Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial



Yüklə 95,34 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü95,34 Kb.
#7911


 

100 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Sosial-

siyasi elmlər seriyası   

 

2012 

 

 

 

 

İQTİSADİYYAT 

 

UOT 330.101:330.837:330.8 

 

MİLLİ İQTİSADİ MODELLƏRİN  

TƏSNİFATLANDIRILMA ƏSASLARI 

 

M.Y.HƏMİDOVA 

Bakı Dövlət Universiteti 

nargiz@mail.ru 

 

Milli iqtisadi modellərin təsnifatının təcrübədə gerçəkləşən məqamlarının elmi-tədqiqat 

müs

təvisində də araşdırılması çox vacibdir. Bu baxımdan bizim tədqiqat işləməsinin də pred-

me

tini dünya təsərrüfatının müasir nəzəriyyə və praktikasında bir neçə növü ayrılan milli  iqti-

sa

di modellərin təsnifatlandırılması təşkil edir. Bundan irəli gələrək, tədqiqat işləməsində mil-

li iqtisadi modellərin təsnifatlandırılması ilə bağlı hallar sistemli yanaşma və müqayisəli təhlil 

sferasında araşdırılır və bu istiqamətə uyğun gələn səmərəliləşdirici təkliflər əsaslandırılır. 

 

Açar sözl

ər:  azad  kapitalizm  iqtisadiyyatı,  ənənəvi  tipli  milli  iqtisadiyyat,  bazar 

yönümlü milli təsərrüfat sistemi, amerikan liberal modeli 



 

Milli  iqtisadi  sistemlərin  təsnifatlandırılmasının  əsasında  ən  müxtəlif 

meyarlar dayanır ki, bunlar da bu və ya digər təsərrüfat sisteminə aid olan bir 

və ya bir neçə xüsusiyyəti özündə əks etdirir. Bazar münasibətlərinin inkişaf 

mərhələləri üzrə milli iqtisadiyyat: 

 



Azad kapitalizm iqtisadiyyatı. 

 



Müasir kapitalizm iqtisadiyyatı. 

 



Mərkəzləşdirilmiş planlı və idarə edilən milli iqtisadiyyat. 

 



Ənənəvi tipli iqtisadiyyata bölünür (1, 73). 

Dünya təsərrüfat təcrübəsinə inteqrasiya səviyyəsinə görə açıq və qapalı 

tipli milli iqtisadiyyatları fərqləndirirlər.  



Sosial-iqtisadi 

və  texniki-texnoloji  səviyyə  üzrə  yüksək  inkişaf  etmiş, 

inkişaf etməkdə olan və zəif inkişaf etmiş milli təsərrüfat sistemləri ayrılır.  

Təsərrüfat  strukturu  üzrə  aqrar-sənaye  və  sənaye-aqrar milli 

iqtisadiyyatların bölgüsü aparılır. 



Milli əlamətlərə görə iqtisadiyyatlar aşağıdakı ölkələr üzrə qruplaşdırılır: 

Avstri


ya (Avstraliya, Argentina və s.); Bolqarıstan (Boliviya, Braziliya və s.); 

Böyük  Britaniya  (Macarıstan,  Venesuela  və  s.);  Almaniya  (Yunanıstan, 

Hollandiya,  Honduras  və  s.);  Danimarka  (Dominikan  Respublikası  və  s.); 

Misir və s.; Tacikistan (Türkiyə, Türkmənistan və s.); Fransa (Filippin və s.). 




 

101 


Regional  əlamətə  görə  milli  iqtisadiyyatlar  ölkənin  konkret  ərazidə 

yerləşməsi  nəzərə  alınaraq  birləşdirilir:  Şimali  Amerika  regionu,  Avropa, 

Asiya-

Sakit okean regionu, Yaxın Şərq, Afrika, Latın Amerikası və s.  



Milli 

təsərrüfat sistemlərinin təsnifatlandırılmasının detallaşdırılması və 

konkretləşdirilməsi şəkil 1-də davam etdirilə bilər. 

 

Milli təsərrüfat sistemləri 

 

Bazar münasi-



bətlərinin inki-

şaf mərhələləri 

üzrə 

Dünya tə-



sərrüfat təc-

bəsində 



inteqrasiya 

pro


seslərinə 

daxil olma 

səviyyəsi 

üzrə 


Sosial-iqtisadi 

və texniki-

texnoloji 

inkişaf 


səviyyəsi üzrə 

Təsərrüfatın 

strukturuna 

görə 


Ölkə ərazi-

sinin sa-

həsinə görə 

Etnik (milli) 

əlamətə görə 

Regional əlamətə 

görə 

 

Azad kapitalizm 



milli 

iqtisadiyyatları 

Qap

alı tipli 



milli iqtis-

adiyyatlar 

Yüksək inkişaf 

etmiş milli 

iqtisadiyyatlar 

Aqrar-


sənaye 

tipli milli iqti-

sadiyyatlar 

Kiçik öl


kə-

lərin milli 

iqtisadiy-

yatları 


Avstriya milli 

iqtisadiyyatı 

Asiya-Sakit okean 

regionu ölkələri-

nin milli 

iqtisadiyyatları 

Müasir 

kapitalizm milli 



iqtisadiyyatları 

Açıq tipli 

milli iqtisa-

diyyatlar 

İnkişaf etmək-

də olan milli 

iqtisadiyyatlar 

Sənaye-aqrar 

tipli milli iqti-

sadiyyatlar 

Orta səviy-

yəli ölkələ-

rin milli iq-

tisadiyyatları 

Böyük Britani-

ya milli 

iqtisadiyyat

ı 

Avropa 



ölkələrinin milli 

iqtisadiyyat

ı 

Mərkəzləşdirilmiş 



planlı və idarə edi-

lən milli iqtisadiy-

yatlar 

Zəif inkişaf 



etmiş milli 

iqtisadiyyatlar 

İri və ən iri 

öl

kələrin 



milli iqtisa-

diyyatları 

Digər milli 

iqtisadiyyat 

Afrika ölkələrinin 

milli iqtisadiy

yatı 

Ənənəvi tipli 



milli 

iqtisadiyyatlar 

Latın Amerikası 

ölkələrinin milli 

iqtisadiyyat

ı 

Digər milli 



iqtisadiy

yatı 


Şək. 1. Ayrı-ayrı meyarlar üzrə milli iqtisadiyyatların təsnifatlandırılması 

 

Belə ki, məsələn, müasir kapitalizmin milli iqtisadiyyatı çərçivəsində ya 



liberal-

kapitalist (ABŞ, Böyük Britaniya), ya da dövlət-korporativ (Almaniya, 

Yaponiya,  Cənubi  Koreya  və  s.)  modellərdən  istifadə  edən  milli  təsərrüfat 

sistemlərini ayırmaq olar. Ərazisinin sahəsinə görə, dünya təsərrüfat sisteminə 

inteqrasiya  səviyyəsinə  görə,  həmçinin,  regional  əlamətinə  görə  milli 

iqtisadiyyatları təsnifatlandırmaq olar. Belə ki, avropa regionu ölkələrini qərb 

və şərqi-avropaya və ya şimal və cənubi avropaya və s. bölmək olar (2, 117). 

Təsnifatlandırmanın meyarlarının genişləndirilməsi müəyyən sosial-iqti-

sa

di  məna  daşıyır.  Məsələn,  mövcudluq  müddətinə  görə  milli  iqtisadiyyatlar 



ye

nidən təşkil olunmuş, “köhnə” və ya “yeni” dövlətlərin milli iqtisadiyyatla-

rına  bölünə  bilər.  Beynəlxalq  iqtisadi  və  digər  təşkilatlara  daxil  olub-

olmamasından  da  asılı  olaraq  milli  iqtisadiyyatlar  təsnifatlandırıla  bilər. 

Məsələn,  Aİ  (Avropa  İttifaqı)  ölkələri,  ACEAN  (Asiya-Sakit okean iqtisadi 

əməkdaşlığı),  Nafta  (Şimali  Amerika  azad  ticarət  zonası),  MDB-nin 2 

ölkəsinin  (Rusiya  və  Belorus  respublikası),  beş  ölkəsinin  İttifaqı  (Rusiya, 

Belorus, Qazax

ıstan, Qırğızıstan, Tacikistan) və s. 

Müasir dünya təsərrüfat təcrübəsində daha geniş intişar edən və müasir 

inteqrasiya proseslərinin inkişafında daha böyük rola malik olan ayrı-ayrı milli 

təsərrüfat sistemlərinin tiplərini ayıraq: 




 

102 


Bazar yönümlü milli təsərrüfat sistemi 

Müasir dünya təsərrüfatının nəzəriyyə və praktikası bazar yönümlü milli 

iqtisadiyyatların beş əsas əlamətini ayırır. 

1.

 



İstehsal  alətlərinə  və  vasitələrinə,  resurslara  və  əmək  nəticələrinə 

xüsusi  mülkiyyətin  olması,  bu  da  istehsal  prosesi  iştirakçılarının 

təşəbbüskarlığının və məsuliyyətinin inkişaf etməsinə səbəb olur. 

2.

 



Əsas iqtisadi azadlıqlara dövlət (təşkilati və hüquqi) təminatı, və hər 

şeydən əvvəl, hər bir arzu edən şəxsə “öz işinə” malik olmaq üçün 

sahibkarlıq fəaliyyəti növlərinin seçim azadlığı.  

3.

 



Sahibkarlıq  fəaliyyətində  öz  xərcini  ödəmə  imkanı.  İstehsalın  gəlir 

və xərc ölçüsünün üst-üstə düşməməsi ya məhsul hazırlanmasına, iş 

və ya xidmətlərə məsrəfləri ört-basdır etməyə imkan verir (təsərrüfat 

fəaliyyətinin  rentabelli  variantı),  ya  da  sahibkarlıq  fəaliyyəti  ilə 

əlaqədar  olan  zərərlərə  məruz  qalır  (təsərrüfatçılığın  müflisləşməyə 

aparan zərərli variantı). 

4.

 

Təsərrüfatçılığın  avtonom  subyektlərinin  xərc  və  gəlirlərinin 



ölçülərinin, həmçinin, onların alıcılıq qabiliyyətinin artım meyli, bu 

da  ölkənin  milli  təsərrüfat  sistemində  istehlak  və  yığımın  daima 

artmasına yardım edir. 

5.

 



Dövlətin  təkrar  istehsal  prosesinə  maksimal  mümkün  müdaxiləsi 

əsasında milli təsərrüfat sisteminin normal, səmərəli fəaliyyəti.      

 

Bu  əlamətlərə  əsasən,  bazar  yönümlü  milli  iqtisadiyyatlar  siyahısına 



daxil edilir: 

 



Sərbəst kapitalizm və ya sərbəst bazar rəqabətli iqtisadiyyat. 

 



Müasir tənzimlənən bazar iqtisadiyyatı. 

 



Milli  iqtisadiyyatın  bu  iki  tipinin  bir  çox  ümumi  cəhətləri  olduğu 

kimi,  kifayət  qədər  fərqləri  də  var.  Bu  fərqlər  aşağıdakılarla 

bağlıdır. 

 



Dünyanın müxtəlif ölkələrində bazar təsərrüfatçılığının təkamülü ilə. 

 



Bazar  iqtisadiyyatının  hər  bir  konkret  tipinin  mərhələlərinin 

məzmununun dialektikası ilə. 

 

Bazar təsərrüfat sistemlərinin təşkili və idarəedilməsinin forma və 



metodlarının inkişafı və təkmilləşməsi ilə. 

 

Mərkəzləşdirilmiş planlı və idarə edilən milli təsərrüfat sistemi 

Milli  təsərrüfat  sisteminin  bu  tipi  immanent  (daxilən)  olaraq, ictimai-

siyasi  quruluşu  sosialist  modelinin  istehsal  münasibətləri  əsasında  qurulan 

bütün ölkələrə xasdır.  

Təsərrüfatçılığın bu sisteminin əsası 1928/1929-1932/1933-cü illərin SSRİ 

xalq  təsərrüfatının  inkişaf  planından  1986-1990-cı  illər  arası  (on  ikinci  beşillik 

plan)  SSRİ-nin  iqtisadi  və  sosial  inkişaf  planına  qədər  SSRİ  iqtisadiyyatının 

formalaşması və sovet beşillik planlarının yerinə yetirilməsindən qoyulmuşdur.  




 

103 


SSRİ dağıldıqdan sonra Rusiya Federasiyasında bu sistem demək olar ki

öz möv


cudluğunu  dayandırmışdır.  Amma  Belorusiya  Respublikası,  Çin, 

Şimali Koreya, Kuba və sosialist Vyetnamı kimi bir çox ölkələr daima inkişaf 

edərək və bu mexanizmə bazar nizamlayıcı mexanizmlərini daxil etməklə onu 

istifadə etməkdə davam edirlər.  

Mərkəzləşdirilmiş planlı və idarə edilən milli iqtisadiyyat üçün müəyyən 

əlamətlər xasdır. 

1.

 

Geniş əhatəli ictimai mülkiyyət (dövlət, kooperativ-kolxoz və ictimai 



təşkilatların mülkiyyəti). 

2.

 



İdarəetmədə  bürokratiyanın  yüksək  səviyyəsi  və  əksər  sahələrin 

inhisarlaşması. 

3.

 

İstehsalın,  istehsal  resurslarının  (material,  əmək,  maliyyə)  və  əməyin 



nəticələrinin bölgüsünün  mərkəzləşdirilmiş planlaşdırılması. 

4.

 



Təsərrüfatçılığın  təşkilati-iqtisadi  mexanizmi,  bu  da  təkrar  istehsalın 

sosial-


iqtisadi proseslərinə inzibati-sərəncamverici, iqtisadi və mənəvi-

etik təsir metodlarının ahənginə əsaslanır. 

5.

 

Dövlət hakimiyyət və təsərrüfat idarəetmə orqanları tərəfindən sərt ge-



niş  əhatəli  nəzarət,  onlar  tərəfindən  sahələrin,  regionların,  müəssisə, 

idarə  və  təşkilatların  təsərrüfat  həyatının  hərtərəfli  əlaqələndirilməsi, 

bu  isə,  fəaliyyət  sərbəstliyinin  qarşısını  alır,  təsərrüfatçılığın  konkret 

nəticələrinə  görə  məsuliyyəti  və  istehsal  prosesi  iştirakçılarının 

material məsuliyyətini azaldır.   

6.

 



Milli təsərrüfat sistemində baş verən istehsal, bölgü, mübadilə və isteh-

lak proseslərinin vahid iqtisadi mərkəz olan-Dövlət Plan komitəsi tərə-

fin

dən bilavasitə idarəedilməsi, bu da sərbəstliyi istisna edir və təsərrü-



fatçılığın bütün səviyyə və həlqələrində-aşağı təsərrüfat vahidlərindən 

(idarə,  müəssisə  və  təşkilat)  sahəvi  nazirliklər  və  idarələrə,  həmçinin 

ölkənin region və ərazilərinə qədər təşəbbüskarlığın qarşısını alır.   

 

“Ənənəvi” tipli milli iqtisadiyyatlar 

Milli  təsərrüfat  sistemlərinin  “ənənəvi”  tipi  dünya  təcrübəsində  xüsusi 

yer tutur. 

Bu  tip  planetin  əksər  ölkələri  üçün  xarakterikdir  ki,  bunlar  da 

dövlətlərin  BMT  və  bir  sıra  beynəlxalq  iqtisadi  təşkilatlar  tərəfindən  (BVF, 

BİYB və s.) qəbul olunmuş təsnifatlandırılmasına əsasən, zəif inkişaf edən və 

inkişaf etməkdə olan ölkələrə aid edilir. Bu dövlət qruplarını həm də “üçüncü 

dünya”  ölkələrinə  də  aid  edirlər  ki,  bu  da  SSRİ-nin  və  əvvəllər  sosialist 

düşərgəsinə  və  sosialist  yönümlü  ölkələr  düşərgəsinə  daxil  olan  ölkələrin 

tənəzzülündən sonra müəyyən mənada əhəmiyyətini itirmişdir. 

“Ənənəvi” milli təsərrüfat sistemləri inkişaf edərək, bazar və mərkəzləş-

diril

miş planlı və idarə edilən iqtisadiyyatların dünya nəzəriyyə və təcrübəsin-



də yığılan ən yaxşı tərəflərini özündə ehtiva edir. Amma hələlik həm fəaliyyət 

miqyasları,  həm  dünya  təsərrüfatının  mütərəqqi  təcrübəsinin  cəlb  olunma 

səviyyəsi “ənənəvi” milli təsərrüfat sistemləri haqqında kifayət qədər inkişaf 



 

104 


etmiş  kimi  danışmağa  imkan  vermir.  Bu  həmin  ölkələrdə  iqtisadi,  siyasi, 

tarixi, milli və təsərrüfatın bərpasına təsir edən digər şərtlərlə izah olunur. 

“Ənənəvi” tipli təsərrüfat sistemlərinə aşağıdakı xüsusiyyətlər xasdır:  

1.

 



Texnika və istehsal texnologiyasının zəif inkişafı, bu da ona gətirib 

çıxarır ki, milli iqtisadiyyatın istehsal aparatı istehsalın müasir tələb-

lərə  cavab  verən  texniki-texnoloji  səviyyəsindən  daha  çox  geridə 

qalır.  


2.

 

İqtisadiyyatın  demək  olar  ki,  bütün  sahələrində,  əsasən,  əl  əməyin-



dən istifadə; 

3.

 



Ölkədə təsərrüfatçılığın çoxukladlı sistemi, bu da dövlət, xüsusi (yer-

li və xarici), qarışıq (dövlət-xüsusi) mülkiyyətin elementlərini trans-

milli mülkiyyətin hissələri və natural kəndli təsərrüfatı ilə birləşdirir. 

4.

 



İqtisadiyyatda milli kapitalın və sahibkarlığın çox kiçik olan rolu (bir 

qayda  olaraq,  onlar  xidmət  və  xırda  əmtəə  təsərrüfatında  çox  kiçik 

rol  oynayırlar),  bu  iri  xarici  kapital  bölmələrinin  fəaliyyət 

miqyaslarının daima artması ilə baş verir. 

5.

 

Cəmiyyətin və dövlətin həyat fəaliyyətinin bütün sahələrində mental 



adət-ənənələrin, dini və mədəni dəyərlilərin baş verməsi. Cəmiyyət-

də kasta və silk bölgüsü iqtisadi və sosial tərəqqini çətinləşdirir və 

qar

şısını alır. 



6.

 

Milli  təsərrüfat  sistemi  çərçivəsində  fəaliyyət  göstərən  ukladlar 



nöqteyi-

nəzərindən  ölkənin  əsas  sosial-iqtisadi  vəzifələrinin  həllinə 

differensiallaşdırılmış yanaşmaya kəskin ehtiyac. 

7.

 



Cəmiyyətin  və  dövlətin  iqtisadi  və  sosial  məsələlərinin  həllində 

mərkəzi  hakimiyyət  orqanlarının  və  təsərrüfat  idarəetməsinin  fəal 

rolu;  dövlət  büdcəsində  ölkənin  bütün  maliyyə  resurslarının  əksər 

hissəsini  (95-98%)  və  kənardan  cəlb  olunan  valyutanı  formalaşdır-

mağa,  mərkəzləşdirilmiş  qaydada  bölüşdürmək  və  yenidən  bölüş-

dürməyə imkan verən büdcə quruluşu sistemindən istifadə (3, 112). 

 

Müasir dövrdə iqtisadiyyatın milli modellərinin əsas tipləri 

Qarışıq  iqtisadiyyatın  bir  çox  müasir  milli  modelləri  arasında  onun  üç 

əsas regional müxtəliflyini ayırmaq olar ki, bunlar da müasir dünyanın sosial-

iqtisadi inkişafını müəyyən edir: 

1.

 

Amerikan  liberal modeli, 



bunun  üçün  əsasən  təsərrüfat  həyatının 

hüquqi  tənzimlənməsinə  əsaslanan  dövlət  tənzimlənməsinin 

minimallaşdırılması xasdır. 

2.

 



Qərbi-Avropa sosial-demokratik modeli, bu da əsas diqqəti sosial 

siyasətə cəmləyir. 

3.

 

Yapon  patriarxal–korporativ modeli, 



bu  zaman  hökumət  əsasən 

iqtisadi artım strategiyası ilə məşğul olur. 

 

Amerika  liberal  modeli  xalis  bazar  iqtisadiyyatına  yaxındır.  Əksinə, 




 

105 


Qərbi Avropa ölkələrində dövlət tənzimləmə ənənələri daha güclüdür. Yapon 

modeli amerikan və qərbi avropa modelləri arasında aralıq vəziyyət tutur.  

Bazar təsərrüfatının tarixində həm də, qarışıq iqtisadiyyatın müasir milli 

modellərinin  əsasının  qoyulduğu  dönüş  nöqtəsi  1929-1933-cü  illərin  Böyük 

tənəzzülü-iqtisadi böhranı oldu ki, bu da əsasən təsərrüfat prosesləri üzərində 

zəif nəzarətdən irəli gəlirdi. Ona görə də, artıq 1930-cu illərdə qərbdə köklü 

dəyişiklər  başladı:  onların  siyasi  forması  F.D.Ruzveltin  amerikasayağı  Yeni 

kursu  və  İsveçdə  Saltşebaden  razılaşması,  nəzəri  əsaslandırması  isə 

C.M.Keyn

sin nəzəriyyəsi (“Keyns inqilabı”) oldu.  

Yeni kurs dövründə (1933-1941) Amerika hökuməti qəti olaraq, iqtisadiy-

yata müdaxilə etməmək mövqeyindən imtina etdi: işsizlər üçün iri miqyaslı mülki 

işlər  təşkil  olundu,  fermerlərə  maliyyə  dəstəyi  verildi,  həmkarlar  ittifaqları 

leqallaşdırıldı, “haqlı rəqabət” üzrə məcəllələr qəbul olundu və s. ABŞ hakimiy-

yətinin  keyns  siyasətinin  zirvəsi  1960-cı  illər  oldu,  həmin  vaxt  C.Kennedi  və 

L.Conson iqtisadi artımın stimullaşdırılması məqsədilə, bilərəkdən büdcə kəsirini 

artırırdılar.  1980-ci  illərdə  Reyqan  dövründə  hökumət  dövlət  xərclərinin 

azaldılması (xüsusən sosial) yolu ilə büdcə balansını bərpa edərək, mühafizəkar 

iqtisadi  proqrama  dönüşü  elan  etdi.  Yeri  gəlmişkən,  neokonservativ kurs 

təsərrüfatın dövlət tənzimlənməsinin azaldılmasından daha çox “sərt” tənzimləmə 

formalarından daha “çevik” tənzimləmə formalarına keçmək demək idi.  

Əgər  amerikan  modelini  “azad  sahibkarlıq  cəmiyyəti”  adlandırırlarsa, 

Qərbi Avropa modelini “sosial bazar təsərrüfatı” adlandırırlar. Bunlara parlaq 

nümunə Almaniya və  İsveçi göstərmək olar.  Alman modelinin “atası” sosial 

təminat  haqqında  1883-cü  il  qanunlarının  qəbul  olunmasının  təşəbbüskarı 

Bismark və ikinci Dünya müharibəsindən sonra Qərbi Avropada iqtisadiyyatın 

bərpa  proqramını  həyata  keçirən  L.Erhard  hesab  olunur.  İsveç  modelinin 

formalaşması 1930-cu illərdə başladı, həmin vaxt hakimiyyətə seçki  yolu ilə 

sosial-demok

ratlar  gəldilər.  1938-ci  ildə  Həmkarlar  İttifaqları  və  sahibkarlar 

Birliyi  Saltşebaden  razılaşması  imzaladılar  ki,  bu  da  əmək  münaqişələrinin 

sülh yolu ilə tənzimlənməsi və əmək müqavilələrinin bağlanması haqqında idi. 

Sonralar  burjua  partiyaları  hakimiyyəti  müəyyən  qədər  ələ  keçirə  bilsə  də, 

iqtisadi siyasətə sosial-demokratik təsir dəyişməz olaraq üstünlük təşkil edirdi. 

İsveç  modelini  çox  zaman  “funksional  sosializm”  adlandırırlar,  belə  ki,  o, 

“burjua” istehsalının saxlanılması ilə bölgü münasibətlərinin maksimal sosial-

laşmasını (ümumiləşdirilməsini) nəzərdə tutur. Əsasən xristian-demokratik si-

yasi qüvvələri ilə istiqamətlənmiş alman qarışıq iqtisadiyyatının inkişafı başqa 

yol  tutdu:  burada  sosiallaşma  firma  (dövlət  yox)  səviyyəsində,  “istehsal 

demokra


tiyası” vasitəsilə baş verir.  

Sosiallaşdırılmış  bazar  təsərrüfatının  qurulması  yollarını  digər  Qərbi 

Avropa ölkələri də axtarırlar. 

Yaponiyada  qarışıq  iqtisadiyyat  modeli  müharibədən  sonrakı  dövrdə 

ame

rikan  işğalı  dövründə  formalaşdı.  Yapon  iqtisadiyyatını  bəzən  “rəqabətli 



kom

munizm” adlandırırlar, bu isə, güclü dövlət tənzimlənməsinə (yeri gəlmiş-




 

106 


kən, bu yüksək səmərəli olsa da, nisbətən mülayimdir) görə deyil, firmadaxili 

səviyyədə intensiv sosiallaşmaya görədir (məşhur prinsip-“firma-bir ailədir”). 

Y

apon  təcrübəsi  Uzaq  Şərq  regionunun  digər  inkişaf  etməkdə  olan  ölkələri 



tərəfindən (məsələn, Cənubi Koreya) fəal surətdə istifadə olunur.  

XIX  əsrdə  dünya  inkişafı  Qərbi  Avropa  ölkələri  tərəfindən  müəyyən 

olunurdu.  XX  əsrin  birinci  yarısında  dünya  sivilizasiyasında  liderlik  ABŞ-ın 

əlinə  keçsə  də,  XXI  əsrin  əvvəllərində  bu  zəifləməyə  başladı.  Hazırda 

Birləşmiş  Ştatlar  hərbi  baxımdan  mübahisəsiz  olaraq  güclü  dövlət  olsa  da, 

onun iqtisadi gücü artıq mütləq deyil. 

Dünyanın gələcək iqtisadi inkişaf perspektivləri necədir? 

Bu suala müxtəlif cavablar verilir. Amerikalı sosioloq Frensis Fukuyama 

belə  bir  fikir  şərh  edir  ki,  amerikan  sivilizasiyasının  qiymətliləri  (protestant 

etikası,  iqtisadi  liberalizm,  demokratiya,  hüquqi  cəmiyyət  və  s.)  daha  həyat 

qabiliyyətlidir, həm də onlar o qədər təkmildir ki, onların sonradan keyfiyyət 

baxımdan  yaxşılaşdırılması  sadəcə  mümkün  deyil.  Dünya  mədəniyyətinin 

amerikanlaşdırılması bəşəriyyəti ictimai idealın minillik axtarışını başa vuran 

tarixin  xoşbəxt  “sonluğuna”  aparır.  Amma  amerikalı  politoloq  Semuel 

Hantinqton  nisbətən  az optimistik  mülahizəni  təklif  etmişdir  ki,  bu  da  “sivi-

liza


siyaların toqquşması” adını almışdır. Onun fikrincə, gələcəkdə sivilizasiya-

la

rın  amerikan  şablonu  üzrə  universallaşması  deyil,  əksinə,  onların  sərbəst-



liyinin artırılması, qarşıdurma və toqquşmaların kəskinləşməsi baş verəcək.  

Bu  mübahisəyə  iqtisadi  nöqteyi-nəzərdən  baxsaq,  onda  qarışıq 

iqtisadiyyatın  müxtəlif  milli  modellərinin  müqayisəli  rəqabət  qabiliyyətini 

qiymətləndirmək lazımdır (cədvəl 1).  

                                                                                               

Cədvəl 1 

Müqayisəli rəqabətqabiliyyətlilik ranqları 

 

Ölkə 



İqtisadi 

güc 


Dövlətin 

rolu 


Maliyyə 

İdarəetmə 

Elm və 

texnologiya 



İnsan 

resursları 

Yaponiya  





Almaniya 







ABŞ  





Mənbə: “İqtisadi möcüzələr”. D.V.Kuzinin redaktəsi altında. M.OLMA-PRESS, 1994. 

S.258 

 

Ekspert qiymətləndirməsindən görünür ki, müasir dövrdə birinci ranqda 



əsas  keyfiyyət  göstəriciləri  üzrə  Yaponiya  möhkəm  dayanmışdır.  ABŞ  və 

Qərbi Avropa ölkələri (xüsusən Almaniya) kəskincəsinə bir-birləri ilə rəqabət 

aparır, həm də Birləşmiş Ştatlar tədricən geridə qalır. 

Görünür, amerikan sivilizasiyasının özünəməxsus qiymətliləri artıq indi 

postindustrial inkişafın qarşısını alır, həm də bu getdikcə daha da güclənəcək. 

Əksinə,  kollektivizm  əsasında  qurulan  qiymətlilər  “zamanın  ruhu”  ilə  daha 

yaxşı uyğunluq təşkil edir. Ona görə də, “tarixin sonu” yox, “sivilizasiyaların 

toqquşması” həqiqətə daha uyğundur.  




 

107 


Belə proqnoz bir neçə onillik sonra əsas siyasi və iqtisadi güc mərkəzlə-

rin


dən  biri  olmaqda  potensial  imkanları  olan  Azərbaycan  üçün  də  sərfəli 

mühiti vəd edir.   



 

ƏDƏBİYYAT 

1.

 



История  экономических  учений.  Учебное  пособие.  Под  ред.  В.Автономова, 

О.Ананьина, Н.Макашевой. М.ИНФРА, 2004, с. 73. 

2.

 

Кошелев А.Н. Национальная экономика. М.: Эксмо, 2008, c. 117. 



3.

 

Градов А.П. Национальная экономика. 2-ое изд. Питер: 2005, с.112.  



4.

 

“İqtisadi möcüzələr”. D.V.Kuzinin redaktəsi altında. M.: OLMA-PRESS, 1994, s. 258.  



 

ОСНОВЫ КЛАССИФИКАЦИИ НАЦИОНАЛЬНЫХ  

ЭКОНОМИЧЕСКИХ МОДЕЛЕЙ 

 

М.Я.ГАМИДОВА 

 

РЕЗЮМЕ 

 

В статье рассматриваются основы классификации национальных хозяйственных 

систем.  В  основу  классификации  этих  систем  положены  самые  разнообразные  крите-

рии,  отражающие  какую-либо  одну  или  сразу  несколько  особенностей,  свойственных 

тому или иному типу хозяйственных систем.  

В  статье  также  характеризуются  отдельные  типы  национальных  хозяйственных 

систем, получившие наиболее широкое распространение в современной практике миро-

хозяйствования и играющие наибольшую роль в развитии интеграционных процессов в 

современном мире.   

 

Ключевые слова: экономика свободного капитализма, национальная экономика 

«традиционного»  типа,  национальная  хозяйственная  система  рыночного  типа,  амери-

канская либеральная модель  

 

BASES OF CLASSIFICATION OF NATIONAL ECONOMIC MODELS 



 

M.Y.HAMIDOVA  

 

SUMMARY 

 

The article considers the bases of the classification of national economic systems. The 



classification of these systems embodies a variety of criteria, reflecting one or several features 

characteristic for a particular type of economic systems. 

The article also characterizes certain types of national economic systems that have be-

come  widespread in the modern practice of world domination and play a  key  role in the 

development of integration processes in the modern world. 

 

Key words: economics of free capitalism, the national economy of the  "traditio-



nal" type, the national market-oriented economic system, liberal American model 

Yüklə 95,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə