  tərkib  hissəsinin,  məhz  aşağıdakı  sektorların 
qiymətləndirilməsi:  dövlət  büdcəsi;  büdcədənkənar  fondlar;  dövlət  krediti;  dövlət 
siğorta fondları; bələdiyyə maliyyəsi 
b)  Ümumilikdə,  dövlət  maliyyəsinin  vəziyyətini  əks  etdirən  inteqral 
göstəricilərin müəyyən olunması; 
c) Müəyyən dövrlər ərzində dövlət maliyyəsinin indikatorlarının dinamikasının 
monitorinqinin həyata keçirilməsi; 
d)  Belə  indikatorların  cari,  orta  və  uzunmüddətli  dövrlərdə  dinamikasının 
qiymətləndirilməsi və dövlət maliyyəsinin ümumi vəziyyətinin müəyyən olunması; 
e) Həm cari, həm də gələcək dövrlərdə  dövlət maliyyəsinin sabitliyinin təmini 
üzrə tədbirləriin əsaslandırılması. 
Dövlət  maliyyəsinin  sabitliyini  nəzərdən  keçirərkən,  bir  tərəfdən  dövlət 
xərclərinin və kreditləşmə əməliyyatlarının həcmi və strukturunun müəyyən edilməsi, 
digər tərəfdən onların həm gəlir, həm də borc şəklində cəlb olunmuş resurslarla təmin 
edilməsi  nəzərdə  tutulur.  Həmçinin  dövlət  əmlakının  satışı,  dövlət  idarəetmə 
orqanları  tərəfindən  banklarda  yerləşdirilmiş  depozitlərin  geri  çağırılması,  ehtiyat 
fondlarının  vəsaitlərindən  istifadə  nəticəsində  resursların  cəlb  olunması  imkanlarını 
nəzərə almaq lazımdır. Əvvəlki dövrlərdə dövlətin borclarının ödənilməsi və xidmət 
göstərilməsinə  yönəlmiş  ödənişlərin  həcm  və  strukturunu  nəzərə  almaq 
məqsədəuyğundur. 


21 
 
Dövlət  maliyyəsinin  əsas  hissəsini  dövlət  büdcəsi  təşkil  edir.  Dövlət  büdcəsi 
Azərbaycan  Respublikasının  müvafiq  dövlət  hakimiyyəti  və  özünüidarəetmə 
hakimiyyəti  və  orqanları  vasitəsilə  dövlətə  məxsus  vəzifə  və  funksiyaları  yerinə 
yetirmək üçün lazım olan pul vəsaitlərin yığılması və istifadə olunması üçün dövlətin 
ə
n mühüm maliyyə sənədidir.  
Dövlət  büdcəsi  ümumdövlət  ehtiyaclarının  təmin  olunmasına,  elmi-texniki 
tərəqqinin  sürətlənməsi  zərurəti  ilə  əlaqədar  istehsalın  genişləndirilməsinin  həyata 
keçirilməsi,  iqtisadiyyatın  ərazi  və  sahə  strukturunda  nəzərdə  tutulan  irəliləyişləri 
təmin  etmək,  dövlət  miqyasında  ehtiyat  fondunun  yaradılması,  dövlət  idarəetmə  və 
inzibati  orqanların  saxlanılması,  sosial  təminat  və  sosial  siğorta  ehtiyaclarının 
ödənilməsi,  elm,  təhsil,  maarif,  səhiyyə,  müdafiə  xərclərinin  təmin  edilməsi  üçün 
mərkəzləşdirilmiş pul vəsaiti fondudur.  
S.S.Nosovaya  görə  dövlət  büdcəsinə  nailiyyətlər  və  makroiqtisadi  sabitliyin 
təmin olunması aləti kimi baxmaq lazımdır[65, səh, 377]. 
 Azərbaycan  Respublikasının  büdcə  sisteminin  fəaliyyət  prinsipləri  bunlardır 
büdcə  sisteminin  vahidliyi;  büdcə  sistemi  səviyyələri  arasında  gəlir  və  xərclərin 
bölgüsü;  müxtəlif  səviyyəli  büdcələrin  müstəqilliyi;  büdcənin  balanslaşdırılması; 
aşkarlıq və büdcənin həqiqilik; büdcə vəsaitlərindən istifadənin məqsədi və ünvanı. 
Azərbaycan  Respublikasının  dövlət  büdcəsinin  məqsədi  ölkənin  iqtisadi,  sosial 
və  digər  strateji  proqramların  həyata  keçirilməsi  və  dövlətin  vəzifələrinin  yerinə 
yetirilməsi  üçün    qanunvericilikdə  müəyyən  olunmuş  qaydada  maliyyə  vəsaitinin 
toplanmasını  və  istifadəsini  təmin  etməkdən  ibarətdir.  Respublikamızda  maliyyə-
büdcə siyasəti üzrə bütün qanunvericilik hüquqları Milli Məclisin sərəncamındadır.  
Dövlət  büdcə  sistemindən  istifadə  etməklə  milli  gəlirin  yaradılması  və  ilkin 
bölgüsü  prosesində  əmələ  gələn  nisbətləri  dəyişdirir,  onun  sahələr  və    ərazilər 
arasında yenidən bölgüsünü təşkil edir [33. səh.24-25] 
Dövlət  büdcəsi  həm  də  iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  ən  mühüm 
vasitələrindən  biridir.  Belə  ki,  dövlət  büdcəsinin  tarazılığı  iqtisadiyyatın  özünün 
tarazlığını  müəyyən  edən  başlıca  və  ən  mühüm  amilidir.  Büdcə  tarazlığı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə