Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   2   3   4   5   6   7   8   9   ...   36


 
I FƏS L. Maliyyə sabitliyinin təmin olunmasının nəzəri və 
                                   metodoloji əsaslari 
 
           1.1 Maliyyə sabitliyinin təmin olunmasının konseptual əsasları 
 
Makromaliyyə  sabitliyi  dedikdə  maliyyə  sisteminin  komponentlərinin  sabit 
fəaliyyəti  başa  düşülür.  Maliyyə  sisteminin  mahiyyətinin  isə  daha  yaxşı  dərk 
olunması  üçün  ilk  öncə  maliyyə  terimini  aydınlaşdırmaq  lazım  gəlir.  Maliyyə 
anlayışına  verilən  tərifləri  ümumiləşdirərək  belə  demək  olar  ki,  maliyyə  -  pul 
fondlarının bölgüsü, yenidən bölgüsü və istifadəsi ilə əlaqədar yaranan münasibətlər 
sistemidir.  Maliyyə  münasibətlərinin  yaranması  özünü  həmişə  pul  vəsaitlərinin 
hərəkəti şəklində təzahür edir. Pul yoxdursa, maliyyə münasibətləri də yoxdur, çünki, 
bu münasibətlər aşkarlanmır və başqa cür ifadə oluna bilmir[31, səh 3]. Maliyyə pul 
münasibətlərini ifadə etməsinə baxmayaraq, o heç də bütün pul münasibətlərini əhatə 
etmir. Maliyyə  münasibətlərinə nisbətən pul münasibətləri daha geniş anlayışdır.   
Maliyyə  iqtisadi  bazisin  elementidir  və  iqtisadi  kateqoriya  kimi  çıxış  edir. 
Maliyyənin mahiyyətinin müəyyən olunması iqtisadçılar arasında böyük fikir ayrılığı 
yaradır.  Onların  bəziləri  maliyyənin  bölgü  kateqoriyası,  digərləri  istehsal 
kateqoriyası, üçüncü qrup isə geniş təkrar istehsal kateqoriyası kimi qiymətləndirirlər. 
Bildiyimiz  kimi  geniş  təkrar  istehsal  4  mərhələdən  ibarətdir:  istehsal  –  bölgü  – 
mübadilə  –  istehlak.  Beləliklə  maliyyəyə  belə  tərif  verilir:  Maliyyə  pul  fondlarının 
yaradılması  və  istifadəsi  ilə  əlaqədar  olan  pul-bölgü  münasibətlərinin  məcmusu 
adlanır. 
Maliyyənin  mahiyyəti  onun  funksiyalarında  təzahür  edir.  qtisadi  kateqoriya 
kimi  maliyyəyə  4  funksiya:  bölüşdürücü  və  nəzarət,  sabitləşdirici,  allokasiya 
funksiyaları xarakterikdir. 
Maliyyənin bölüşdürücü  funksiyası  ÜDM-in,  milli  gəlirin  bölüşdürülməsi  və 
yenidən  bölüşdürülməsində  öz  əksini  tapır.  Maliyyənin   nəzarət  funksiyası  bölgü 
funksiyasından  törəyir  və  hər  şeydən  əvvəl  ümumi  daxili  məhsulun  və  milli  gəlirin 



 
pul fondlarına bölgüsü və onların öz məqsədlərinə xərclənməsi üzərində nəzarətdə öz 
ə
ksini  tapır.  Maliyyənin  nəzarət  funksiyası  2  cür  həyata  keçirilir:  birincisi,  manatla 
nəzarət vasitəsilə, ikincisi, maliyyə orqanlarının həyata keçirdikləri nəzarət vasitəsilə.  
Sabitləşdirici  funksiya  makromaliyyə  sabitliyinin  dayanıqlı  iqtisadi  artımın 
təmin edilməsinə yönəldilmiş məqsədlərin həyata keçirilməsindən ibarətdir. 
Allokativ  funksiya  maliyyə  resursları  hesabına  cəmiyyətdə  daxili  və  xarici 
təhlükəsizliyin, sosial sistemin müəyyən xidmətlərlə təmin edilməsidir. 
Milli  iqtisadiyyatın  maliyyə  sabitliyinin  təmin  edilməsinin  bəzi  prinsipləri 
vardır. Bu prinsipləri müəyyən etmədən maliyyə sabitliyini təmin etmək olmur. Bazar 
iqtisadiyyatı şəraitində makromaliyyə sabitliyinin təmin edilməsinin  əsas prinsipləri 
bunlardır:  bazar  iqtisadiyyatına  uyğun  maliyyə  sisteminin  düzgün  mexanizminin 
qurulması, iqtisadi məqsədlərin seçilməsi,  maliyyə sisteminin dövlət tənzimlənməsi, 
vahid qanunvericilik bazasının olması, dövlət maliyyəsinin iqtisadiyyatda yerinin və 
rolunun  müəyyənləşdirilməsi,  xarici  ticarətin  liberallaşması,  xarici  ticarətin  dövlət 
tənzimlənməsi,  dövlətin  iqtisadiyyata  müdaxiləsində  büdcə-vergi  və  pul-kredit 
alətlərindən  səmərəli  istifadə olunması  və  s.  Həmçinin onu  qeyd  etmək  lazımdır ki, 
düzgün  maliyyə  siyasəti  və  xarici  iqtisadi  siyasət  nəticəsində  ölkədə  qiymət 
sabitliyinə, valyuta sabitliyinə, büdcə tarazlığına, qismən tədiyə balansında tarazlığa, 
ixrac-idxal tarazlığına, pul tədavülündə tarazlığa, pul və maliyyə bazarında, həmçinin 
bütün  bazarlarda  ümumi  tarazlığa  nail  olmaqla  nəticədə  makromaliyyə  sabitliyini 
təmin etmək olar. 
Maliyyə sabitliyi ilə bağlı praktik tövsiyələr hazırlanması üçün həm bütövlükdə 
maliyyə  sisteminin,  həm  də  onun  ayrı-ayrı  elementlərinin  müxtəlif  aspektlərinin 
öyrənilməsini tələb olunur.  
Məlum olduğu kimi  maliyyə  mürəkkəb struktura malik bir sistemdir.  “Sistem” 
hər  bir  hissəsi  bütövlüyün  xarakteristikasına  öz  töhfəsini  verən  və  qarşılıqlı  əlaqəli 
hissələrdən  ibarət  müəyyən  bir  parçadır[31,  səh.32].  Maliyyə  sistemi  maliyyə 
bazarları,  maliyyə  qurumları  və  ödəniş  sistemləri  kimi  bir  sıra  tərkib  hissədən 



 
ibarətdir.  Maliyyə  sabitliyi  maliyyə  sisteminin  vəziyyətini  əks  etdirir  ki,    bu  da 
aşağıdakı xüsusiyyətləri daşıyır: 
-maliyyə sistemi öz funksiyalarını lazımı qaydada yerinə yetirməli; 
-maliyyə sistemi daxili və xarici şoklara qarşı dayanıqlı olmalı; 
-öz funksiyalarını bərpa etmə xüsusiyyətinə malik olmalı. 
Maliyyə  sabitliyi  anlayışının  mahiyyətini  aydınlaşdırmağa  çalışan  hər  kəs  bilir 
ki,  hələ  də  maliyyə  sabitliyini  ölçmək  və  eləcədə  müxtəlif  iqtisadi  sistemlər  üçün 
siyasətlərin araşdırılmasını təmin edə biləcək hamı tərəfindən qəbul edilən bir model 
və  ya  analitik  sturuktur  yoxdur[78,  səh.3].  Bunun  səbəbi  isə  pul  və  makroiqtisadi 
sabitlik  ilə  müqayisədə  maliyyə  sabitliyi  özünün  ilkin  mərhələsindədir.  Maliyyə 
sabitliyinin  təhlili  ödəniş  vasitəsi  və  hesablaşma  vahidi  kimi  qəbul  edilmiş  pul 
iqtisadiyyatı çərçivəsində araşdırılmalıdır.  
Makromaliyyə  sabitliyi  iqtisadi  artıma  təminat  verən  iqtisadi  prosesdir. 
Makromaliyyə  sabitliyi  iqtisadi  inkişafa  səmərəli  təsir  göstərməklə  ölkənin  ictimai 
siyasi quruluşu və iqtisadi artımın obyektiv qanunauyğunluqları ilə müəyyən olunur. 
Makromaliyyə  sabitliyi  təkcə  maliyyə  resurslarının  deyil,  həm  də  kredit 
resurslarının istifadəsi zamanı meydana çıxan səmərəliliklə əlaqədardır. 
Maliyyə  sabitliyindəki  inkişafı  yalnız  bir  göstərici  ilə  xarakterizə  etmək  
mümkünsüzdür.  Maliyyə  sabitliyini  ölçə  biləcək  müəyyən  bir  göstərici  yoxdur.  Bu, 
maliyyə  institutlarının  sabitliyi,  maliyyə  bazarları  və  ödəniş  sisteminin  effektiv 
fəaliyyəti kimi çoxtərəfli xüsusiyyətləri əks etdirir. Eləcə də real iqtisadi sektora təsir 
edə biləcək amillər də nəzərə alınmalıdır. 
Ölkənin maliyyə sabitliyini  müəyyən edən əsas göstəricilər  bunlardır: 
•  büdcə kəsirinin səviyyəsi; 
•  infliyasiya səviyyəsi; 
•  maliyyə axınlarının və hesablaşma münasibətlərinin normallaşması; 
•  bank sisteminin və milli valyutanın sabitliyi; 
•  əmanətçilərin maraqlarının qorunma səviyyəsi; 
•  ölkənin qızıl-valyuta ehtiyatı; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə