Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   2   3   4   5   6   7   8   9   ...   36

10 
 
•  maliyyə bazarı və qiymətli kağızlar bazarının vəziyyəti və səviyyəsi; 
•  ölkənin xarici və daxili borculanma səviyyəsi; 
•  tədiyə balansının kəsiri; 
•  investisiya fəaliyyətinin aktivləşməsinin maliyyə şərtləri. 
•  maliyyə  sisteminin  bütün  səviyyələrində  maliyyə  axınları  və  hesablaşma 
münasibətlərinin sabitliyi; 
•  ödəniş öhdəliklərinin icrası, ödənişlərin icra olunmama səviyyəsi; 
•  maliyyə axınlarının “şəffaflığı”; 
•  dövriyyənin ümumi həcmində pul hesablaşmalarının payı; 
•  maliyyə kapitalının xaricə qanunsuz axını; 
•  pul kütləsinin dövriyyə sürəti; 
•  tədavüldə olan pul kütləsinin həcmi. 
Makromaliyyə  sabitliyi  ölkənin  sosial-iqtisadi  məqsədə  çatmaq  üçün  hökumət 
xərclərinin  və  gəlirlərinin  tənzimlənməsi  üzrə  dövlətin  maliyyə  tədbirlərinin 
məcmusuna  əsaslanır.  Ona  görə  də  makromaliyyə  sabitliyinə  dövlətin  iqtisadi 
funksiyalarının  icra  olunmasındakı  mexanizmi  kimi  baxmaq  olar.  Makromaliyyə 
sabitliyinə  nail  olmaq  üçün  dövlət  iqtisadi  və  sosial  siyasətin  əsas  məqsədlərini  və 
onların  təmin  olunması  üsullarını  müəyyənləşdirməlidir.  Maliyyə  sabitliyini  düzgün 
maliyyə siyasəti əsasında təmin etmək olar. Maliyyə sabitliyini təmin edilməsi üzrə 
aparılan  siyasətlər  zaman  etibari  ilə  uğursuz  ola  bilər.  Bəzi  siyasətlər  qısamüddətli 
dövrdə  maliyyə  sabitliyini  təmin  edə  bilsələr  də,  uzunmüddətli  dövrdə  təmin  edə 
bilmir və daha çox xərc tələb edə bilər. 
Qiymət  sabitliyinin  təmin  edilməsi  maliyyə  sabitliyinin  əsas  tərkib  hissəsidir. 
Qiymət  sabitliyi  inflyasiya  səviyyəsinin  insanların  iqtisadi  qərarlarına  təsir  edə 
bilməyəcək qədər aşağı olduğu bir vəziyyətdir. Yəni, qiymətlərin sabit və dəyişməz 
olduğu vəziyyət deyil, hədəflənən ortalama qiymət səviyyəsində davamlılığının təmin 
edilməsidir. Qiymətlərinin ümumi səviyyəsindəki illik ortalama artım sürətinin xüsusi 
olaraq  1-2  %  olduğu  iqtisadiyyatlarda  qiymət  sabitliyinin  olduğunu  demək  olar[31, 


11 
 
səh.85].  Hətta  inkişaf  etməkdə  olan  ölkələrdə  qiymətlərinin  ümumi  səviyyəsindəki 
illik ortalama artım sürəti 5%-ə qədər normal qarşılana bilər.  
nflyasiya  pulun  alıcılıq  qabiliyyətinin  azalması-  pulun  dəyərdən  düşməsidir. 
Qiymətlərin  hər  cür  artması  inflyasiya  demək  deyildir.  Qiymətlər  məhsulun 
keyfiyyətinin  yaxşılaşdırılmasından,  istehsal  xərclərinin  artmasından,  bayramqabağı 
qiymətlərin  qalxımından  ola  bilər.  nflyasiya  məcmu  tələblə  məcmu  təklif  arasında 
balansın  pozulması  nəticəsində  ölkənin  bütün  bazarlarında  qiymətlərin  ümumi 
artımına səbəb olur.  
nfliyasiyanın  sosial-iqtisadi  nəticələri  özünü  –gəlirlərin  əhali  qrupları,  istehsal 
sferaları, iqtisadi subyektlər arasında qeyri-bərabər  bölüşdürülməsi, eləcə də iqtisadi 
subyektlərin  pul  yığımlarının  dəyərsizləşməsi  kimi  göstərir  və  makromaliyyə 
sabitliyinin pozulmasına səbəb olur.   
Müasir  şəraitdə  bazar  iqtisadi  sisteminə  keçidlə  əlaqədar  olaraq  iqtisadi 
nəzəriyyənin  predmetinə  və  metodoloji  baxımdan  tədqiqat  obyektinə  müvazinətlik 
probleminin daxil edilməsi mühüm elmi, nəzəri və praktiki problemlərdən biri hesab 
edilməlidir.   
qtisadi  problemlərin  tədqiq  edilib  öyrənilməsi,  onların  mahiyyətinin  açılması, 
hadisələrin  mahiyyətinə  nüfuz  edilməsi  metodologiyadan  istifadənin  prinsipləridir. 
Odur  ki,    iqtisadi  problemlərin  öyrənilməsində  metodoloji  prinsiplərin  istifadə 
edilməsi ön plana çəkilməlidir.  
Metodologiya  metodlar  haqqında  elmdir.  qtisadi  tədqiqat  metodlarına  abstrak, 
analiz,  sintez,  məntiqilik,  tarixilik,  induksiya,  deduksiya,  dialektik  və  s.  aiddir. 
Metodologiyanın prinsiplərinə uyğun olaraq tədqiqat prosesində metodlardan istifadə 
edilir  ki,  öyrənilən  iqtisadi  hadisə  və  proseslərin  mahiyyətinə  nüfuz  edilsin,  onların 
ziddiyyətliliyi,  inkişaf  istiqamətləri  aşkar  edilsin.  Maliyyə  sabitliyinin  öyrənilməsi 
zamanı  dialektik  metoddan  istifadə  olunması  daha  məqsədə  uyğundur.  Dialektik 
metod hər bir hadisə və prosesi inkişafda və qarşılıqlı əlaqədə öyrənir. 
qtisadi  nəzəriyyənin  predmetinin  və  metodologiyasının  müvazinətlik 
nəzəriyyəsi  ilə  əlaqələndirilməsi,  onların  bağlılığının  açıqlanması  mühüm  elmi 


12 
 
ə
həmiyyət  kəsb  edir.  Müvazinətlik  probleminin  elmi-nəzəri  əsaslarının  açılmasında 
metodologiyadan istifadə edilməsi zəruri şərtlərdən biridir.  
Qeyd  etmək  lazımdır  ki,    müvazinətlik  probleminə  müxtəlif  iqtisadi  məktəbin 
nümayəndələri müxtəlif baxımdan yanaşmışlar. 
qtisadi tarazlıq nəzəriyyəsinin əsasını  əsas  üç konsepsiya  -  son  faydalılıq,  son 
məhsuldarlıq və tələb-təklif təşkil edir.  qtisadi tarazlıq nəzəriyyəsinin iqtisadi-riyazi 
modelləri  tərtib  edilir  ki,  bu  modellər  də  son  faydalılıq,  son  məhsuldarlıq,  tələb  və 
təklif  nəzəriyyələrinin  təhlilinə  əsaslanan  sintezlərə  söykənir.  Sosial-iqtisadi 
baxımdan  iqtisadi  tarazlıq  nəzəriyyəsi  istehlakçının,  müxtəlif  siniflərin  və  sosial 
qrupların  vəhdətinə,  müəyyən  iqtisadi  hadisələrin  sabitliyinə  və  ya  da  bu  iqtisadi 
sabitliyin qismən dəyişməsinə əsaslanan konsepsiyadır. 
Bir  çox  Qərb  iqtisadçı  -  alimləri,  o  cümlədən  K.Menger,  E.Bem-  Baverk, 
F.Vizer,  A.Marşall  tələb  və  təklif  nəzəriyyəsini  son  faydalılıq  və  istehsal  xərcləri 
nəzəriyyələrilə  əlaqələndirirdilər.  Bu  nəzəriyyənin  davamçısı  kimi  70-ci  illərdə 
P.Samuelson və C. Xiks göstərirdi ki, tələb və təklif istehsal xərcləri və son faydalılıq 
nəzəriyyələrindən  asılıdır.  Bu  nəzəriyyədə  Keynsçi  fiskalizm  ideayaları  ilə 
neoklassiklərin  iqtisadiyyatı  pul-kredit  siyasəti  ilə  tənzimləməsini  nəzərdə  tutan 
konsepsiyası  ilə  birləşdilər.  P.Samuelsonun  fikrincə  maliyyə  siyasətinin  qarşısında 
duran əsas məsələ “ictimai əmtəə” təklifi bölməsi üçün tənzimləyici tədbirlərin təmin 
edilməsindən ibarətdir. P.Samuelson iddia edirdi ki, istehsal xərcləri qiymət sisteminə 
təsir etdiyi kimi təklifə də həmin dərəcədə təsir göstərir.  
Ümumi  tarazlıq  ideyası  başlanğıcını  klassiklərin  əsərlərindən  götürür.  A.  Smit 
göstərmişdir  ki,  iqtisadi  adam  öz  şəxsi  maraqlarını  gözləməklə  sonda  özü  də 
istəmədən  ümumi  maraqların  qorunmasına  və  ümumi  tarazlığın  bərqərar  olmasına 
şə
rait yaradacaqdır.  
Tələb  və  təklif  nəzəriyyəsinin  ilk  yaradıcılarından  biri  J.B.Sey  olmuşdur. 
J.B.Sey  qiyməti  və  dəyəri  həm  tələb  və  təklifin  arasında  olan  nisbətlə,  həm  də 
faydalılıqla  əlaqədar  olaraq  izah  edirdi.  Sey  qanuna  görə  təklif  özünə  uyğun  tələb 
yaradır. Çünki, əmtəə və xidməti satan onun əvəzində pul alır və həmin pula başqa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə