AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
**********************************************************
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
13
1. Azərbaycan dilçiliyində fel zamanlarının tədqiqi
Azərbaycan dilçiliyində felin zamanlarının geniş
və ətraflı tədqiqi akademik A.A.Axundovun adı ilə bağ-
lıdır. Onun Azərbaycan dilinin materialları əsasında
yazdığı “Felin zamanları” adlı namizədlik dissertasiya-
sı
1
, 1961-ci ildə nəşr olunmuş eyniadlı kitabı,
2
bu möv-
zu ilə bağlı bir sıra məqalələri
3
bu gün də öz elmi
əhəmiyyətini və əvəzsizliyini saxlamaqdadır.
Felin zamanlarının tədqiqi A.A.Axundovun 1961-
ci ildə nəşr olunmuş “Felin zamanları” kitabında geniş
və ətraflı işıqlandırıldığından biz, əsasən, 1950-ci ildən
sonra ümumi dilçilikdə, eləcə də türkologiyada
fel za-
1
Axundov A.A.Felin zaman kateqoriyaları. Filologiya elmləri namizədi
alimlik dərəcəsi almaq üçün təqdim olunmuş avtoreferatı. (NDA). Bakı,
1958, 25 s.
2
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, 137 s.
3
Axundov A.A.Felin gələcək zamanı.//Azərbaycan dili və ədəbiyyatının
tədrisi.I buraxılış. Bakı,1960,s.89-95;AxundovA.A.Felin indiki zamanı. //
Azərbaycan dili materialları əsasında.S.M.Kirov adına ADU-nun Elmi
əsərləri.Bakı,1958, №2,s.119-130; Axundov A.A.Felin zaman kateqoriya-
sının tədqiqi tarixindən.//Aspirantların elmi əsərləri.3-cü buraxılış. Bakı.
1957,s.21-37;Axundov A.A.Felin zamanları məsələsinə dair.// S.M.Kirov
adına ADU-nun Elmi əsərləri.Bakı,1958, №2, s.133-136;Axundov A.A.
Felin zamanlarının üslubi xüsusiyyətləri//Filologiya fakültəsinin əsərləri.
Bakı,1958,s.211-213;Axundov A.Fəlsəfi və qrammatik zaman kateqoriya-
ları. Dil və ədəbiyyat.I c.,2003,s.199-204; Axundov A.A.Türk dillərində
felin zaman formalarının mənşəyi məsələsinə dair. Dil və ədəbiyyat.I c.
Bakı,2003,s.266-276;Axundov A.A.Türk dillərində zaman və sıra kateqo-
riyalarının qarşılıqlı əlaqəsi.Dil və ədəbiyyat.I c.,2003, s.200-266.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
**********************************************************
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
14
manlarının tədqiqini,onların
təsnifi prinsiplərini,struk-
tur-semantik və üslubi xüsusiyyətlərini araşdırmağa ça-
lışacağıq.
1951-ci ildə nəşr olunmuş “Azərbaycan dilinin
qrammatikası” kitabında “idi”, “imiş” hissəciyi ilə əmə-
lə gələn mürəkkəb formalar felin keçmiş zaman forma-
ları kimi verilir, felin 12 zaman formasının olduğu gös-
tərilir
1
.
Əsərdə qeyd olunan mülahizələrin yalnış, səhv və
birtərəfli olması akademik A.A.Axundov
tərəfindən ət-
raflı izah edilərək sübut olunduğu üçün təkrarçılığa yol
vermək istəmir və diqqəti 1960-cı ildə nəşr olunan
“Azərbaycan dilinin qrammatikası” əsərinə yönəldirik.
“Azərbaycan dilinin qrammatikası”nın 1960-cı il
nəşrində felin zamanları ilə bağlı fikirlər əslində 1951-ci
ildə nəşr olunmuş qrammatika kitabındakı fikirlərin bir
qədər inkişaf etdirilmiş, dəyişdirilmiş forması idi.
1951-ci il nəşrindən fərqli olaraq burada aşağıdakı
dəyişikliklər edilmişdir:
1)
12 zaman deyil,11 zaman formasından bəhs olunur.
Bu zaman formalarından bir neçəsi birləşdirilmiş və
bir neçə yeni zaman forması əlavə olunmuşdur.Hə-
min zaman formaları aşağıdakılardan ibarətdir:
1. Şühudi keçmiş 6. Bitməmiş keçmiş
zaman
2. Nəqli keçmiş 7. Davamlı keçmiş zaman
1
Azərbaycan dilinin qrammatikası.I h.,Bakı,Azərb.SSR EA nəşriyyatı,1951
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
**********************************************************
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
15
3. Uzaq keçmiş 8. İndiki zaman
4. Qəti-gələcəkli zaman 9. Davamlı indiki zaman
5. Qeyri-qəti gələcəkli zaman 10. Qəti gələcək zaman
11.Qeyri-qəti gələcək zaman
2)
Nəqli keçmiş zaman forması öz daxilində
nəqli keç-
miş-1 və
nəqli keçmiş-2 formalarına ayrılır.
3)
“idi”, “imiş” köməkçi felləri ayrı-ayrılıqda deyil, ey-
ni zaman forması daxilində birləşərək, biri-digərini
asanlıqla əvəz etməklə, müvafiq zaman formaları
əmələ gətirirlər.
Bu fikrə bir qədər aydınlıq gətirək. Belə ki, I kitab-
da “idi” və “imiş” köməkçi fellərinin əmələ gətirdiyi za-
man formalarının hər biri xüsusi növ kimi göstərilir:
bizə məlum olan 2 keçmiş zaman formasından başqa
aşağıdakı zamanların adı çəkilir:
bitməmiş keçmiş
nəqli rəvayət
müzareli keçmiş bitməmiş rəvayət
gələcəkli keçmiş müzareli rəvayət
gələcəkli rəvayət
“İdi” hissəciyinin iştirakı ilə əmələ gələn fel za-
manları ayrıca qeyd olunsa da,“imiş”
hissəciyinin əmələ
gətirdiyi zaman formalarından xüsusi söhbət açılmır. II
kitabda isə “idi” və “imiş” hissəciklərinin yaratdığı za-
man formaları birləşdirilərək bir zaman adı altında təq-
dim olunur.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
**********************************************************
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
16
Məsələn, əgər I kitabda
felin əsası+ -ar
2
+ idi for-
ması müzareli keçmiş və
felin əsası+-ar
2
+imiş forması
müzareli rəvayət adlandırılırsa, artıq II kitabda bu iki
forma bir zaman forması kimi göstərilərək
qeyri-qəti
gələcəkli keçmiş zaman adlandırılır.
İndiki zaman 2 növdə özünü göstərir:
indiki za-
man(-ır
2
) və
davamlı indiki zaman(-maqda
2
). Təbii ola-
raq indiki zamanın II növü keçmiş zamanda da öz ək-
sini tapır.
1961-ci ilin yanvar ayının 17-20-də, Bakıda Azər-
baycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiy-
yat və Dil İnstitutunun təşəbbüsü ilə “Türk dillərində fe-
lin zaman və şəkil kateqoriyaları məsələsinə həsr olun-
muş müşavirə keçirilmişdir
1
. Bu müşavirənin material-
larının toplusu 1968-ci ildə nəşr olunmuşdur
2
.
Müşavirədə N.A.Baskakov,A.Tursunov,S.Cəfərov,
M.Hüseynzadə, M.Şirəliyev, Z.Budaqova, N.Hacıyeva,
N.Ağazadə, A.A.Axundov,A.K.Ələkbərov,M.Rəhimov,
T.Əfəndiyeva, U.Əliyev, U.M.Yarullina, B.Xocayev və
başqaları iştirak etmiş, məruzələrin əksəriyyəti Azər-
baycan dilinin zaman və şəkil kateqoriyası probleminə
həsr olunmuşdur.
1
Совещание по вопросам категорий времени и наклонения глагола в
тюркских языках. Баку, Изд. АН Аз.ССР, 1961, 46 с.
2
Вопросы категорий времени и наклонения глагола в тюркских язы-
ках. Баку, «Элм», 1968, 229 с.