Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

34 
 
tədiyyələr,  cərimə  və  sanksiyalar  üzrə  daxil  olmalar  və  vergi  olmayan  sair  daxil 
olmalardır. 
Bundan  başqa  büdcə  gəlirlərinin  formalaşmasında  əsaslı  gəlirlər  də  yaxından 
iştirak  edir.  Əsaslı  gəlirlər  -  əsaslı  vəsaitlərin  özəlləşdirilməsi,  dövlətin  maddi 
ehtiyatlarının  satışından,  torpağın  və  qeyri-maddi  aktivlərin  satışından  daxil 
olmalardır. 
Rəsmi qaydada alınan vəsaitlərin(transfertlər) cuzi də olsa payı vardır.   Rəsmi 
qaydada alınan vəsaitlər(trnsfertlər) -   xaricdən alınan və digər səviyyəli büdcələrdən 
alınan vəsaitlərdir. 
Dövlət büdcəsinin xərclərinə isə daxildir: cari xərclər, o cümlədən əmək haqqı, 
ə
mək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın 
alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və 
cari  köçürmələr,  əsaslı  xərclər,  o  cümlədən  əsas  vəsaitlərin  alınması,  kapital 
qoyuluşları və səhmlərin alınması, kreditlər üzrə borclara, faizlərə xidmət xərcləri və 
layihələrdə pay iştirakı. 
Hər il dövlət büdcəsi haqqında qanun qəbul edilir. Azərbaycan Respublikasının 
2015-ci  il  dövlət  büdcəsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  28  noyabr 
2014-cü ildə qəbul edilmişdir və 2015-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. 
Bu  qanuna  görə  Azərbaycan  Respublikasının  2015-ci  il  dövlət  büdcəsinin 
gəlirləri 19438 mln manat, xərcləri 21 100 mln manat məbləğində təsdiq edilmişdir.  
Azərbaycan  Respublikasının  2015-ci  il  dövlət  büdcəsi  haqqında  Azərbaycan 
Respublikasının  Qanununa  görə  Azərbaycan  Respublikasının  2015-ci  il  üzrə  daxili 
dövlət  borclanmasının  yuxarı  həddi  (limiti)  1  500  000,0  min  manat,  xarici  dövlət 
borclanmasının yuxarı həddi (limiti) 1 500 000,0 min manat təsdiq edilmişdir. 
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 662 000,0 min manat məbləğində təsdiq 
edilmişdir.  Onun  maliyyələşdirilməsi  özəlləşdirmədən,  qiymətli  kağızların 
yerləşdirilməsindən  daxilolmalar,  xarici  qrantlar  və  2015-ci  ilin  1  yanvar  tarixinə 
dövlət  büdcəsinin  vahid  xəzinə  hesabının  qalığı  hesabına  həyata  keçirilməsi  qərara 
alınmışdır. 


35 
 
Respublikamızda  maliyyə  sabitliyinin  bərqərar  olması  və  möhkəmləndirilməsi 
yönündə  aparılan  tədbirlər  sırasında  valyuta  tənzimlənməsi  istiqamətində  aparılan  
işləri xüsusi qeyd etmək lazımdır. 
Azərbaycan  Respublikasında  valyuta  tənzimlənməsi  sahəsində  qanunvericilik 
aktları hələ islahatların başlandığı dövrlərdə qəbul edilmişdir.  
Azərbaycan  Respublikasında  valyuta  tənzimlənməsinin  hüquqi  bazasınıı 
Azərbaycan  Respublikasının  Konstitusiyası,  Azərbaycan  Respublikasının  Valyuta 
Tənzimlənməsi  haqqında  Qanunu,  Azərbaycan  Respublikasının  Mərkəzi  Bank 
haqqında Qanunu, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və digər müvafiq 
normativ aktlar təşkil edir. 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  19-cu  Maddəsinə  əsasən 
Azərbaycan  Respublikasının  pul  vahidi  manatdır.  Bundan  əlavə  həmin  maddənin 
ikinci  bəndində  göstərir  ki,  pul  nişanlarının  tədavülə  buraxılması  və  tədavüldən 
çıxarılması  hüquqi  yalnız  Mərkəzi  Banka  mənsubdur.  Eyni  maddənin  üçünçü 
bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisində manatdan başqa 
pul  vahidlərinin  ödəniş  vasitəsi  kimi  işlənməsi  qadağandır.  Azərbaycan 
Respublikasının  ərazisi  vahid  valyuta  ərazisidir  və  bu  ərazidə  milli  valyuta  alıcılıq 
qabiliyyəti möhkəmləndirilməsini təmin edən valyuta siyasəti yeridilir.  
“Valyuta  tənzimi  haqqında  ”  Azərbaycan  Respublikasının  Qanunu  21oktyabr 
1994-cü  ildə  qəbul  edilmişdir.  Bu  qanun  ilə  dövlət    Azərbaycan  Respublikasında 
valyuta  əməliyyatlarının  həyata  keçirilməsi  prinsiplərini, valyuta  tənzimi  və  valyuta 
nəzarəti  orqanların  səlahiyyətlərini  və  funksiyalarını  tənzimləyir.  Bundan  əlavə 
hüquqi  və  fiziki  şəxslərin  valyuta  sərvətlərinə  sahib  olmaq,  bu  sərvətlərdən  istifadə 
etmək  və  onlar  barəsində  sərəncam  vermək  sahəsində  hüquqlarını  və  vəzifələrini 
təsbit edir. Eyni zamanda valyuta tənzimi haqqında qanun valyuta qanunvericiliyinin 
pozulmasına görə məsuliyyəti də müəyyən edir.  
Bu qanun 3 fəsildən və 19 maddədən ibarətdir. Birinci maddə əsas anlayışların 
müəyyənləşməsinə  həsr  olunmuşdur.  Burada  milli  valyuta,  milli  valyutada  qiymətli 
kağızlar,  xarici  valyuta,  valyuta  sərvətləri,  rezidentlər,  qeyri-rezidentlər,  müvəkkil 


36 
 
banklar  anlayışları  müəyyən  edilmişdir.  Bundan  əlavə  valyuta  əməliyyatları,  cari 
valyuta  əməliyyatları,  kapital  hərəkəti  ilə  bağlı  valyuta  əməliyyatları  öz  əksini 
tapmışdır.  
“Azərbaycan  Respublikasının  Valyuta  Tənzimlənməsi  haqqında  Qanunu”  nda 
xarici  valyuta  sərvətləri  ilə  aparılan  əməliyyatlar  cari  və  kapitalın  hərəkəti  ilə  bağlı 
valyuta əməliyatlarına bölünür. Azərbaycan Respublikasının valyuta qanunvericiliyə 
görə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən arıtq müddətdə 
ödəniş  möhlətinin  verilməsi  və  alınması  kapital  hərəkəti  ilə  bağlı  valyuta 
ə
məliyyatlarına aid edilir. 
Qeyd  etmək  lazımdır  ki,  valyuta  əməliyyatları  valyuta  sərvətlərinə  mülkiyyət 
hüququnun  və  digər  hüquqların  keçməsi  ilə  əlaqədar  əməliyyatlar,  o  cümlədən, 
ödəniş  vasitəsi  kimi  xarici  valyutadan  və  xarici  valyutada  ödəniş  sənədlərindən 
istifadə  edilməsinə  deyilir.  Bundan  əlavə  valyuta  əməliyyatlarına  valyuta 
sərvətlərinin ölkəyə gətirilməsi və göndərilməsi, eləcə də çıxarılması və göndərilməsi 
daxil edilir.  
Qeyd  edək  ki,  valyuta  qanunvericiliyinə  görə  rezidentlər  arasında  milli  valyuta 
ilə  hesablaşmalar  heç  bir  məhdudiyyət  qoyulmadan  aparılır.  Qeyri-rezidentlər 
tərəfindən  milli  valyutanın  əldə  edilməsi  və  ondan  istifadə  edilməsi  qaydaları  isə  
özünün  normativləri  ilə  müəyyən  edir.  Müvəkkil  bankların  iştirakı  olmadan  xarici 
valyutanın alqı- satqısına icazə verilmir. Eyni zamanda Milli manatın sabitliyini təmin 
etmək  məqsədi  ilə  valyuta  bazarında  valyuta  intervensiyaları  edə  bilər  və  satış 
məzənnəsinin  alış  məzənnəsindən  kanarlaşmalarına  -  marjalara  hədd  qoya  bilər.  Bu 
marja Mərkəzi Bankın müvafiq normativi ilə tənzimlənir. 
Valyuta  məhdudiyyətlərinə  gəldikdə  göstərmək  lazımdır  ki,  bu  qanuna  görə 
hüquqi  şəxs  olan  rezidentlər  tərəfindən  cari  valyuta  əməliyyatlarının  həyata 
keçirilməsi üzrə heç bir məhdudiyyət qoyulmur. Fiziki şəxs olan rezidentlər tərəfindən 
Azarbaycan Respublikasının ərazisinə gətirilən valyuta sərvətlərinin xarici dövlətlərin 
mərkəzi  banklarının  və  ya  digər  maliyyə  idarələrinin  hesablarında  Mərkəzi  Bankın 
sərbəst  dönərli  xarici  valyutada  saxladığı  vəsaitlər;  məbləği  50  min  ABŞ  dolları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə