Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

43 
 
iqtisadi  artıma  nail  olmaqdan,  maliyyə  intizamının  gücləndirilməsindən,  dövlət 
büdcəsinin  tərtibi  və  icrasının  təkmilləşdirilməsindən,  onun  şəffaflığının 
artırılmasından, yoxsulluğun aşağı salınmasından, qeyri-neft sektorunda məşğulluğun 
səviyyəsinin  yüksəldilməsindən,  kiçik  və  orta  sahibkarlığa  maliyyə  dəstəyinin 
artırılmasından ibarətdir[19. səh.258]. 
 Makroiqtisadi  tənzimlənmədə  büdcə  siyasəti  aşağıdakı  funksiyaların  yerinə 
yetirilməsinə istiqamətlənir: 
- ölkədə iqtisadi və maliyyə siyasətinin ümumi kursunun müəyyən edilməsi; 
- beynəlxalq  maliyyə  təşkilatlan  ilə  əlaqələr  və  maliyyə  proqramlarının 
reallaşdırılması; 
- pul-kredit siyasətinin parametrlərinin maliyyə parametrləri ilə qarşılıqlı şəkildə 
tənzimlənməsi; 
- qanunvericilik  vasitəsilə  büdcə  və  büdcədənkənar  fondların  formalaşdırılması 
və istifadəsinə nəzarət edilməsi; 
- vergi  sistemi  və  vergi  qanunvericiliyi  vasitəsilə  maliyyə  axınlarının 
tənzimlənməsi, eləcə də qüvvədə olan vergi qanunvericiliyinə əlavə və dəyişikliklərin 
edilməsi; 
- daxili və xarici borcların tənzimlənməsi; 
- büdcə kəsirinin maliyyələşdirilməsi mexanizminin işlənib hazırlanması [39]. 
Fiskal  siyasətin  aparılmasının  3  mümkün  mövqesi  vardır:  Neytral,  artırılmağa 
yönəldilmiş, azaldılmağa yönəldilmiş. 
Neytral fiskal siyasət mövqeyində dövlət xərcləri vergi gəlirlərinə bərabər olur. 
(G=T).  Dövlət  xərcləri  tamamilə  vergi  gəlirləri  ilə  maliyyələşdirilir  və  bu  iqtisadi 
fəaliyyətin səviyyəsinə neytral təsir edir.  
Artırılmağa  yönəldilmiş  fiskal  siyasət  mövqeyində  dövlət  xərclərin  vergi 
gəlirlərindən çox olması ilə izah olunur. (G>T). Bu dövlət xərclərində artımla, vergi 
gəlirlərində  azalma  ilə  yaxud  hər  ikisinin  kombinasiyası  ilə  müşahidə  olunur.  Bu 
geniş  büdcə  defisitinin,  yaxud  əvvəlki  ildə  mövcud  olandan  çox  kiçik  büdcə 
artıqlığının baş verməsinə səbəb olur.  


44 
 
Azaldılmağa  yönəldilmiş  fiskal  siyasət  dövlət  xərclərinin  azalması  və  yüksək 
vergi  gəlirlərinin  artması  zamanı  baş  verir.  (Gbüdcə kəsiri yaxud  daha geniş büdcə artıqlığına səbəb olur. 
Deflyasiya  və  infliyasiya  ilə  mübarizədə  büdcənin  hazırlanması  müxtəlif  cür 
olur.  Belə  ki,  iqtisadiyyatda  deflyasiya  prosesi  baş  verərsə  büdcə  kəsirinə  yol 
verməklə iqtisadiyyatın canlanmsına şərait yaratmaq lazımdır. 
nfliyasiya ilə mübarizədə büdcə üç şəkildə hazırlanıb həyata keçirilə bilər: 
-  büdcə  xərcləri  azaldılır,  gəlirlərində,  yəni  vergilər  üzərində  müxtəliflik  edilə 
bilməz və beləcə, bir büdcə gəliri meydana gətirilə bilər; 
- büdcənin xərcləri mümkün qədər dəyişilməyərək mövcud vergilər artırıla bilər 
və  vergiləndirilməyən  vergi  rezervləri  vergiləndirilə  bilər.    Burada  hədəf  yenə  bir 
büdcə gəliri yaratmaqdır; 
-  büdcə  xərcələri  və  gəlirləri  azaldılaraq  bir  il  əvvəlkinə  nisbətən  az,  lakin 
balanslaşdırılmış büdcə hazırlana bilər. Büdcənin belə hazırlanması ilə istənilən hədəf 
məcmu tələb içərisindəki dövlət xərclərinin faizlə nisbətinin dəyərini azalmaqdır [74, 
səh.33]. 
Büdcə  tarazlığı  makroiqtisadi  maliyyə  sabitliyinin  təmin  edilməsinin  əsas 
şə
rtlərindən biridir. Büdcə tarazlığı üçün gəlir və xərclər bir-birinə uyğunlaşmalıdır. 
Büdcə tarazlığı üçün gəlir və xərclər bir-birinə uyğunlaşmalıdır. Gəlirlərin xərclərdən 
çox  olması-büdcə  artıqlığına  (büdcə    profisiti),  xərclərin  gəlirlərdən  çox  olması  isə 
büdcəsinin kəsirinə (büdcə defisiti) səbəb olur.  
Büdcə-  vergi  siyasəti  hansı  məqsədlərdə  və  kimlər  tərəfindən  istifadə 
ediləcəyindən  asılı  olaraq  milli  iqtisadiyyatın  stabilləşməsinə  həm  müsbət,  həm  də 
mənfi təsir göstərə bilər. 
Aşağıdakı  cədvələ uyğun  olaraq  Azərbaycanın son  dövrlərdə yeritdiyi  maliyyə 
siyasətinin  büdcə  tarazlığına,  makroiqtisadi  sabitliyə  təsirini  müəyyən  etmək  üçün 
dövlət büdcə gəlir və xərclərinin strukturunu, miqdarının və büdcə kəsrini təhlil edək. 
 
 


45 
 
Gəlirlər(mln.manat) 
2010 
2011 
2012 
2013 
2014 
Gəlirlər - cəmi 
11403.0 
15700.7 
17281.5 
19496.3 
18400.6 
Ə
lavə dəyər vergisi 
2082.5 
2222.7 
2366.9 
2710.0 
3119.6 
Aksiz vergisi 
514.9 
480.2 
531.5 
593.3 
797.3 
Mənfəət vergisi 
1429.9 
2134.0 
2252.0 
2374.8 
2302.7 
Torpaq vergisi 
35.3 
35.3 
30.6 
33.1 
35.4 
Ə
halidən tutulan gəlir vergisi 
590.2 
715.7 
813.0 
859.7 
980.3 
Xarici iqtisadi fəaliyyətlə bağlı 
vergilə
291.8 
433.1 
592.5 
675.2 
684.7 
Ə
mlak vergisi 
101.8 
103.9 
105.1 
125.1 
141.3 
Sair gəlirlə
90.3 
140.6 
157.6 
161.5 
192.7 
Digər gəlirlə
6136.2 
9305.4 
10306.5 
11842.1 
10030.4 
Mədən vergisi 
130.1 
129.8 
125.8 
121.5 
116.2 
 
Xərclər (mln.manat) 
2010 
2011 
2012 
2013 
2014 
qtisadiyyata 
4889.9 
6803.2 
6960.7 
8207.5 
7596.6 
Təhsilə 
1180.8 
1268.5 
1453.2 
1437.7 
1553.9 
Səhiyyəyə 
429.2 
493.4 
609.4 
618.9 
665.3 
Elmə 
92.8 
106.1 
116.7 
117.0 
124.2 
Qanunvericilik və icra 
hakimiyyəti, yerli idarəetmə 
orqanlarının saxlanılmasına 
303.0 
281.9 
342.3 
349.3 
449.7 
Profisit,kəsir 
362.9 
303.2 
135.0 
352.8 
298.7 
Mədəniyyət, incəsənət və 
kütləvi informasiya vasitələrinə 
və idmana 
168.4 
189.9 
240.8 
274.9 
294.0 
Sosial müdafiyəyə və təminata 
1123.0 
1495.4 
1769.5 
1750.3 
1971.2 
Hüquq-mühafizə.məhkəmə və 
prokurorluğun saxlanılmasına 
668.5 
710.3 
929.2 
1049.3 
1103.6 
Dövlətin xarici borclarının 
ödənilməsinə 
84.9 
223.6 
185.9 
617.3 
0.0 
Dövlətin daxili borclarının 
ödənilməsinə 
6.9 
120.2 
26.5 
110.9 
0.0 
Sair xərclə
2818.5 
4048.8 
4782.2 
4610.2 
4940.8 
Xərclər-cəmi 
11765.9 
15397.5 
17416.5 
19143.5 
18699.3 
 
MƏNBƏ: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin internet   
                                              saytı (stat.gov.az) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə