Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   2   3   4   5   6   7   8   9   ...   36

13 
 
ə
mtəə  və  xidmət  alır.  Seyə  görə  tələb  və  təklif  həmişə  tarazlaşır,  ifrat  istehsal 
mümkün deyil.  Makro səviyyədə   ∑əmtəə dəyərləri=∑məcmu gəlirlərinə 
Sey  tarazlığının  çatışmazlığı  makro  səviyyədə  bu  bərabərliyinin  bir  xülya 
olmasıdır. [ 25, səh.101] 
A.Marşall sabit və yaxud müvazinatlı elə qiymətin olmasını göstərirdi ki, o tələb 
və təklif üst-üstə düşdüyü nöqtə ilə tuş gəlsin. Tələb və təklifin müvazinatına xüsusi 
ə
həmiyyət  verən  Marşall  göstərirdi  ki,  onların  kəmiyyətlərinin  dəyişilməsi  qiymət 
problemindən asılıdır[30, səh323]. Qiymətin miqyasının dəyişilməsini isə o iki amillə 
"son faydalılıqla" və "istehsal xərcləri" ilə əlaqələndirir.  
Ümumi  iqtisadi  tarazlıq  haqında  ilk  konsepsiyanı  M.Valras  yaratmışdır. 
M.Valrasın  yaratdığı  iqtisadi  tarazlıq  barədə  olan  riyazi  modeli  abstrakt  xarakter 
daşıyır.  qtisadi tarazlıq haqqında yaradılan M.Valrasın abstrakt-riyazi modeli məhsul 
istehsalının bütün çeşidlərini özündə əks etdirir, hər bir əmtəə üzrə tələb və təklifin 
bərabərliyi  bütün  əmtəələrin  qiymət  funksiyası  əsasında  müəyyən  olunur.  Nəticə 
etibarilə  əmtəələrin  miqdarı  ilə  onların  qiyməti  arasında  olan  qarşılıqlı  təsir 
nəticəsində tələb və təklif bərabərləşir. Siyasi iqtisad elmində M.Valrasın bu modelini 
təkmilləşdirmək  üçün  bir  neçə  cəhdlər  həyata  keçirilmişdir.  M.Valrasın  modelinin 
təkmilləşdirilmiş  variantını  Xiks-Allen  yaratmışlar  ki,  ümumi  tarazlığı  burada  üç 
qrup  tənlik  sistemi  müəyyən  edir:  Birinci  tənlikdə  hər  bir  istehlakçının  gəlirinin 
məhdud  kəmiyyət  daxilində  onun  maksimum  fayda  əldə  etməsi  işıqlandırılır.  kinci 
tənlikdə istehsal olunan məhsulun miqdarının və xarakterinin məhdudluğundan asılı 
olaraq  hər  bir  sahibkarın  maksimum  mənfəət  əldə  etməsi  şərh  edilir.  Üçüncüdə  isə 
ə
mtəələrin  bütün  çeşidləri  üzrə  tələb  və  təklifin  bərabərləşməsi  əsasında  mənfəətin 
satış və alış qiyməti arasında olan fərq kimi formalaşması ifadə olunur.  
C.Klarkın  fikrinə  görə  müvazinətliyi  təmin  etmək  məqsədi  ilə  qiymət 
mexanizmindən  istifadə  edilməlidir.  Müvazinatın  pozulması  səbəblərini,  eləcə  də 
onun  bərpa  olunması  imkanlarını  siyasi  iqtisadın  statik  qanunlarında  görən  Klark 
göstərirdi  ki,  dinamika  statik  vəziyyətin  davamıdır.  Beləliklə  də,  o  göstərirdi  ki, 


14 
 
müvazinatın  statik  vəziyyətdə  baş  verməsi  səbəblərini  izah  etməkdən  ötəri,mütləq 
iqtisadi dinamikanı təhlil etmək lazımdır[30, səh.349]. 
Qiymət  mexanizmi  vasitəsilə  ayrı-ayrı  əmtəələr  üzərində  həm  makro,  həm  də 
mikroiqtisadi  səviyyədə  tələb  və  təklif  arasında  müvazinətliyi  təmin  etmək  olar. 
Lakin  onu  qeyd  edək  ki,  makro  və  mikro  səviyyədə  müvazinətliyin  təmin 
olunmasının  şəraiti  və  metodu  eyni  deyildir.  Çünki,  makroiqtisadi  səviyyədə 
müvazinətliyinin  təmin  olunması  xeyli  ziddiyyətli  və  mürəkkəb  prosesdir.  Belə  bir 
cəhəti  də  qeyd  edək  ki,  iqtisadiyyatda  ümumi  müvazinətliyin  təmin  olunmasında 
bazar  müvazinətliyi  və  eyni  zamanda  bütün  bazarlarda  olan  tələb  və  təklif  arasında 
olan müvazinətlik mühüm rol oynayır.  
C.Keyns  kapitalist  iqtisadiyyatının  xronoloji  qeyri-müvazinətli  vəziyyətini 
nəzərə  alaraq  makroiqtisadi  sabitliyin  təmin  edilməsi  üçün  dövlət  tənzimlənməsi 
ideyasını irəli sürmüşdür. Keynsin ideyaları 1936-ci ildə nəşr olunmuş “Məşğulluğun, 
faizin və pulun ümumi nəzəriyyələri” əsərində öz əksini tapmışdır. 1929-33-cü illər 
böyük  böhranlar,  depressiya  illəri  adlanır.  Böyük  depressiya  dövründə  Keynsin 
fikirlərinin  mühüm  rolu  olmuşdur.  Həmin  illərdə  əmək  qabiliyyətinə  malik  olan 
işsizlərin  sayı  25  %  təşkil  edirdi.  stehsal  gücü  isə  50%  aşağı  enmişdi.  Belə  bir 
şə
raitdə məcmu tələbin artması  arzu olunan proses idi. Keyns ümumi sabitliyə nail 
olunmasında məşğulluq, gəlir, tələbi əlaqələndirmişdir.  ngilis iqtisadçısı C.Keynsin 
fikrinə  görə,  vergilər  cəmiyyətdə  əsasən  iqtisadi  münasibətləri  tənzimləmək  üçün 
mövcuddur[63]. 
Klassik  və  neoklassik  məktəbin  nümayəndələri iddia  edirlər  ki,  məcmu  tələbin 
və  məcmu  təklifin  tənzimlənməsinə  dövlətin  heç  bir  əhəmiyyəti  yoxdur.  Bu  onunla 
ə
laqədar idi ki, bazar iqtisadiyyatı öz-özünə tənzimlənən iqtisadiyyatdır. Klassiklərin 
və  neoklassiklərin  fikrincə  bazar  iqtisadiyyatıının  öz-özünə  tənzimlənməsində 
qiymətlər,  əmək  haqqı,  faiz  norması  mühüm  rol  oynayır.  Guya  bu  rıçaqlar  rəqabət 
şə
raitində  tələb  və  təklifi  əmətə,  resurs  və  pul  bazarında  bir-birinə  uyğunlaşdırır. 
Bunun  da  nəticəsində  elə  bir  şərait  yaranır  ki,  guya  resurslardan  tam  mənası  ilə  və 
səmərəli  istifadə  olunur.  Ümumiyyətlə  qeyd  edək  ki,  klassiklər  və  neoklassiklərin 


15 
 
nəzəriyyəsinə  görə  öz-özünə  tənzimlənən  bazar  iqtisadiyyatında  təkrar  istehsal 
prosesinə dövlətin nüfuz etməsi ancaq mənfi hallarla nəticələnə bilər.   
Bazar  iqtisadiyyatının  ilk  dəfə  tənzimlənməsi  ideyasını  Keyns  irəli  sürmüşdür. 
Onun fikrincə bazar heç özünü tənzimləməyə qadir deyil. Keyns iddia edirdi ki, əmək 
haqq  qiymət  və  faiz  norması  çevikliyə  malik  deyil.  Keyns  emprik  faktlara  və 
göstəricilərə  istinad  edərək  göstərir  ki,  iqtisadiyyat  düz  xətt  boyunca  inkişaf  edə 
bilməz. Lakin klassiklər görə isə iqtisadiyyat stabil inkişaf edir.  
C.M.Keynsin maliyyə konsepsiyası aşağıdakı əsas müddəlardan çıxış edir: 
1.  Geniş  təkrar  istehsalın  bütün  mühüm  problemləri  resursların  realizə 
olunmasını təmin edən tələb mövqeyindən həll etmək lazımdır. 
2.  Kapitalist iqtisadiyyatı  tamamilə  özütənzimlənə bilmir.  Əməyin  və  kapitalın 
hədsiz böyük ictimailəşməsi şəraitində dövlət müdaxiləsi qaçılmazdır. 
3.  frat  istehsal  böhranları  böhranlarının  səbəbi  tələbin  çatışmamasıdır.  Buna 
görədə iqtisadiyyatda tarazlıq problemi tələb baxımından həll edilməlidir. 
4.  qtisadiyyatın  tənzimlənməsinin  əsas  aləti  büdcə  siyasətidir.  Məşğulluğun 
təmin edilməsi dövlət büdcəsinin üzərinə düşür. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  C.M.Keyns  nəzəriyyəsi  bir  sıra  ziddiyyətlərə 
malikdir.  Lakin,  Keyns  dövrü  üçün  ideyalar  doğru  idi.  Çünki,  həmin  dövrdə  olan 
iqtisadi inkişaf  Keyns  fikirlərini təsdiqləyirdi.  Lakin,  iqtisadiyyatın  sonrakı  inkişafı, 
ET   şəraitində  iqtisadi  artımın  intensiv  növünə  keçid  və  təsərrüfat  həyatının 
beynəlmiləlləşməsi Keynsin konsepsiyasının yeni şəraitə uyğunlaşmadığını göstərdi.  
Keyns  konsepsiyasını  ciddi  tənqid  edərək  neokonservatorlar  «defisitliyin 
maliyyələşdirilməsi»  «sağlam  maliyyə»,  yəni  büdcə  gəlirləri  ilə  xərcləri  arasındakı 
məcburi,  tarazlıq  prinsipini  irəli  sürmüşlər.  Neokonservatorlar  dövlət  büdcəsinin 
kəsirliliyinə  iqtisadiyyatın  sabit  inkişafı  yolunda  ciddi  maneə,  dövlət  borcunun  və 
inflyasiyanın artım amili kimi baxırdılar. 
Yuxarıda  qeyd  olunduğu  kimi  maliyyə  -pul  fondlarının  bölgüsü,  yenidən 
bölgüsü  və  istifadəsi  ilə  əlaqədar  yaranan  münasibətlər  sistemidir.  Belə  ki,  pul 
bazarında  tarazlıq  olmasa  maliyyə  sabitliyinə  nail  olmaq  olmaz.  Bu  baxımdan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə