AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
**********************************************************
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
17
M.Hüseynzadə felin zamanlarını “zaman kateqori-
yası” başlığı altında verir. O, felin ənənəvi üç zamanını
göstərir:
keçmiş, indiki və gələcək zamanlar. Müəllif
keçmiş zamanın şühudi və nəqli keçmiş, gələcək zama-
nın isə qəti və qeyri-qəti gələcək zaman formalarından
ibarət olduğunu yazır
1
.
Bununla yanaşı, M.Hüseynzadə felin zaman, şəxs
və şəkil kateqoriyalarından bəhs edərkən felin xəbər
şəklinin geniş izahını verir və burada da felin zamanla-
rından və onları ifadə edən morfoloji əlamətlərdən danı-
şır. O, xəbər şəklini iki hissəyə (sadə və mürəkkəb for-
malara) ayırır. Sadə xəbər şəklinə felin zamanlarını aid
edir. Mürəkkəb xəbər şəklinin
isə zaman şəkilçilərindən
sonra felə “idi”, “imiş” və ya “isə” hissəciyinin əlavəsi
ilə yarandığını yazır
2
.
1958-ci ildə T.Əfəndiyevanın yazdığı namizədlik
dissertasiyası
3
felin keçmiş zamanına həsr edilmişdir.
Müəllif 2005-cü ildə bu mövzuya yenidən qayıtmış və
“Felin keçmiş zaman formaları”
4
adlı kitabını nəşr etdir-
mişdir. N.H.Ağazadə 1965-ci ildə “Müasir Azərbaycan
1
Hüseynzadə M. Müasir Azərbaycan dili.Bakı,Maarif,1983, s.169-176.
2
Yenə orada. s. 189-197.
3
Гаджиева Т.А. (Эфендиева). Система форм прошедшего времени
глагола в современном азербайджанском литературном языке.АКД.
М., 1958, 24 с.
4
Əfəndiyeva T.Felin keçmiş zaman formaları.Bakı,“Nurlan”,2005,132 s.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
**********************************************************
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
18
ədəbi dilində şəkil kateqoriyası”
1
, M.Ş.Rəhimov 1966-
cı ildə “Azərbaycan dilində fel şəkillərinin formalaş-
ması tarixi”
2
adlı doktorluq dissertasiyalarını yazaraq
felin zaman kateqoriyasına şəkil kateqoriyası daxilində
yanaşmışlar.
M.B.Əsgərovun 2002-ci il-də nəşr olunmuş “Za-
man formaları, adverbial fel formaları və onlar arasında
funksional semantik əlaqələr” adlı monoqrafiyası
3
da
məsələyə yanaşma orijinallığı ilə seçilir.
Azərbaycan dilçiliyində felin zamanlarına dair
konkret iki dilin müqayisəli şəkildə ifadəsi bir sıra əsər-
lərdə öz əksini tapmışdır. Felin zamanlarına
həsr olun-
muş tədqiqatlar arasında İ.Tahirovun “Azərbaycan və
ingilis dillərində zaman kateqoriyası” əsəri də özünə-
məxsusluğu və baxış yeniliyi ilə diqqətəlayiqdir.
Müəllif Azərbaycan dilində ilk dəfə olaraq zaman
probleminə yalnız felin zaman kateqoriyası daxilində
deyil, Azərbaycan dilinin müxtəlif səviyyələrində təza-
hür edən temporal anlayışların kompleks təsvirinin fo-
nunda araşdırılmasına
4
nail olmuşdur. Y.Kərimovun
1
Агазаде Н.Г.Категория наклонения в современном азербайджанском лите-
ратурном языке. АДД. Баку, 1965, 75 с.
2
Рагимов М.Ш.История формирования наклонений глагола в азер-
байджанском языке. АДД. Баку, Изд. АН АССР, 1966, 99 с.
3
Əsgərov M.B. Zaman formaları. Adverbial formaları və onlar arasında funksio-
nal semantik əlaqələr. Bakı, “Nurlan”, 2002, 146 s.
4
Tahirov İ.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı, “Nurlan”,
2007, s. 9.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
**********************************************************
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
19
“Azərbaycan və qazax dillərində felin zamanları”, R.Sa-
dıqovun “Müxtəlif sistemli
dillərdə obyektiv və qram-
matik zaman əlaqələri” adlı monoqrafiyaları, F.Cahan-
girovun “İngilis dilində perifrastik zaman formaları və
onların Azərbaycan dilində ifadə formaları”, A.Öksüzün
“Müasir türk və Azərbaycan dillərində felin zamanları”,
L.Hüseynovanın “Felin davamlı zamanlar sistemi”, B.
Cəfərovanın “İngilis və Azərbaycan dillərində felin za-
manlar sistemi”, G.Həsənovanın “Fel zamanlarının mü-
qayisəli tipologiyası”
1
adlı dissertasiyaları son dövrdə
bu sahədə atılan uğurlu addımlar kimi qiymətləndirilə
bilər.
§2.Azərbaycan dilinin dialekt və şivələrində
felin zamanları
Ədəbi dildən fərqli olaraq türk dillərinin dialekt və
şivələrində felin zamanlarını araşdırarkən bir sıra müx-
təlif və ədəbi dildə rast gəlinməyən
ifadə vasitələri və
ya morfoloji əlamətləri meydana çıxır. Eləcə də, zaman
formaları, onların formal əlamətləri ilə bağlı elə xüsu-
1
Керимов Я.Времена глагола в азербайджанском и казахском языках. АКД.
Баку, 973,32 c; Sadıqov R.Müxtəlifsistemli dillərdə obyektiv və qrammatik
zaman əlaqələri. Bakı,“Nurlan”, 2004,115 s; Cahangirov F. İngilis dilində perif-
rastik zaman formaları və onların Azərbaycan dilində ifadə formaları. NDA. Bakı,
2000, 23 s; Öksüz A.M.Müasir türk və Azərbaycan dillərində felin zamanları.
NDA.Bakı,2003,27 s; Гусейнова Л.Система длительных времен глагола. АКД.
Баку, 2005,22 c; Cəfərova B.İngilis və Azərbaycan dillərində felin zamanları
sistemi. DDA. Bakı, 2006, 34 s; Həsənova G.Fel zamanlarının müqayisəli tipolo-
giyası. Diss... f.e.n.. Bakı, 2009, 132 s.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
**********************************************************
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
20
siyyətlər aşkarlanmışdır ki, bunlar Azərbaycan ədəbi di-
lində müşahidə olunmadığı halda, digər
türk ədəbi dil-
lərinin əsas morfoloji əlamətlərindən sayılır.
Məsələn, müasir Azərbaycan ədəbi dilində müşahidə
olunmayan, amma dialekt və şivələrimizdə özünü göstə-
rən
-adu, -ədü indiki zaman şəkilçisi, şəxs sonluqlarının
bəzən işlənməməsi, qeyri-qəti gələcək zamanın inkarın-
da şəxslər üzrə, xüsusilə, birinci şəxsin
təkinin müxtəlif
variantlarla ifadəsi
, -acaq, -əcək gələcək zaman şəkil-
çisinin
-cak formasında işlənməsi digər türk ədəbi dil-
lərinin morfoloji əlamətlərindəndir. Dialekt və şivələri-
mizdə zaman formalarının bir sıra morfoloji əlamətləri
digər türk ədəbi dillərində olmasa da,dialektlərində özü-
nü göstərir. Bu mənada Azərbaycan dialektoloqlarının
felin zamanları ilə bağlı araşdırmalarına xüsusi yer ayır-
maq, bizcə, məqsədəuyğundur.
M.Şirəliyev felin zamanlarını xüsusi
kateqoriya de-
yil, xəbər şəkli kimi təqdim edir.O, xəbər şəklini sadə
və mürəkkəb xəbər şəkillərinə ayırır. Müəllif ənənəvi
bölgüyə sadiq qalaraq Azərbaycan dilinin dialekt və şi-
vələrində felin keçmiş, indiki, gələcək zamandan, keç-
miş zamanın şühudi və nəqli keçmiş, gələcək zamanın
qəti gələcək və qeyri-qəti
gələcək zamandan ibarət ol-
duğunu yazmış və onların geniş şərhini vermişdir
1
.
1
Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962,s.207-
248.